03 mar 02:54manset

Fariz Yusifov ona təyinat verilməməsini Xaqani Məmmədovdan xahiş edib

Fariz Yusifov ona təyinat verilməməsini Xaqani Məmmədovdan xahiş edib
“Bəzən elə olur ki, sutkanın 17-18 saatını akademiyada keçirirəm”
Qış fasiləsindən sonra geridə qalan 3 turda iki hakim – Ömər Paşayev və Fariz Yusfov çempionat oyunlarına təyinat almayıb. Paşayevin hansı səbəbdən yaşıl meydanlardan kənarda qalmasına ötən saylarımızın birində aydınlıq gətirmişdik. Ömər bəy səhhətində yaranan problem üzündən bir müddət fit çalmaqdan məhrum olub. Bəs elitanın ən təcrübəli ədalət təmsilçilərindən biri olan Yusfov nəyə görə premyer-liqa matçlarında gözə dəymir? Onu da qeyd edək ki, Fariz bəy yanvarın sonu, fevralın əvvəlində hakimlərin Antalyada təşkil olunan təlim-məşq toplanışına da qatılmamışdı. Həmin vaxt Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov Yusifovun çalışdığı Polis Akademiyasında daha məsul vəzifəyə təyinat aldığına görə toplanışdan azad olunmaqla bağlı icazə aldığını bildirmişdi.
Yuxarıda qeyd etdiyimiz kimi artıq fasilədən sonra 3 tur geridə qalıb. Və bu turlar çərçivəsində baş tutan 12 oyunda Fariz bəyə təyinat verilməməsi müəyyən şübhələrə yoil açıb. Bəziləri təcrübəli referi ilə komitə sədrinin münasibətlərinin pozulduğunu, bəziləri isə Yusifovun fiziki durumunun premyer-liqa matçlarını idarə etməyə imkan vermədiyini söyləyir. Bəs əslində nə baş verir?
Bu suala aydınlıq gətirmək üçün yanvarın 28-də 46 yaşını tamamlayan ədalət təmsilçisinin özü ilə danışmağa qərar verdik. Təcrübəli referi “niyə çempionat oyunlarında görünmürsüz” sualını eşidincə “deyəsən, mənim üçün darıxmısız” söyləyib güldü. Və ardınca bunları dedi: “Açığı, özüm Hakimlər Komitəsinin sədrindən bir müddət təyinat verməməsi ilə bağlı xahiş etmişəm. Bildiyiniz kimi, mən hakimliklə yanaşı, Polis Akademiyasında da çalışıram. Bu ildən vəzifəm bir qədər də artırılıb və daha məsuliyyətli iş tapşırılıb. Bəzən elə olur ki, sutkanın 17-18 saatını akademiyada keçirməli oluram. Şəxsi heyətlə məşğul olmaq çox vaxt aparır. Çempionat matçlarına təyinat almamağım da bununla bağlıdı. Yayılan söz-söhbətlərə, boş şayiələrə inanmayn. İşimlə bağlı heç hakimlərin Türkiyədə keçirilən toplanışına da qatıla bilməmişdim. Xaqani müəllim durumdan xəbərdar olduğundan mənə icazə vermişdi”.
Fariz bəy qış fasiləsindən sonra iş başında olmasa da, çempionat oyunlarını yaxından izləyir. Təcrübəli referi bizimlə söhbətdə gənc hakimlərin normal idarəçiliklə yadda qaldığını bildirdi: “Son 3 tur onu göstərdi ki, hakimlər Antalyada yüksək səviyyədə hazırlıq keçiblər. Bu üzdən də bir-iki xırda səhvi nəzərə almasaq, idarə etdikləri oyunlarda kobud xətalara yol verməyiblər. Ümid edirəm ki, çempionatın qalan bölümündə də idarəçiliklə bağlı söz-söhbət yaranmayacaq. Doğrudan da gənc ədalət təmsilçiləri özlərini yaxşı tərəfdən göstərirlər. Yəqin ki, qarşıdakı turlarda məni də meydanda görə biləcəksiz. Fiziki durumum həmişə olduğu kimi yüksək səviyyədədi. Toplanışa qatılmasam da, fərdi qaydada məşqləri davam etdirmişəm və indi də çalışıram. Mövsümün sonunda hakimlikdən getməyimə gəlincə, hələ ki bununla bağlı qərar verməmişəm. Hər şey ola bilər. Əsas insana lazım olan cansağlığıdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür Bu gün, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı Bu gün, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır Bu gün, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! Bu gün, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” Bu gün, 16:30 Karius FIFA-ya şikayət etdi Bu gün, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” Bu gün, 16:20 Tramp da videokonfrans keçirdi Bu gün, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı Bu gün, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? Bu gün, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib Bu gün, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan Dünən, 11:22 Fonda daha hansı klub pul köçürəcək? Dünən, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest 30-03-2020, 13:43 "Neftçi" ikinci doğma evim, Azərbaycan ikinci vətənimdi" 30-03-2020, 13:28 “Keşlə” maaşları tam ödəyəcək 30-03-2020, 13:01 Qurban Qurbanov 20 min, Elxan Məmmədov 4 min manat, Kamran Ağayev isə... 29-03-2020, 19:19 AFFA UEFA ilə məsləhətləşmələr aparır 29-03-2020, 19:18 Ağarza Rzayev dünyasını dəyişdi 29-03-2020, 19:08 Çingiz İsmayılov AFFA-nın yardımından imtina edib 29-03-2020, 19:01 “Avropaya yollanmaq üçün Mirançuk daha yaxşı oynamalıdı” 29-03-2020, 18:54 Faiq Qarayev də dəstək kampaniyasına qoşuldu 29-03-2020, 18:50 Uayt döyüş üçün yer tapıb, amma açıqlamır 29-03-2020, 18:46 BOK və yaponiyalılar təzyiqə dözmədi 29-03-2020, 18:43 Azərbaycan Avstraliyanın taleyini yaşamaq istəmədi 26-03-2020, 15:37 “Süleymanovun yerinə gələn məşqçi məni ilk gündən ofsayda saldı” 26-03-2020, 15:33 Yubilyarlara Elxan Məmmədovun göstərişi ilə hədiyyə verilib 26-03-2020, 14:47 Ölkəmizdəki əcnəbilərin yaxınları koronavirusa yoluxmayıb 26-03-2020, 14:46 AFFA və PFL əməkdaşları da istirahətə çəkilib 26-03-2020, 14:45 Ağır Atletika Federasiyasından Novruz “hədiyyəsi” 26-03-2020, 14:33 “Zaqatala”nın hədəfi çempionluqdu 26-03-2020, 14:29 “Komanda hələ ki heç nəyə qadir deyil” 26-03-2020, 14:21 “Neftçi”dən “33 ən yaxşı” sırasına düşən sonuncu ad… 22-03-2020, 19:27 PFL açıqladı: azı bir ay futbol olmayacaq 22-03-2020, 19:24 “Mehdi Hüseynzadə”də 9600 oturacaq quraşdırılacaq 22-03-2020, 19:22 FIDE Rusiya qanunlarına da məhəl qoymur 22-03-2020, 19:18 “Sumqayıt”ın ofisindən oğurluq edən saxlanıldı 22-03-2020, 19:15 Tural Rzayev zədəyə görə “Merani”dən ayrıldı 22-03-2020, 19:09 Elçin Dərgahquliyev məsuliyyəti üzərinə götürdü 22-03-2020, 19:06 “Qadın futbolçular kişilər kimi çox qazansalar, daha məsuliyyətli və çalışqan olarlar” 22-03-2020, 18:59 Novruz Əzimov doğum günündə işdən azad olunub 22-03-2020, 18:46 “Neftçi” 1937-ci ilin martında yox, yanvarında yaranıb 18-03-2020, 16:29 AFFA liqalarda fasiləni aprelin 14-nə kimi uzadıb 18-03-2020, 16:28 “Bu gün hamımız koronavirusun əsiriyik” 18-03-2020, 16:27 Premyer-liqa məşqçiləri çempionatdakı fasiləni normal qarşılayırlar 18-03-2020, 16:24 Asim Xudiyev ABŞ təəssüratını bölüşdü 18-03-2020, 16:22 “Səbail” hollandı vətəninə yola saldı 13-03-2020, 12:15 Azər Mirzəyev Teymurun yaxşı fürsəti qaçırdığını düşünür Bütün xəbərlər
Ən çox oxunanlar