04 fev 12:11manset

Ramin Musayev bilərəkdən Tərlan Əhmədovun zənglərinə cavab vermir

Ramin Musayev bilərəkdən Tərlan Əhmədovun zənglərinə cavab vermir
“Bəzi klubların izinə düşmüşük, rusların sözü olmasın, “vot-vot”du”
Hakimlərin, “Səbail”in və jurnalistlərin qaldığı “Mirakl” otelində PFL prezidenti Ramin Musayev də məskunlaşıb. Günortalar şəxsi görüşləri olan, o qədər də gözə dəyməyən qurumun rəhbəri ilə şam yeməyindən sonra rastlaşırıq. Şirin zarafatları, üzləşdiyi maraqlı əhvalatları dilinə gətirməklə bir növ arada səmimiyyət yaradır. Bir neçə jurnalist ayrı-ayrılıqda Musayevdən müsahibə götürmək istəsə də, bunun xeyli vaxt aparacağını və artıq əziyyət olacağını deyən PFL-in sözçüsü Aslan Şahgəldiyev ən yaxşı variant kimi mətbuat konfransında sorğu-sual etməyi irəli sürdü. Dünən saat 12.00-da otelin konfrans zalında görüşüb, bizi maraqlandıran suallara cavab tapdıq. Ramin bəy öncə düşündüklərini dilə gətirdi: “Təklifimizi qəbul edib yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Bizim üçün də xoş oldu. Zəhmətiniz çoxdu, əziyyət çəkirsiz. Həm AFFA rəhbərliyi, həm də öz adımdan sizə təşəkkür edirəm. Bu cür təlim-məşq toplanışları artıq xeyli vaxtdı ənənə halını alıb. Bu təşəbbüsün səbəbkarları da Rövnəq Abdullayevlə Elxan Məmmədovdu. İstirahət etməklə yanaşı, klublarımızın nə işlə məşğul olduğunu görə bilirik. Hakimlərin Antalya toplanışında idarə etdikləri oyunların sayı mövsümboyu idarə etdikləri matçların sayına bərabər olur. Bu dəfə 74 oyunda iş başında oldular. Məqsədimiz hakimlərin fiziki və nəzəri cəhətdən “artırmasına”, kiminsə haqqının tapdanmamasına çalışmaqdı. Özünüz də görürsüz ki, hakimlər hər gün səhər 7-də məşqçi Namiq Quliyevi gözləyirlər. Tək hakimlər yox, klubların işiylə də maraqlanırıq. Düzdü, təsir etmək imkanımız yoxdu. Amma sabah kimsə söz deyəndə, biz də sözümüzü deyə biləcəyik. Mən səmimiyyəti sevirəm. Və heç kimə “bunu yazma” deməmişəm. Sadəcə, haqqına yazmağı xahiş edirəm. Nə varsa, hamı bilməli, görməlidi”.
“Çox gözəl uşaqdı, amma atası ona mane olur”
- Əsas hakimlərdən Fariz Yusifov hazırlıqda iştirak etmədi. Halbuki çempionatda ən ağır oyunlar ona həvalə olunur.
- Bir dəfə futbola baxırdıq. Həmkarınız Əli dedi ki, bu nə hakimlikdi, Xaqani Məmmədov meydanın ortasında kreslo qoyub otursa, bundan yaxşı hakimlik edər. Söhbət təcrübədən gedir. Fariz karyerası ərzində özünü sübut etmiş adamdı. Fiziki hazırlığına söz ola bilməz. Çalışdığı sahə də bunu tələb edir. Ona görə də narahatlığa ehtiyac yoxdu. İnanıram ki, yenə həmişəki Fariz Yusifovu görəcəyik.
- Tərlan Əhmədovun “Neftçi”yə gəlişində az rolunuz olmamışdı. Hətta ona zamin durduğunuz deyilirdi. Əldə etdiyimiz məlumata görə, hazırda münasibətləriniz qaydasında deyil, hətta Əhmədovun telefon zənglərinə də cavab vermirsiz. Soyuqluq var?
- Siz cavansız, bir az yaşlılar xatırlayar. SSRİ dövründə bir insan Kommunist Partiyasına üzv seçilmək istəyəndə, üç nəfər onun namizədliyinə zamin durmalıydı. Danmıram, mən də Tərlan Əhmədovun “Neftçi”də çalışması üçün zamin olmuşam. İndiki zamanda bankların belə bir qanunu var ki, zamin duranları daha çox incidirlər (gülür). Tərlan Əhmədov yaxşı məşqçidi, gözəl insandı. Ona görə də namizədliyini irəli sürdüm. Az öncə dediyim kimi, klublarda çalışanların nə işlə məşğul olduğu haqda xəbərim var. Və mənə məlumat daxil oldu ki, Tərlan Əhmədov bəzi vaxtlarını komandadan kənarda keçirir. Mən də ona ismarıc göndərdim ki, sənə zamin durmuşam. Ona görə də ondan incimişəm. Bəzi adamlara sözlə təsir etməlisən, bəzilərinə hərəkətlə. Tərlan Əhmədovun zənglərinə cavab verməməyim onun üçün böyük zərbədi. Tərifləmək istəməsəm də, deyəcəm. Tərlan Əhmədov yaxşı oğlan, yaxşı məşqçidi.
- “Neftçi”nin son mövsümləri titulsuz başa vurması nə ilə bağlıdı? “Neftçi”də çalışmış, bu klubu sevən adam kimi klubun, komandanın daxilində nələrin baş verməsindən xəbərdarsız?
- Vallah, bunu çox şişirdirik. Klubda pis heç nə yoxdu. Hamı öz işiylə məşğuldu. Orxan Hüseynzadə qabiliyyətli oğlandı, klubda nələrinsə baş verdiyinə inanmıram. Söz-söhbət nəinki klubun içində, hər bir ailədə var. Sizin ailədə də, bizim ailədə də.
- Klubların hazırlıqlarını izlədiyinizi, nöqsanları gördüyünüzü dediz. Bəlkə həmin səhvləri indi açıqlayasız.
- Burda açıqlama vermək istəmirəm. Elə adam var ki, səhvini başa düşür, sənə hörmətlə yanaşır. Eləsi də var ki, bunu başqa cür başa düşür. Ona görə də vaxtı gələndə sözümü deyəcəm. Mən sözü boşuna deyən adam deyiləm. Həm də belə şeyləri mətbuata açıqlamaq düzgün deyil. Lazım gələndə bildiklərimi, gördüklərimi dilə gətirəcəm. Sabah kimsə sponsorun qarşısında bəraət qazanmaq üçün AFFA ilə PFL-i suçlayanda, mən də öz növbəmdə lazım olan sözləri deyəcəm.
- Hakimlərin hazırda hansı formada olduğunu bilirsiz, görürsüz. Qış fasiləsindən sonra “Qarabağ”la “Qəbələ” arasında keçiriləcək gərgin oyuna hansı referini layiq görürsüz?
- Bu günə qədər hansı hakimin hansı oyuna getməsi ilə bağlı istəyimi irəli sürməmişəm. Halbuki müqavilə əsasında bunu etməyə ixtiyarım var. Çempionatı keçirən qurum rəhbəri kimi məndə məlumatlar olur. İradlarımı bildirməyə ixtiyarım var. Amma deyə bilmərəm ki, Əlini yox, Vəlini qoy. Sadəcə, iradlarımı bildirə bilərəm. “Qarabağ”la “Qəbələ” arasındakı oyun çempionluğun taleyini həll etmir. Hələ qarşıda neçə tur olacaq. Rauf Cabbarov, Fariz Yusifov, Əliyar Ağayev və digər hakimlərimiz də bu matça təyinat ala bilər. Rövşən Əhmədovun oğlu hazırda hakimlik edir – Rəşad Əhmədov. Çox gözəl uşaqdı, amma atası ona mane olur. Çünki Rövşən tələsir. O istəyir ki, uşaq birdən-birə yetişsin. Hər şeyin vaxtı var. Rəşad bu gün artıq hazırdı. İnanıram ki, həmin oyunu ona versək, gözəl idarəçilik edə bilər. Sadəcə, Rəşada mənim kimi insan dəstək verməlidi. Mən də buna hazıram.
“Elə burdan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş”
- Çempionatın qalan hissəsindəki mübarizəni necə qiymətləndirirsiz? Sizcə, çempion kim olacaq?
- Çempionun kim olacağını deyə bilmərəm. Yoldaşlıq görüşlərində komandalarımızın uduzması onların zəifliyi demək deyil. “Səbail”in matçında oldum. Gördüm ki, baş məşqçi bəzi futbolçuların mövqeyini dəyişib. Bunu Qurban Qurbanovda da görmüşəm. Bu il daha çox 3-4-cü yerlər uğrunda çox böyük mübarizə gedəcək. Elə burdan səslənirəm ki, Xaqani müəllim, sən də hazırlaş (gülür).
- Birinci divizionla bağlı fikirləriniz necədi? Aşağı dəstədən premyer-liqaya komanda çıxacaq?
- Açığı, birinci divizionla bağlı sualı daha əvvəl gözləyirdim. “Xəzər” klubu çox xoşuma gəldi. Bu dəqiqə bizim üçün premyer-liqadan vacib aşağı dəstədi. Çünki uşaqlar ordan yetişib gəlməlidi. Birinci onu deyim ki, istər AFFA rəhbərliyi, istərsə də PFL rəhbərliyi kənardan maliyyələşən klubların sayının çox olmasını istəyir. Yəni şəxsi büdcələri hesabına ayaqüstə dayana bilsinlər. Elə klublar var ki, deyir, adımızı püşkatmaya əlavə et, davamı gələcək. Amma gəlmir. 1-2 dəfə başımıza gəlib. Ona görə də növbəti səhvə yol vermək istəmirik, ehtiyatlı davranırıq. Hansısa komandanın çempionatı yarımçıq tərk etməsini istəmirik. Çox istərdim ki, aşağı dəstədən premier-liqaya komandalar gəlsin. “Xəzər” rəhbərliyi ilə Antalyada söhbətim oldu və mənə sual verdilər ki, premyer-liqaya gələ bilərik? Dedim, niyə də yox?! Tək Bakıda olan komandalar yox, bölgələrdən də gəlsinlər. Sırf futbolun inkişafı naminə gəlmək istəyənlər olsa, biz onlara dəstək olacağıq. Hə, onu da deyim ki, birinci divizionda növbəti çempionat tam fərqli olacaq. Bu mövsüm başa çatmamış, ola bilsin, 1-2 komandanı yola saldıq. Bəzi klubların izinə düşmüşük, rusların sözü olmasın, “vot-vot”du. Elə klublardı ki, inanmağınız gəlməz. Hansı ki, rəhbərləri danışanda geniş danışırlar.
- Millinin Moldova ilə oyunu haqda fikriniz necədi?
- Yeni futbolçular gördüm. Bəzi oyunçuları vaxtilə görməmişdik, bu dəfə yığma formasında gördük. Qurban müəllim gənc futbolçulardan istifadə etməyi bacarır. İnanıram ki, qısa zamanda yığmalarımız da azarkeşlərini sevindirəcək. Millinin oyununda bir yoldaşı gördüm. Bakıdan birbaşa Antalyaya yığmanın matçına baxmaq üçün gəlmişdi. Özü də iş-güc adamı idi. Bir də “Fənərbaxça”nın Bakıdan gələn balaca uşaqlarını gördüm, onlar da milliyə dəstək verdilər. Vallah, ləzzət elədi.
“Klublardan borclarımızı ala bilsək, vəziyyət daha da yaxşılaşacaq”
- Gürcüstan futbolunda komandaların əvəzedici heyətləri və bir neçə aşağı yaş qrupları ləğv olunub. Bizdə də belə bir sistem tətbiq oluna bilərmi?
- Bu addımın müsbət olub-olmayacağını hələ bilmirik. Amma gör-götür dünyasıdı. Futbol komandaları nə qədər çox yarışlarda iştirak edərlərsə, bir o qədər yaxşıdı. Gürcülər cəmi 3 aşağı yaş qrupu saxlayacaqlar. Məncə, bu, yanlış fikirdi. Hər yaş qrupunun öz çempionatı olmalıdı. Bilirsiz ki, PFL yaranana qədər bizdə əvəzedicilərin çempionatı ləğv olunmuşdu. Tərifləmək olmasın, biz bunu bərpa etdik. Əvəzedici heyəti ləğv etmək yox, başqa planımız var. O gün Rəşad Sadıqov bura gəlmişdi. Söhbət etdik, ümumi bir fikir irəli sürdük. Onu bu gün açıqlamaq istəmirəm. Amma çox bəyəndim, yaxşı fikirdi. İcra edə bilsək, hamımızın ürəyincə olacaq. Sadəcə, klubların razılığı olmalıdı. Maddi yox, mənəvi.
- Maşallah, bütün premyer-liqa təmsilçilər Antalyadadı. Deyəsən, maddi baxımdan əvvəlki günlərə qayıdırlar, vəziyyət yaxşılaşır.
- Şükür Allaha, vəziyyətimiz bu gün yaxşıdı. Məncə, əvvəlkindən də yaxşı olacaq. Əvvəlki illərdən fərqli, bu gün klublarımızın əksəriyyəti kəmiyyətdən çox keyfiyyətə üstünlük verir.
- PFL sosial layihələrlə bağlı vaxtilə çox hərəkətli idi. Yenidən bu baxımdan fəallıq gözlənilir?
- Klublarımızın vəziyyəti düzəlirsə, inşallah, bizim də vəziyyətimiz düzələr (gülür). Əvvəl klublarımızın vəziyyəti yaxşı olmadığı üçün borc məsələsində onları çox sıxa bilmirdik. Vəziyyət normaldı. Amma klublardan borclarımızı ala bilsək, vəziyyət daha da yaxşılaşacaq.
- İki futbolçu ömürlük uzaqlaşdırılandan sonra başqa sanksiyalar olmadı...
- Hər birimizin bir məqsədi var: təmizlik, düzgünlük olsun. Baş katib Elxan Məmmədov da bunu istəyir. Oyunçularla bağlı vəziyyətdə sakitlik deyil. İşlər gedir. AFFA və PFL birgə çalışır. Hər şey məxfidi. Açıqlasaq, işin gedişinə mane ola bilər.
“İnanıram ki, Sadıqov beş yerdə də çalışsa, vicdanla işləyəcək”
- Növbəti mövsüm premyer-liqada 8-dən çox komanda olacaqmı?
- Klublarımızın vəziyyəti yaxşıdı. Bu il Antalyaya 8 klubun hamısı gəldi. Birinci diviziondan premyer-liqaya gəlmək istəyənlərə maneə törətməyəcəyik. Maddi durumları imkan verərsə, dəstək olmaq bizim borcumuzdu. AFFA-nın prezidenti Rövnəq Abdullayev demişkən, gəldilər, qoymadıq? “Xəzər” və “Binə” müraciət edib. Hər şey ola bilər. Amma indidən konkret söz deyə bilmərəm. Təki gələn il premyer-liqada 12 komanda olsun.
- “Araz Naxçıvan”ın premyer-liqaya qayıtmaq variantı varmı?
- Real danışmaq lazımdı. Naxçıvan blokadadadı. Bu yaxınlarda eşitdim ki, oraya qatarla gedib-gəlmək bərpa olunacaq. Bu baş versə, məncə, qayıda bilərlər. Həm də başqa klubların Naxçıvana getmək imkanı da yaranar. “Araz Naxçıvan”ın istəyi var, amma ümumi vəziyyət indiki durumda buna imkan vermir.
- Ölkə kubokunun finalı harda keçiriləcək?
- İki məkan üzərində dayanmışam: birinci Gəncə, sonra Qəbələ. Qəbələdə oyun keçirməyimiz işimizi 50 faizdən artıq yüngülləşdirir. Çünki klub bizə dəstək olur. Amma Gəncəyə doğru da addım atmaq istəyirik. Təkcə işıqlandırma ilə bağlı problemimiz var. Mayın 28-nə qədər Gəncə stadionu bu baxımdan hazır olsa, orda keçirəcəyik. Əks təqdirdə Qəbələni seçəcəyik.
- “Mil-Muğan”a rəhbərlik etdiyinizi deyirdiz. Sanki istədiyinizi ala bilmədiz...
- İstədiyimi aldım. İstədiyim o idi ki, komandada hər şey qaydasında olsun. Ancaq gördüm ki, sən hansı havanı çalırsan çal, öz havalarına oynayırlar. Buna görə də geri çəkildim.
- Rəşad Sadıqovun eyni anda üç yerdə çalışması ona çətin olmayacaq?
- Rəşada dedim ki, idman edib, arıqlamısan? Dedi yox, müəllim, məndə yatmaq yoxdu (gülür). Vaxt var idi ki, Rəşad haqda bəziləri başqa fikirlər söyləyirdilər. Amma insan atdığı addımlarla kim olduğunu sübut edir. İnanıram ki, Sadıqov beş yerdə də çalışsa, vicdanla işləyəcək. Çünki onun üçün əsas məsələ paklıqdı.
- Kubokun final matçının Lənkəranda və ya İmişlidə keçirilməsi mümkündü?
- O zonaya da böyük hörmətim var. Amma öyrəndik ki, Lənkərandakı stadionun ot örtüyü yaxşı vəziyyətdə deyil. Şərait olmalıdı. Hazırda orda işlər dayanıbsa, bizim işimiz daha da artıq olar. İmişli də öz torpağımızdı. Mən təkcə seçdiyimiz rayonu yox, ətrafı da fikirləşirəm. Oyunu İmişlidə keçirsək, hansı rayonlardan gələcəklər? Həm də orda, maraqlanmışam, şərait yaxşı deyil.
- Həm Qurban Qurbanovun, həm də Rəşad Sadıqovun eyni anda bir neçə yerdə çalışması “Qarabağ”a mənfi təsir etməyəcək?
- Qurban Qurbanov millinin düşərgəsində olanda belə, klubda təlimatlarını verir. Əsas odu, inam olsun. Birgə işlədiyin yerdə sənə arxa dururlursa, onda problem olmayacaq. Qurban müəllim yığmada olanda komandanı Rəşada tapşırdı. Amma tapşırıqları yenə Qurbanov vermişdi. Düzdü, Qurban müəllim birdən-birə fantastik nəticələr göstərməyə bilər. Cavandı, vaxt vermək lazımdı. Neçə il Berti Foqtsa, Robert Prosineçkiyə dözdük? Bir az da buna vaxt verək. Qurban dostum, yaxınım olduğu üçün demirəm. O, məsuliyyətli insandı və ömürboyu məsuliyyət daşıyacaq. Xoşbəxtliyimiz ondadı ki, o insan həmişə üzünün ağ, gördüyü işin keyfiyyətli olmasını düşünür. Əcnəbi məşqçi qaranquş kimidi, vaxtı çatanda uçub gedir. Amma yerli məşqçi elə deyil. O daha çox məsuliyyət daşıyır. Çünki sabah üz-üzə gələndə ondan soruşulacaq, cavabdehliyi çoxdu. Qurban işgüzar insandı. İnanıram ki, yaxşı olacaq.
“Çaşmağım mümkün deyil”
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov telefon zənglərimizə heç də həmişə cavab vermir. Əliyar Ağayevi “Neftçi” – “Qəbələ” oyununa təyin etməklə onu odun içinə atmadızmı?
- Ən çox arxalandığım hakim Əliyar Ağayev bura gələndə cəzalı idi. Heç kim toxunulmaz deyil. Hamımız istəyərik ki, haqq-ədalət olsun. Əliyar cəzalandı ki, ayılsın. FİFA referisi olsa da, bizə vacib öz çempionatımızdı. Psixoloji təzyiqə alışmalıdı. Xaqani Məmmədov isə ixtisasca jurnalist olsa da, danışa bilmir (gülür). Ona görə də zəngləri cavabsız qoyur. Hansısa problem, qalmaqallı oyun olsa, onunla bağlı siz jurnalistlərlə görüş keçirə bilərik. Orda bütün suallara aydınlıq gələr. Heç bir problem yoxdu. Xaqani Məmmədovun danışmamaq ixtiyarı yoxdu. O vəzifəni tutursa, açıqlama verməlidi. Sadəcə, danışa bilmir də (gülür).
- PFL-ə növbəti seçki ilə bağlı nə düşünürsüz? Uzun müddətdi Azərbaycan futbolundasız, çempionatın əsas təşkilatçısısız. Əsasnamə nə deyir, rəqibiniz varmı?
- Bezdirmişəm sizi? (gülür) Vallah, düz deyirsən, haqqına deyirsən ki, adam nə qədər PFL-də Ramin Musayevi görər? Təki o vaxta qədər yaşayaq, görək nə olur. Rəhbərlik məsləhət bilərsə, seçki ərəfəsində özümüzü doğrulda bilsək, xeyrimiz dəyərsə, yəqin ki, davam edərik. Çaşmağım mümkün deyil.
HƏBİB, Bələk
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar