11 yan 02:13manset

Araz Abdullayevin adadakı uğurunun sirri

Araz Abdullayevin adadakı uğurunun sirri
“Qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm”
Əksəriyyət “Anortosis” – AEK oyununun (3:1) videoicmalını qürurla izlədi. Belə ki, sözgedən qarşılaşmada meydan sahibləri hesabda geridə olduğu vaxtda Arazın parlaq oyunu vəziyyəti dəyişdi. Ardıcıl iki qol ötürməsi ilə komanda yoldaşlarının fərqlənməsinə şəarit yaradan Abdullayev qələbədə böyük pay sahibi oldu. Təbii, cari mövsüm Kamran Ağayev, Rauf Əliyev kimi futbolçularımızın legioner həyatı yaşaya bilməməsi fonunda bütün ümidlər Araza idi. Yarımmüdafiəçi isə “Anortosis”dəki çıxışı ilə rəğbət qazana bilib. Görünür, Abdullayev özünü sübut etmək istəyirmiş. Son illərdəki proseslər isə müsbət sonluqla yekunlaşdı. Bir daha həmin gedişata nəzər salaq.
“Qəbələ”də alınmadı
“Neftçi”nin uğursuzluqları fonunda azarkeşlərlə münasibətlər kəskinləşmişdi. Komandanın kapitanı olması isə bütün diqqətləri birbaşa onun üzərinə yönəldirdi. Bu isə Arazın gec-tez futbolun sirlərini öyrəndiyi klubdan ayrılacağından xəbər verirdi. Təbii, azarkeş futbolçunu sevmirsə və tez-tez onu hədəfə alırsa, getməkdən başqa çarə yoxdu. Bu mənada Araza haqq qazandırmaq olar. Ancaq azarkeşlərin tələbləri də başadüşülən idi. Təzyiqə tab gətirməyin çətin olduğunu görən Abdullayev ötən mövsümün ilk yarısından sonra “Qəbələ” ilə müqavilə imzaladı. Hərçənd ki, yarım mövsüm ərzində “qırmızı-qaralar”ın heyətində gözlənilən effekti vermədi. Yaxud da Roman Qriqroçuk onun potensialından düzgün istifadə edə bilmədi. Hər halda, nə Araz “Qəbələ”yə, nə də klub futbolçuya diqqəti cəlb edən qatqıda bulundu. Yarım il ərzində çempionatda 9, kubokda isə 2 oyuna şıxan yarımmüdafiəçi qol hesabını aça bilmədi. Yayda isə avrokubok matçlarında şans qazanmadı. Beləcə, “Qəbələ” onu “Anortosis”ə icarəyə verdi.
“Everton”, Berti Foqts və “Panionios”
“Anortosis”dəki çıxışa keçməzdən öncə daha bir məqamı xatırladaq. Belə ki, Araz ilk dəfə legioner həyatı yaşamır. O 2010-cu ildə İngiltərə “Everton”unun maraq dairəsinə düşmüşdü. 2011-ci ilin yanvarında yarımmüdafiəçi bu klubla 3 illik müqavilə bağladı. Lakin “Everton”un heyətində bir oyuna da çıxa bilmədi. Səbəb isə işçi vizası ilə bağlı idi. London təmsilçisi Arazın İngiltərədə iş icazəsi alması üçün onu yenidən mövsümün sonuna qədər “Neftçi”yə icarəyə verdi. Məhz həmin vaxt yığmanın baş məşqçisi Berti Foqtsun inadı da Abdullayevə problem yaratdı. Belə ki, alman çalışdırıcı onu yığmaya dəvət etsəydi, bu məsələ asanlıqla həllini tapacaqdı. Müqavilə ilə “Everton”a məxsus olan Abdullayev 2012-ci ildə Yunanıstanda legioner həyatı yaşadı. Belə ki, “Panionios”a icarəyə verilən futbolçu Yunanıstan superliqasında 8 oyun keçirdi. Ancaq “Panionios”dakı karyerası da parlaq alınmadı. Burda icarə müddəti bitən Araz “Everton”la da müqaviləyə xitam verdi. Onu da unutmayaq ki, həmin vaxt Abdullayevin cəmi 20 yaşı var idi.
“Anortosis”də uğurlu qrafik
Əslində dəfələrlə Arazın xarakterində problemlər olduğunu qeyd etmişik. Söhbət qətiyyətsizlikdən və ya xaricdə legioner həyatı yaşamaq iqtidarında olmamasından getmir. Məlum avtomobil qəzası, bir neçə dəfə azarkeşlərlə kəllə-kəlləyə gəlməsi, mətbuata münasibəti istənilən səviyyədə deyildi. Ancaq görünür, artıq yaş öz işini görür. Hələ “Anortosis”də təzə-təzə möhkəmləndiyi dövrdə - yığmanın San Marino ilə oyunundan sonra jurnalistlərə müsahibəsində fərqli bir Arazın olduğunu çoxları qeyd etmişdi. Çox güman, yaxşı futbolçu olmaq və sevilmək üçün çox çalışmaq, hər kəsə hörmətlə yanaşmaq lazım olduğunu artıq dərk edib. Bunun nəticəsidi ki, “Anortosis”də əsas heyət üzvünə çevrilməyi bacarıb. Keçirdiyi 16 oyundan sonra hesabında 2 qol və 3 məhsuldar ötürmə var. İsrailli Ronni Levi isə ona güvənməkdə davam edir. Ümid edək və inanaq ki, Araz digər futbolçularımız kimi ucuz bəhanələrlə vətənə üz tutmayacaq, uğurlu gedişatın davamını gətirəcək. Hər halda, onun potensialı buna imkan verir. Bir çoxlarının bacarmadığını reallaşdırmaq və yığmanın liderinə çevrilmək onun öz əlindədi.
“Bu, böyük oyun idi”
Yeri gəlmişkən, yarımmüdafiəçi AEK-lə oyundan sonra Cənubi Kipr mətbuatına açıqlama verib. O qarşılaşmanı “böyük oyun” adlandırıb, qələbə istəyindən söz açıb, qarşıdakı oyunların ağır keçəcəyini dilə gətirib: “Bu, böyük oyun idi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Lakin biz daha istəkli idik. Çünki qalib gəlməklə 1-ci pilləyə yüksəlmək niyyətindəydik. Həm komandamız, həm də AEK sonadək mübarizə apardı. Hər şey çox yaxşı alındı. Azarkeşlərin ağlasığmaz dəstəyi də bizim tərəfimizdə oldu. İki qolun məhsuldar ötürməsini verməklə qələbədə pay sahibi olduğum üçün xoşbəxtəm. Amma qol vurmaq və ya bunda iştirakdan asılı olmayaraq, komandanın bir üzvü kimi qələbə qazanmağımızı daha vacib sayıram. Bizim üçün qarşıdakı hər oyun ağır olacaq. Çünki bütün komandalar zirvədə qərarlaşan liderlə daha əzmkar mübarizə aparır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 06:34 Sərbəst güləş yığmamız toplanışa başladı Bu gün, 06:29 “Yunanıstanda çempionat dayanır, hakimin maşınını partladırlar, Vassaras isə hakimlərimizə ağıl öyrədir” Bu gün, 06:27 Ölkə futbolunun iddialıları İcraiyyə Komitəsindən yan qaçır Bu gün, 06:24 Elşad Əhmədov Kvaşukun cavabını verdi Bu gün, 06:21 Ovusu Kvabena “Qarabağ”da Bu gün, 06:18 Region Liqası: ümumi mənzərə və komandaların pley-off şansı Bu gün, 06:16 “Ağsu Siti” dağılmaq təhlükəsiylə üz-üzədi Bu gün, 06:13 1/16-in püşkü atıldı, finala qədər yola işıq düşdü Bu gün, 06:08 Rizvan Fərzəliyev özbəklərlə oyunları vacib sayır Bu gün, 06:06 Yığmadan Xorvatiyada nə gözləyək? Bu gün, 05:41 Təcrübəli həkimlər AFFA-nı qınadılar Bu gün, 05:32 Baş katib həm hörmətsizlik edir, həm də yol göstərir 24-01-2020, 12:36 Nazim Süleymanovu tərk edənlərin ortaq dərdi var 24-01-2020, 12:35 Almeyda Şeferin komandasında oynayacaq 24-01-2020, 12:34 Mahir Əmrəlinin gözəl qolu kifayət etdi 24-01-2020, 12:32 Birinci oyunu özbəklər, ikincini yığmamız qazandı 24-01-2020, 12:31 “Keşlə” ikinci oyunda da uduzdu 24-01-2020, 12:29 “Neftçi”də ispan məşqçi 24-01-2020, 12:28 “Sabah” "Spartak"ın gəncləri ilə “sülh bağladı” 24-01-2020, 12:24 “Zirə” toplanışı qələbəylə bitirdi 24-01-2020, 12:20 “Zirə” Krnetanı qaytardı 24-01-2020, 12:17 Kvaşuk Azərbaycan xatirələrini bölüşdü 24-01-2020, 12:13 “Sumqayıt” Türkiyədə ilk qələbəsini qazandı 24-01-2020, 12:10 Samir Abasov aşağı yaş qrupu üzrə yığmaları çalışdırmaq istəmir 24-01-2020, 12:07 Rüfət Dadaşovu qınayırlar... 24-01-2020, 12:05 2020-ci ildə ilk heç-heçə 24-01-2020, 12:03 Xoş gəldin, Vassaras! Xoş getdin, 5000 avro... 24-01-2020, 11:58 Yeni federasiyanın ilk iclası keçirildi 22-01-2020, 12:17 Yanvarın 28-də seçki yox, təyinat olacaq! 22-01-2020, 12:15 Rövnəq Abdullayev 4-cü dəfə prezident olmaq istəyir 22-01-2020, 12:14 “Neftçi” Bordinə təzminat ödəyəcək 22-01-2020, 12:12 Rauf Əliyevin qanunlara “hörməti”: həm deputatdı, həm də biznesmen 22-01-2020, 12:09 “Forza Neftçi” Bordinin göndərilməsini gecikmiş qərar sayır 22-01-2020, 12:08 U-19-un düşərgəsində növbəti qalmaqal 22-01-2020, 11:58 “Qarabağ” sonda məğlubiyyətdən qaçdı 22-01-2020, 11:56 “Sabah” əzmkar qələbəyə sevindi 22-01-2020, 11:51 80 dəqiqəlik məşq 22-01-2020, 11:49 Fuad Əsədov Elxan Məmmədovun yalanını üzünə çırpdı 22-01-2020, 11:46 “Kəpəz” rəhbərliyi şəhidlərin yaxınlarından üzr istədi 22-01-2020, 11:44 “Qəbələ”nin yoxlama görüşü yarımçıq qaldı 22-01-2020, 11:37 Füzuli Məmmədov Bordinlə bağlı sualdan yayındı 22-01-2020, 11:34 İki flaqmanın duelini “Dinamo” qazandı 20-01-2020, 11:34 Vasif Talıbov Apeldorn uğursuzluğunun səbəblərini açıqladı 20-01-2020, 11:31 “İnşallah, bu il komandamız elitada oynayar və...” 20-01-2020, 11:30 “Ağsu” divizionda çıxışını dayandıra bilər 20-01-2020, 11:28 Əcnəbi klublar azərbaycanlı futbolçularla maraqlanır 20-01-2020, 11:26 Emin Abbasov Deviçin qayıdışına aydınlıq gətirdi 20-01-2020, 11:25 Tərlan Əhmədovu nəticə maraqlandırmır 20-01-2020, 11:23 “Keşlə” iki qapıçısını itirdi və …darmadağın oldu 20-01-2020, 11:20 “Çempionluq yoluna “Sumqayıt”ı udmaqla başlamaq lazımdı” 20-01-2020, 11:15 Fuad Musayev Samir Ələkbərovu kimin təklifi ilə qaytarıb? 20-01-2020, 11:13 “Sumqayıt”ın Futbol Akademiyasında şok olay 20-01-2020, 11:09 Faciənin yarımçıq qoyduğu səfər… 18-01-2020, 12:09 “Kəpəz” rəhbərliyi Mehman Allahverdiyevi yubileyində yada salmayıb 18-01-2020, 12:05 PFL Antalyaya böyük heyətlə gedib 18-01-2020, 12:00 Şok iddia: AFFA Qriqorçukla danışıq aparır 18-01-2020, 11:58 Niassenin məsələsində nöqtə qoyulmayıb Bütün xəbərlər
Ən çox oxunanlar