14 mar 13:44manset

Parlament komandasının “uğuru”: saxtakarlığın və həyasızlığın zirvəsi

Parlament komandasının “uğuru”: saxtakarlığın və həyasızlığın zirvəsi
Beş “lipa” ilə oynamaq azmış kimi, başqalarına da çamur yaxırlar
Dünən idman mətbuatının əsas müzakirə mövzusu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan parlament komandaları arasında keçirilən beynəlxalq yarış idi. Bir qədər də dəqiqləşdirsək, finalda Ukraynanı 2:1 hesabıyla üstələyərək turnirin qalibi olan komandamızın heyətində peşəkar futbolçuların yer alması ciddi tənqidə tuş gəldi. Yaxşı ki, “İnter Arena”da keçirilən final oyununu “İdman Azərbaycan” yayınladı. Məhz telekanal vasitəsilə Hüseyn Məhəmmədov, Vasif Haqverdiyev, Əli Abışov, Mehman Yunusov və Musa Qurbanovun deputatların komandasında yer aldığını gördük. Açığı, buna o qədər də təəccüblənmədik. Çünki bizimkilər belə əyri yollara dəfələrlə əl atıb. İstər jurnalistlərin, istərsə də deputatların beynəlxalq turnirlərində. Ancaq söhbət Xalq Cümhuriyyətinin adına keçirilən yarışdan gedirsə, burda saxtakarlığa qol qoymaq böyük rüsvayçılıqdı. Belə saxta yolla qazanılan qələbənin dəyərindən danışmağa dəyməz. Kimə lazımdı belə zəfər?
Final oyununa deputat Rəşad Mahmudova məxsus formada çıxan Mehman Yunusov “report”a verdiyi müsahibədə saxtakarlığa don geydirməyə çalışıb: “Məni final oyununa çağırmışdılar. Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev məndən xahiş etdi ki, final oyununda iştirak edim. Zəng edərək, kömək istədi. Azərbaycan futbolu naminə heç bir problem olmadığını söylədim. Ukrayna komandasına qarşı oynadıq. Mənimlə birgə veteran futbolçulardan Musa Qurbanov, Əli Abışov, Hüseyn Məhəmmədov və Vasif Haqverdiyev çıxış edirdi. Digərləri isə deputatlarımız idi. Onlar da oynamaq istəyirdilər. Ona görə də Oqtay müəllim tez-tez dəyişikliklər edirdi. Mən bizimkilərə kömək etmək üçün getdim. Rəqibin heyətində də cavan uşaqlar var idi. Ukrayna komandasının “7” nömrəli futbolçusu "Şaxtyor"da oynayıb, futbolçu olub. O, deputat deyildi. Təqdimatda isə yazılıb ki, Radanın üzvüdü. Halbuki o, deputat deyil. Rəqib komandadakıların çoxu millət vəkili deyildi. Cavan oğlanlar idi. Bizdə isə 5 veteran futbolçu var idi. Dəyişikliklər də olurdu. Məsələn, Əli Abışov 10-15 dəqiqə oynayıb çıxırdı. Oyundan çıxıb sonradan daxil olmağa icazə var idi. Kim yoruldusa, dincəlib yenidən oyuna qayıdırdı. Veteranların xidmətindən hər bir ölkədə istifadə edirlər. Xaricdə də turnirlər olub. Həmişə gətirib başqalarını oynadıblar. Türkiyə komandasında da köhnə futbolçu var idi. Özüm görməsəm də, belə eşitdim. Digər rəqiblərdə də var idi. Üstəlik, onların heyətində cavanlar oynayırdı. Bizdə isə, məsələn, mənim 50 yaşım var. O birisinin 48, digərinin isə 45. Əminliklə deyə bilərəm ki, hər bir komandada 4-5 köhnə futbolçu oynayıb”.
Finalın iştirakçılarından olan millət vəkili Fazil Mustafa isə qəzetimizə bunları dedi: “Maraqlı turnir oldu. Belə tədbirlər inteqrasiya baxımından faydalıdı. Faydalı tədbir oldu. Məqsədimiz qalib gəlmək idi. Bu hədəfə də çatdıq. Rəqib komandada da bir neçə veteran futbolçu var idi. Düzdü, bunu özləri demədi. Amma burda “mütləq hamısı deputat olmalıdı” prinsipi yoxdu. Bu üzdən narazılıq üçün əsas yoxdu”.
Yarışın təşkilatçısı olan Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovla danışmaq, ondan bütün komandaların iştirak ərizəsini almaq istədik. Ancaq deputat nə zənglərimizə cavab verdi, nə də ismarıcımıza.
Əlbəttə, adamların “doğma divarlar” arasında keçirilən turnirdə istənilən yolla qalib gəlmək istəyi anlaşılandı. Ancaq həyasızlığın və saxtakarlığın da bir zirvəsi olmalıdı. Mehman Yunusov və onun kimi həvəskarlara qarşı oynamağı ləyaqətinə sığışdıran başqa peşəkarların nəzərinə çatdırırıq ki, ukraynalıların heyətində yer alan, finalda fərqlənən Oleq Osuxovski həqiqətən də 2000-02-ci illərdə 2-ci divizion komandalarından “Qazovik” və “Qazovik-Skala”da oynayıb. 2014-cü ildə keçirilən seçkidə isə 152 saylı dairədən deputat seçilib. İndi sualım sizədi, hörmətli Fazil Mustafa, Fuad Muradov, Oqtay Abdullayev: Əli Abışov, Vasif Haqverdiyev, Musa Qurbanov, Mehman Yunusov və Hüseyn Məhəmmədov hansı dairədən deputat seçilib?
...Hə, daha bir gülməli məqam var. Günün sonunda Fazil Mustafa bir başqa sayta verdiyi açıqlamada deyib ki, komandamızın heyətində yer alan futbolçular Milli Məclisdə müqavilə əsasında işləyən adamlardı. Belə yerdə adamın matı-qutu quruyur. Bəlkə də kimlərəsə Cümhuriyyət idealları əziz deyil, bəlkə də kimlər üçünsə Azərbaycan siyasəti saxtakarcasına xumarlanmaq üçün yaxşı meydançadı. Amma bizə elə gəlir ki, hansı peşəni və statusu daşımasından asılı olmayaraq, bütün hallarda abır-həya çox gözəl keyfiyyətdi...
SƏRXAN
cannabis closet grow room setups cannabis jobs in northern california
5 stages of cannabis growth cannabis trimmer job description

is cannabis essential oil legal in texas cannabis
trimming jobs near me
best cannabis oil cartridges in colorado cannabis growing license colorado

costco generic viagra cost viagra prices 2018
viagra generic cost walmart viagra prices walmart pharmacy

viagra prices cvs for express scripts generic viagra cost at walmart
viagra generic date usa viagr
a dosage instructions

dosage for viagra cialis levitra
buy generic cialis online
cialis or viagra price
buy generic cialis online
cialis 20 mg daily dose
http://cialisgrudj.com/
viagra levitra cialis cost comparison

поздравление учеников с новым годом какой подарок сделать на новый год
поздравления с новым годом 2019 куме поздравление родственников с новым годом

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar