24 yan 14:10manset, gundem

“Neftçi”nin gözlədiyi hücumçu “Qarabağ”la oyuna qədər gəlməlidi

“Neftçi”nin gözlədiyi hücumçu “Qarabağ”la oyuna qədər gəlməlidi
Elxan Abduallyev: “İllər öncə görməyə alışdığımız Mahir deyil”

“Neftçi”nin ilk yarıda üzləşdiyi hər məğlubiyyətdən sonra baş məşqçi Elxan Abduallyevin şərhi belə olurdu: “bu gün əlimizdə olan “material” budu. Ona görə də qış fasiləsini gözləməliyik. Yanvardan sonra fərqli “Neftçi” görəcəksiz”. Odu ki, fasilə dönəmində “ağ-qaralar”ın heyətini 7 futbolçu ilə gücləndirməsinə heç kim təəəccüblənmədi. Elxan bəy əvvəldən gözaltı etdiyi futbolçuların böyük əksəriyyətini yanına gətirə bildi. Beş yoldaşlıq görüşünün baş tutmasından sonra isə bakılılar gözünü çempionata dikib. 15-ci turdakı rəqib bildiyiniz kimi, “Qarabağ”dı, son 3 ilin çempionu. Belə vəziyyətdə baş məşqçi ilə əlaqə saxlayıb son günlər ortaya çıxan suallara cavab tapmaq istədik.
- Oyunsonrası mətbuat konfranslarında yanvara qədər gözləməyi məsləhət görürdüz. Fasilə dönəmində görülən işlər ürəyinizcə oldu?
- Demək olar, hə. Vaxtında yığışdıq, transferləri həyata keçirdik, yoldaşlıq görüşlərində gücümüzü sınadıq. Fiziki və psixoloji problemləri aradan qaldırmağa çalışdıq. Yəni hazırlıq planlaşdırdığımız kimi oldu. Buna görə klub rəhbərliyinə, sponsorlara minnətdarlığımı bildirirəm. Yeganə üzücü məqam hücumçu transferini gerçəkləşdirə bilməməyimizdi. Düzdü, çətinliyi aradan qaldırmaq üçün çox çalışdıq. Amma bəzi məsələlər var ki, bizdən asılı deyil. Əsas odu, heyətdə görmək istədiyim futbolçuların 90 faizinin keçidini həll edə bildik.
- Ötən müsahibənizdə Avropada top qovan, klubu ilə müqaviləsi davam edən hücumçudan danışmışdız. O mövzu bağlandı?
- Xeyr, hələ də onun üzərində iş gedir. Qışda azad agent statuslu yaxşı hücumçu tapmaq çətindi. Hamısının klubu ilə müqaviləsi var. Odu ki, ortaya problemlər çıxır. Fikrimcə, “Qarabağ”la oyuna qədər hücumçu gətirəcəyik.
- Gec deyil?
- Əlbəttə, biz də istərdik həmin futbolçu komandaya vaxtında qoşulsun. Bizimlə hazırlıq keçsin, yoldaşlıq oyunlarında meydana çıxsın, ab-havaya öyrəşsin. Bu bizim işimizi rahatlaşdırardı. Amma bundan sonra gəlməsi, təbii ki, müəyyən vaxt aparacaq. Hər halda, heç olmamaqdan yaxşıdı ki.
- Birdən yaxın günlərdə də alınmadı. “Qarabağ”, “Qəbələ”, “İnter”lə vacib görüşlərdə nə edəcəksiz? Hücumçusuz komandada hücumda kim oynayacaq?
- İnşallah, yaxın günlərdə məsələ həllini tapar. Alınmayacağına inanmıram. Alınmasa belə, hücumçusuz oynamağa öyrəşmişik. Özünüz də bilirsiz ki, dekabra qədər hücumçusuz oynadıq. Düzdü, təzə-təzə Katalin Tira nominal hücumçu idi. Amma sonradan yarımmüdafiəçilərə - Cavid İmamverdiyev, Denilson Pereyra, Jonas Pesalliyə güvənirdim. Forvardla anlaşa bilməsək, Cavid İmamverdiyevə, Fəhmin Muradbəyliyə, İqnasio Erreraya şans verə bilərəm.
- Pavel Paşayevin də “Neftçi”də peyda olmasının mümkünlüyünü dilə gətirmişdiz. Hələ ki xəbər yoxdu.
- Bəli, Paşayev “Neftçi”yə gəlməliydi. Özü də bunu istəyirdi. Hətta klubu ilə danışıq aparırdıq. Lakin “Stal” rəhbrəliyi onu buraxmaq istəmədi. Yeni baş məşqçi gəlib – Leonid Kuçuk. O, Pavelin komandanı tərk etməsini istəmir, millimizin üzvünə aparıcı oyunçu gözü ilə baxır. Bu mövzunu da bağlanmış saymaq olar.
- Yoldaşlıq görüşlərində “Neftçi”nin əsas heyətinə nəzər salanda, bir məqam diqqətimi çəkdi. Müdafiənin mərkəzində hər oyunda fərqli adlar görürdük. Halbuki arxa xəttin etibarlı olması üçün yeni gələn iki futbolçunun daim birgə oynaması vacibdi.
(müsahibə tam halda qəzetin çap variantında)
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar