01 fev 23:34manset

“Bu oyuna daha təcrübəli, nüfuzlu FİFA referilərindən birini təyin etmək olardı”

“Bu oyuna daha təcrübəli, nüfuzlu FİFA referilərindən birini təyin etmək olardı”
Tahir Süleymanov Xaqani Məmmədovu qınadı

15-ci turun mərkəzi qarşılaması, heç şübhəsiz, “Qarabağ” - “Neftçi” dueli idi. Qış fasiləsində futbol üçün darıxan azarkeşlər bu oyunu səbirsizliklə gözləyirdi. Bunun üçün də yetərincə səbəb var idi. Bir tərəfdə çempionluğa iddialı “köhlən atlar”, digər tərəfdə isə radikal dəyişiklilklərə məruz qalan “ağ-qaralar”. Çox təəssüf ki, yetərincə maraqlı idman mübarizəsi şəraitində keçən görüşə hakim idarəçiliyi kölgə saldı. 90 dəqiqənin tamamında futbol ictimaiyyəti meydanda gedən mübarizədən çox Ramil Diniyevin qərarlarını müzakirə etməklə yadda qaldı. Baş hakimin Rəhman Hacıyevə qarşı cərimə meydançasının daxilində aşkar qayda pozuntusuna göz yumması, bir neçə dəqiqə sonra qonaqların qapısına penalti təyin etməsi böyük söz-söhbətə səbəb oldu.
Əslində “Qarabağ”ın lehinə verilən penalti qərarı haqlı idi. Top cərimə meydançasının xətti üzərində Məqsəd İsayevin əlinə dəymişdi. Qaydalara görə isə belədə hakim “nöqtə”ni göstərməlidi. Ancaq nədənsə Diniyev 68-ci dəqiqədə gözü önündə kobudluğa məruz qalan Rəhmanın epizodunda özündə cəsarət tapıb eyni addımı ata bilmədi. Qərəzdi, ya yox - bu artıq Diniyevin vicdanına buraxılmalıdı. Ancaq görünən odu ki, adını hakim qoyub, meydana çıxan şəxs “ağ-qaralar”a münasibətdə ədalətsizlik etdi. Hər oyuna 700 manat qonorar alan referi belə sadə vəziyyətdə düzgün qərar qəbul edə bilmirsə, ya onun görmə qabiliyyətində problem var, ya da həyatda özünə düzgün peşə seçməyib.
Bəs görəsən, mütəxəssislər Diniyevin idarəçiliyi haqda hansı fikirdədi? Sabiq beynəlxalq dərəcəli hakim Tahir Süleymanov bunları söylədi: “Prinsipiallığını nəzərə alıb bu oyuna daha təcrübəli, nüfuzlu FİFA referilərindən birini təyin etmək olardı. Birinci hissədə Diniyev iki kobud səhvlə yadda qaldı. Meydanın mərkəzində Fəhmin Muradbəyliyə qarşı aşkar kobudluğa görə rəqib futbolçu mütləq sarı vərəqə ilə cəzalandırılmalıydı. "Qarabağ"ın hücumu zamanı isə Dino Ndlovuya görə qeydə alınan ofsayd qərarı yanlış idi. İkinci yarıda Rəhman Hacıyevə qarşı cərimə meydançasının daxilində açıq kobudluğa görə "Qarabağ"ın qapısına yüz faiz penalti təyin olunmalıdı idi. “Neftçi”nin qapısına təyin olunan 11 metrəyə gəlincə, Məqsəd İsayev bir faiz də olsa, topa xəttin üstündə toxunubsa, hakim haqlı qərar verib. Ancaq həmin məqama yenidən baxımaq lazımdı. Çox maraqlıdı ki, Diniyev daha asan vəziyyəti düzgün dəyərləndirmədiyi halda, daha çətin anda fitini səsləndirməkdən çəkinmədi. Ağabalanın oyundan sonrakı açıqlmasını oxudum. Bildirib ki, hakim ondan penaltinin olub-olmadığını soruşub. Əvvəlcə onu bildirim ki, belə mübahisəli anda referi futbolçunun yox, qulaqcıqla köməkçilərinin fikirlərini öyrənməli idi. Yox, doğrudan da Diniyev Ramazanova belə sual veribsə - Ağabalanın səmimiyyətinə inanıram - , yaxşısı budu, fiti bir tərəfə qoyub özünə yeni iş axtarsın. Belə hakimlik etmək olmaz”.
Xaqani Məmmədovun “qara siyahı”sına düşən sabiq FİFA referisi Anar Salmanov isə Diniyevin matç ərzində yalnız bir səhvə yol verdiyini bildirdi: “Qarşılaşmanı tam izləmişəm. Ramil Diniyev 68-ci dəqiqədən başqa bütün qərarlarda haqlı idi. “Neftçi”nin qapısına təyin etdiyi penalti qaydalar çərçivəsində idi. Qaydalarda yazılıb ki, cərimə meydançasının xətti elə cərimə meydançasının daxili deməkdi. Həmin an Diniyev düzgün mövqe seçdiyindən, doğru qərar da verdi. Ancaq ondan öncə “Qarabağ”ın qapısı önündə yaşanan vəziyyəti düzgün qiymətləndirmədi. O Rəhmanın yerdə qaldığı məqamı simulyasiya kimi qiymətləndirdi. Halbuki həmin vaxt ayağa təmas var idi. Ola bilsin, Hacıyevin bir qədər nümayişkəranə yıxılması baş hakimi aldadıb. Ağabalanın Diniyevi qucaqlaması və hakimin ondan penalti olub-olmadığını soruşması barədə onu deyə bilərəm ki, biz yalnız futbolçunun söylədiklıərini əldə bayraq etməməliyik. Hakimin də mövqeyini öyrənmək lazımdı. Açığı, inanmıram ki, Diniyev belə etsin. Bəlkə futbolçunun nəsə marağı olduğundan bu fikirləri səsləndirib. Ağabalanın baş hakimi qucaqlaması düzgün hərəkət deyil. Bəziləri referini buna görə qınasalar da, onun heç bir günahı yoxdu. Bu futbolçuya yaraşan hərəkət deyil. Azarkeşlər, digər komandanın rəsmiləri kənardan baxıb başqa cür fikirləşirlər. Diniyevin obyektivliyinə şübhəm yoxdu. Ola bilər ki, hardasa səhvə yol versin, ancaq bunu bilərəkdən etdiyini düşünmürəm. O sadəcə, epizodu necə qiymətləndirirsə, elə də qərar verir”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:16 AÇ üçün heyət açıqlandı Dünən, 23:15 Ölkə çempionatı başa çatdı Dünən, 23:14 Ukrayna ilə bacarmadıq Dünən, 23:13 Nağı Səfərova yenə etimad göstərildi Dünən, 23:12 Bakıda “Red Bull”dan əzələ nümayişi Dünən, 23:10 Kamran Şahsuvarlı finalda Dünən, 23:08 Əliyar Ağayev “Rusenborq”un oyununa təyinat aldı Dünən, 23:07 UEFA-nın MDB üzrə əlaqələndiricisi “Futbol+”ə danışdı Dünən, 23:05 “Zirə”nin oyununda təcrübəsiz qazax Dünən, 22:56 “Qarabağ” oyuna çıxır, “Samtredia” hücumçuyla gücləndi Dünən, 22:55 “Neftçi” rəsmisi gördüyü işdən danışmaq istəmədi Dünən, 22:44 “Zirə”də yayın məsələsində qeyri-müəyyənlikdi Dünən, 22:43 “Dalğa Arena” avrokubok oyunlarına hazırdı Dünən, 22:42 Patrik Klyuvert “Vətən”ə təşəkkür edib Dünən, 22:37 Sloveniyada AÇ-yə gerisayım başlayır Dünən, 22:36 Fransa millisinin sabiq yarımmüdafiəçisi “Qəbələ”də Dünən, 22:34 Futzal millimiz yenə braziliyalıya tapşırılacaq Dünən, 22:33 Yığmamız qrupda qaldı Dünən, 22:31 BOK prezidenti MOK-a məktub göndərdi Dünən, 22:30 Ayxan Abbasov “Zirə”ni Avroliqaya hazır sayır Dünən, 22:27 "Zirə" rumın müdafiəçi transfer etdi Dünən, 22:09 TRANSFER DOSYESİ Dünən, 22:07 Zirə azarkeşləri oyunun Mərdəkanda keçirilməsindən razıdı Dünən, 22:06 “Sumqayıt” jurnalistlər üçün iftar süfrəsi açdı Dünən, 22:03 “Zirə”nin legionerləri Türkiyədə ləngidi 23-06-2017, 20:23 Avropa Yay Olimpiya Festivalına lisenziya qazandılar 23-06-2017, 20:22 Otellərin sayı artsa, Bakıya daha çox “Formula-1” azarkeşi gələcək 23-06-2017, 20:20 Ronaldoya millinin forması hədiyyə olundu 23-06-2017, 20:17 Emil Balayev “Səbail”ə keçərkən Qurban Qurbanovla danışmayıb 23-06-2017, 20:14 “Zirə” biletlərin qiymətini açıqladı 23-06-2017, 20:12 Əliyar FİFA karyerasına sıfırdan başlayır... 23-06-2017, 20:09 “Samtredia” ilə ilk oyunun başlama vaxtı dəqiqləşdi 23-06-2017, 20:08 “İnter”in rəqibi son çempionu məğlub etdi 23-06-2017, 20:06 Avroliqanın debütantı mübarizəyə hazırdı 23-06-2017, 20:00 Sumqayıtda mükafatlandırma 23-06-2017, 19:56 Yığmanın baş məşqçisi Ermənistanla oyundan danışdı 23-06-2017, 19:55 Avroliqada ikinci dövrə başlayır 23-06-2017, 19:52 Divizionda çıxış edəcək “Binə”nin büdcəsi 150 min manatdı 23-06-2017, 19:47 Stamenkoviç “Mladost”un bəxtinin gətirmədiyini düşünür 23-06-2017, 19:44 Fanklub rəhbərləri “Milan” azarkeşlərinə haqq qazandırdı 23-06-2017, 19:42 “Fənərbaxça”nın baş məşqçisi Antalya kampından danışdı 23-06-2017, 19:40 Millinin heyəti açıqlandı 22-06-2017, 19:21 Subaşiç “Mladost” haqda gizli heç nə qoymadı 22-06-2017, 19:18 “İnter” “Mladost”u “Dalğa Arena”da sınağa çəkəcək 22-06-2017, 19:17 Zaur Axundov Azərbaycana söz verdi 22-06-2017, 19:15 “Axmat” “Qarabağ”ı da bir qolla üstələdi 22-06-2017, 19:13 “Zirə” vətənə məğlub döndü 22-06-2017, 19:11 “İnter” və “Zirə” siyahını açıqladı 22-06-2017, 19:10 Vyana “Qarabağ”ının Bakıda fanklubu olacaq 22-06-2017, 19:08 “Mladost”la oyunu böyük ümidlərlə gözləyirik” 22-06-2017, 19:06 “Bursa BB”də qaldı 22-06-2017, 19:05 Erməni baş məşqçidən etiraf 22-06-2017, 19:03 Əsgərlərə açıq məktub yazdılar 22-06-2017, 19:00 Çimərlik futbolu yığması Belarusa gedir 22-06-2017, 18:58 Hakimlərimizdən videotəkrara fərqli yanaşma 22-06-2017, 18:57 “Səbail” Emil Balayevi saxladı 22-06-2017, 18:55 Elnur Cəfərov da “Neftçi”ylə müqavilə bağladı Bütün xəbərlər
Ən çox oxunanlar