14 fev 02:13manset

“Kəpəz” – “Keşlə” oyunu Gəncədə keçiriləcək!

“Kəpəz” – “Keşlə” oyunu  Gəncədə keçiriləcək!
Klub rəhbərliyi Elmar Vəliyevə yarınmaq istəyirmiş
Dünən futbolinfo.az saytında “Kəpəz”in “Keşlə” ilə 16-cı tura təsadüf edən ev qarşılaşmasının Gəncədə baş tutmayacağına dair xəbər yayıldı. Buna səbəb kimi Gəncə şəhər stadionuna yeni döşənmiş qazonun sıradan çıxması göstərilmişdi. Daha doğrusu, yaşıl ot sarıya çevrildiyindən, klub rəhbərliyi risk etmək istəmirdi.
Əlbəttə, üzücü durumdu. Cəmi dörd ay əvvəl döşənən örtüyün hava şəraiti normal olan vaxtda rəngini itirməsinin bu səbəbləri ola bilər: baxımsızlıq, savadsızlıq. Şaxtalı hava şəraiti müşahidə olunan ölkələrdə ot qışın oğlan çağında da yaşıl qalırdı, müsbət 5-6 dərəcədə “nəfəs alan” qazon niyə sıradan çıxsın ki? İsitmə sistemindən danışmağa ehtiyac yoxdu. Qar yağmayıb, leysan tökməyib, havanın hərarəti mənfiyə düşməyib. Sadəcə, kimlərsə işinin öhdəsindən gələ bilməyərək, məsuliyyətsizliyə yol verib. Bunun adı faciədən başqa bir şey deyil. Stadionun klubun rənglərinə - sarı qazon, göy oturacaqlar - boyanmasının cavabını klubun başında oturanlar verməlidi.
Hətta vəziyyət deyilən kimidisə belə, bundan əziyyət çəkən “sarı-göylər” olacaq. Çünki “Keşlə” ilə dekabra qədər təsadüf edən hər iki qarşılaşma Bakıda baş tutmuşdu. Bu isə o deməkdi ki, Gəncə təmsilçisi bakılıları qalan hər iki oyunda “doğma divarlar” arasında qəbul etməlidi. Bu baş verməsə, matç ya Bakıya salınacaq, ya da qonşu rayonlardan birinə, məsələn, Yevlaxa. Çünki yerdəyişmə limiti dolub.
Məsələyə aydınlıq gətirmək üçün öncə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevi aradıq. Maraqlıdı ki, Aslan bəy klubdan onlara rəsmi müraciətin ünvanlanmadığını dedi: “Dediyiniz məsələdən xəbərimiz var. Buna baxmayaraq, bu günə qədər PFL-ə klubdan heç bir rəsmi müraciət daxil olmayıb. Bəli, şifahi danışıq olub. “Kəpəz” rəsmiləri fevralın 18-də Gəncədə tədbirin olacağını əsas gətirərək, oyunun təxirə salınmasını, ya da başqa stadionda keçirilməsini xahiş etdi. Məsələ hələ ki açıq qalıb. Dediyim kimi, rəsmi sənəd yoxdu”.
Maraqlıdı, qazon niyə saralıb? Məsuliyyət kimin boynundadı? Klub rəhbərliyinin “Kəpəz” – “Keşlə” oyununun hansı stadionda keçiriləcəyi ilə bağlı fikri nədi? Sualları Gəncə təmsilçisinin mətbuat katibi Azad Mustafayevə ünvanladıq: “Əvvəla onu qeyd edim ki, “Kəpəz”in “Keşlə”ni Gəncədəki stadionda qəbul etməsiylə bağlı heç bir problem yoxdu. Fevralın 18-dəki oyun Gəncədə baş tutacaq! Qazonun durumu ilə bağlı mütəxəssislə danışdıq. O bizə heç bir qorxulu problemin olmadığını bildirdi. Lap bu gün də meydanda oyun keçirilə bilər. Sadəcə, qış fəslinə uyğun olaraq, otun rəngi bir az saralıb. Bu da faciəvi bir şey deyil... O ki qaldı həmin gün şəhərimizdə keçiriləcək tədbirə, bildiyiniz kimi, 2016-cı ildə Gəncə Avropanın Gənclər Paytaxtı seçilmişdi. Odu ki, şəhər rəhbərliyi yenidən daha bir böyük layihəyə imza atmaq istəyir. 2019-cu il üçün Avropanın İdman Paytaxtı seçiləcək ki, şəhər rəhbərliyi Gəncənin namizədliyini irəli sürmək fikrindədi. Bu cür tədbirlər isə geniş planlar, böyük işlər tələb edir. Hazırda şəhərdə dediyim layihəylə bağlı hazırlıq işləri gedir. Klub rəhbərliyi də şəhərin maraqlarını nəzərə alıb, oyunla bağlı hansısa addımlar atmaq fikrindəydi. Lakin sonda azarkeşlərin marağı nəzərə alındı və qarşılaşmanın Gəncədə keçirilməsi qərarı qüvvədə qaldı”.
Azad bəyin dediklərindən də aydın olur ki, klub rəhbərliyində təmsil olunanların niyyəti özlərini Gəncənin icra başçısı Elmar Vəliyevə xoş göstərmək olub. Yəni azarkeşlər futbolsuz qalsa da olar, əsas odu ki, başçının qəzəbinə tuş gəlməyəsən. Lakin sonradan “yuxarılar”da aparılan danışıqlar sevindirici xəbərlə yekunlaşıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb Bu gün, 12:05 PFL Antalyaya böyük heyətlə gedib Bu gün, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır Bu gün, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bu gün, 11:54 “Zirə” Antalyada qələbə həsrətinə son qoydu Bu gün, 11:46 Buzovna “Xəzri”si necə yaşayır? Bu gün, 11:20 "Modern Hospital"da məskunlaşan yığma natamam heyətlə hazırlaşır Bu gün, 11:16 "Viktoriya” Fərid Nəbiyevin transferini açıqladı Bu gün, 10:58 30 il əvvəl, məhz bu gün... Bu gün, 10:48 Deviç “Sabah”a döndü Dünən, 12:30 Şəhriyar övladları ilə bir arada Dünən, 12:28 Biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb Dünən, 12:25 AFFA Azad Həmkarlar İttifaqı İlham Əliyevə müraciət hazırlayır Dünən, 12:19 Yunis Hüseynov Antalyaya gedir Dünən, 12:15 İcra başçısı ilə görüşün təşəbbüskarı şəmkirli məşqçilər olub Dünən, 12:13 Dario Federiko yoxlama oyununda qol vurdu Dünən, 12:11 “Sumqayıt” 7 qolun vurulduğu oyunu uduzdu Dünən, 12:10 MTK gücünü “Qəbələ”yə göstərdi Dünən, 12:07 Amit Quluzadə Albaniyaya qayıtmaq istəyib Dünən, 12:05 “Turan Tovuz” rəhbərliyinə premyer-liqa ilə bağlı heç nə deyilməyib Dünən, 12:04 U-19 hər ay toplanış keçəcək Dünən, 12:02 Hakimlərimiz beynəlxalq arenada nəinki yerində sayır, hətta geri gedirlər Dünən, 11:59 Bakı metrosunda əcaib irqçilik Dünən, 11:56 Kintananın getmək qərarının arxasındakı sirr 8-01-2020, 11:16 Mirabdulla “Neftçi”yə qayıtdı, Rıbka da gedir 8-01-2020, 11:14 PFL kubokun finalının yeri ilə bağlı yekun qərar verməyib 8-01-2020, 11:09 “Neftçi”ylə “Zirə”nin 200 mini əlində qaldı 8-01-2020, 11:07 Bordinin taleyinə bu gün aydınlıq gəlməlidi 8-01-2020, 11:03 Almeydadan xəbər yoxdu 8-01-2020, 11:00 Güloğlan Cabbarov deputat olmaq istəyir… 8-01-2020, 10:54 “Ümid edirəm ki, “Səbail” futbolda özünəməxsus tarix yazacaq” 8-01-2020, 10:50 İl yeniləndi, dekadanın acıları unudulmadı 3-01-2020, 16:35 Ümummilli sorğuda 2-ci dəfə qapıçı qalib gəldi! 3-01-2020, 16:26 “Zirə”dən Elvinə “get” deyən olmayıb 3-01-2020, 16:13 Teymur Rəcəbov 2019-un ən yaxşı idmançısıdı! 3-01-2020, 11:00 “Sabah”ın ilk transferi Marina oldu 3-01-2020, 10:54 Veteranların duelini “Sumqayıt” qazandı 3-01-2020, 10:48 Cəfərquliyevlə Həsənov AFFA-nın qərarıyla razılaşmır 3-01-2020, 10:45 “Qəbələ”: 2019-dan 12 məqam 31-12-2019, 08:18 Ruslan qış fasiləsinin dönüş nöqtəsi olacağını düşünür 31-12-2019, 08:13 Musa Qurbanlı “Qarabağ”ı tərk edə bilər 30-12-2019, 21:22 Agentlərin qış “transfer pəncərəsi” ilə bağlı gözləntiləri 30-12-2019, 21:00 Şahin Zəkiyev “Keşlə”də haqsızlıqla üzləşib 30-12-2019, 20:55 “Azərbaycandan gələn təklifləri gözdən keçirmək fikrim yoxdu” 30-12-2019, 11:04 Mənzilin verilməsi Vladislav Qədirov üçün sürpriz olub 30-12-2019, 11:01 Aftandil Hacıyev: “Elə oyunçular var ki, 3-4 aydı pul ala bilmirlər” 30-12-2019, 10:58 Elvin Yunuszadə yerli klublarla danışıq aparır 30-12-2019, 10:55 Yaşar Vahabzadə “Kəpəz”in oyunlarının videoyazısını dəfələrlə izləyir 27-12-2019, 12:41 Güləş ailəsi bir araya gəldi 27-12-2019, 12:39 Riçard “Qarabağ”dan 1 milyon tələb edir 27-12-2019, 12:37 “Neftçi” rəhbərliyi Bordini yola salmağın planlarını cızır 27-12-2019, 12:35 “Forza Neftçi”nin rəhbəri üsyan edir 27-12-2019, 12:31 Yunanov “Sumqayıt”dan ayrılmağı düşünmür 27-12-2019, 12:29 “Azarkeşlərin AFFA-ya qarşı mübarizəsini parlamentdə də davam etdirəcəyik” 27-12-2019, 12:26 “İlin futbolçusu” sorğusu: adlar və tanıtma 27-12-2019, 12:24 Milli Olimpiya Komitəsində 2019-a yekun vuruldu 27-12-2019, 12:20 AFFA, “Neftçi” və “Qəbələ”… Bütün xəbərlər
Ən çox oxunanlar