15 mar 23:25manset

“Ad çəkmək istəmirəm, artıq iki şirkətlə danışmışıq”

“Ad çəkmək istəmirəm, artıq iki şirkətlə danışmışıq”
Riad Rəfiyev “Sumqayıt”la bağlı planlarını “Futbol+”ə açıqladı
Dünən keçirilən “Sumqayıt” – “Kəpəz” matçından bir gün öncə, daha dəqiq desək, çərşənbə axşamı “Kapital Bank Arena”da əvəzedicilərin oyunu baş tutdu. Elbrus Məmmədovun yetirmələrinin 3:0 hesabıyla qalib gəldiyi görüşü “sarı-göylər”in icraçı direktoru Elnur Camalxanovla birgə izləyən kimyaçılar”ın yeni prezidenti Riad Rəfiyev nəticədən məmnun görünürdü.
AFFA-da çalışdığı dönəmdə daim mətbuata açıq olan Riad bəy klub prezidenti təyin olunan ilk gündən mediaya qapalı şəxsə çevrilib. Ancaq əvəzedicilərin qarşılaşmasından sonra yeni prezidentə yaxınlaşıb, bəzi məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Kamran Quliyevin xələfi bizimlə söhbətdə öncə susqunluğuna aydınlıq gətirdi: “Prezident təyin olunduğum cəmi bir neçə gündü. Hələ heç klubda işləyən əməkdaşları, aşağı yaş qruplarında çalışan məşqçiləri düz-əməlli tanımıram. Düzdü, təqdimat keçirilib, kollektivlə ümumi görüş olub. Ancaq hamını yaxından tanımaq, klubda görülən işlərlə tanış olmaq üçün müəyyən zamana ehtiyacım var. Ona görə də media nümayəndələri ilə görüşmək, müsahibə vermək istəmirəm. Komandanın ötən tur səfərdə “Səbail”i udması mənim üçün çox yaxşı oldu. Belə deyək, debütüm uğurlu alındı. Həmin 3 xal bizə hava-su kimi vacib idi. İnanıram ki, “Kəpəz”lə matçda da sevinən tərəf biz olacağıq”.
Sumqayıt həmişə istedadlı futbolçuları ilə seçilib. Ancaq bu şəhərin təmsilçisi tarixi boyunca avrokuboklara qatıla bilməyib. 2017/18 mövsümü istisna ola bilər. Sumqayıtlı azarkeşlərin Samir Abasovun rəhbərlik etdiyi kollektivin tarixi nəticəyə imza atacağına inamı çox böyükdü. Belə həssas məqamda kluba rəhbərlik etmək də asan iş deyil. Xüsusilə yeni təyin olunan prezident üçün. Ancaq Rəfiyev heç nədən çəkinmədiyini, hansı məsuliyyətin altına girdiyini yaxşı dərk edir: “Özümə güvənim olmasaydı, bura gəlməzdim. Özünüz bilirsiz ki, rəhmətlik atam Rasim Rəfiyev vaxtilə “Neftçi”nin prezidenti olub. “Ağ-qaralar” həmin dönəmdə ən uğurlu illərini yaşayıb. Futbol ailəsində böyüdüyümdən, vaxtilə “Neftçi”nin əvəzedcilərində oynadığımdan, bir müddət Braziliyada futbolun sirlərini öyrəndiyimdən özümü bu sahəyə yad insan saymıram. Futbolçu kimi uğurlu karyera qura bilməsəm də - bunu deməkdən utanmıram - menecment sahəsində müəyyən biliklərə yiyələnmişəm. Hər zaman yaxınlarımla söhbətləşəndə deyirdim ki, klub prezidenti olsam, az büdcə ilə iddialı, ölkəmizi avrokuboklarda təmsil edə biləcək bir komanda yaratmaq arzusundayam. Qismət elə gətirdi ki, bu gün “Sumqayıt”ın prezidentiyəm. Çalışacam ümidləri doğruldum. Heç kimə sirr deyil ki, klubumuz büdcəsinə görə əksər premyer-liqa təmsilçilərindən geri qalır. Lakin işlər düzgün qurulduqda, kollektivdə normal ab-hava olduqda maliyyə arxa plana keçir. Bu gün “Sumqayıt” söylədiklərimi bir daha sübut edir. İnanıram ki, komanda ilə birlikdə bunu bacaracaq və qitəmiqyaslı turnirə vəsiqə qazanacağıq”.
Yarandığı gündən ancaq yerli oyunçulara güvənən “gənclik şəhəri” təmsilçisinin avrokuboklara vəsiqə qazanacağı halda heyətə legioner cəlb olunub-olunmayacağı sumqayıtlı azarkeşləri çox maraqlandırır. Rəfiyevlə söhbətdə bu məsələyə də aydınlıq gətirməyə çalışdıq: “Klubun strategiyası bəllidi. Və görünən odu ki, yürüdülən siyasət düzgündü, özünü doğruldur. Ancaq yerlilərdən qurulan kollektiv bu gün avrokuboklara düşməyin biraddımlığındadısa, nəyə görə istiqaməti dəyişməliyik? Ancaq indidən yayda nələrin olacağını demək çətindi. Gəlin, hadisələri qabaqlamayaq. Avropa Liqasına vəsiqə qazansaq, bəlkə klubun sponsorları qarşımıza başqa şərtlər qoyacaq. Heç kim istəməz ki, “Sumqayıt” ilk mərhələdəcə mübarizəni dayandırsın. Bir sözlə, heyətlə bağlı qərarı zamana uyğun, yəni vaxtı çatanda verəcəyik. “Sumqayıt”a prezident təyin olunduqdan sonra mətbuatda mənim agent olmağımla bağlı yazılara rast gəldim. “Sumqayıt”dan öncə AFFA-da əsas və digər yığmaların seleksiya üzrə əlaqələndiricisi postunu tutmuşam. Yığma məşqçilərinin maraq dairəsində olan futbolçularla maraqlanmaq, bəzən onlara müəyyən məsələlərdə yardım etmək mənim vəzifə borcum idi”.
“Kimyaçılar”ın cari mövsümdə uğurlu çıxışı komandanın oyunçularına da marağı artırıb. Artıq indidən bəzi klublar “ağ-göylər”in bəzi futbolçularını növbəti mövsümdə heyətində görmək üçün qollarını çırmalayıb. Son günlər Samir Abasovun da mövsümün sonunda komandadan ayrılacağı gündəmə gəlib ki, bu da sumqayıtlıları narahat edir. Ancaq yeni prezident narahatlığa əsas olmadığını vurğuladı: “Samir Abasov çox güclü mütəxəssisdi. Onunla birgə çalışmaqdan məmnunam və gələcəkdə də birgə işləmək istəyirəm. Dedyiniz məsələlərdən xəbərim var. Baş məşqçimizlə görüşüb müəyyən fikir mübadiləsi aparmışıq. “Sumqayıt”ın daha da güclənməsi üçün maksimum səy göstərəciyik. Abasov hansı futbolçunu komandasında görmək istəsə, onunla müqavilə bağlayacağıq”.
Riad bəyin belə əmin danışması istər-istəməz ortaya bir sual çıxarır. Büdcəsi o qədər geniş olmayan klub baş məşqçinin istəklərini necə reallaşdıracaq? Heç şübhəsiz, Samir bəy növbəti mövsümdə də ən azı avrokuboklara düşmək uğrunda mübarizə aparmağa qadir komandanı çalışdırmaq arzusundadı. Rəfiyev bu yöndə də müyyən planlarının olduğunu dedi: “Hazırda əsas məqsədim kluba yeni tərəfdaşların cəlb olunmasıdı. Bu məsələ ilə bağlı müəyyən görüşlərimiz olub. Ad çəkmək istəmirəm, lakin onu deyim ki, artıq iki şirkətlə danışmışıq. Onlar bizim layihədə maraqlıdılar. Demirəm ki, əməkdaşlığa başalayacağımız qurumlar büdcəmizə milyonlar ayıracaqlar. Ancaq ən azı müyyən vəsait əldə olunacaq ki, bu da “Sumqayıt”ın inkişafına təkan verəcək. Mövsümün sonuna kimi bu işləri davam etdirməyi planlaşdırırıq”.
Ötən saylarımızın birində yeni meydanın salınması ilə bağlı “Sumqayıt”ın mövsümün son ev oyunlarını “Dalğa Arena”da keçirəcəyini xəbər vermişdik. Ancaq planlar dəyişib. Bunu da Riad bəydən öyrəndik: “Baş məşqçimizlə görüşdə belə qərara gəldik ki, avrokuboklara bu qədər yaxın olduğumuz bir vaxtda başqa arenaya üz tutmaq bizə mane ola bilər. Süni örtüyün təbii ilə əvəzlənməsi prosesinin nəzərdə tutulan vaxtdan gec başa çatması problem deyil. Uzağı növbəti mövsümün ilk turlarını başqa stadionda keçirəcəyik. Bunda qorxulu heç nə yoxdu. Ancaq indiki məqamda rəqibləri “doğma divarlar” arasında qəbul etmək ən düzgün addımdı”.
RƏŞAD
cbd gummies for sale for pain cbd gummies for sale near 62363
chill cbd gummies reviews recipe for cbd oil gummies

cbd gummies online <a href="http://gummiescbd.us/">cbd gummies recipe</a>
cbd gummies online using paypal <a href="http://hempgummies.us/">nutranatomy cbd gummies reviews</a>

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 21:06 BOS-a çipsi, peçenye və rəngli içkilər buraxılmır Dünən, 21:04 Naci Şensoy yığmamızdan yana bədbin danışdı Dünən, 21:01 “Qəbələ” U-19 komandasını darmadağın etdi Dünən, 20:59 Eddi və Renat qələbəyə sevindi Dünən, 20:58 UEFA Nazarovun qolunu bərpa etdi Dünən, 20:57 Priştinada həqiqət anı Dünən, 20:55 "Neftçi" gözləyəcək, "Araz" liderlik üçün savaşacaq Dünən, 20:53 U-19-un son sınağı Dünən, 20:51 AFFA FİFA və UEFA-ya müraciət edəcək Dünən, 20:49 Tərlan Əhmədov gələcəyə ümidlə baxır Dünən, 20:47 “Bild” Kosovo – Azərbaycan oyununa yer ayırdı Dünən, 20:46 Yığma qalib gəlsə, “Çaynataun” 20 faiz endirim edəcək Dünən, 20:45 Kosovonun Avropaya səpələnmiş legionerləri Dünən, 20:42 U-21 yenə uduzdu Dünən, 20:39 Şalland: “Azərbaycan favoritdi, təcrübə baxımından da müqayisəyə gəlmirik” Dünən, 20:32 İsgəndər Cavadov qələbəyə inanır Dünən, 20:29 Dedov oynadı, Koçuk baxdı Dünən, 17:46 "Milli dəstə" yığmanı tək qoymayacaq Dünən, 17:45 Elvin Məmmədov hədəfin dəyişmədiyini deyir Dünən, 17:41 Rauf Cabbarov Region Liqasında oyun idarə etdi Dünən, 17:40 Liderlərdən maksimum nəticə Dünən, 17:35 “Futbol+” Mübariz Mənsimovu məhkəməyə verdi Dünən, 00:38 Vəli Qasımovun ispan qonağı yığmamızı bəyənməyib Dünən, 00:26 UEFA-nın ayırdığı milyonu hara xərcləyəcəklər? Dünən, 00:24 Nizamiylə Mirhüseynin cinayət işinə xitam verilib Dünən, 00:22 Yunan hakimin ciddi qüsuru olmadı Dünən, 00:21 Kamran Ağayev heyətdən çıxarıldı Dünən, 00:20 Olsen: “Priştinada oynamaq Azərbaycan üçün çətin olacaq” Dünən, 00:17 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 00:15 Yığma “final”ı Priştinaya daşıdı Dünən, 00:13 Missiyasını unudan azarkeşlər... Dünən, 00:12 15-ci qələbə, 229-cu futbolçu Dünən, 00:10 Həftənin idman proqramı Dünən, 00:09 Yığmadan əzmkar qələbə Dünən, 00:05 “Milli dəstə” qeyri-müəyyənlik içindədi Dünən, 00:03 Lider yığmanı çətinliklə yendi Dünən, 00:01 Ayxan Abbasovun debütü uğurlu alındı 19-11-2018, 23:59 “Keşlə” gücünü divizion təmsilçisinə göstərdi 19-11-2018, 23:57 Gəncə derbisində darmadağın 18-11-2018, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu 18-11-2018, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi 18-11-2018, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? 18-11-2018, 13:06 “Standard” xal itirdi 18-11-2018, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir 18-11-2018, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi 18-11-2018, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı 18-11-2018, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası 18-11-2018, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” 18-11-2018, 12:36 4-cü səbət əldən çıxdı 18-11-2018, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub 18-11-2018, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır 18-11-2018, 12:21 Kosovo biletləri satışa çıxardı 18-11-2018, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi 18-11-2018, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Bütün xəbərlər
Ən çox oxunanlar