25 yan 21:15manset

“Larissa”lı Amit Quluzadə “Futbol+”ə danışdı

 “Larissa”lı Amit Quluzadə “Futbol+”ə danışdı
“Bura diskotekaya, bara getməyə gəlməmişəm”

Qış “transfer pəncərəsi”nin bağlanmasına sayılı günlər qalıb. Əslində çox adam gözləyirdi ki, qış fasiləsində bir neçə yerli futbolçu xaricə çıxacaq, legioner həyatı yaşamağa başlayacaq. Lakin yalnız bir həmyerlimiz ölkəni tərk etdi. “Sumqayıt”ın yarımmüdafiəçisi Amit Quluzadə Yunanıstan superliqasında mübarizə aparan “Larissa” ilə 2,5 illik müqavilə bağladı. “Neftçi”nin yetirməsi olan 24 yaşlı futbolçu bundan əvvəl də legioner həyatı yaşayıb. O, 2011-12-ci illərdə “Əskişəhərspor”da, 2014/15 mövsümündə isə Portuqaliyanın “Atletiko” klubunda top qovub. Vətəndə “Neftçi” və “Sumqayıt”dan əlavə “Rəvan”la “Qəbələ”nin də formasını geyib. Potensialı yüksək qiymətləndirilən futbolçu “Larissa”da debüt edə bilməsə də, məşqlərdə fəal iştirak edir, hətta sosial şəbəkələrdə yeni dostları ilə fotolar paylaşır. Biz də həmyerlimizlə Larissadakı həyatı, yeni komandası və başqa məsələlər haqda söhbətləşməyi lazım bildik.
- Amit, necəsən? Özünü orda necə hiss edirsən?
- Çox sağ olun. Hər şey qaydasındadı. Özümü yaxşı hiss edirəm. Demək olar ki, artıq bura uyğunlaşmışam. Heç bir problem yoxdu.
- Oteldə qalırsan, yoxsa klub sənə ev tutub?
- Bura gələndən bəri oteldə qalıram. Lakin bu müvəqqətidi. Hazırda ev axtarışındayam. Bir-iki evə baxmışam. Yaxın zamanda evə köçəcəm. Bu məsələ dörd-beş günə həll olunmalıdı.
- Evi klub özü tutacaq, yoxsa pulu öz cibindən ödəyəcəksən?
- Xeyr, pulunu klub ödəyəcək. Özüm heç nəyə pul xərcləmirəm.
- Artıq 10 gündən çoxdu ordasan. Darıxmırsan?
- Yox e, nə darıxmaq? Belə işlər mənlik deyil. Futbolçu olmaq istəyən hər kəs arzulayır ki, legioner həyatı yaşasın, Avropada top qovsun. Allah da mənə bu şansı qismət edib. Darıxmaq üçün bir səbəb yoxdu. Təbii ki, hamı hər gün ailəsini, dostlarını görmək, onlarla danışmaq istəyir. Amma bura karyera qurmaq üçün gəlmişəm, darıxmaq üçün yox. Əlimdən gələni edəcəm ki, ölkəmizi burda layiqincə təmsil edim.
- Evdəkilərlə, dost-tanışla tez-tez danışırsan?
- Demək olar ki, hər gün danışıram. Amma bu o demək deyil ki, evdən uzaqda olmaq mənim üçün problemdi. Onsuz da uşaqlıqdan daim müxtəlif ölkələrdə olmuşam, bir yerdə oturmamışam. Yəni artıq yaxınlardan uzaq qalmağa öyrəşmişəm. Evdəkilərə həmişə zəng edirəm. Dostlarla da sosial şəbəkələr üzərindən danışıram.
- Türkiyədə və Portuqaliyada da legioner həyatı yaşamısan. Bu ölkələrlə Yunanıstan arasında nə fərq var?
- Çox böyük fərq yoxdu. Türkiyədə legioner həyatı yaşamaq daha rahatdı. Çünki dilimiz, dinimiz eynidi, qardaş ölkəyik. Orda nəsə edəndə daha rahat edirsən. Portuqaliya ilə Yunanıstan arasında isə hansısa fərq hiss etmədim. Bəlkə də mən hiss etmirəm. Çünki bütün diqqətimi futbola yönəltmişəm. Hara getmişəmsə, belə olmuşam. Düzdü, yemək, adət-ənənə fərqləri mövcuddu. Amma çalışıram ki, bunlara o qədər çox fikir verməyim. Amerikada, Avstraliyada olsam belə, hansısa problem yaşamaram.
- Dil problemi yaşamırsan ki? Ümumiyyətlə, komanda yoldaşların və məşqçilər ilə hansı dildə danışırsan?
- İngilis dilini mükəmməl də olmasa, bilirəm. İstədiyimi başa sala bilirəm. Nə danışırlarsa, tam başa düşürəm. Burda futbolçuların çoxu və məşqçilər ingiliscə danışır. Bu üzdən hansısa problemlə üzləşməmişəm. Komandada həm də rus dilini bilən iki-üç oyunçu var. Onlarla daha yaxın ünsiyyət qurmaq olur.
- Yəqin ki, Larissanı gəzib dolaşmısan? Görməli yerləri varmı?
- Bəli, gəzmişəm. Amma tam yox. Gəzməli, görməli yerləri var. Orta səviyyəli bir Avropa şəhəridi. Maraqlı yerləri çoxdu. Qaldığım otel şəhərin mərkəzində yerləşir. Yaşayış baxımından bütün şərait var.
- Yaşın da o qədər çox deyil, həm də subaysan. Yəqin ki, gecə klublarına da baş çəkmisən.
(müsahibə tam halda qəzetin çap variantında)
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:09 Sloveniyanı udduq Dünən, 20:08 Daha bir əcnəbi məşqçi ölkəmizi tərk etdi Dünən, 20:06 Anastasiya dopinqli çıxdı, Tofiq Heydərov istefa verdi Dünən, 20:05 AMKF bəyanat yaysa da... Dünən, 20:04 Çingiz Hüseynzadə “Futbol+”in üzə çıxardığı faktları təsdiqlədi Dünən, 20:01 “İnter” rəhbərliyi bəyanat yaydı Dünən, 19:57 “Həmin pisniyyət adamlara görə hələ də transfer vərəqim “Kukesi”yə göndərilməyib” Dünən, 19:54 “Qəbələ” akademiyasında yeni məşqçilər Dünən, 19:52 Məhsuldar başlanğıc Dünən, 19:51 “Kəpəz” “Zirə”ni Yevlaxda qəbul edə bilər Dünən, 19:50 Reaksiyalar Dünən, 19:48 Danimarkalı həmkarlarımız 0:1-ə görə sevinir Dünən, 19:47 Tanınmışlar da uğura biganə qalmadı Dünən, 19:46 Azarkeşlər bu dəfə sona qədər tribunaları boşaltmadı Dünən, 19:44 Hakimlər “Qarabağ”ın tarixi qələbəsinə kölgə salmadı Dünən, 15:21 “Kopenhagen”in məşqçisi “Qarabağ”ı favorit göstərdi Dünən, 15:11 “Qarabağ” Danimarkaya çarterlə gedir Dünən, 15:07 Bilet satışındakı çatışmazlıqları aradan qaldırmağın vaxtıdı Dünən, 15:06 “Qarabağ”dan gözəl oyun və tarixi qələbə Dünən, 15:04 Debütdə 1700 manat Dünən, 15:02 Əzimov istefa verdi, Ağacanov “Binə”yə keçdi 16-08-2017, 23:38 Turun oyunçusu 16-08-2017, 23:35 Müşahidə Şurasının hakimi vuran üzvü “Futbol+”ə danışdı 16-08-2017, 23:29 HAKİMLƏRİN MÜHAKİMƏSİ 16-08-2017, 16:02 Rauf müqavilə bağladı, “İnter”in icraçı direktoru coşdu 16-08-2017, 15:59 “Mehdi Hüseynzadə”yə arxa çevirib, “kibrit qutusuna sığınan” şəhər... 16-08-2017, 15:55 Rüstəm Orucov mövqeyini qorudu 16-08-2017, 15:54 Rəsul Çunayev liderliyini davam etdirir 16-08-2017, 15:53 Karateçilər Urmiyada medal qoymadı 16-08-2017, 15:51 Millət vəkili də legionerləşmənin əleyhinədi 16-08-2017, 15:49 “Kukesi” Rauf Əliyevi publikaya təqdim etdi 15-08-2017, 12:05 Sumqayıt startda Gəncəni cəzalandırdı 15-08-2017, 12:00 “Qarabağ”ın oyunu italiyalılara tapşırıldı 15-08-2017, 11:59 “Kopenhagen” yenə xal itirdi 15-08-2017, 11:56 “Qarabağ”ın oyununa maraq həddən artıq böyükdü 15-08-2017, 11:54 “Zirə” “Səbail”in debütünü korladı 15-08-2017, 11:52 Raufun “Kukesi”yə transferi düyünə düşüb 15-08-2017, 11:50 Ramin Musayev Sumqayıtda tribuna tikəcək 15-08-2017, 11:47 “Vətən” birinci divizionda oynayacaq, Əsədov baş məşqçi olacaq 15-08-2017, 11:46 Qriqorçuk yetirmələrindən narazı qaldı 15-08-2017, 11:43 “İnter” döyüşdü, sevinən “Qəbələ” oldu 15-08-2017, 11:39 “Qəbələ” Xavi ilə yolları ayırdı 15-08-2017, 11:37 Həkim, dizayner, energetik, rəssam... 15-08-2017, 11:36 Boris Xetaqurov göz yaşını saxlaya bilmədi 15-08-2017, 11:32 “Anortosis” Araza pulsuz yiyələnib 15-08-2017, 11:30 Elxan Abdullayevin söydüyü azarkeş “Futbol+”ə danışdı 15-08-2017, 11:26 “Neftçi” “Asan xidmət”lə vidalaşır 15-08-2017, 11:23 Çempion mövsümə məğlubiyyətlə başladı, “İnter Arena”ya qol yağdı 15-08-2017, 11:19 Vüqar Əsgərovdan növbəti qol 15-08-2017, 11:18 Dünya və olimpiya çempionu zirvədə 15-08-2017, 11:17 Milli Belçikaya uduzdu 15-08-2017, 11:16 “Mauqli” qisas üçün döyüşəcək 15-08-2017, 11:14 Biri Türkiyədə, biri Çexiyada fərqləndi 15-08-2017, 11:13 Kazanda yeddinci oldular 15-08-2017, 11:11 Yığma “AAAF Park”da toplanış keçir 15-08-2017, 11:09 İlk turdan sonra: qol vurmayan qalmadı 13-08-2017, 14:36 Mütəxəssislər yenə “Qarabağ”la “Qəbələ”ni fərqləndirir Bütün xəbərlər
Ən çox oxunanlar