30 yan 16:40manset

Spirinlə İvanov Xaqani Məmmədovun dəvətini qəbul etməyib

Spirinlə İvanov Xaqani Məmmədovun dəvətini qəbul etməyib
Komitə sədri Antalyada istedadlı hakim kəşf edib
Bütün premyer-liqa təmsilçiləri kimi, elitada oyun idarə edən azərbaycanlı hakimlər də hazırda Antalyada təlim-məşq toplanışındadı. Çempionatın ikinci yarısının gərgin keçəcəyini nəzərə alsaq, məsuliyyətin böyük hissəsinin referilərin üzərinə düşəcəyi sirr deyil. Çempionatda yaranmış təxminən ikiaylıq fasilədə oyun təcrübəsinin azlığından əziyyət çəkməmək üçün ədalət təmsilçiləri hər gün oyunlar idarə edir, seminarlarda yeni qaydalarla tanış olur, fiziki çalışmaları yerinə yetirirlər. Elə buna görədi ki, məskunlaşdığımız “Mirakl” otelində hakimləri ortalıqda görmək mümkün deyil. Ya yemək vaxtı qarşılaşırıq, ya da oyun idarə etmək üçün oteli tərk edəndə birinci mərtəbədə. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov isə, demək olar, gözə dəymir. Bütün gün hakimləri nəzarətdə saxlayır, boş vaxt tapan kimi də otağında dincəlir. Elə bu səbəbdən müsahibə bir az gecikdi. Komitə sədrini dünən günorta qeydiyyat şöbəsinin yaxınlığında görən kimi müsahibə verməsinin vacibliyini xatırlatdım. Hər nə qədər söhbəti toplanışın sonuna qədər təxirə salmağımı istəsə də, mümkün olmadığını dedim. Belədə jurnalistlərdən uzaq gəzən komitə sədri ilk müsahibəni “Futbol+”ə verdi.
- Toplanışa, adətən, yanvarın ilk 15 günündə start verərdiz. Bu dəfə yubanmağınızın səbəbini bilmək istərdik.
- Bildiyiniz kimi, əvvəlki mövsümlərdə çempionatın qışdan sonrakı hissəsi yanvarın 30-da başlayırdı. Ona görə də Antalyaya yanvarın 12-də gəlib, 27-də qayıdırdıq. Lakin bu dəfə ikinci yarı fevralın 10-da start götürəcək. Məhz bu səbəbdən hazırlığa gec başladıq. Əslində tez də başlaya bilərdik. Belədə toplanış da tez başa çatacaqdı. Bu isə arada təxminən 10-12 günlük fasilənin yaranmasına səbəb olacaqdı. Bakıya fevralın 3-də qayıdacağıq ki, bir həftə vaxtımız olacaq. Daha bir üstünlük odu ki, nisbətən güclü komandalar Antalyaya yanvarın 20-dən sonra gəlir. Rusiya və bəzi ölkələrin çempionatları fevralın sonu- martın əvvəlində başlayır deyə, bura gec gəlirlər.
- Toplanışa heyətlə birgə gəlməmişdiz. Düşərgəyə bir gün gecikməylə qoşulmağınızın səbəbi, bildiyimə görə, xalanızın vəfat etməsi ilə bağlı idi.
- Bəli, bir gün gec gəldim. Allah ölənlərinizə rəhmət eləsin. Amma dünyasını dəyişən xalam deyildi, qaynatam və əmim oğluydu. Hər ikisi eyni gündə rəhmətə getmişdilər.
- Allah rəhmət eləsin... Ümumi ab-hava necədi? Yorğunluq var, yoxsa əksinə, ürəyiniz açılır?
- Düzünü desəm, çox rahatam. Yorğunluq var, amma bu o qədər də hiss olunmur. Toplanışın gözlədiyimdən də yaxşı keçməsi ürəyimi açır. Ən əsası, zədəlilərimiz yoxdu. Digər tərəfdən, uşaqlarda hədsiz həvəs, dərslərdə fəallıq görürəm. Özləri də yaxşı bilir ki, çempionatın ikinci yarısı olduqca gərgin keçəcək. Medallar uğrunda rəqabət artıqca hakimlərin məsuliyyəti də çoxalır. “Kəpəz”lə “Keşlə”nin heyətlərini gücləndirməsi, üstəgəl yaxşı oyun sərgiləmələri premyer-liqada gərgin mübarizəyə şahidlik edəcəyimizdən xəbər verir. Autsayder, favorit anlayışı olmayacaq.
- Tam heyətlə gəlmədiyiniz hiss olunur.
- Fariz Yusifovun işiylə bağlı gələ bilməyəcəyini əvvəldən bilirdik. Sizdə də bu haqda məlumat var idi. Lakin son anda daha bir neçə nəfərin bizimlə iştirak etməyəcəyi məlum oldu. Rauf Cabbarov son anda işinə görə Bakıda qalmalı olduğunu bildirdi. Daha üç laysman – Nahid Əliyev, Knyaz Əmiraslanov və Cavanşir Yusifov da şəxsi problemlərinə görə bu gün yanımızda deyillər. Beş nəfərlik itkiylə gəldik. Əlbəttə, bizimlə olsaydılar, lap yaxşı. Hər biri peşəkardı, fərdi də olsa, məşq edirlər.
- Bəzi hakimləri tanıya bilmirəm. Hiss olunur ki, təcrübəsizlərdi...
- Bəli, bir neçə nəfər ilk dəfə toplanışda iştirak edir. Əvəzedicilərin və aşağı yaşlıların çempionatında xoş gələcək vəd edənləri özümüzlə gətirmişik. Açığı, yaxşı mənada məni təəccübləndirməkdə davam edirlər.
- Davranış qaydalarında, yoxsa oyunlarda?
- İntizam baxımından narahat deyiləm. Maşallah, hamısı tərbiyəli, intizam qaydalarına riayət edən, artıq-əskik hərəkətlər etməyən hakimlərdi. Üzümü oyunlarda güldürürlər. Vüqar Həsənli, Nicat İsmayıllı, Eyyub İbrahimov, Məmmədəli Kərimov... Adları yadımda qalan bunlardı.
- Toplanışın kəşfi kimdi?
- Çəkinmədən Vüqar Həsənlinin adını çəkə bilərəm. Cari mövsümdə əvəzedicilərin çempionatında cəmi 2 oyun idarə edib. Əsasən aşağı yaşlıların çempionatlarında iş başında olurdu. 25 yaşı var, onu əvəzedicilərin oyununda görüb bəyəndim. İstedadı diqqətimi çəkdi. Risk edib toplanışa cəlb etdim. Sağ olsun, üzümüzü ağ edir. Bu günə qədər Antalyada 5 matç idarə edib, hamısı da yüksək səviyyədə. Hədsiz həvəslidi. Əvvəlki illərdə tanınmış komandaların oyunlarını təcrübəli hakimlərə tapşırırdıq. Bu dəfə yenilik etmək istədik və belə qərara gəldik ki, səviyyəli komandaların görüşlərində nisbətən gənc və təcrübəsizləri sınaqdan keçirək. Tanınmış komanda görən kimi dərhal gənclərdən birinə təyinat veririk. Dünən iclasda Vüqar Həsənliyə deyirəm ki, bir il öncə kimsə sənə “Srvena Zvezda”nın matçını idarə edəcəyini desəydi, nəinki inanardın, heç yuxuda da görməzdin. Söylədiyimi təsdiq edib, güldü. ”Srvena Zvezda” – “Strumbras” qarşılaşmasını Vüqara həvalə etdik. Olduqca sürətli və qarşılıqlı kobudluqlarla yadda qalan oyun oldu. Həsənli özünü itirmədi, sanki illərdi böyük futbolda fit çalırmış kimi rahat idi.
- Deməli, premyer-liqa üçün yeni kəşf saymaq olar.
- Desəm ki, qayıdan kimi elita qarşılaşmalarına təyinat alacaq, yalan olar. Birdən-birə olmaz. Ola bilsin, mükafatçıların adları sona 1-2 tur qalmış bilinər. Belə olacağı təqdirdə şans vermək mümkündü. Amma əminliklə deyirəm ki, Vüqar Həsənli ilə Rəşad Əhmədova növbəti premyer-liqa mövsümündə güvənəcəyik.
- Yetirmələriniz Antalyada ümumilikdə neçə oyun idarə edib?
- Bu dəqiqəyə qədər 54 matçda iş başında olublar. Amma bu son deyil, davam edir. Mən oyun sayının çoxluğuna görə öyünmürəm. Əsas kəmiyyət yox, keyfiyyətdi. Çempionatda oyun qıtlığı problemi var, bunlara isə təcrübə lazımdı. Oyunları ona görə çox götürürük ki, gənclər “bişsinlər”, səhvlərə yol versinlər, biz də onları görək, başa salaq.
- Hakimlərin “yandıqları” oyunlar olmamış olmaz...
- Təbii ki. Bir-iki oyunda kobud səhvlərə yol veriblər, normaldı. Özüm də səhvlərin sayının çox olmasını istəyirəm ki, harda “axsadıqlarını” görək, izah edək. Amma ciddi nöqsanlara yol vermirlər, maşallah.
- Artıq neçənci qışdı Antalyada oluram. Yoldaşlıq görüşlərinin nəticəsinin öncədən razılaşdırıldığını şəxsən görmüşəm. Bir çox komandalar, yaxud məşqçi və futbolçular ciblərini doldurmaq üçün kontorların xidmətindən istifadə edirlər. Bir çox hallarda bu işə hakimlər də cəlb olunur. Bizimkilərə necə, təklif olur və ya olub?
- Heç vaxt olmayıb, ola da bilməz.
- Hər halda, bu işlə məşğul olanlar yaxınlaşa, maraqlana bilərlər.
- Olsa belə, kimsə bu işə qol qoymaz. Hakimlərimizə həvalə olunan bəzi qarşılaşmalar olub ki, həmin oyunlar ləğv edilib. Səbəbini soruşmuşam, təşkilatçılar deyiblər ki, komandalar nəticəni əvvəldən razılaşdırıb, həmin görüşü idarə etmək məsləhət deyil.
- Beynəlxalq hakimsiz, neçə-neçə oyunlar idarə etmisiz. Antalyadakı hansısa yoldaşlıq görüşünün nəticəsinin əvvəldən razılaşdırıldığını hiss etmisiz?
- Bizimkilərin iş başında olduğu görüşlərdə olmayıb. Hiss etmək nədi? Elə bir şey olsa, dərhal bilərəm.
- Rəhim Həsənova çempionatın ilk yarısında sanki soyuqluq vardı. Bir ara Əliyar Ağayevin əsas rəqibi kimi görünsə də, son vaxtlar kölgəyə çəkilib. Onun durumu necədi?
- Rəhim əvvəl çox danışan deyildi. İndi media üçün daha münasib həmsöhbətdi. Bu yaxınlarda idman verilişlərinin birində qonaq olmuşdu. Kim harda nə danışır, bilmirəm. Amma Rəhimlə Əliyarın çox yaxşı münasibəti var. Dərslərin gedişində bir-birinə qarşı isti münasibətdə olduqlarını görürəm. Əliyarın irəli getməsi onların da xeyrinədi.
- Çempionat oyunlarında yetirmələrinizin səhvlərinə görə qınaq obyektinə siz tuş gəlirsiz. Klublar etiraz səsini ucaldır, saytlarında şübhəli epizodları yerləşdirirlər, sosial şəbəkədə etiraz edirlər. Maraqlıdı, klub rəsmilərinin Antalyada sizə münasibəti necədi?
- Olanlar Bakıda qalır. Burda hamı bir-birinə doğmadı. Əksinə, klublarla əməkdaşlıq edirik. Məsələn, bu gün (dünən) bir neçə hakim “Kəpəz”in qonağı olacaq, məşqçi və futbolçulara seminar keçəcəklər. Sabah növbə “Səbail”indi, fevralın 1-də “Qəbələ”nin, ardınca “Neftçi”nin. O qədər yeni oyun qaydaları var ki, futbolçular bunlardan xəbərdar olmalıdı. Əvvəl özüm klublara yalvarırdım, indi özləri xahiş edir.
- Hakimlərin psixoloji durumu necədi?
- Bu bizdə ümumi problemdi, hamımızda var. Həmişə deyirəm ki, bizim hakimlər savadlıdılar, sadəcə, psixoloji problemləri bəzən onları səhv etməyə məcbur edir. Toplanışdakı oyunları niyə mükəmməl idarə edirlər? Çünki təzyiq yoxdu, doğma dildə üzlərinə söymürlər. Meydanda bacardıqlarını göstərirlər. Öz çempionatımızda oyunun əvvəlində 1-2 səhv buraxdınsa, vəssalam. Söyüşün biri 1 qəpikdən yağır. Bu da istər-istəməz matçın axarına təsir edir. Xüsusilə də gənc hakimlərdə müşahidə olunur.
- Əvvəlki toplanışlarda Aleksey Spirin, Valentin İvanov kimi əcnəbi mütəxəssislər iştirak edərdi. Bu dəfə heç biri gözə dəymir.
- Əslində hər ikisini dəvət etmişdim. Spirin ailə vəziyyətinə görə gələ bilmədi. İvanovu isə polşalı hakimlər dəvət edib. Bu gün toplanışa başlayırlar və elə bizim otelin yanındakı “Titanik”də məskunlaşacaqlar. Ola bilsin, görüşdük, söhbətləşdik. Amma dərslərdə iştirak edə bilməyəcək. Proqramı elə qurulub ki, başqa yerə gedə bilmir. Bir də ki FİFA və UEFA-nın bütün tövsiyələri və yeni qaydaları özümüzdə var. Tərcümə etdirib, əyani vəsait kimi yararlanırıq. İvanovu yaydakı toplanışa dəvət etməyə çalışacağıq.
HƏBİB, Bələk
dlhcmdxt
cjhshrsnb
pdvrcflb
<a href="http://eyafgakjbf.com">sqrwtfw</a>
xqfbpngjx

cialis diario 5mg 30cp
http://cialisle.com/ - daily cialis cost
cialis.com phone number
cialis 5mg
nom generique du cialis
<a href="http://cialisle.com">cialis vs viagra</a>
viagra cialis comprar

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar