26 yan 14:19manset, gundem

Prosineçkinin qiyməti: 2 milyon avro!

Prosineçkinin qiyməti: 2 milyon avro!
“Bursaspor”un yığmanın baş məşqçisi Robert Prosineçkiyə “elçi düşdüyünü” xəbər vermişdik. Artıq bir neçə gün idi danışıqlar gedirdi, “timsahlar” xorvat çalışdırıcını millimizdən qoparmağa çalışırdı. Bu ilin sonuna kimi AFFA ilə müqaviləsi olan Prosineçki özü də türklərin təklifini geri çevirməmişdi. Qalırdı bizimkilərin mövqeyi. Əslində AFFA onun gedişinə isti yanaşsaydı, məsələ tez bir zamanda həll olunacaqdı. Bir sözlə, vəziyyət belə idi: “Bursaspor” hər vəchlə xorvatı aparmaq istəyirdi, AFFA buraxmaq niyyətində deyildi, Prosineçkinin könlü isə Türkiyədəydi. Onu da qeyd edək ki, “Bursaspor”un idarə heyətinin üzvü Yüksəl Çolak və klubun meneceri Hüseyn Gedik Prosineçki ilə danışıq aparmaq məqsədilə Bakıya gəlmişdilər. Son iki gündə proseslə bağlı bir sıra açıqlamalar, xəbərlər gündəmi zəbt etdi.
Söhbət “yuxarı” səviyyəyə qalxdı
Türkiyə mətbuatı AFFA prezidenti Rövnəq Abdullayevin Prosineçkinin "Bursaspor"a keçidinə icazə vermədiyini açıqlamışdı. Hətta o da deyilirdi ki, xorvat mütəxəssisi komandada görmək istəyən klub rəhbərliyi Abdullayevi razı salmaq üçün Türkiyə parlamentinin Bursadan olan millət vəkili Hüseyn Şahin və əmək və sosial müdafiə naziri Mehmet Müəzzinoğludan kömək istəyib.
Meneceri də ümidli idi...
Prosineçki ilə “Bursaspor” arasındakı danışıqlarda yaxından iştirak edən mütəxəssisin meneceri Yaşar Çalışır proseslə bağlı Türkiyənin ajansspor.com saytına açıqlama vermişdi. O, Prosineçkinin “Bursaspor”a keçmək ehtimalının heç də az olmadığını söyləmişdi: “Bursaspor” məsələyə son dərəcə peşəkar yanaşır. Prosineçki özü də keçidin alınmasında maraqlıdı. O, Azərbaycanda çox sevilir. Buna görə də heç kimin xətrinə dəymək istəmir. Burdakı insanların qəlbini qırmadan bir çarə axtarırıq. AFFA ilə danışıqlarımız davam edir. İddia edildiyindən fərqli, müqaviləsindən qaynaqlanan təzminat problemi yoxdu. Azərbaycan yığmasının martda Almaniya ilə seçmə mərhələ matçı baş tutacaq. Bəlkə də həmin vaxta qədər Azərbaycan millisi ilə “Bursaspor”u eyni anda çalışdırdı. Bu, mənim təklifimdi. Tərəflər məsələyə isti baxır. Prosineçki Türkiyə futbolu ilə bağlı geniş məlumata malikdi. Bu, “Bursaspor” rəsmilərini təəccübləndirdi. Rəhbərliyin onunla bağlı düşüncələri müsbətdi. Bu gün və ya sabah bir nəticəyə nail olacağımıza ümid edirik. Prosineçkinin “Bursaspor”a keçmək ehtimalı hazırda 50 faizdi”.
...“Bursaspor” rəhbərliyi də
Yeri gəlmişkən, “Bursaspor”un prezidenti Əli Ay da Prosineçkini tərifləmiş, Bakıdan müsbət cavab gözlədiklərini demişdi: “Gündəmə gətirilən 20 məşqçidən ikisi - Mutlu Topçu və Samet Aybaba qaldı. Onlarla danışığım da oldu. Ancaq son olaraq Prosineçki variantının üzərində dayandıq. Xorvatiyalı mütəxəssis 4 dil bilir, hər kəs onun karyerasına bələddi. Azarkeşlərimizin arzuladığı oyunu oynadan, istəkli məşqçidi. Klub rəsmilərindən gələcək cavabı gözləyirik. İlk görüş müsbət keçib”.
Danışıq üçün Bakıda olan Yüksəl Çolak isə türkiyəli həmkarlarımıza açıqlamasında gecə saatlarında Prosineçki ilə görüşdüklərini etiraf etmişdi: “Hələlik danışıq müsbət məcrada gedir. Bizlə xoş davrandı, “Bursaspor”a gəlmək istədiyini, komandanı və heyəti yaxşı tanıdığını bildirdi. Ancaq onun Azərbaycan millisi ilə müqaviləsi davam edir. Yığmadan pis atmosferdə ayrılmaq istəmir. Federasiya prezidenti ilə görüşəcək, burdakı missiyasının bitdiyini və ayrılmaq istədiyini deyəcək. Bir tərslik çıxmasa, Bursaya Prosineçki ilə birlikdə qayıdacağıq”.
Prosineçkidən ehtiyatlı açıqlama
Təbii, Prosineçki hər nə qədər “Bursaspor”a keçmək istəsə də, ehtiyatı da əldən verməmişdi. O, açıqlamasında yetərincə soyuqqanlı davranmışdı: “Bursaspor” nümayəndələri mənimlə əlaqəyə girib klubun baş məşqçisi postuna keçməyimi təklif ediblər. Ancaq 2017-ci ilin sonuna qədər Azərbaycan millisi ilə müqaviləm var və hazırda ancaq komandamın növbəti oyunu haqda düşünürəm”.
Özü getməmiş transfer edib?
Bu arada "Bursaspor" iki transferi birdən həyata keçirdi. “Timsahlar” fransalı sol cinah müdafiəçisi Antoni Munye və serb müdafiəçi Aleksandar Pantiçlə anlaşma əldə etdi. Türkiyəli həmkarlarımızın yazdığına görə, klub rəsmiləri Bakıya danışıqlar üçün gəldikləri zaman Prosineçkiyə transfer siyahısını da təqdim ediblər və xorvat mütəxəssisdən razılıq alınıb. Bundan dərhal sonra hərəkətə keçən transfer komitəsinin üzvləri həmin iki keçidi həll ediblər. Lakin bu deyilənlər bir o qədər də inandırıcı görünmədi. Prosineçkinin öz taleyi müəyyənləşmədiyi halda hansısa transferlərə “hə” deməsi həqiqətdən uzaqdı.
Nəhayət, dünən günün ikinci yarısında Prosineçkinin durumuna aydınlıq gəldi...
(yazı tam halda qəzetin çap variantında)
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar