19 yan 01:23manset

“Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər”

“Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər”
Rauf Əliyev klubsuz qalmaqdan çəkinmir
Məlum səbəbdən mövsümün qalan hissəsində “Keşlə”dən başqa heç bir klubda oynamaq iqtidarında olmayan Rauf Əliyevin klubsuz günləri davam edir. Əslində ötən yay qalmaqallı şəkildə ayrıldığı sabiq klubu Əliyevi heyətində görmək istəyir. Bunu həm klubun prezidenti Zaur Axundov, həm də paytaxt təmsilçisinin yeni çalışdırıcısı Yuri Maksimov mətbuata açıq şəkildə bildirib. Lakin təklif olunan müqavilə şərti forvardı qane etmədəyindən yeni anlaşmaya imza atmır. Raufu narazı salan məqam isə müqavilədə göstərilən müddətdi. Forvard sabiq klubu ilə 6 aylıq anlaşmaq istəsə də, rəhbərlik müqavilə müddətinin ilyarımlıq olmasında maraqlıdı. Hər iki tərəfin mövqeyindən geri çəkilməməsi, prinsipiallıq nümayiş etdirməsi isə tərəflərin danışıqlar masası arxasına keçməsinə mane olur.
Məsələ ilə bağlı qəzetimizin ötən saylarının birinə açıqlama verən Rauf yaxın günlərdə bütün suallara aydınlıq gələcəyini bildirmişdi. Ancaq bu yöndə heç bir yeniliyin olmadığını görüb, dünən yenidən onu aradıq. Bu dəfə də Əliyev konkret fikir səsləndirmədi. Əvəzində klubsuz qalacağından çəkinmədiyni söylədi: “Karyeramı harda davam etdirəcəyimlə bağlı sual təəssüf ki, bu gün də açıq qalır. Məsələ heç də “Keşlə”nin mənə təklif etdiyi maaşda deyil. Sadəcə, müqavilənin müddəti ilə bağlı ortaq məxrəcə gələ bilmirik. Mən rəhbərliyə 6 aylıq anlaşmaya imza ata biləcəyimi demişəm. Qarşı tərəf isə anlaşmanın ilyarımlıq olmasını istəyir. Bilirsiz, maraqlısı nədi? Komandaya bu qış cəlb olunan futbolçular, hətta yeni baş məşqçi ilə mövsümün sonuna kimi müqavilə imzalansa da, nəyə görəsə mənimlə ilyarımlıq müqavilə bağlamaq istəyirlər. Mən demirəm ki, yayda mütləq düşərgədən ayrılacam. Komandada vəziyyət yaxşı olsa, müqavilə şərtləri yerinə yetirilsə, karyeramı “Keşlə”də davam etdirməyə hazıram. Ancaq rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər. Zaur müəllimlə telefonla danışıb bu mövzuda fikir mübadiləsi aparmışıq. Görək bu məsələnin sonu necə olur”.
Yığmanın məşqçilər korpusunda baş verən dəyişikliklərdən sonra premyer-liqa klublarında top qovan futbolçuların əksəriyyəti milliyə dəvət almaq üçün əlindən gələni edir. Yığmanın yeni çalışdırıcısı Qurban Qurbanov ölkənin əsas komandasının qapılarının hamının üzünə açıq olduğunu, özünü yaxşı tərəfdən göstərən oyunçulara lazımi diqqətin ayrılacağını bildirib. Raufun klubsuz qalması isə onun yığmaya gedən yolunu bağlayır. Millidə nə qədər də “vuran ayaq” problemi yaşansa da, böyük ehtimalla, baş məşqçi yaşıl meydanlardan kənarda qalan forvardı düşərgəyə dəvət etməyəcək. Ancaq Rauf bizimlə söhbətdə buna görə narahat olmadığını söylədi: “Keşlə” ilə ortaq məxrəcə gələ bilməsək, yəqin ki, 4 ay klubsuz qalacam. Ancaq bu o demək deyil ki, futboldan tam uzaqlaşacam. Yəqin ki, hansısa klubun məşqlərinə qatılıb formamı qorumağa çalışacam. İlyarımlıq müqaviləyə qol çəkib sonradan əziyyət çəkməkdənsə, 4 ay oynamamağa üstünlük verirəm. Yenə deyirəm, klub rəhbərliyi başqa futbolçularla 6 ay və ya “6 ay+1 il” şərti ilə müqavilə imzalayıb. Mənə isə birbaşa ilyarımlıq anlaşma təklif olunur. Çempionatı “yaz-payız” sistemi ilə keçirilən ölkələrə üz tutmaq, məncə, o qədər effektli olmayacaq. Bu haqda da düşünmüşəm. Orda mövsüm martın sonu - aprelin əvvəlində başlayır. Heç kim futbolçu ilə 3 aylıq müqavilə bağlamır. Bəlkə olur, ancaq bu istisna hallarda baş verir. Minimum 6 aylıq razılaşmaya imza atmalıyam ki, bu da avqustun sonunda başa çatır. Belədə yenidən klub axtarışına çıxmağım nəticəsiz qala bilər. Bu üzdən ən yaxşı variant mövsümün sonuna kimi klubsuz qalmaqdı”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar