01 fev 23:37manset

Ramil Diniyev Ağabalanın onu qucaqlamasına aydınlıq gətirdi

Ramil Diniyev Ağabalanın onu qucaqlamasına aydınlıq gətirdi
“Mənimlə pıçıldaşsaydı, ya da gizli söhbət etsəydik, başqa yerə yozmaq olardı”

Turun mərkəzi oyunu yenə səs-küysüz ötüşmədi. Hər iki komandanın göstərdiyi oyun qəlbləri oxşadı, yekunda ədalətli heç-heçə qeydə alındı. Lakin hakimlik və penalti qərarı prinsipial görüşə damğa vurdu. Ramil Diniyevin 3 dəqiqə aralığına sığan iki qərarı xeyli söz-söhbətə yol açdı. 68-ci dəqiqədə Maksim Medvedevin Rəhman Hacıyevə qarşı cərimə meydançasında etdiyi aşkar kobudluğa təcrübə referi “davam” dedi. Və bu qərar haqlı olaraq “Neftçi”sevərlərin narazılığına səbəb oldu. Halbuki həmin epizodda penalti təyin olunmalıydı. Diniyev cəmi 3 dəqiqə sonra qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edəndə isə haqlı idi. Top cərimə meydançasının xətti üzərində Məqsəd İsayevin əlinə dəymişdi. Bunlar öz yerində. Buraxaq hakimin və Hakimlər Komitəsinin insafına.
“Neftçi”nin qapısına təyin olunan penaltidən sonra “Qarabağ”ın futbolçusu Ağabala Ramazanov baş hakimə yaxınlaşıb onu qucaqlaması azmış kimi, ağzını qulağına tərəf apardı. Yanağından öpdü, yoxsa qulağına söz dedi – videotəkrara baxanda dəqiq ayırd etmək olmur. Amma futbolçunun referiyə isti münasibət göstərdiyi dəqiq idi. Oyundan sonra jurnalistlərin əhatəsinə düşən Ağabalanın epizodla bağlı açıqlaması belə oldu: “Əslində orda penltiyə sevinməkdən söhbət gedə bilməzdi. Ola bilsin, kənardan elə görünüb. Həmin vaxt Ramil Diniyev məndən söz soruşdu. Dedi ki, səncə, orda penalti var idi? Mən də səs-küy olduğuna görə qulağına “bilmirəm” dedim. Bu isə kənardan baxanlara sevincimdən hakimi qucaqlayırammış kimi göründü. Hakimin futbolçuya belə sual verməsi düzdü, ya səhv, bilmirəm. Mən sizə olanı deyirəm. Yəni yaşananlar dediyim kimi olub”.
Təcrübəli Diniyevin Ramazanova “orda penalti var idi” sualı verməsi inandırıcı görünmür. Hətta olubsa belə, bu anormallıqdı. Başqa adı yoxdu. Olayın 3 metrliyində dayanan hakimin gözü ilə gördüyü qayda pozuntusuna dair verəcəyi qərarı futbolçu ilə pıçıldaşaraq dəqiqləşdirməsi faciədən başqa bir şey deyil. Özü də belə prinsipial qarşılaşmada, o qədər azarkeşin önündə. Ağabalanın dediklərinə Ramil bəydən münasibət öyrənməsəydik, olmazdı. Odu ki, referi ilə əlaqə saxladıq: “İnanırsız, Ağabalanın məni qucaqlaması heç yadıma gəlmir. Görüş başa çatandan sonra bunu kimdənsə eşidəndə, elə bildim, zarafat edir. Heç ciddiyə almadım. Yalnız videoya və şəklə baxandan sonra deyilənin fakt olduğunu anladım. Oyun vaxtı adamda o qədər gərginlik, həyəcan olur ki, hər kiçik detala fikir vermirsən. Xüsusən də çətin vəziyyətdə penalti təyin edəndən sonra. Meydançada Ağabalanın məni qucaqladığını hiss etməmişəm. Şəklə baxandan sonra öz-özümə deyirəm ki, bu nə vaxt gəlib məni qucaqladı? Yəqin sevincdən olub. Yəni o cür çətin vəziyyətdə epizodu penalti kimi dəyərləndirdiyimə görə bu şəkildə minnətdarlığını bildirib. Yoxsa Ağabala ilə nə münasibətim var ki? Bütün futbolçularla necə, onunla da elə - “salam, sağ ol”, vəssalam. Futbolçunun hakimi ani olaraq qucaqlamasında qeyri-adi heç nə görmürəm. Avropada dəfələrlə futbolçular hakimə təşəkkür mənasında əlini referinin belinə vurub, ya əl uzadıb. Hamısı minnətdarlıq üsuludu. Mənimlə pıçıldaşsaydı, ya da gizli söhbət etsəydik, başqa yerə yozmaq olardı. Axı belə hal olmayıb. Xeyr, mən ondan söz soruşmamışam. Gözümlə gördüyüm və ani olaraq verdiyim qərarı niyə kiminləsə dəqiqləşdirim ki? Ola bilsin, kiminsə narazılığına “penalti var idi” cavabını vermişəm, Ağabala da bunu sual kimi başa düşüb. Amma səmimiyyətimə inanın ki, aramızda hansısa dialoq olmayıb. Bəlkə də Ramazanov məni səhv başa düşüb. Amma qulağıma nəsə dediyini xatırlamıram. Dediyim kimi, həmin vaxt həyəcandan, stressdən fikrin ancaq epizodda olur ”.
Ramil Diniyevin cavabından sonra yenidən Ağabala Ramazanovla əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istəsək də, zənglərimizi cavabsız qoydu.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar