31 dek 16:26manset

“Stad de İbad”ın davamı, sirli 7:7 və “Pub 100”də bitən il

“Stad de İbad”ın davamı, sirli 7:7 və “Pub 100”də bitən il
Bu gün il bitir. Hər bitən il həm də ucsuz-bucaqsız xatirə dünyanı zənginləşdirən yeni olaylar deməkdi. Biz, yəni “Futbol+”çilər və qəzetimizə yaxın olan dostlar, ən azı xeyir-şərdə yanaşı oturmağa can atdığımız adamlar ilin son günü ərəfəsində əvvəlcə futbol oynadıq, sonra ilsonu tədbirinə yığışdıq, günün sonunda da sürpriz qonaqlar qəbul etdik. Tələsməyin, sıra ilə anladacam.
“Stad de İbad” ifadəsi ilk dəfə, çox güman, İlkin Xəlilovun dilindən çıxıb. İndi artıq haqq dünyasında olan, vaxtilə atlet kimi ad çıxarmış, siqareti və siqaret çəkənləri görməyə gözü olmayan İbadulla kişinin stadionu ilə bağlı o qədər gözəl xatirələr var ki, ipə-sapa gəlməz. “Futbol+”in dövriliyi az olanda, 2000-ci illərin əvvəllərində bir neçə komanda – “Milo-Barsa”, “Old Starz”, “Azəri” – yaratmışdıq, tez-tez meydanda üz-üzə gələr, oyunların müzakirəsini əvvəlcə çayxanada, ardından redaksiyada və hətta divar qəzetində davam etdirərdik. Həmin günlərlə bağlı lətifələrimiz də var ki, oxucu üçün maraqlı olmayan bu məqamın üzərindən sürətlə ...“Pioner”ə adlamaq istəyirəm. Dünən saat 12-də burda başlayan oyunun təşəbbüskarı Səbuhi Səfiyarlı olsa da, ideya çoxdan var idi. Daha doğrusu, sabiq “Futbol+”çilərlə indiki kollektivin meydanda üz-üzə gəlməsi yubiley tədbirlərinin bir qolu kimi düşünülmüşdü. Gec olsa da, əsas odu ki, bu oyun baş tutdu. Sabiqlərin heyətində Səbuhi, İlkin, Vüsal Mahmudov, Eldəniz Yusifov, Elnur Novruzov, Ceyhun Əliyev və Pərviz Hikmət var idi. Dəstək qrupunda Anar Şabanoğlu ilə Mehman Süleymanov, baş məşqçi postunda isə Vaqif Heydərli yer almışdı. İndiki kollektiv adına bu sətirlərin müəllifi, Cəsur Məmmədov, Kənan Həsənov, Əli Rzayev, Sərxan Musayev, Fariz Əliyev, Rəşad Qasımov və Fəxrəddin Rüstəmli çıxış edirdi. Bəribaşdan deyim ki, çox maraqlı və intriqalı oyun alındı. Hesabı görən istənilən adam ortada sövdələşmə olduğunu, bu kimi oyunlar üçün xarakterik olan “sülh”ə can atdığımızı düşünə bilər. Amma təkcə hesabın dəyişmə qrafikinə baxın və qiymət verin: onlar 2:0 önə çıxdı, biz 2:1 etdik, sonra 4:1-i 4:4-ə çatdırdıq, yenə bir top önə çıxdılar, indikilər sürət yığdı və artıq 7:5 bizim xeyrimizə oldu, nəhayət, sonda kobud səvlərimiz üzündən bərabərlik topunu vura bildilər – 7:7. Hesab fərqli ola, bu gün bir, sabah başqa komanda qalib gələ bilər, amma ən azı buna əmin oldum ki, illər xarakterimizi zərrəcə dəyişməyib. Cığallar yenə cığaldı, sülhpərvər adamlar isə sülhpərvər – vəssalam.
Sonra elə “Pioner”də çay içdik. Yaşar Seyidov sağ olsun, özünü yetirib, hər kəsin banan payını da çatdırdı. Günün davamı “Pub 100” adlı əyləncə məkanında oldu. Bitməkdə olan ilin xeyir-duasını verib, 2018 ilə bağlı arzuları bölüşdük. Sürpriz qonaqlarımız isə Ceyhun Əliyev, Anar Şabanoğlu və Elmir Əliyev oldu. İlk ikisini tanıyırsız, üçüncü də səsi ilə nəinki Ceyhun Rzayevlə Həbib Aslanova, hətta şou-biznes dünyasının bir çox adına meydan oxumağa qadir, haqqın.az saytında çalışan hörmətli həmkarımızdı. Məclisin bundan sonrakı hissəsi haqda yazmaq istəmirəm. Çünki artıq heç bir reqlament, qayda-qanun işləmirdi. Hər kəs oxuyur, oynayır və qədəh toqquşdururdu. Yeri gəlmişkən, Yeni iliniz mübarək! Çox il dəyişin, amma illər sizi dəyişməsin!
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Bütün xəbərlər
Ən çox oxunanlar