02 fev 22:49manset

Slavço “Neftçi”yə görə küsdüyü Mitreskiylə hələ də danışmır

Slavço “Neftçi”yə görə küsdüyü Mitreskiylə hələ də danışmır
“Mənim evim azərbaycanlılar üçün ən lüks otel olar”
“Neftçi”nin 2011-14-cü illər aralığında 3 dəfə çempion olub, 2 dəfə ölkə kubokuna yiyələnməsi, həmçinin ölkə futbolu tarixində ilk dəfə Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmasında 1-ci çempionluğun xüsusi rolu var idi. Həmin heyət kifayət qədər səviyyəli legionerlərdən qurulmuşdu. Flavinyo, Emil Mpenza, Saşa Stamenkoviç, Rodriginyo, Bahadır Nasimov, İqor Mitreski, Slavço Georgievski... Lakin zaman keçdikcə futbolçular yavaş-yavaş komandanı tərk etdilər. İndi kimisi futbolçu karyerasını başa vurub, kimisi agent kimi fəaliyyət göstərir, bəziləri də məşqçilikdə ilk addımlarını atır. Georgievski həmin dönəmdə Stamenkoviçlə birgə “Neftçi” azarkeşlərinin ən sevimli futbolçularından sayılırdı. 2012-ci ildə “ağ-qaralar”ı tərk edib “İnter”lə anlaşsa da, fanatlar onu unutmurdu. Artıq bir neçə gündü Slavço ilə eyni oteldə - “Mirakl”dayıq. “Rabotniçki”də köməkçi-məşqçi işləyir. Bizimkilərə olan diqqət və sevgisini sözlə ifadə etmək çətindi. Bir də görürsən, istirahət saatlarında makedonlar qrup halında ayrı oturub söhbət edəndə, Georgievski azərbaycanlı futbolçu, məşqçi, hakim, ya da jurnalistlərlə vaxt keçirir. Hər imkanda “Neftçi”li günlərindən söz açıb, komandanın bugünkü durumuna görə üzüldüyünü deyir. Elə müsahibəyə də heyətində 2 dəfə çempion olduğu ölkənin ən köklü klubundan başladıq.
“Bugünkü “Neftçi”ni görüb lağ edirlər”
- Bir Makedoniyanın “Sileks”i qalmışdı, onlar da “Neftçi”nin qapısından 3 cavabsız top keçirdi...
- “Sileks” çempionatdakı əsas rəqiblərimizdən biridi. Ona görə də oyunlarını diqqətdə saxlayırıq. “Neftçi”ylə matç günü məşqimiz vardı deyə, oyunu canlı izləyə bilmədim. Buna baxmayaraq, həmin görüşün videoyazısı artıq əlimizdədi.
- Həmyerlilərin təmsilçimiz haqda nə deyirdi?
- Nə deyəcəklər? “Bu nə komandadı” soruşdular. İnanın, utandığımdan söz deyə bilmədim. Onlar “Neftçi”nin tarixindən, uğurlarından xəbərsizdilər. Bugünkü komandanı, oyunu görüb lağ edirlər. Biz orda oynayanda “Neftçi”ni tərifləyirdik, diqqətlər bizdə olurdu. Bu klubun tarixi, ad-sanı nəyə desən dəyər. “Sileks”lə “Neftçi” arasında yerlə göy qədər fərq var.
- Bu qədər zəifdilər?
- Zəif deyillər, sadəcə, “Neftçi”nin qapısından 3 cavabsız top keçirə biləcək gücləri yoxdu. Deməli, “Neftçi” o dərəcədə zəifləyib. Başa düşə bilmirəm...
- “Neftçi”dən kiminləsə əlaqən qalıb?
- Bizim vaxtımızdakı futbolçulardan heç kim yoxdu. Rəhbərlik də dəyişib, məşqçilər də, futbolçular da. Yalnız inzibatçı Zahid, köməkçisi Pərvizlə arada danışırıq. Vaxtilə rəhbərliyi altında çempion olduğum Arif Əsədovla da əlaqəm var.
- “Neftçi” haqda onlar nə deyir?
- Özləri də heç nə bilmir. Təəssüflənirlər, pis olublar. Vaxtilə “Neftçi”nin xoş günlərini görən, həmin uğurlarda pay sahibi olan hər kəsin komandanın indiki vəziyyətinə ürəyi ağrıyır.
- Bəs sən necə düşünürsən: günahkar futbolçulardı, yoxsa rəhbərlik?
- İşin içində deyiləm. Ona görə də dəqiq fikir bildirməyim doğru olmaz. Amma öz vaxtımızdan onu deyə bilərəm ki, həmin dönəmdə klub rəhbərliyi möhtəşəm idi. Birlik var idi, seleksiya göz oxşayırdı, hansısa oyunu uduzanda belə ab-hava pozulmurdu. Deyərdim ki, uğurların qazanılmasında rəhbərliyin futbolçulara münasibəti, diqqəti əsas rol oynayırdı. Azərbaycan futbolunun səviyyəsi məhz “Neftçi”nin çempionluqları bayram etdiyi dönəmdə artmağa başladı. Rəqabət oldu, Avroliqanın qrup mərhələsinə düşmək istəyi yarandı. 2012-ci ildə 10-a yaxın futbolçu komandadan kənarlaşdırılsa da, hamısı üzdə olan komandalara keçdi. Rəşad Abdullayev, Rail Məlikov, Ruslan Abışov, Ruslan Əmircanov, Cavid Hüseynov, mən... Amma “Neftçi” batmadı, əksinə, daha uğurlu olmağa başladı. Yeni futbolçular gəldi və doğru seçimin qarşılığında komanda yenilənmiş heyətlə Avroliqanın qrup mərhələsinə vəsiqə qazandı.
“Kire Markoskini tanıyan var?”
- İndiki rəhbərlik hər imkanda büdcə azlığını əsas gətirir.
- Qardaş, “Neftçi”nin büdcəsi nə qədər zəifləsə də, “Sileks”inkindən 2-3 dəfə artıqdı. Deyək ki, əvvəlki pul yoxdu. Məgər “Qarabağ”la “Qəbələ” xaric, digərərinin maddi imkanı yaxşıdı? Əvvəllər pul təkcə “Neftçi”də deyildi. “Qəbələ”, “Qarabağ”, “Xəzər Lənkəran”, “Bakı”, “İnter”... Biz bu komandalarla mübarizədə çempion olurduq. Məncə, büdcənin azalması bu cür uğursuzluğa səbəb sayılmamalıdı.
- Aylıq 10-12 min dollara futbolçu tapa bilmirlər...
- (gülür) Əlbəttə, tapmaq olmaz. Sən gedib Braziliyada, Argentinada CV-si yaxşı olan futbolçu axtaranda, təbii, razılaşmayacaq. Avropaya baxmaq, axtarmaq lazımdı. Sual verirəm: Kire Markoskini tanıyan var? İnanmıram. 1995 doğumludu, 2 il əvvəl U-21-lərin Avropa çempionatında xarüqələr yaradıb, ən sərrast futbolçu olub. “Rabotniçki”nin əsas futbolçularındandı, çempionatda və avrokuboklarda qollar vurur. Kimsə onunla maraqlanıbmı? Makedon olduğuna görə demirəm. Sadəcə, seleksiya işini qabartmaq istəyirəm. Olmasın Markoski, olsun polşalı, rumın, holland. Bütün liqalara, yarışlara baxmaq lazımdı. Yoxsa mövsümboyu yat, yanvarda boş futbolçu axtar. O cür alınmaz. Markoskiyə 10 min dollar təklif edən olsa, məmnuniyyətlə gedər.
- “Rabotniçki”də nə qədər qazanır?
- Məbləğ deməyim düzgün olmaz. 10 mindən 3-4 dəfə az. Bizdə Elif Elmas var idi, 17 yaşındadı, “Fənərbaxça”da oynayır. İzlədilər, bəyəndilər, gəlib apardılar. Bu gün transfer qiyməti 3-5 milyon avrodu. Halbuki “Fənərbaxça” pulsuz aparmışdı. 18 yaşa qədər futbolçular peşəkar sayılmadığından, onlara görə haqq ödənilmir.
- “Neftçi”ylə ardıcıl 2 dəfə çempionluq sevinci yaşasan da, Avroliqanın qrupunda oynamaq nəsib olmadı. Nə hisslər keçirirdin?
- Yalnız və yalnız sevinirdim. Çünki bizim çəkdiyimiz əziyyətin nəticəsiydi. Komandanın içində olmasam da, həmin uğurda müəyyən payımız vardı. Çünki o komandanı biz çempion etmişdik. Qrupa düşmək nə Slavçonun uğuruydu, nə Flavinyonun. “Neftçi”nin, ölkə futbolunun adıydı. Cismən “İnter”də olsam da, ruhum “Neftçi”nin yanındaydı. Həm də mən ordan narazı ayrılmamışdım. Dost kimi əl sıxıb sağollaşmışdıq.
- Azarkeşlərin sənə və Stamenkoviçə sevgisinin arxasında nə dayanırdı?
- Onu özlərindən soruşmaq lazımdı. Mənə elə gəlir ki, meydanda can-başla oynadığımıza görəydi. “Tarqovı”da gəzəndə yaxınlaşıb görüşür, şərqilər oxuyurdular. Peşəkar karyeramda heç vaxt o cür halla rastlaşmamışdım. İnanın, indinin özündə ailəmlə harasa qonaq gedəndə Azərbaycanda xoş günləri yada salır, danışırıq. Həmişə deyirəm, əsl azarkeş futbolçunu tanımağı bacarır.
- Mirhüseyn Seyidov və Nizami Hacıyev. Hər ikisi ilə komanda yoldaşı olmusan. Məlum olaydan yəqin ki, xəbərdarsan.
- Azərbaycana yeni gələndə mənə ilk yaxınlaşan Mirhüseyn olmuşdu. Hətta yerli mobil nömrəni də öz adına alıb, mənə vermişdi. Hər dəfə maraqlanır, problemlərimi soruşurdu. İnanılmaz insani keyfiyyətləri var “Seyid”in. Aramızda xeyli yaş fərqi olsa da, mən onu özümə tay-tuş, qardaş bilirdim. Nizamiyə gəlincə, həyatımda öz yeri olan adamdı. Ad çəkməyəcəm, bir dəfə futbol adamlarından biri ilə problemim olmuşdu. Elə bir hərəkət etmişdi ki, hələ də onun əsl azərbaycanlı olmasına şübhə edirəm. İnana bilmirəm ki, o cür azərbaycanlı ola bilər. Nizami başıma gələnlərdən xəbər tutan kimi söhbətə girişdi, yoluna qoydu. Bəlkə də legionerə görə heç kimi bunu etməzdi. Əsl kişilik nümunəsi gördüm Nizamidə. Ona görə də həm Mirhüseynin, həm də Nizaminin həyatımda öz yeri var. Olayı eşidəndə inanmadım, düzü, hələ də inanmıram. Bu cür sualları verib, məni o illərə qaytarırsan. Azərbaycanın qəlbimdəki yeri başqadı. Üç qızımın canına and olsun, bunu yaltaqlıq, kiməsə xoş gəlmək üçün demirəm. Şükürlər olsun, öz biznesim var, “Rabotniçki”də həm U-14-un baş məşqçisi, həm də əsas komandada köməkçi-məşqçiyəm. Yəni bu sözlər ürəyimdən gəlir, hansısa niyyət güdüb demirəm.
- Özləri bu haqda nə deyir?
- O barədə danışıb, ürəklərini ağrıtmaq istəmirəm. Sadəcə, hər ikisinə üzülməməyi, ürəkləri istərsə, Makedoniyaya gəlməyi tapşırdım.
“İnsanlığın nə olduğunu Azərbaycanda öyrəndim”
- Çempionluqları bayram etdiyin futbolçulardan əlaqə saxladıqların var?
- Rail Məlikovdu, Emil Mpenzadı...
- “Mirakl”da “Səbail”lə, azərbaycanlı hakim və jurnalistlərlə eyni oteldə qalacağını biləndə nə hisslər keçirdin?
- Sevindiyimdən özümə yer tapmırdım. Açığı, 14 günlük toplanış gözümə durmuşdu. Eyni oteldə qalırsan, hər gün eyni proqram – istər-istəməz sıxılırsan. Biləndə ki, azərbaycanlılar da burda olacaq, hər şeyi unutdum. Hətta burda dostlarım deyir ki, əynində “Rabotniçki”nin forması olmasa, azərbaycanlı olduğunu zənn edərlər. Sizinlə keçirdiyim xoş zamanı onlara ayıra bilmirəm. Onsuz da onları hər gün görürəm, sizinlə isə bu cür ünsiyyətdə olmaq hər imkanda ələ düşmür. “Qəbələ” və “Keşlə” ilə oyunlarda bütün dostlarımı gördüm: Cavid Hüseynov, Ruslan Qurbanov, Asif Məmmədov, Voislav Stankoviç, İlqar Qurbanov, Səbuhi Səfiyarlı. “Səbail”də Samir Əliyev, Ruslan Əmircanov, Vüqar Nadirov var. Sizdən çox xahiş edirəm, indi deyəcəklərimi böyük hərflərlə yazın. KİM MAKEDONİYAYA GƏLSƏ, MƏNƏ ZƏNG ELƏSİN. OTEL SİFARİŞ ETMƏYƏ EHTİYAC YOXDU. MƏNİM EVİM AZƏRBAYCANLILAR ÜÇÜN ƏN LÜKS OTEL OLAR. 24 SAAT QULLUĞUNUZDAYAM.
- Çox sağ ol, Allah ürəyincə versin.
- Müxtəlif ölkələrdə oynamışam. Ancaq sizin kimi qonaqpərvər, ürəyiyanan xalq heç yerdə görməmişəm. Siz elə millətsiz ki, gecə saat 2-də qapınızı döyəni içəri dəvət edib qarşısına çay, yemək qoyarsız. Eh, Azərbaycanda elə günlərim olub ki. Mən insanlığın nə olduğunu orda öyrəndim (kövrəlir deyə mövzunu dəyişirəm – H.).
- İqor Mitreski ilə görüşürsən?
- Yox. Yollarımız o vaxt ayrıldı.
- 2012-nin yayında, hə? Sən “Neftçi”dən ayrılanda, o komandada qalmağı üstün tutmuşdu.
- Söhbət komandada qalmasında deyildi. Onun mənə soyuq münasibəti, danışmaması, məsləhətləşməməsi… Allah canını sağ eləsin. Sadəcə, bir şeyi – onu Azərbaycana kimin səslədiyini və zamin durduğunu unutmamalıydı.
- Mitreskini “Neftçi”yə sən məsləhət görmüşdün?
- O barədə heç nə deməyəcəm. Allah görür, özü və bir neçə nəfər bilir. Azarkeşlərdən söz açdız, niyə məhz məni dəstəkləmələrini soruşduz. Çünki onlar kimin kim olduğunu, kimin hansı niyyət güddüyünü yaxşı bilirdilər. Futbolçu ömrü qısadı. İlk növbədə kişiliyini, mənliyini itirməməlisən. Sabah kiminsə yanında başını dik tuta bilməyəcəksənsə, heç yaşamağa dəyməz. Mənim üçün dostluq, kişilik hər şeydən önəmlidi.
- Söhbətiniz belə olmuşdu ki, biriniz “Neftçi”dən getsəz, o biri də eyni addımı atsın.
- Hətta o cür olmasa da, bir-birimizə dəstək olmalıydıq. Mən onun “Neftçi”dən ayrılmasını istəmirdim. O da futbolçudu, ailəsi var. Sadəcə, mənimlə danışmaması, çətin gündə yanımda olmaması təsir etdi. Sanki 2 ildi çörəyi yarı bölən Slavço deyildim.
- Pulu dostluqdan üstün tutdu...
- Özü bilər. Kimə pislik etdi? Özünə. Sən canın, o mövzunu bağla. Yadıma düşür, əsəbləşirəm.
“Azərbaycanda yediyim çörəyin yanında o məbləğ heç nə idi”
- Böyükağa Hacıyev yadına düşür?
- Böyükağa müəllimi unutmaq olar? Olduqca maraqlı adam idi. Allah ona cansağlığı versin.
- Səni komandadan niyə uzaqlaşdırdı?
- Bilmirəm, heç maraqlanmadım da. Mən “Neftçi”dən başıuca ayrıldım. İki dəfə çempion olub getdim. Qovulmaqdan, əvəzedici heyətə göndərilməkdən milyon dəfə yaxşıdı. Hətta “İnter”də oynadığım vaxtlarda belə “Neftçi” azarkeşlər adımı səsləndirirdi.
- Cahangir Hacıyevdən də xəbərin var yəqin.
- Söz-söhbətlər başlayanda mən “İnter”dəydim. 2015-in əvvəliydi, artıq siqnallar gəlirdi. O da futbol üçün az iş görməmişdi. Allah köməyi olsun.
- “İnter”in bir çox futbolçulara borcu qalmışdı. Sənə də?
- Bu haqda, ümumiyyətlə, düşünmürəm. Bəli, müəyyən borc qaldı, amma pulun adını da çəkmədim. Azərbaycanda yediyim çörəyin yanında o məbləğ heç nə idi. Hətta daha artıq məbləğ olsaydı, yenə ağzımı açmazdım. Dediyim kimi, əsas insanlıqdı, kişilikdi, pul yox.
Müsahibəni başa vurub, yazı üçün şəklini çəkməli olduğunu bildirirəm. Bir mənə baxır, bir də yaxasında “Rabotnikçi”nin embleminə və deyir: “kaş “Neftçi”nin formasını gətirərdim, şəklimi o formada çəkərdin”.
HƏBİB, Bələk
cialis y ciprofloxacino
http://cialisle.com/ - cialis instructions
does cialis for daily use work immediately
cialis generic name
cialis generika erfahrungen
<a href="http://cialisle.com">buy cialis online usa</a>
cialis preço rio de janeiro

viagra cialis for sale
http://cialisles.com
cialis herkennen
<a href="http://cialisles.com/">cialis</a>
what to do when cialis stops working
online pharmacy cialis
cialis bestellen aus holland

supplements similar to viagra
my company
viagra andere namen
<a href="http://viagrabs.com">check these guys out</a>
why would a man need to take viagra

name of viagra tablet in india
mail order viagra
does viagra help you lose weight
<a href="http://viagrauga.com/">viagra for sale</a>
why man use viagra

que penser de cialis
http://cialisbprx.com - buy cialis online
how to get cialis in canada
generic cialis
efeito do cialis no organismo
<a href="http://www.cialisbprx.com/">cialis</a>
donde comprar cialis en mazatlan

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar