27 fev 03:43manset

Dinoyla bağlı sual Qurban Qurbanovu özündən çıxardı

Dinoyla bağlı sual Qurban Qurbanovu özündən çıxardı
Oyunsonrası mətbuat konfransına təşrif buyuran “Kəpəz”in baş məşqçisi Yunis Hüseynovun narahatlığı başadüşülən idi. Paltardəyişmə otağında futbolçularına iradlarını çatdıran təcrübəli çalışdırıcının yolunu təxminən 15 dəqiqə gözlədik. Hüseynov öncə matçla bağlı fikirlərini söylədi, daha sonra suallarımızı cavabladı: “Qələbə münasibəti ilə “Qarabağ”ı təbrik edirəm. Rəqibin təcrübəsini nəzərə alıb, əks-hücum taktikasına üstünlük vermişdik. Bəzi imkanlarımız olsa da, təcrübəsizlik özünü göstərdi. 85-ci dəqiqədə yol verdiyimiz diqqətsizlik qapımıza qolla nəticələndi. “Neftçi”ylə oyundan sonrakı dediyim sözləri təkrarlamaq istəyirəm. Kaş o qolu 20-ci dəqiqədə buraxaydıq, 85-də yox. Son dəqiqələrdə qol vurmaq adamı çox təəssüfləndirir. Heç bir məşqçiyə komandasının 80-ci dəqiqədən sonra qol buraxmasını arzulamıram. Yaxşı oynamadıq, sadəcə, mübarizlik göstərdik. Qapımıza vurulan qolla bağlı danışmaq istəyirəm. Bildiyiniz kimi, “Keşlə”ylə oyundakı qol da oyundankənar vəziyyətdən vurulmuşdu (?). Təkrar baxsaz, dəqiqliklə görərsiz. Təki mən yanılım, amma mənə elə gəlir ki, qol ötürməsi olan anda oyundankənar vəziyyət var idi. Epizoda təkrar baxmaq lazımdı. Bir də qurduğumuz hücum zamanı rəqib bizim futbolçunu yıxsa da, top İlyasa düşdü. Belədə hakim oyunu davam etdirmək əvəzinə cərimə zərbəsi qeydə aldı. Halbuki İlyas qapıçı ilə təkbətək çıxırdı. Hakim həmin epizodu saxlamaya da bilərdi. Buna bənzər epizodlar olmuşdu ki, onda “davam” demişdi. Bunu da saxlamasaydı, heç kim heç nə deməzdi”.
- Dedimara verdiyiniz tapşırıq nədən ibarət idi?
- Dedimarı məcburiyyətdən meydana buraxdım. Samirin ayağında ağrılar oldu deyə, əvəzetməyə əl atdıq. Dedimar mərkəz müdafiəçisidi, lakin məcburiyyətdən yarımmüdafiədə şans verdik. Başla yaxşı oynamağı bacarır. “Qarabağ”ın standart vəziyyətləri zamanı Miçelə nəzarət etməliydi. Məqsədimiz müdafiəni gücləndirmək idi.
- Hakim səhvlərindən ağızdolusu danışırsız. Xəbəriniz var ki, PFL-in Əsasnaməsində buna görə cərimə nəzərdə tutulub?
- Xeyr, bilmirəm. Mən hakimlikdən nəsə demirəm ki. Sadəcə, epizodlara təkrar baxmağı məsləhət gördüm. Kimisə konkret günahlandırmıram. Bəlkə səhv mənimdi, bilmək olmaz.
- Konfransa gec gəlməyiniz futbolçuları danladığınıza görəydi, yoxsa ruhdan düşməmələri üçün psixoloji dəstək verirdiz?
- Uduzan komandanın baş məşqçisinin futbolçusuna irad bildirməsi normaldı. Bu artıq 3-cü oyundu ki, eyni hesabla məğlub oluruq. Futbolçu son dəqiqəyə qədər oynamalıdı, qətiyyən rahatlaşmaq olmaz. Uşaq səhvlərindən qollar buraxırıq.
- Roman Hüseynovu oynatmamağınızın səbəbi nədi?
- Oynayacaq. Hər bir futbolçu şansını gözləməlidi. Perspektivli uşaqdı, heç kimdən geri qalmır. İnşallah, növbəti oyunlarda meydana çıxacaq.
- İlkin Sadıqov azı beş epizodda yerdə qaldı ki, bu da rəqib futbolçuların narazılığına səbəb olurdu. Sizin tapşırığınız idi?
- Yunis Hüseynovun indiyə qədər heç bir futbolçuya “yerdə qal, vaxt öldür” tapşırığı olmayıb. Meydana çıxırsansa, futbol oynamalısan. İlkin fiziki cəhətdən güclü futbolçusu. Sizi inandırım, məşqdə onu vuranda yerdə qalmır. Deməli, bu oyunda ciddi xəsarət alıb ki, yerdə qalıb. Bir dəfə Samir əvəzlənməsini istəyəndə dedim ki, yerə otur, səni əvəzləyirəm. Qaçsaydı, zədəsi daha da ciddiləşərdi.
- İstədiyiniz “Kəpəz”i qura bilmisiz?
- Komanda qurmaq 1-2 ayın işi deyil. Yeni gələndə yaya qədər vaxt istəmişdim. Bu dəqiqə əsas məqsədimiz bacardıqca çox xal toplayıb, sonuncu pillədən yuxarı qalxmaqdı. Bunu söz vermişəm. Tam istədiyim komandanı isə yayda qura bilərik. Yayda futbolçu tapmaq daha asandı.
- İlyas ikinci hissədə meydana çıxdı və oyun başa çatmamış onu əvəzlədiz...
- İlyas sona bir neçə dəqiqə qalmış dizindən zədələndi deyə, onu əvəzlədim.
- Şahin Diniyevin qoyub getdiyi komanda ilə sizin formalaşdırdığınız komanda arasında hansı fərqlər var?
- Şahin Diniyevin komandası ilə indiki komandanı müqayisə etmək istəmirəm. Onlar keçmişdə qaldı, indi gələcəyə baxmaq lazımdı.
- Şadon Vinçesteri meydanda görmədik.
- Xəstələnmişdi, soyuqdəyməsi var.
Daha sonra Qurban Qurbanov kameralar önünə keçdi. O da əvvəlcə oyunla bağlı danışdı: “Sona qədər mübarizlik göstərən futbolçularımı təbrik etmək istəyirəm. Oyunun çətin alınacağını, rəqibin sıx müdafiə olunacağını bilirdik. Son oyunlarda məğlub olsalar da, rəqibə uğurlar arzulayıram. Yaxşı komanda formalaşdırıblar. Bir neçə turdan sonra daha təhlükəli olacaqlar. Xal itirə də bilərdik. Şükürlər olsun ki, hər şey xeyrimizə oldu”.
- Qış fasiləsindən sonra keçirdiyiniz 3 oyunda cəmi 2 qol vura bilmisiz. Aşağı məhsuldarlıq nə ilə bağlıdı?
- Bu dəqiqə bütün rəqiblər düzgün müdafiə oluna bilirlər. Bu gün bir daha bunun şahidi olduq. İkinci hissənin əvvəlində baxdım, 20 oyunçu “Kəpəz”in cərimə meydançasının daxilində və ətrafında idi. O qədər arxaya çəkilmişdilər ki, qapıya yaxın düşmək olmurdu. Belədə qol vurmağın çətinliyi də başadüşüləndi. Bundan sonra bütün rəqiblər bizə qarşı ciddi hazırlaşacaq, bunu bilirik. Növbəti oyunlarda yenə bu hesabla qalib gələ bilərik, yaxud qol vurmarıq, ya da uduzarıq. Hər birinə hazır olmalıyıq.
- Aşağı məhsuldarlıq Dino Ndlovunun “Qarabağ”dan ayrılması ilə bağlı ola bilərmi?
- Ndlovuyla bağlı sual hər dəfə mənə verilir. Niyə bu qədər narahatlıq var, anlamıram. Komandamda daha çox güvəndiyim futbolçular qalıb. Kim “Qarabağ”da qalmaq istəyibsə, onlar yanımızdadı. Digər tərəfdən, bu komandadan kimlər getməyib və kimlərlə məğlub olmamışıq? Ən yaxşı vaxtlarımızda belə, ən zəif komandaya məğlub olduğum oyun olub. Ən yaxşı hücumçularımızın 5-6 oyunda qol vurmadığı vaxtlar olub. Və hər bir hücumçuya görə də nə qədər tənqid olunmuşuq. “Qarabağ”dan gedən oyunçulara görə heç də narahat deyiləm. “Səbail”lə oyunda Mahir fərqləndi, bu gün də qolu, deyəsən, o vurub. Burdan gedən heç bir futbolçunu narazı yola salmamışıq. İstər mənəvi, istərsə də maddi baxımından narazılığımız olmayıb. İnanmıram ki, hansısa oyunçu məndən, yaxud kimdənsə incik ayrılsın. Narazı olan varsa, deməli, başqa fikirdədi. Qətiyyən narahat deyiləm. Bir də ki, bizdə tək hücumçu Mahir deyil. Pedro da, Dani də hücumçu funksiyasını yerinə yetirir. “Qarabağ”dan gedən futbolçuların çıxışını izləyirəm və uğurlarına sevinirəm. Üz tutduqları ölkələrdə hər nə qədər uğurlu olsalar, bizim adımız hallanacaq. Bəlkə də 1-ni bilirsiz, 10-nu bilmirsiz. Ona görə də komandada qalan futbolçuların əziyyətini yerə vurmayaq. “Qarabağ” 1-2 nəfərdən asılı deyil. Sabah heç düşünmədiyiniz oyunçu ilə yollarımızı ayıra bilərik. Bəlkə də liderlərdən ən yaxşısı gedər. Sadəcə, hər şeyi ətraflı açıqlamaq olmur.
- Qolun Mahirin yox, Riçarın hesabına yazılması ilə bağlı müraciət edəcəksiz? Hər halda, Mədətov bombardirlər siyahısında Dabonun ən yaxın izləyicisidi. Bir də həmin epizodda topun Almeydanın əlinə dəydiyi kimi görünür.
- Açığı, belə bir fikrimiz yoxdu. Gördüyüm o oldu ki, ikisi də topqarışıq qapıya girdilər (gülümsəyir). Topun ələ dəyməsini siz deyirsiz, mən indi düşünürəm. Bu barədə söhbətimiz olmayıb.
- Mahir əvəzlənəndə sanki əhvalı yerində deyildi. Hətta onu alqışladız da. Oyun başa çatandan sonra isə “İmarət”in üzvləri dəfələrlə onun adını səsləndirdi. Mədətova nəsə olub ki, hamı ona təsəlli verir?
- Meydanı tərk edəndə kefsiz olması yorğunluqla da bağlı ola bilər. Ümumiyyətlə, son vaxtlar Mahirdə xüsusi istək görürəm. Daha artığını etmək istəyir, futbolu daha çox düşünür. Şəxsi həyatında hansısa probleminin olduğunu hiss etməmişəm. Əksinə, son vaxtlar oyununda irəliləyiş hiss edirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 11:13 Yayın ilk keçidi Amin Seydiyev oldu Bu gün, 10:56 Agentlər Aminin ölkə xaricinə yollanacağını düşünürlər Bu gün, 10:47 EFA, “Fireland Football Club”, “Dortmund Bakı”, yox bir qaşqaldaq… Bu gün, 10:28 Koronavirus olmasaydı... Bu gün, 10:25 “Futbolu qaldırsa, veteranlar qaldıracaq” Dünən, 11:14 Əməkdar məşqçi ölüm-qalım mübarizəsi aparır Dünən, 11:02 “Qəbələ”nin elitada ilk qolunun müəllifi dükan işlədirmiş Dünən, 10:58 AFFA-da qanvermə aksiyası Dünən, 10:57 Bakı UEFA-ya təminat verib Dünən, 10:54 “Ximki”: elita əvəzinə 2-ci dəstəyə 22-05-2020, 16:41 “Stəkan bir yana, əl altında olan hər şey paltardəyişmə otağında uçurdu!” 22-05-2020, 16:32 “Neftçi” bilərəkdən “Bəhramov”a sürgün edildi” 22-05-2020, 11:33 Kurtinaytis 300 nəfər qonaq üçün qəsr icarəyə götürüb 22-05-2020, 11:30 Kamran “Ximki”nin ən məhsuldar futbolçusudu 22-05-2020, 11:29 “Qarabağ”ın həkimi fikir bildirməkdə çətinlik çəkir 22-05-2020, 11:26 Yaşar Vahabzadə “Kəpəz”in futbolçularına kökəlməməyi tapşırıb 22-05-2020, 11:23 Mehman Allahverdiyev cəzalı ola-ola meydana çıxıb 22-05-2020, 11:21 Elxan müəllim, bəs qərar açıqlanacaqdı? 22-05-2020, 11:17 PFL növbəti videkonfransa qatıldı 22-05-2020, 11:16 “Kəpəz”lə “Turan Tovuz” istənilən qərara razı olacaq 22-05-2020, 11:13 “Xaqani Məmmədovun sanki sumqayıtlı hakimlərə qarşı allergiyası var idi” 20-05-2020, 11:30 AFFA divizionda və liqalarda mövsümü erkən bitirir 20-05-2020, 11:27 “Sumqayıt”da 55 nəfər testdən keçdi, “Qəbələ” isə gözləyir 20-05-2020, 11:25 Rövşən Hüseynli birbaşa pley-offa keçməyi təklif etdi 20-05-2020, 11:24 Futzal çempionatında durum futboldakından fərqlidi 20-05-2020, 11:20 Jurnalistlər yerli məşqçinin tərəfdarıdı 20-05-2020, 11:18 Nazarovun qol sevinci yadda qaldı 20-05-2020, 11:17 Millət vəkillləri çempionatın bərpasını istəyir 20-05-2020, 11:14 İsmayıllı Olimpiya İdman Kompleksindən məhkəməyə şikayət olundu 20-05-2020, 11:12 “Futbolla vidalaşandan sonra yəqin ki fermada yaşayacam” 20-05-2020, 11:10 UEFA təxirə saldı, PFL-in rəisi maraqlı şərh yazdı 20-05-2020, 11:09 Brifinqdə yenə futbol unudulmadı 20-05-2020, 11:05 Ploeştidə meydandan qovulan Ramin Nəsibov imiş… 18-05-2020, 14:27 Şahin Diniyev yığmanın baş məşqçisiz qalmasını məqsədəuyğun sayır 18-05-2020, 14:26 Ramin Musayev müalicə aldığına görə videokonfransa qatılmayıb 18-05-2020, 14:13 Yığma üzvlərinin maaşı aprelin sonunda ödənilib 18-05-2020, 14:10 “Qurban Qurbanova “deputatsan, toxunulmazlığın var, futbolçunu itələyərlər də” dedim” 18-05-2020, 14:07 Futzal niyə yada düşmədi? 18-05-2020, 14:05 Şensoy Konkovu təbrik etməyəcək 18-05-2020, 13:59 “Avrokuboklara gedəcək klublar indidən hazırlaşmalı, məşq etməlidilər” 18-05-2020, 13:57 Futbolçular yeniliyi müsbət qarşıladılar 18-05-2020, 13:53 Mətbuat Şehiçi “yoluxdurdu” 18-05-2020, 13:37 “Azərbaycandakı iqlim qazon saxlamaq üçün əlverişli deyil” 18-05-2020, 13:32 Futbolla bağlı qadağa bu həftə götürüləcək 17-05-2020, 11:28 Türk şahmatçı Mahir Məmmədovun FIDE-də çalışmasını düzgün saymır 17-05-2020, 11:26 Karlsen bizimkiləri “görmür” 17-05-2020, 11:20 Beş əvəzləmənin müsbət və mənfi tərəfləri 17-05-2020, 11:17 Klublar Komitəsinin iclasında daha çox təqvim müzakirə olunub 17-05-2020, 11:13 Skarlatake “Sumqayıt”la əlavə oyun istəyir 17-05-2020, 11:10 “Ağsu Siti” yeni arenaya köçür 16-05-2020, 10:56 Hər şey hazırdı, başlaya bilərik! 16-05-2020, 10:31 “Qəbələ”nin 195 iddialısı 16-05-2020, 10:27 “Neftçi” liderdi, baş məşqçinin oğlu bombardir 16-05-2020, 10:23 Namaşko “Keşlə”dən yeni müqavilə gözləyir 16-05-2020, 10:19 Baba yaşında ...ata olacaq 16-05-2020, 10:15 Elnur Əşrəfoğlu: “İndi həmin şərhimə qulaq asanda gülməyim gəlir” 16-05-2020, 10:09 Türklərə qarşı oynayan yığmanı Ələkbər Cəfərov çalışdırıb Bütün xəbərlər
Ən çox oxunanlar