16 fev 23:23manset

Anası Mahirin qohumdan qız almasına qarşıdı

Anası Mahirin qohumdan qız almasına qarşıdı
Elnurə Mədətova: “Mahir belə tez böyüdü ki, son model avtomobil sürsün”?
Nə qədər futboldan danışmaq, yazmaq olar? Sizi demirəm, bəzən özüm “o atdı, bu tutdu, filankəs filan kluba keçdi” yazıb-oxuyanda bezirəm. Fərqlilik hər zaman maraqlı və cəlbedici olur. Ona görə də ayda bir dəfə altında imzam olan müsahibədə fərqli suallara fərqli cavablarla tanış olacaqsız, daha doğrusu, tanış olmaqdasız. Buna qədər futbolçuların xanımları ilə müsahibələrim olmuşdu. Daha sonra futbol adamları ilə futboldankənar mövzularda söhbətlərim baş tutmuşdu. Lakin bu rubrikada futbolçuların atalarını sorğu-suala çəkəcəm. İlk müsahibim hər kəsin futbolçu və məşqçi kimi yaxşı tanıdığı, Coşqun və Kərimin atası Şahin Diniyev olmuşdu. Daha sonra uzun illər millinin şərəfini qorumuş, “Qarabağ”ın, “Tvente”nin, “Bakı”nın, “İnter”in, “Volqa”nın, “Qəbələ”nin və AZAL-ın formasını geymiş Vaqif Cavadovun atası, ötənlərin futbolçusu Füzuli Cavadovu danışdırmaq qərarına gəlmişdim. Yanvarda isə Ruslan Abışovun atası İbrahim Mustafayevlə söhbətimiz maraqlı alınmışdı.
Bu dəfə Mahir Mədətovun atası Anar Mədətovla danışmalıydım. Lakin yadıma düşdü ki, bir müddət əvvəl ata Mədətovla oğluyla bağlı söhbətləşmişdik. Odu ki, rubrikanın adına uyğun olmasa da, bu dəfə anasını soğru-suala çəkməyi qərara aldım. Əvvəla, Elnurə xanım vaxtilə jurnalist işləyib, yəni müsahibənin maraqlı alınması üçün nəyi necə deməyi yaxşı bilir. Digər tərəfdən, Mahirin anasına daha yaxın olmasıyla bağlı məlumatım var deyə, zəngi Elnurə xanıma etməyi qərara aldım.
“Çimizdirmək üçün soyunduranda, qolundakı şişi gördüm”
- Oğullar anaya, qızlar ataya bağlı olurlar deyirlər. Sizin ailədə də belədi?
- Eynən (gülür). Çox istəyirəm deyəndə ki... Hər ikisi balamdı, canımdı. Birini digərindən ayırmıram. Amma bu bir faktdı ki, oğulla ananın, qızla atanın münasibəti bir başqadı.
- Mahir sirrini kimə deyir: sizə, yoxsa atasına?
- Mənə, mənə. Belə baxanda, ikisi də sirlərini mənə deyirlər. Anar uşaqlarla məsafə saxlayır deyə, sözləri, sirləri olanda yanıma gəlirlər.
- Mahirin uşaqlığını necə xatırlayırsız? Ərköyün, dəcəl, yoxsa yerinə qoyanda səsi çıxmazdı? Düzü, ikinci variant inandırıcı görünmür...
- Mahir mənim ilk övladımdı. Onun dayəsi özüm olmuşam. Evdən bayıra çıxmamışam, hər şeyi ilə özüm məşğul olmuşam. Ona görə aldığı nəfəs də yadımdadı. Çox hiperaktiv uşaq idi, yerində dayanmırdı. İnanın, imkanı olsaydı, tavana dırmaşardı. Yəni o dərəcədə hərəkətli uşaq olub. Nənəsi bəzən deyirdi ki, bu uşağın nəsə problemi var, normal uşaq bu qədər hərəkətli ola bilməz (gülür). Nə başınızı ağrıdım, bir yerdə dayanmırdı.
- Neçə yaşında addım atıb yeriməyə başlayıb?
- 1 yaş 1 ayında.
- İlk işlətdiyi söz “ana” olub, yoxsa “ata”?
- Vallah, heç biri. “Ayna” deyib, qardaşım qızının adıdı.
- Futbola sevgisini nə vaxt hiss elədiz?
- Mahir futbolla 5 yaşından məşğul olmağa başlayıb. Bu haqda müsahibələrdə deyilib. Amma bir hadisə var ki, bunu heç kimə danışmamışam. Qış vaxtıydı, Zaqatalaya qardaşımgilə qonaq getmişdik. Orda topla oynayırdı, birdən necə oldusa, topun üstündən xalçanın üstünə yıxıldı. Ciddi bir şey olmadığını düşündüm. Amma baxıram ki, uşaq iki gecədi narahat yatır, sanki ağrıları var. Qış vaxtı idi deyə, alt paltarlarını dəyişməmişdim. Çimizdirmək üçün soyunduranda, qolundakı şişi gördüm. Qonşuda həkim var idi, cərrah, dərhal onun yanına apardım. Həkim baxan kimi qol sümüyündə sınığın olduğunu dedi. İnanın, elə pis olmuşdum, düzü, qorxmuşdum. Bu dəqiqə sizə danışıram, həmin anlar gözümün qabağında canlanır.
“Gecəni yatmırmış, anama deyirmiş ki...”
- Futbola həvəs hardan yaranıb? Qohum-əqrabada futbolçu var ki?
- Qardaşımın üç oğllu var, üçü də futbola gedirdi. O vaxt hər imkanda Zaqatalaya gedirdik. Qardaşımın uşaqları da futbol oynayırdı, hətta “Simurq”un əvəzedicilərinə qədər yüksəlmişdilər. Mahir uşaq idi, baxırdı ki, dayısı oğlanları geyinib-keçinib məşqə gedir, topla rəftar edirlər. Maraq da ordan yarandı. Dayısı uşaqlarının arxasınca ağlayırdı ki, məni də futbola aparın. Şaban Şirdanovun yanına aparırdılar ki, uşaq dayanmır, ağlayır, icazə verin, ayağı topa dəysin, sakitləşsin. Gecəni yatmırmış, anama deyirmiş ki, səhər açılanda dayım oğlanları futbola gedəcək, mən evdə qalacam. Onun dərdindən yatmırmış ki, səhər onları görə bilsin. 5 yaşında Bakıya gəldi, nənəsi onu “Vətən” futbol məktəbinə yazdırdı. Və beləcə futbolçu günləri başladı.
- Futbolçu olmasına mütləq ki, valideynlərdən biri qarşı çıxırmış. Siz idiz?
- Yox-yox, atası. Anar idmançı olmasını istəyirdi, amma daha çox olimpiya idman növlərinə yazılmasını istəyirdi. Belə deyim, fərdi döyüş növlərinə. Güləşə getdi, taekvondoya getdi, karateyə yazıldı, di gəl ki, futbol sevgisi hamısını üstələdi.
- Anar bəyin dediklərini indi yadına salırsız?
- (gülür) Əlbəttə, salırıq. Anar kənardan sərt görünsə də, əslində çox duyğusaldı. Mahir yaxşı oynayanda, ötürmə verəndə, qol vuranda çox duyğulanır.
- Niyə məhz Mahir? Başqa ad yox idi?
- Ata nənəsinin adı Mahirədi. Ona görə də hələ anadan olmamış Mahir adını düşünmüşdük.
- Siz zaqatalalı, Anar bəy naxçıvanlı, oğlunuzun həyatı isə Bakıyla bağlıdı. Yerlibazlıqdan söz düşəndə, Mahir özünü hansı rayonun, şəhərin nümayəndəsi kimi təqdim edir?
- Nə gizlədim, zaqatalalı olduğunu deyir. Bilirsiz də, ötən yay kubokun final qarşılaşması Naxçıvanda keçirilmişdi. Orda da Mahirə buna bənzər sual verilmişdi və o cavabında Zaqatalaya bağlı olduğunu bildirmişdi. Onu da qınamıram. Orda böyüyüb, uşaqlığı orda keçib, indi də imkan düşən kimi dincəlmək üçün Zaqatalaya gedir. Atası evin tək oğludu deyə, Mahirin bibisi, əmisi yoxdu. Ona görə də dayısı oğlanlarıyla yaxındı. Ordakı qohumların əllərində böyüyüb.
“Mahirə ayda 500 manat verirəm”
- Pulun qədrini bilir?
- Pul onun əlində deyilsə, nə edə bilər ki?
- Nə mənada?
- Mahirin aylıq limiti var, o qədər də xərcləyir. Qazandığını qəpiyinə kimi evə gətirir, mənə verir. O puldan ona aylıq müəyyən məbləğ ayırıram. Gələcəyini qurmaq üçün indidən düşünməlidi.
- Sirr deyilsə, limit nə qədərdi?
- Sirr saxlamalı bir şey yoxdu, Mahirə ayda 500 manat verirəm. Əlavə nəsə çıxmasa, yəni dostlarının ad günü, toyu, yığıncağı, paltar almaq - 500 manatdan artıq vermirəm. Biləndə ki, harasa gedir, hansısa məclisdə iştirak etməlidi, təcili nəsə almalıdı, ona uyğun əlavə pul verirəm.
- Maaşı bildik, bəs qələbələrə görə əlavə mükafat alanda?
- Hamısını mənə verir. Hətta mükafatın, maaşın “quyruğunda” əlavə 20 manat da olsa, evə gətirir.
- 21 yaşlı gənc futbolçuya aylıq 500 manat bəs edir?
- Niyə bəs etməməlidi? Əvvəla, gəzməyə, əylənməyə çox vaxtı olmur. Həftədə bir dəfə dost-tanışlarına vaxt ayıra bilir. Bütün gün bazada olur. Həftədə bir dəfə istirahət edir, onda da 120 manat artıqlamasıyla bəsidi.
- Siz tərəfə çəkib, yoxsa ata tərəfə?
- Xarici görünüşünə görə ata tərəfə. Anargil tərəf, maşallah, boy-buxunludular. Amma xasiyyətdə mənə oxşayıb. Mənim kimi rəhimlidi, “yox” deyə bilmir. Hansısa hadisəni boş verə bilmir, ürəyinə salır, fikir edir.
- Elə bir şey varmı ki, “kaş bu cəhətdə atasına oxşayaydı” deyirsiz.
- Boy-buxunu yaxşı ki, atasıgil tərəfdən götürüb. Anar olduqca ideal ata, ailə başçısıdı. Vaxtında evinə gələr, balalarıyla maraqlanar, hətta paltar alanda, geyinəndə belə uşaqlarına “filan rəngi filan rənglə tutuşdur” deyəcək qədər diqqətlidi. Uşaqlara nəsə lazımdısa, öz işlərini kənara qoyar. Bir sözlə, Anar olduqca ailəcanlıdı. Çox istərdim ki, Mahir atası kimi ailə başçısı olsun.
- Yaxşı əməllərini dediz. Maraqlıdı, oğlunuzun hansı xüsusiyyətini bəyənmirsiz?
- Əliaçıqlığı var, o da mənə oxşadığına görədi. Amma bu keyfiyyətini o qədər də bəyənmirəm. Çox istərdim ki, atası kimi olsun, insanlarla arada məsafə saxlaya bilsin. Bir də baxırsan, kiməsə kömək etmək üçün mesaj gəlir. Dərhal əl-ayağa düşür, nəsə etmək istəyir. De ki, Mahir, qolundakı saatı mənə hədiyyə et, çıxarıb verəcək. Bir az yığımcıl olmasını istəyirəm. Ona görə də qazandığı pullara özüm nəzarət edirəm. Mən də onun gələcəyinə görə nəsə etməyə çalışıram.
“İndiki gənclərin hamısı elədi də”
- Qurban Qurbanovdan irad eşidəndə, evdə nə danışır, kefi necə olur?
- Sizi inandırım, klubun, komandanın içində olanları evdə danışmır. Bilir ki, danışsa da, heç nə dəyişməyəcək. Özüm televizor qarşısında oturanda görürəm ki, ya Qurban müəllimin, ya kapitan kimi Rəşad Sadıqovun mimikasında dəyişiklik olur, Mahirin hansısa hərəkəti xoşlarına gəlmir. Evə gələndə nə baş verdiyini, niyə əsəbləşdiklərini soruşuram, deyir, ana, məni istədiklərindən başa salırlar, irad bildirirlər.
- Ümumiyyətlə, əsəbləşəndə necə sakitləşir? Ana sığalı köməyə çatır, yoxsa təkliyə çəkilir?
- Əsəbi olduğunu görəndə, özüm yaxınlaşıram, nəyisə başa salıram, könlünü alıram. Təkliyə qapılmasına imkan vermərəm. Evdə Mahirin həm anası, həm də psixoloquyam (gülür).
- Bildiyimə görə, həm də avtomobil həvəskarıdı...
- İndiki gənclərin hamısı elədi də. Son vaxtlar sükan arxasında əyləşmir, sürücü aparıb-gətirir.
- Niyə?
- Özü belə istədi. Bizlik bir şey yoxdu. Yəqin rahatlığa görə edir. Nadir hallarda özü avtomobil idarə edir.
- Dəbdə olan son model avtomobillərdən birini almaq istəmir?
- Mahir belə tez böyüdü ki, son model avtomobil sürsün? Olmaz! Hələ futbolda sözünü desin, sonrasına baxarıq. O maşının ona yaraşan vaxtı çatmalıdı.
“Özüm də gəlin olmuşam, gəlinlərin arzularını çox yaxşı bilirəm”
- Maşını bildik, barmağında üzük gəzdirmək vaxtı da deyil?
- 20 yaşı var, 21 olmayıb hələ. Hələ tezdi, futbolunu oynasın.
- Şahin Diniyev oğullarını 23 yaşında evləndirdi. Səbəbini də belə izah etmişdi ki, sabah başıma iş gələr, xeyir işlərini görə bilmərəm.
- Ailənin məsuliyyətini dərk etməlidi, övlad sahibi olmağın hansı anlam daşıdığını bilməlidi. Biz özümüz də 22 yaşında ailə qurmuşuk, qardaşlarım da 21 və 23 yaşlarında ailə qurublar. Amma o zamanlar tam başqaydı. Övlad ata-anaya da dəstək olurdu. Ola bilsin, Şahin müəllim övladlarının xasiyyətini düşünərək belə qərar verib. Ana kimi hiss edirəm ki, Mahir üçün hələ tezdi.
- Neçə il gözləmək fikriniz var?
- Ən tezi 25 yaşında.
- Qızı qohumdan alarsız, yoxsa öhdəsinə buraxarsız?
- Mahir də, qızım da xasiyyətimi yaxşı bilirlər. Necə insanlarla qohum olmağı artıq dərk edirlər. Arzularımı ikisinə də çatdırmışam.
- Qohum?
- Yox-yox, qohum qətiyyən istəmirəm. Yəni tip olaraq necə gəlin, necə kürəkən arzuladığımı bilirlər. İnşallah, üzümüzü ağ edərlər.
- Birdən sevib-seçdiyi sırf sizin dediyiniz kimi olmadı, onda necə?
- Qətiyyən qarışmaram, “Allah xoşbəxt eləsin” deyib, yaxşı olacağına ümid edərəm. Sevəndən sonra kim nə deyə bilər?
- Gəlini yanınızda saxlayarsız, yoxsa ayrı yaşamalıdılar?
- Mütləq və mütləq ayrı. Mən özüm də gəlin olmuşam, gəlinlərin arzularını çox yaxşı bilirəm.
- Qaynana gəlindən nə qədər uzaq olsa, bir o qədər hörmətli olar, hə?
- Məncə də elədi. Evlilik şəxsi həyatdı, ayrı olmalıdı. Bir evin içində iki-üç ailə yaşayanda söz-söhbət qaçılmaz olur. Nə vaxtsa özləri kömək etməyimi istəsələr, xahiş etsələr, başqa məsələ.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu Bu gün, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bu gün, 12:07 Ruslan Abışov köhnə zədəsini təzələyib Bu gün, 12:03 “Keşlə” Antalyadan qələbəsiz dönür Bu gün, 12:02 Yunanov rumınlarla oyunu fərqləndirdi Bu gün, 11:57 Füzuli Məmmədov PRO kateqoriyası üçün oxuyacaq Bu gün, 11:55 Xatakar Babək Alxasovun yeni macərası 26-01-2020, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı 26-01-2020, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” 26-01-2020, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır 26-01-2020, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi 26-01-2020, 06:21 Ovusu Kvabena “Qarabağ”da 26-01-2020, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı 26-01-2020, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi 26-01-2020, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü 26-01-2020, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır 26-01-2020, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? 26-01-2020, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar 26-01-2020, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Bütün xəbərlər
Ən çox oxunanlar