30 yan 15:40manset, gundem

Renat U-19 və U-21-də oynayacaq?

Renat U-19 və U-21-də oynayacaq?
Yerli futbol məktəblərinin yığmaya layiqli futbolçu yetişdirmədiyini görən AFFA rəhbərliyi çatışmazlığı aradan qaldırmaq üçün üzünü başqa ölkələrə tutmaq məcburiyyətində qalıb. Assosiasiyanın dərviş funksiyasını daşıyan seleksiyaçıları ölkə-ölkə gəzərək, Azərbaycanla bağlılığı olan, ancaq hazırda ölkə xaricində top qovan oyunçuları şirin vədlər verməklə yoldan çıxararaq, üçrəngli formanı geyməyə razı salmağa çalışır. Ötən il Rusiya futbol məktəbinin yetirmələri Ramil Şeydayevlə Emin Mahmudovu “özəlləşdirən” funksionerlər 2017-nin ilk günlərində Almaniyada yaşayan Renat Dadaşovu milli pasportla təmin ediblər. Xatırladaq ki, vaxtilə yığmaya cəlb olunan Rüfət Dadaşovun kiçik qardaşı ötən ilin mayında Bakıda 17 yaşa qədər futbolçular arasında keçirilən Avropa çempionatının final mərhələsində Almaniyanın şərəfini qoruyub.
Renatın Azərbaycan millisini seçdiyinin bəh-bəhlə ictimaiyyətə təqdim olunmasından belə başa düşmək olar ki, qürbətçi-futbolçu U-19-un və U-21-in düşərgəsinə baş çəkmədən birbaşa Robert Prosineçkinin sərəncamında olacaq. 17 yaşlı hücumçunun birdən-birə belə şərəfə nail olması isə gələcəkdə fəsadlarını göstərəcək. Yığma zirvəsinə qalxmaq istəyən hər bir futbolçu qarlı-boranlı aşırımlar aşmalı, əl yandıran istiyə, sifət donduran şaxtaya sinə gərməli, o formanı daşımağa layiq olduğunu sübut etməlidi. Belədə fəth olunan zirvə, bu yolda çəkilən əziyyət də qürurverici olur. Ancaq bəzən elələrinə də rast gəlmək olur ki, həmyaşıdlarından fərqli, nə qədər istedadlı olsa belə, heç bir əziyyət çəkmədən həmin zirvəyə helikopterlə qalxır və özündən sonra gələnlərə rişxəndlə, yuxarıdan aşağı baxır. Hər halda, AFFA rəsmiləri böyük ümid bəslədikləri, AÇ-2020 üçün formalaşdırılan yığmada “vuran ayaq” gözündə gördükləri Renatın gələcəkdə “ulduz xəstəliyinə yoluxmaması” üçün əsas millidən öncə onu U-19-un və ya U-21-in düşərgəsinə dəvət etsələr, daha yaxşı olar.
Bəs görəsən, adını çəkdiyimiz yığmaların “sükanı arxasında” olan məşqçilər bu haqda nə düşünür?
(yazı tam halda qəzetin çap variantında)
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar