09 fev 13:16manset

“Mahir Mədətov oğlumun dostudu, mən də atasıyla dostluq edirəm”

“Mahir Mədətov oğlumun dostudu, mən də atasıyla dostluq edirəm”
İlqar Muradov vaxtilə “Sevinc kuboku”nda oynayıb
“Hərdən futboldan danış!” rubrikasının budəfəki qonağı həzin mahnılarıyla ürəkləri oxşayan tanınmış müğənni İlqar Muradovdu. İlqar bəylə futbol haqda danışdıq, musiqiylə bu oyun arasında paralellər apardıq və bəzi maraqlı məqamları ortaya çıxardıq.
“Uşaqlıqda futbolu əyləncə üçün oynamışam, sonradan musiqi mənə güc gəldi”
- Futbola marağınız hardandı və neçə yaşından bu idman növünü izləyirsiz?
- Kiçik yaşlarda özüm də futbol oynamışam. Məhəllə komandasında çıxış edirdim. Bəlkə eşidərsiz, o vaxt “Sevinc kuboku” var idi. Mən hardasa 1965-70-ci illərdən danışıram. Onda məhəllə komandaları bir-biri ilə turnir çərçivəsində qarşılaşırdı. Bu həm də respublika birinciliyi idi. Mən də həmin məhəllə komandasında oynamışam. Komandanın adı da “Vostok-6” idi. Hətta o vaxtlar səhv etmirəmsə, ikinci yerə də çıxmışdıq.
- Bəs o vaxt peşəkar futbolçu olmağı arzulayırdız?
- Yox. Mən onda musiqi məktəbinə də gedirdim. Düzü, uşaqlıqda futbolu əyləncə üçün oynamışam. Amma sonradan musiqi mənə güc gəldi.
- Bəs mövqeyiniz nə idi, harda oynayırdız?
- Əslində o peşəkar səviyyə deyildi. Orta məktəb uşaqları arasında keçirilən turnirlərdə müdafiədə oynayırdım.
- Heç qol vururduz arada?
- Hərdənbir olurdu, əlbəttə (gülür)
- Bəs müdafiədə etibarlı idiz?
- Çox köhnə söhbətdi, uşaqlıq illərindən gedir söhbət, futbola, sadəcə, sevgi var idi. Bütün uşaqlarda belə idi…
- Bəs uşaqlıqda ekran qarşısında əyləşib futbola baxan olmusuz?
- Uşaqlıqda biz “Neftçi”yə daha çox azarkeşlik edirdik. “Neftçi”nin çempionat və kubok oyunlarını izləyirdik.
- Bəs indiki Tofiq Bəhramov adına Respublika stadionuna “Neftçi”nin oyuunlarını izləməyə gedirdiz?
- Əslində uşaqlığım Naxçıvanda keçib. 1981-ci ildən Bakıya gəlmişəm. Amma təbii ki, Tofiq Bəhramov adına Respublika stadionunda çox olmuşam. “Neftçi”nin parlaq vaxtlarında…
- Belə çıxır, “Sevinc kuboku”nu Naxçıvanda oynayırdız…
- Biz Naxçıvan komandası kimi çıxış etmişdik, ancaq respublika birinciliyi səviyyəsində oynayırdıq. Biz orda 2-ci yeri tutmuşduq və nəticədə Naxçıvandan Bakıya gəlmişdik.
“Məncə atası Mahir Mədətovla qürur duyduğuna görə tez-tez onun haqda danışır"
- Bəs beynəlxalq səviyyədə hansı yığma və kluba azarkeşlik edirsiz?
- Siz deyən elə də azarkeş deyiləm. Amma DÇ və AÇ-nin final mərhələsinin oyunlarına baxıram. “Qarabağ”a çox azarkeşlik edirəm. Bu komanda bizi çox sevindirir. Orda bir oyunçu da var ki, o, mənim gözümün qabağında böyüyüb. Söhbət Mahir Mədətovdan gedir. O mənim oğlumun dostudu, mən də atasıyla dostluq edirəm. Biz həm qonşu, həm də çox yaxın insan olmuşuq. Bu gün də onun uğurları məni çox sevindirir.
- Mahirin atası Anarın tez-tez mətbuat önünə çıxması cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Hiss olunur ki, Qurban Qurbanov da atasının Mahiri tez-tez reklam etməsinə görə narahatdı. Onun fikrincə, belə məqamlar futbolçunun oyununa mənfi təsir göstərir. Siz bu haqda nə fikirləşirsiz?
- Məncə, atası oğluyla qürur duyduğuna görə tez-tez müsahibələrində onun haqda danışır. O bilsə ki, belə açıqlamalar onun karyerasına ziyandı, bir də onun barəsində reklam səviyyəli çıxışlar etməz.
- Bəs öz oğlunuzun futbola marağı var?
- Hə, var, o da azarkeş səviyyəsində.
- Bəs hansı komandaya azarkeşlik edir?
- Əsasən Türkiyə futbolu ilə maraqlanır. Düzdü, “Qarabağ”a da azarkeşlik edir, amma “Qalatasaray”a ürək bağlayıb.
