24 yan 15:52manset

Emin Ağayevin “Ximki”si Bakıya gələcək

Emin Ağayevin “Ximki”si Bakıya gələcək
“Bu uşaqlara nə ruslar, nə də bizimkilər özünkü kimi baxır”
Ölkə futbolunun ən böyük bəlalarından biri də istər futbolçularımızın, istərsə də məşqçilərimizin ölkə xaricinə yollanmaması, karyeralarını “az olsun, burda olsun” prinsipi üzərində qurmasıdı. Futbolçuların legioner həyatı yaşamamasını vətəndə aldıqları yüksək maaşla əlaqələndirmək olar. Bəs məşqçilərimiz? Hazırda PRO kateqoriyası olan mütəxəssilərin sayı bəlkə də “C”-yə sahib olan gənc məşçqçilərdən çoxdu. Ancaq onların əksəriyyəti işsiz qalıb və gözləyirlər ki, hansısa həmkarının istefa xəbəri yayılsın. O dəqiqə şəxsi əlaqələri işə salıb, kiminsə saqqalının altından keçib müəyyən öhdəliklər qarşılığında boş qalan kresloda oturmağa çalışırlar. Heç kim özünə əziyyət verib ölkə xaricində çalışmaq istəmir. Halbuki gürcü və erməni məşqçilər bu gün dünyanın dörd bir yanında iş başındadılar.
Futbolla maraqlanan yaşlı və orta nəslin nümayəndələri Emin Ağayevi yaxşı xatırlayır. “Neftçi”nin sabiq müdafiəçisi butslarını mismardan asandan sonra məşqçiliyə üz tutdu. Əksər yaşıdlarından fərqli, Ağayev vətəndə yox, Rusiyada işləməyə üstünlük verdi. Uzun müddət “Anji”də köməkçi, “Dağdizel”də baş məşqçi kimi çalışan Emin bəy sonradan ikinci liqada çıxış edən “Domodedova” və “Volqa”nın “sükanı arxasında” oldu. Ötən ildən isə soydaşımız birinci dəstədə mübarizə aparan “Ximki”də köməkçi-məşqçi kimi çalışır. Onu da xatırladaq ki, Ağayev 2002–04 aralığında Moskvaətrafı klubda legioner həyatı da yaşayıb.
Dünən Emin bəyi arayıb, bizi maraqlandıran bəzi suallara cavab tapmağa çalışdıq. Onu da qeyd edək ki, artıq neçə illərdi Rusiyada yaşamasına baxmayaraq, Ağayev ana dilini unutmayıb.
- İşləriniz necə gedir?
- Şükür Allaha, hər şey yaxşıdı. “Ximki”də Aleksandr İrxinin köməkçisi kimi çalışıram. Hazırda komanda təlim-məşq toplanışında olduğundan işimiz çoxdu. Bizdə deyildiyi kimi: baş qaşımağa vaxtımız yoxdu (gülür).
- Artıq neçə illərdi vətənə baş çəkmirsiz. Bakıdan incik düşmüsüz, yoxsa başqa səbəblər var?
- Heç bir inciklikdən söhbət gedə bilməz. Azərbaycanı da, Bakını da çox sevirəm. Sadəcə, vaxt azlığı buna imkan vermir. Azərbaycana baxmayın, Rusiyada günümüz təyyarələrdə keçir. Vladivostokdan vurub Tümendən çıxırıq. Bir həftə cənubda, o biri həftə artıq uzaq şərqdəsən. Həyatım təyyarələrdə keçir desəm, yanılmaram. Ancaq fevralın 10-da Bakıda olacam.
- Gəlişiniz nə ilə bağlıdı?
- “Ximki” Türkiyə toplanışının ardından Bakıda hazırlıq keçəcək. Məndə olan məlumata görə, artıq bu yöndə danışıqlar yekunlaşıb və biz “Dalğa Arena”da məskunlaşacağıq. Yəıqin ki, həmin vaxt dostlarla görüşmək, Bakını gəzmək imkanım olacaq.
- “Dalğa Arena” yığmaların təlim-məşq bazası olduğundan, yəqin ki, bu məsələylə bağlı AFFA rəhbərliyi ilə razılıq əldə olunub.
- Danışıqların detallarından xəbərsizəm. Yalnız onu bilirəm ki, “Ximki”nin əslən Dağıstandan olan direktoru bu toplanışı təşkil edib.
- Çalışdığınız komandada əslən azərbaycanlı olan futbolçu var?
- Əsas komandada olmasa da, əvəzedicilərdə iki belə futbolçu top qovur. Hücumçu Kamran Əliyevin 20 yaşı var və çox yaxşı gəncdi. İkinci komandada 20-dən artıq qol vurub. Adil Allahverdiyev isə müdafiəçidi. O daim heyətə düşməsə də, fiziki göstəricilərinə görə seçilir. Mənə elə gəlir ki, gələcəkdə ondan yaxşı mərkəz müdafiəçisi olacaq.
- Bu uşaqları niyə U-21 yığmasına təklif etmirsiz?
- Mən kiməm ki? Bu işlərlə AFFA rəsmiləri, assosiasiyada bu sahəyə cavabdehlik daşıyan şəxslər məşğul olmalıdı. Açsınlar interneti, görsünlər Rusiya klublarında nə qədər soydaşımız çıxış edir. Onları bir müddət izləsinlər, gəlib oyunlarına baxsınlar. Necə ki, bütün dünya bu təcrübədən yararlanır. Kimlərin ki səviyyəsi onları qane edəcək, onları da yığmaya cəlb etsinlər. Bir var mən burdan zəng vurub kimisə məsləhət görüm, bir də var futbolçunun oyununu canlı izləmək. Bu işlərlə vaxtında məşğul olmaq lazımdı. Həmin oyunçu adından söz etdirəndən sonra onu yığmaya cəlb etmək də çətin olur. Onda futbolçu seçim edir: gedim, yoxsa getməyim? Məsələn, mənim oğlum. 17 yaşı var, ikinci dəstədə çıxış edir. Bu günə kimi onunla bir nəfər də maraqlanmayıb. Əvəzində asan yol tapıblar. Türkləri müəyyən pulun qarşılığında yığmada oynatmağa çalışırılar. Onlar da bir müddət sonra üz çevirib gedirlər. Xərclənən pullar da batır. Özümüzkülərə diqqət ayırmaq, onlara ümid bəsləmək lazımdı. Bilirsiz, ən pisi nədi? Bu uşaqlara nə ruslar, nə də bizimkilər özünkü kimi baxır.
- Azərbaycan futbolunu izləyirsiz?
- Əlbəttə. Saytları oxuyuram, Bakıdakı dostlarla danışıram. Vətəndə yaşanan son prosesləri diqqətdə saxlamağa çalışıram. “Qarabağ” və “Qəbələ”nin son illərdə avrokuboklarda əldə etdiyi uğurlar hamı kimi məni də sevindirir. Açığını deyim, ruslar da bu iki klubumuzu çox yaxşı tanıyır, onlarla maraqlanırlar.
- Ancaq nədənsə sizə doğma olan “Neftçi”nin adını çəkmədiz...
- Postsovet məkanında “Neftçi”ni tanımayan yoxdu. Ancaq son vaxtlar doğma klubumun işləri elə də yaxşı getmir. Bunun da səbəbləri məlumdu. 3, 6 aydan bir məşqçi dəyişmək heç bir kluba fayda verməyib. Uğurun açarı sabitlikdədi. Baş məşqçiyə məqsədə çatmaq üçün ən azı 3 il vaxt vermək lazımdı. Bu müddətdə o öz strategiyasını müəyyənləşdirəcək, özünə lazım olan futbolçuları heyətə cəlb edəcək. Həmin müddətdə ümidləri doğrultmasa, onda yolları ayırmaq olar. Heç rəhbərlik səviyyəsində də sabit idarəetmə yoxdu. Son iki ildə kluba gah bu, gah da başqa şəxs rəhbərlik edib. Hər kəsin də futbola baxışı fərqlidi. Hər yeni rəhbər öz bildiyi yolu məqbul sayıb o xətt üzrə irəliləməyə çalışacaq ki, belə olanda da düşərgədə başıpozuqluq yaranır. Bu gün “Neftçi”də ən vacib şərt sabitliyin olmasıdı. Bu olsa, komanda yenidən əvvəlki günlərinə qayıdacaq.
- “Ximki”də baş məşqçinin köməkçisisiz. Nəyə görə azərbaycanlı futbolçuları yanınıza aparmırsız?
- Açığı, bu haqda düşünmüşəm. Ancaq bizimkiləri bilmirsiz, 6 aydan sonra “ev üçün darıxıram” deyib geri dönməyə çalışacaq. Bizimkilər sanki bəzi tərəvəzlər kimi oz şirəsində bişməyə öyrəşib. Azərbaycan futbolu marka kimi özünü doğrultmayıb. Bizim vaxtımızda Avropada, Rusiyada, İsraildə legioner həyatı yaşayan xeyli futbolçumuz var idi. Biri özünü yaxşı tərəfdən göstərəndə, o birisinə də yol açılırdı. İndi vəziyyət fərqlidi. Bilmirəm, pula görədi, ya mentallıq dəyişib. Ancaq görünən odu ki, heç kim xaricdə top qovmaq marağında deyil. Gürcülərə baxın, görün təkcə Rusiya premyer-liqası, birinci divizionunda nə qədər futbolçuları çıxış edir. Hələ mən ikinci dəstəni demirəm. Biz də qafqazlıyıq, onlar da. Ancaq aramızda yetərincə fərq var.
- Gürcü agentlərin Rusiyada böyük nüfuza malik olduğu hamıya məlumdu. Bəlkə bu səbəbdən gürcülərin Rusiya klublarına yolu açılır?
- Bu da bir səbəbdi. Lap elə agentləri götürək. Mən bir nəfər də olsun, azərbaycanlı menecer tanımıram ki, Rusiya klubları ilə əməkdaşlıq etsin, Rusiya bazarında kimlərləsə işləsin. Ancaq bir iş bilirlər, ordan-burdan futbolçu tapıb Azərbaycan klublarına vermək. Futbolumuzun inkişafını istəyiriksə, bütün işlər kompleks şəkildə görülməlidi.
- Yığmada Qurban Qurbanov erası başlayıb. Onun millidə uğur qazana biləcəyinə inanırsız?
- Səmimi qəlbdən Qurbana uğurlar arzulayıram. O çox zəhmətkeş, alicənab insandı. Qardaşı Musa ilə də yaxın dostam. Hər dəfə Moskvaya gələndə görüşürük. Qurbanov “Qarabağ”da məşqçi kimi nəyə qadir olduğunu sübut edib. Ancaq klubla yığma tam fərqli anlayışlardı. Klubda müəyyən vəsaitin qarşılığında istədiyin legioneri dəvət edib, ondan yararlana bilərsən. Ancaq yığmada belə imkanın yoxdu. Əlinin altında olan 20-25 futbolçudan yararlanmağa məcbursan. O futbolçuları yeni səviyəyə qaldırmaq isə vaxt tələb edir. Bu gün hamımız Qurbanovu dəstəkləyir, ona uğur arzulayırıq. Lakin sabah milli uğursuzluğa düçar olsa, media da, futbol ictimaiyyəti də ona təzyiq göstərəcək. Bu gün onu tərifləyənlər sabah tənqid edəcəklər. Bu futbolun qaydasıdı. O qədər məşqçilər görmüşük ki, media onu bir mövsüm göyün yeddinci qatına qaldırıb. Aradan çox vaxt keçməmiş az qala vətən xaini çıxarıb. Ona məsləhətim bu olardı ki, ilk növbədə belə təzyiqlərə hazır olsun və psixoloji cəhətdən “sınmasın”. Bu məqamın öhdəsindən gəlsə, uğur qazanıb adını Azərbaycan futboluna qızıl hərflərlə yazdıracaq ki, mən buna heç şübhə etmirəm.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu Bu gün, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bu gün, 12:07 Ruslan Abışov köhnə zədəsini təzələyib Bu gün, 12:03 “Keşlə” Antalyadan qələbəsiz dönür Bu gün, 12:02 Yunanov rumınlarla oyunu fərqləndirdi Bu gün, 11:57 Füzuli Məmmədov PRO kateqoriyası üçün oxuyacaq Bu gün, 11:55 Xatakar Babək Alxasovun yeni macərası 26-01-2020, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı 26-01-2020, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” 26-01-2020, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır 26-01-2020, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi 26-01-2020, 06:21 Ovusu Kvabena “Qarabağ”da 26-01-2020, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı 26-01-2020, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi 26-01-2020, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü 26-01-2020, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır 26-01-2020, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? 26-01-2020, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar 26-01-2020, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Bütün xəbərlər
Ən çox oxunanlar