14 yan 12:09manset

“Arazın orda göstərdiyi oyunu nəzərə alsaq, 150 min avro çox aşağı məbləğdi”

“Arazın orda göstərdiyi oyunu nəzərə alsaq, 150 min avro çox aşağı məbləğdi”
“Qəbələ” onun parlaq çıxış edə biləcəyini hesablamayıb
“Qəbələ”nin Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində “Akhisarspor”la keçirilən yoxlama oyununda heç-heçə qeydə alındığını bilirsiz. İlk yarıda hesabda geri düşən “qırmızı-qaralar” fasilədən sonra Filip Ozobiçin qolu ilə məğlubiyyətdən yaxa qurtara bilib.
Bildiyiniz kimi, Dion Malone hələ ki fərdi hazırlıqla kifayətlənir. Surinamlı futbolçu Laradakı toplanış müddətində kollektiv məşqlərə qatılmayacaq. Ancaq yanvarın 21-də startı veriləcək Bələkdəki hazırlıq prosesində Qriqorçukun sərəncamında olacaq.
İndi gündəmi zəbt edən məsələ Araz Abdullayevin “Anortosis”ə keçididi. Bildiyiniz kimi, Cənubi Kipr klubu yayda yarımmüdafiəçini bir mövsümlük icarəyə götürüb. Xüsusən son zamanlar məhsuldar çıxışıyla diqqətləri üzərinə çəkən yığma üzvü məşqçilər korpusunun tam etimadını qazanıb. Bu üzdən çempionluq yarışında olan “ağ-göylər” həmyerlimizə tam hüquqla yiyələnmək niyyətindədi. Ada mətbuatının iddiasına görə, yayda iki klub arasında bağlanan icarə müqaviləsində belə bir bənd var: “Anortosis” “Qəbələ”yə 150 min avro ödəyəcəyi halda Abdullayevi heyətinə qata bilər.
Razılaşmada bu bəndin olub-olmadığını “qırmızı-qaralar”ın rəsmilərindən öyrənməyə çalışdıq. Ancaq dünən günboyu klub rəsmilərindən səs-soraq çıxmadı. Əlbəttə, hazırkı durumda bu vəsait Arazın keçidi üçün az məbləğ sayıla bilər. Görünür, ilk 6 ayda “Qəbələ”də uğurlu çıxış edə bilməyən yarımmüdafiəçi rəhbərliyin onunla bağlı bədbin düşüncəyə qapılmasına yol açıb. Sanki yayda “qırmızı-qaralar” futbolçuya veriləcək maaşa qənaət etmək üçün “Anortosis” üçün əlverişli olan şərtlərə razılaşıb. Yəni yarımmüdafiəçinin mümkün parlaq çıxışı nəzərə alınmayıb. Hər halda, məsələyə menecer baxışını öyrənmək pis olmazdı. Ölkənin sayılıb-seçilən futbol agentlərindən olan Tural Əsgərovu dinləyək: “Bu transferdə birmənalı olaraq “Anortosis” udacaq. Arazın orda göstərdiyi oyunu nəzərə alsaq, 150 min avro çox az məbləğdi. Amma “Qəbələ”nin də bu keçiddə tam uduzduğunu demək olmaz. Yəqin əsasları olub ki, icarəyə, satmağa razılıq veriblər. Aydın məsələdi ki, Abdullayev yaya qədər “Qəbələ”də yaxşı oynasaydı, onu “Anortosis”ə icarəyə verməzdilər. Versəydilər belə, ucuz məbləğə razılaşmazdılar. O ki qaldı icarə müqaviləsində satışla bağlı razılaşmaya, təcrübədə belə hallar var. Bu tam normal bir şeydi. Hansısa futbolçunu icarəyə götürən komanda çalışır ki, onu almaq hüququnu öncədən müəyyənləşdirsin. Məbləğ üzərində isə alver etmək olar. Müqavilədə belə bənd olmadıqda və həmin futbolçu icarədə olduğu klubda yüksək oyun sərgilədikdə, o zaman satış məbləğini artırmaq mümkündü. Bu üzdən futbolçunu icarəyə götürən klublar çox vaxt bu məqamı nəzərə alıb, öncədən alış şərtini müqaviləyə daxil edir”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:41 Alesio Renat məsələsinə nöqtə qoydu və sürpriz vəd etdi Bu gün, 14:38 Bakı İdman Sarayının fasiləsiz günü Bu gün, 14:35 Samit Nuruzadə U-18-i A divizionuna yüksəltmək istəyir Bu gün, 14:33 U-17 “Antalyaspor”u üstələdi Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi Bütün xəbərlər
Ən çox oxunanlar