- İlqar bəy, əski Bakının romantikasını indiki “Neftçi”də görürsüzmü?
- O vaxt futbola sevgi bir az fərqli idi. Düzdü, indiki məqamda “Neftçi”nin varlığı belə bizə şərəf verir. Ümumiyyətlə, vaxtilə bu komandanın şərəfini qoruyan oyunçuların böyük əksəriyyəti ilə münasibətlərim var. Düzünü desəm, futbolumuzun tarixi siması kimi “Neftçi”ylə qürur duyuram.
- Ümumiyyətlə, futbol adamlarından kiminlə münasibətləriniz var?
- Bəli, orta nəslin nümayəndələri ilə dostluq edirəm. Məsələn, Maşallah Əhmədovla yaxın münasibətdə olmuşam. Vaxtilə “Araz”dan “Neftçi”yə keçən futbolçularla əlaqəm olub. O vaxt Əhməd Ələsgərov da “Araz”dan “Neftçi”yə gəlmişdi. Bununla yanaşı, İqor Ponomaryovla yaxşı münasibətlərim olub. Siyahiya İsgəndər Cavadovu da artıra bilərəm. Bir sözlə, əksəriyyəti ilə…
- Ancaq indiki nəsildən heç kimlə, hə? Yalnız Mahiri tanıyırsız?
- Hə, Mahirin adını çəkmək olar. Ola bilər, adlarını unutduğum idmançılar var. Məndə bir az adlarla bağlı unutqanlıq xəstəliyi var (gülür).
“Futbolda olduğu kimi, musiqidə də zəif tərəflərimiz var”
- Özünüz Naxçıvandansız. Mən bu sualı sizə verəcəkdim, özünüz Naxşıvanın adını birinci çəkdiz. Hazırda Naxçıvanın futbolsuz qalması sizi nə dərəcədə narahat edir?
- Ümumiyyətlə, hazırda Azərbaycanda futbol çox yaxşı inkişaf edir. Amma futzalda “Araz”komandası da Naxçıvanı təmsil edir. Mən o komandaya çox azarkeşlik edirəm. Futzalda yetərincə böyük uğurları var.
- Amma böyük futbolda “Araz Naxçıvan” kölgəyə çəkilib. Bir ara premyer-liqamızda çıxış etdi, sonradan yarışdan çəkildi.
- Belə bir məsəl var ki, əslini danan haramzadədi. Naxçıvana bağlı nə şərəfli iş varsa, bu bizim baş tacımızdı. Mən çox istərdim ki, Naxçıvanın komandası da inkişaf etsin və yaxın zamanlarda hətta dünya futbol klubları səviyyəsinə də yüksəlsin (gülür).
- Gəlin, musiqi ilə futbol arasında paralellər də aparaq. Belə deyək də, musiqi də ansambldı, futbol komandası da hardasa ansambla bənzəyir. Niyə bizdə birinci daha yaxşı alınır, ikinci yox?
- Əslində musiqidə də zəif tərəflərimiz var. Biz hələ indi-indi xor musiqisini inkişaf etdirməyə başlayırıq. Bizdə xor, yəni bərabər bir yerdə oxumaq da çox zəif inkişaf edib. Bu bizdə mentallıqla bağlıdı. İstər idman, istərsə də musiqidə fərdi şəkildə uğurlar var, amma bərabər şəkildə olsa, daha böyük uğurlar əldə etmək olar.
- Yəni Üzeyir Hacıbəylinin yaratdığı Dövlət Xor Ansamblında da futbolumuzdakı kimi problemlər olub?
- Bizdə xor həmişə zəif olub. Elə çalğıçılar arasında da belə anlaşma problemi yaşanır. Məncə, bizdə hər sahədə problem var. Hər kəsin özünə məxsus…
- Mahnı oxumaq üslubunuzu futbolda hansı oyun üslubuna bənzədərdiz?
- Futbolu da mənim oxuduğum üslubda oynasalar, bu idman növü teatrallaşar. Məndə əsasən lirikadı. Futbolda isə daha cəld və atəşfəşanlıqla çıxış etmək lazımdı.
- Sizin düşüncənizlə, futbol daha sərt oyundu…
- Bəli, mən məhz belə düşünürəm.
- Amma bu oyunda yaradıcılıq da var axı. Nağıl kimi ötürmələr, gözəl kombinasiya və qol…
- Təbii ki, futbolun özündə də teatrallıq var. Amma musiqidən fərqli futbolun ritmi tam fərqlidi. Futbolda gözəl oyunun və gözəl ötürmələrin öz yeri var...
- İlqar bəy, bizdə cəmiyyət arasında yığmada oynayan legionerlərə biganəlik var. Hamımız istəyirik ki, millimizdə ancaq yerli futbolçular oynasın. Təəssüf ki, istər futzal, istərsə də futbol yığmamızda legionerlər də çıxış edir. Bəs musiqidə vəziyyət necədi? Hansısa ölkədən gəlib Azərbaycan musiqisini təbliğ etməklə bu nə dərəcədə bənzər haldı?
- Düşünürəm ki, başqa ölkədən gəlib bizim musiqini ifa etsələr, musiqimizin zənginliyini dərk etsələr, bu xalqımızın musiqisinə çox böyük təkan sayılar. Bu çox gözəl işdi. Azərbaycan musiqisini dünya musiqisiylə sintez edəndə ortaya çox yaxşı əsər çıxır. Futbola gəlincə, təbii, biz çox istərdik ki, komandanın bütün üzvləri azərbaycanlılar olsun. Çünki idman bir az musiqidən fərqlənir. Hamısı azərbaycanlı olsa, bu çox yaxşı alınardı, ancaq komandanın ümumi gücünə görə yəqin ki, hələlik başqa yerdən oyunçular dəvət edirik.
- Belə çıxır, indiki şəraitdə bunu məqbul sayırsız.
- Bəli, fikrimcə, güclü oyunçuların dəvət olunması yaxşı haldı. Bu işdə onlar bizə çox yaxşı təkan verir.
- Təbii ki, nəticəyə yaxşı mənada təsir edirsə, sizinlə razıyam. Amma bu həmişə belə olmur. Di gəl ki, musiqidə Manana kimilərin bizə uyğunlaşdığını görürük.
- Elədi, musiqidə daha yaxşı uyğunlaşma görürük.
- Bir problemli məqamı da qabartmaq istəyirəm. Etiraf edək ki, “Qarabağ”ın avrokuboklardakı çıxışını istisna etsək, bizdə stadionlar dolmur. Azərbaycan çempionatının oyunlarını izləməyə çox az azarkeş gəlir. Məsələ ondadı ki, konserts salonları haqda bunu söyləmək olmur. Hansısa müğənni konsert verəndə çox vaxt anşlaq yaşanır. Hətta eləsi var ki, neçə gün dalbadal konsert verir. Niyə konsert salonları dolur, amma stadionlar dolmur.
- (gülür). Əslində çox maraqlı sual verirsiz. Bizim xalqımız çox musiqisevərdi. Kaş onlar idmanı da musiqi kimi sevəydi. Stadiona ola bilər hava şəraiti, tənbəlliik və ya problemlərlə bağı camaat axışmır. Ancaq elə konsertlər var ki, orda da anşlaq olmur.
- Buna rəğmən, qəbul edirsiz ki, Azərbaycan musiqisi futbolumuzdan daha üstdədi.
- Yox, mən elə demirəm. Düzdü, Azərbaycan musiqisi dünyanın ən zəngin musiqisidi. Mən bunu deyə bilərəm.
- Qastrol səfərlərinə gedəndə məşhur stadionlarda hansısa oyuna baxmaq fikrinə düşmüsüzmü?
- Səmimi desəm, xarici ölkələrdə belə stadionlarda olmamışam. Ancaq belə imkan əldə etsəydim, təbii ki, maraqlı olardı.
“Tarixin ən güclü futbolçusu? Pelenin adını cəkərdim”
- Xarici futboldan söz düşmüşkən, artıq klassikləşən bir sualı sizə vermək istərdim: Messi, yoxsa Ronaldo?
- (gülür). Hər ikisi. Həm Messinin, həm də Ronaldonun oyunundan həzz alıram. İnanın, çox səmimiyəm. Onlar seçilmişlərdi. Belə bir atalar sözümüz var: hansı barmağı kəssən, qan çıxar. Onlar futbolun ən tanınmış ulduzlarıdı. Ola bilər, hansısa komponentdə güclü və zəif olmaq mümkündü, buna rəğmən, reytinqləri dünya səviyyəsindədi. Onlar seçilmişlərdi, Tanrı onlara böyük istedad bəxş edib.
- Sizcə, Maradona onların ikisindən üstündü?
- Peledi, Maradonadı, onların öz dövrü var. Futbol get-gedə inkişaf edir, başqalaşır. Hərəsi öz dövrünün ulduzlarıdı.
- Bəs sizcə, tarixin gəlmiş-keçmiş ən güclü oyunçusu kimdi?
- Pelenin adını çəkərdim.
- Pelenin oyunlarını izləmisiz?
- Əlbəttə, Pelenin oyunlarına baxmışam. Özü də sevərəkdən…
- Yığma komandalardan kimə azarkeşlik etmisiz? Pelenin adını birinci çəkdizsə, oyunlarını sevərəkdən izlədiyinizi söylədiszə, onda Braziliya deyərsiz…
- Hamımız futbolun Braziliyada necə inkişaf etdiyini bilirik də. Biz gözümüzü açandan Braziliya seçilmiş komanda olub.
- Qarşıdan DÇ gəlir. Özü də yaxın yerdə, yəni Rusiyada keçiriləcək. Gedib baxmaq fikriniz var?
- Yox, hələ belə planım yoxdu. Amma DÇ-yə stadiondan baxmaq arzum var. İmkanım olsa, böyük məmnuniyyətlə ora gedərdim.
TAHİR MİRZƏ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar