26 yan 23:06manset

Zaur Axundov millidəki çatışmazlıqları etiraf etdi

Zaur Axundov millidəki çatışmazlıqları etiraf etdi
“Qrupdan çıxa bilməsək, bu, futzalımız adına böyük faciə olar”
Futzal Federasiyanın prezidenti Zaur Axundov millimizin İranla hər iki oyununu canlı izləyirdi. İlk görüşdə əsas tribunada, uduzduğumuz oyunda isə qapı arxasındakı sektorda əyləşmişdi. Adətinin əksinə, çox sakit və səbrlə futzalçıların çıxışına tamaşa edirdi. Yalnız bir dəfə Fineoya səslənib əl işarəsi ilə ona “sakit oyna” mesajı göndərdi. Əcəba, Axundovdakı bu dəyişiklik nə ilə bağlıdı: futzalçılardan əlini üzüb, yoxsa əksinə, onlara daha çox inanıb AÇ-də uğur qazanacaqlarından arxayındı? Federasiya başçısı ilə söhbətdə bir çox məqamlara aydınlıq gətirdik.
- İlk öncə yoxlama görüşləri ilə bağlı fikirlərinizi öyrənmək istərdik.
- Bu oyunların bizə çox faydası oldu. Avropa çempionatının final mərhələsi ərəfəsində bundan gözəl hazırlıq prosesi ola bilməzdi. Bilirsiz ki, İran millisi bu gün reytinqinə görə dünyada ilk “5-lik”də yer alır. Bizimlə görüşə də əsas heyətlə gəlmişdilər. Çünki onlar da Asiya çempionatına hazırlaşırlar. Düşünürəm ki, bu iki oyun bizə çox kömək olacaq. Çünki səhvlərimizi gördük və nəticə çıxarmağa çalışacağıq.
- Millimizdə geriləmə hiss olunur. Xüsusən də anlaşma baxımından. Bu nə ilə bağlıdı?
- Bir neçə oyunçumuz ayrı-ayrı klublarda çıxış edir. Vitali Borisov Serbiyada, Fineo Yaponiyada, Vassura Birləşmiş Ərəb Əmirliklərində oynayır. Halbuki əvvəllər əsas heyət üzvləri “Araz”da top qovurdu. Tyaqonun yoxluğu da təsirsiz ötüşmədi. Buna görə də anlaşmada problemlərimiz ortaya çıxdı. Mən Vassuranın ikinci qarşılaşmada olmamasını da qeyd edərdim. Onun Dubayda çempionat oyunu var idi, 23-ü gecə getdi ora. Əsas oyunumuz Fransaya qarşı olacaq. İnanıram ki, o vaxta qədər hər şey qaydasına düşəcək, anlaşma yaxşılaşacaq.
- Siz texniki heyətə yaxın olanda komanda daha inamlı təsir bağışlayır. Son zamanlar, konkret “Araz”ın UEFA kubokunda iştirakından bu yana futzalçıların yanında ola bilmirsiz. Bunun komandaya hər hansı bir təsiri ola bilərmi?
- Düz qeyd elədiz, son 10-12 ildə futzalçılar və məşqçilər də öyrəşiblər ki, mən texniki zonada olum. Uşaqlar həmişə mənə deyir ki, bu onlara əlavə stimul verir. Deməzdim ki, ayrı düşmüşük, sadəcə, işlər belə gətirir. Sizə söz verirəm ki, Avropa çempionatında yenə komandayla bir yerdə olacam.
- Belə çıxır, “Keşlə”nin təlim-məşq toplanışında iştirak edə bilməyəcəksiz?
- Çox istəyərdim hazırlıqda iştirak edim və yeni oyunçulara baxım. Ancaq Avropa çempionatı olduğu üçün toplanışda iştirak edə bilməyəcəm. Çünki milli komanda oynayırsa, yüz faiz orda olmalıyam.
- Çempionatın bombardiri Renat Sultanov milliyə dəvət olunmayıb. Alesio bunu Renatın çimərlik yığmasına çağırılması ilə əsaslandırıb. Halbuki futzalçı orda da heyətdə yoxdu. Sizə elə gəlmir ki, biz bilmədiyimiz nəsə başqa səbəb var.
- Federasiya rəhbəri kimi sizi əmin edirəm ki, başqa heç bir səbəb ola bilməz. Bu gün kifayət qədər yerli uşaq var millidə. O biri komandalardan Namiq Məmmədkərimov, Samir Həmzəyev, Nihat İsmayılov milliyə çağırılıblar. Renatın çimərlik yığmasında olub-olmaması barədə bilgim yoxdu. Məncə, bu sırf Alesionun qərarıdı. O, peşəkar mütəxəssisdi. Baxır, təhlil edir, öz taktikasına uyğun olanları müəyyənləşdirir, yəni hərtərəfli seçim edir. Fikrimcə, bu gün milliyə kim hazırdırsa o, da çağırılır.
- Yığma qrupdan çıxa bilməsə, bu faciə olacaqmı? Ümumiyyətlə, komandanın qarşısındakı məqsəd nədi? Təkcə qrupdan çıxmaq, yoxsa...
- Mən heç bu haqda fikirləşmək belə istəmirəm. Artıq 5-ci dəfədi ki, Avropa çempionatında iştirak edirik. Yəni uğurlarımız təsadüfi deyil. Artıq Avropanın sayılan-seçilən futzal ölkələri arasındayıq. Əlbəttə, qrupdan çıxa bilməsək, bu, futzalımız adına böyük faciə olar. Əslində hər şey ola bilər. Bu gün Xorvatiya yığmasının kənarda qalıb, onun yerinə Fransanın final mərhələsində iştirakı ciddi siqnaldı. Mən təsəvvür edirəm, fransızlarda nə qədər ruh yüksəkliyi, motivasiya var. Hətta deyərdim ki, 12 komandanın hamısından çox onlar kökləniblər bu yarışa. Niyə? Çünki itirəcəkləri heç nə yoxdu, debütant olsalar da, təzyiq altında çıxış etməyəcəklər. Necə ki, 2010-cu ildə biz Macarıstanda debütdə tarixi uğura imza atıb Avropanı təəccübləndirmişdik. Kim Fransaya asan rəqib kimi baxır, böyük yanlışlığa yol verir. Məncə, çempionatın ən gərgin oyunu Azərbaycan və Fransa görüşü olacaq.
- Futbola keçək. Bir müddət əvvəl “Keşlə”nin saytında Müşahidə Şurasının üzvlərinin bir araya gəlməsi barədə xəbər yerləşdirilmişdi, ancaq üzvlər haqda məlumat verilməmişdi. Bu araşdırıldı və oradakıların adları məlum oldu. Bir isim diqqətimizi daha çox çəkdi: Nizami rayonunun icra başçısı Arif Qasımov. Bu, futbol klubları tarixində bir ilkdi ki, hansısa icra başçısı müşahidə şurasında yer alır. Necə olacaq? Bu daimidi?
- Təbii ki, daimi olacaq. İlk olaraq onu deyim ki, klubun adı Keşlə qəsəbəsi ilə bağlıdı, o da Nizami rayonu tabeçiliyindədi. Arif müəllim həm də idmançıdı və uzun müddət, səhv etmirəmsə, güləşlə məşğul olub. Həm də futbol azarkeşidi. Bütün bu amilləri nəzərə alaraq, onu Müşahidə Şurasının üzvlüyünə daxil etmişik. Təbii ki, təşəbbüs mənim olub.
- Yaxın zamanlarda Müşahidə Şurasının yığışması ehtimalı varmı?
- Əlbəttə, var. “Keşlə” hazırda Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışındadı. Biz də yaxın zamanlarda futzal millisi ilə Avropa çempionatına yola düşürük. Fevralın 11-də isə Azərbaycan çempionatına start veriləcək. Fikirləşirəm ki, iki turdan sonra yığışıb görüləcək işlər və komandanın vəziyyəti haqda müakirələrimizi edəcəyik. Ən azı ayda bir və ya iki dəfə şura üzvləri yığışmalıdı.
MİRAĞA
cialis et prostatectomie radicale
http://cialisle.com/ - daily cialis cost
buy generic cialis australia
cialis india
cialis ce este
<a href="http://cialisle.com">over the counter cialis</a>
cialis review bodybuilding

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 00:17 25 saniyəlik Olimpiada... Bu gün, 00:09 Saşa Yunisoğlu futbol məktəbi açıb Bu gün, 00:07 Mundiala Fəridlə Fəridə gedəcək Bu gün, 00:06 “Futbol+” finalçılarla eyni qrupda Bu gün, 00:04 Klub rəsmilərinin “Neftçi”yə keçidi futbolçuları təəccüblədirib Bu gün, 00:02 “Sumqayıt” Nicatı bayıra atdı, “Zaqatala” sahib çıxdı Bu gün, 00:01 Koçuku Azərbaycana Ramil Şeydayev səsləyib Dünən, 23:58 AFFA-nın muzeyinin formatı dəyişdirilib Dünən, 23:56 Rəşad Sadıqov mayda “Qarabağ”dan ayrılacaq Dünən, 23:55 “Keşlə” – “sülhsevər” komanda! Dünən, 23:53 Ağatahir Əzimov FK.İD-in zəif yerini göstərdi Dünən, 23:51 “Olimpik Star”da başlayıb BİS-də bitəcək Dünən, 23:49 “Sonuncu dəfə “Əlifba” kitabını əlinə götürən futbolçudan artıq nəsə ummaq yersizdi” Dünən, 23:37 "Zaqatala" ikinci qələbəsini qazandı Dünən, 23:36 İkisi sevindirdi, biri üzdü Dünən, 23:35 Balacayeva vahid lider oldu Dünən, 23:33 Ölkə çempionatı başa çatdı Dünən, 23:32 Ayxan Abbasov “Neftçi” ilə oyundan sonra danışacaq Dünən, 23:30 Çempionatımızda 11 qol vuran futbolçunun “kitabı bağlandı” Dünən, 23:29 “Bakcell Arena”da prinsipial duel Dünən, 11:53 Rafael Ağayev yapondan əvəz çıxmaq istəyir 22-02-2018, 23:44 Azərbaycan DÇ-də üç jurnalistlə təmsil olunacaq 22-02-2018, 23:41 PFL kubokun finalıyla bağlı “Kəpəz”ə müraciət etməyib 22-02-2018, 23:38 PFL yığmaya görə təqvimi dəyişdi 22-02-2018, 23:29 “Neftçi”nin bazası 2019-un sonunda hazır olacaq 22-02-2018, 23:24 Ceyhun Sultanov da “Sumqayıt”ı “Neftçi”yə dəyişdi 22-02-2018, 23:17 Vaqif Ömərov “Sumqayıt”a müvəqqəti prezident təyin olundu 22-02-2018, 23:14 “Neftçi” Mujekdən də qurtuldu 22-02-2018, 23:11 Fanklublar da Qəbələ variantına etiraz etmir 22-02-2018, 23:02 “Darmadağınçı” qonaqlar 22-02-2018, 22:59 İntizam Komitəsi “Qəbələ” ilə “Zirə”ni 16 min cərimələdi 22-02-2018, 22:56 “Qəbələ” apellyasiya şikayəti verməyəcək 22-02-2018, 22:48 Natalya Məmmədova rəqabətsizlikdən narazıdı 22-02-2018, 22:45 Ən güclü yeniyetmə “klassiklər” müəyyənləşdi 22-02-2018, 22:42 Ölkə çempionatı başladı 22-02-2018, 22:39 Rauf Məmmədovdan uğursuz başlanğıc 22-02-2018, 22:37 Cənubi Kipr mətbuatından Araza yüksək qiymət 22-02-2018, 22:30 Meydanda huşunu itirən iranlı yenidən qayıtdı 22-02-2018, 22:23 “Ekol” 8 dəqiqəyə çökdü 22-02-2018, 22:18 “Traktorsazi” ərəblərlə bacarmır 22-02-2018, 22:16 Bədavi Almaniyada müalicə alır 21-02-2018, 15:00 Şəhriyar xatirə turnirində iştirak edəcək 21-02-2018, 14:58 Milli Belarusa yollandı 21-02-2018, 14:57 Braxner diqqətini slaloma ayırıbmış... 21-02-2018, 14:56 Soydaşımızın şərəfinə Rusiyada yarış keçirilib 21-02-2018, 14:54 Yığmanın baş məşqçisi tennisin problemlərindən danışdı 21-02-2018, 14:52 “Forza Neftçi”nin Kamran Quliyevdən bir istəyi var 21-02-2018, 14:51 Ramil Şeydayevin ehtiyatda “çürüməsi” futbolumuza ziyandı 21-02-2018, 14:50 Klublar Komitəsi “Sumqayıt”ın prezidentini gözləyir 21-02-2018, 14:49 Yarımfinalçılar Qəbələ variantına etiraz etmir 21-02-2018, 14:48 PFL Gəncədən imtina etdi 21-02-2018, 14:47 AFFA-da Region Liqası klublarının nümayəndələri ilə görüş 21-02-2018, 14:45 Namiq Ələsgərov futbolçu xanımla ailə qurdu 21-02-2018, 14:43 Araz Abdullayev dirəyi nişan almaqda Messi ilə yarışa bilər 21-02-2018, 14:41 Ağabala ötən tur lideri, bu dəfə izləyicisini çökdürdü 21-02-2018, 14:40 Hallidey “Qəbələ”yə görə hələ də özünü qınayır 21-02-2018, 14:39 “Hakimlər axırda məni dəli edib, çöllərə salacaqlar” Bütün xəbərlər
Ən çox oxunanlar