21 yan 17:31manset

Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı

Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı
“Ziya nəsə deyibsə, mən ona cavab vermək məcburiyyətində deyiləm”
Rəşad Sadıqov ciddi sınaq qarşısındadı. Məşqçilikdə ilk addımlarını atan Sadıqov bundan sonra həm də U-21-in nəticələrinə cavabdehdi. Həmin U-21 ki, Avropa çempionatının seçmə mərhələsində keçirdiyi 5 oyundan sonra hesabına cəmi 1 xal yazmağı bacarıb. Heç şübhəsiz, hazırkı çalışdırıcıya hədsiz ümidlər bəslənilir. Qrupun son 5 oyunu isə Rəşad Sadıqovun dönəminə təsadüf edəcək. Martda Kosovo və İrlandiya ilə hər iki görüş səfərdə baş tutacaq. Sentyabrda isə İsrail və Norveçlə ev oyunları var. Sonuncu matç yenə səfərdə, bu dəfə Norveçə qarşı olacaq. Təqvimi və işin məsuliyyətini nəzərə alan 36 yaşlı baş məşqçi artıq indidən “qollarını çırmalayıb”. U-21-in yanvarın 9-dan 27-nə qədər Antalyada hazırlıq keçməsi və bu müddətdə dörd yoldaşlıq görüşünün planlaşdırılması da buna hesablanıb. İndiki məqamda gənclər yığmasıyla bağlı sualların sayı çoxdu. Əlbəttə, Rəşad bəylə üzbəüz danışsaydıq, söhbətimiz daha geniş mövzuları əhatə edərdik. Telefon vasitəsilə olsa da, Sadıqov suallara ətraflı cavab verməyə çalışdı.
- 10 gündən artıqdı U-21-in “sükanı arxasındasız”. Belə məqamda “Qarabağ” formasında futbolçu kimi “Kuban”a qarşı oynamaq çətin olmadı?
- Desəm ki çətin deyildi, yalan olar. Əlbəttə, çətindi. Məşqçi kimi sıx qrafik altında çalışmağın, üstəgəl, futbolçu kimi “Kuban”a qarşı oynamağın çətinliyi vardı. Lakin bu haqda düşünmürəm. Mənə ən çox vacib olan həm futbolçu, həm də məşqçi kimi işimin öhdəsindən layiqincə gəlməkdi.
- Toplanış necə keçir? Başqa cür desəm, baş məşqçinin sevindirən və narahat edən məqamlar hansılardı?
- Sevindirən məqam odu ki, uşaqlarda hədsiz istək və məsuliyyət görürəm. Komanda daxilində gözlədiyimdən də artıq mehribanlıq var. Məşqçi kimi bu cür halları görmək və bu futbolçularla çalışmaq xoşdu. Narahat edən məqamlar isə bir deyil. Ən başlıcası vaxt azlığıdı. Kosovo və İrlandiya ilə oyunlara qədər cəmi iki ay vaxtımız var. Qısa müddətdə bir çox işlər görməliyik. Nələrisə düzəltməli, nələrisə dəyişməliyik. Bu isə asan məsələ deyil, zaman tələb edir. Daha bir üzücü məqam bəzi futbolçuların toplanışa qatıla bilməməsidi. Bəziləri isə sonradan qoşuldu, yığmada az vaxt keçirəcəklər. Əsas şikayətim vaxtla bağlıdı.
- 10 gündən artıqdı futbolçular sərəncamınızdadı. Sizcə, bu heyətlə yaxşı mənada nəsə etmək olar? Ümid etməyə dəyər?
- Hazırda millidə olanlar iki nəslin qarışığıdı. 1996-97 və 1998-99 doğumlulardı. Hər iki nəsildən potensialı olan, gələcəyinə inandığımız futbolçuları cəlb etmişik. Səmimi deyim, bacarıqları var. Lakin tək milliylə iş bitmir. Onlar ilin böyük hissəsini klublarda keçirirlər. İlk növbədə heyətə düşmək haqda düşünməlidilər. Oyun təcrübəsi vacibdi. Məşqlərdə böyük səylə çalışmalıdılar ki, baş məşqçilərin etimadını qazansınlar. Bütün bu işlər paralel şəkildə görülsə, futbolçular təkcə U-21-ə yox, yaxın gələcəkdə əsas yığmaya da fayda verəcəklər.
- Əsas yığmanın üzvləri kimi tanıdığımız və növbəti seçmə mərhələdə U-21-in formasını geyə bilməyəcək Mahir Mədətovla Ramil Şeydayevə dəvət göndərməyiniz təəccüb doğurdu. Nə ilə bağlıdı: qarşıdakı oyunlarda nəticə qazanmaq istəyi ilə, yoxsa hücumçu çatışmazlığı var?
- Hücumçu qıtlığı deməzdim. Hazırda sərəncamımda Ülvi İsgəndərov, Famil Camalov kimi irəli xətdə oynayan futbolçular var. Ehtiram Şahverdiyevi cinahda sınasam da, o da forvard kimi çıxış edə bilir. Qərarımın hücumçu çatışmazlığı ilə əlaqəsi yoxdu. Ramillə Mahir əsas yığma səviyyəsində çıxış etmiş oyunçular olsalar da, U-21-in bir parçalarıdı. Əslində həm Mahir, həm də Ramil Kosovoyla Almaniyaya qarşı oynamalıydılar. Sadəcə, zədəyə görə iştirak edə bilmədilər. Onları toplanışa dəvət etməkdə məqsədim başqa futbolçularla qaynayıb-qarışmalarıdı. Sabah yenə əsas yığma səviyyəsində çiyin-çiyinə çıxış edəcəklər. Aralarında uçurumun olmasını istəmirəm. Zədələri olmasa, milliylə oyunlarımız eyni vaxta təsadüf etməsə, yenə U-21-lə birgə olacaqlar. Bu həm yığmaya, həm də özlərinə xeyirdi.
- “Den Boş”da çıxış edən Ziya Əzizov mətbuata verdiyi müsahibədə U-21-ə dəvət almaması ilə bağlı suala qısa cavab verib: “bu sualın cavabını baş məşqçi yaxşı bilər”. Yəqin ki, oxumusuz.
- Bəli.
- Elə isə suala sizdən cavab eşitmək istərdik.
- Ziya müsahibədə nəsə deyibsə, mən ona cavab vermək məcburiyyətində deyiləm ki. Bu gün ehtiyac duyduğum futbolçuların hamısı komandadadı. Bu qədər.
- Yaroslav Dedanın “milliləşdiriləcəyi” ilə bağlı deyilənlər həqiqəti əks etdirir?
- Bu gün üçün belə bir fikir yoxdu. Kim deyir, hardan eşidib deyir, bilmirəm. Bu gün bu haqda yenilik yoxdu.
- Diqqətimizi çəkən daha bir məqam var. “Alanyaspor”la görüşdə yetərincə çılğın görünürdüz. O qədər emosional təsir bağışlayırdız ki, sanki meydana çıxıb oynamaq istəyirdiz. Bu, məşqçilikdə ilk addımların həvəsidi, yoxsa futbolçu və məşqçi Rəşad Sadıqov arasındakı fərqin göstəricisidi?
- U-19 liqasındakı oyunlarımı izləmişdiz, ya yox, bilmirəm. Meydanda sakit olmağa məcbursan. Lakin məşqçi kimi bu mümkün deyil. “Alanyaspor”a qarşı oyunda o qədər də çılğın olduğumu deməzdim.U-19-dakı emosionallığın heç yarısı yox idi. Rəqibin adı, oyunun axarı ilə bağlı olan bir şeydi. Əlbəttə, kənarda sakit otura bilərəm. Əmin olsam ki, susmağımın komandaya faydası çoxdu, o cür davranaram. Qışqırmağım, göstəriş verməyim futbolçuları ayıq olmağa, oyuna köklənməyə səsləməklə bağlıdı.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 12:13 “Altus” gülünc bəhanə ilə Həmkarlar İttifaqının tədbirini pozdu Bu gün, 12:10 Ziya Rəcəbov İndoneziya çempionatına qələbə ilə başladı Bu gün, 12:07 Ruslan Abışov köhnə zədəsini təzələyib Bu gün, 12:03 “Keşlə” Antalyadan qələbəsiz dönür Bu gün, 12:02 Yunanov rumınlarla oyunu fərqləndirdi Bu gün, 11:57 Füzuli Məmmədov PRO kateqoriyası üçün oxuyacaq Bu gün, 11:55 Xatakar Babək Alxasovun yeni macərası 26-01-2020, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı 26-01-2020, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” 26-01-2020, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır 26-01-2020, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi 26-01-2020, 06:21 Ovusu Kvabena “Qarabağ”da 26-01-2020, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı 26-01-2020, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi 26-01-2020, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü 26-01-2020, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır 26-01-2020, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? 26-01-2020, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar 26-01-2020, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” Bütün xəbərlər
Ən çox oxunanlar