29 dek 19:18manset

“Divizionda iki komandanın oyunları araşdırılır”

“Divizionda iki komandanın oyunları araşdırılır”
Ramin Musayev 2017-yə yekun vurdu
Artıq həm premyer-liqa, həm də birinci divizion komandaları istirahətdədi. Mövsümün ilk yarısında maraqlı nəticələr, diqqəti çəkən olaylar oldu. Bütün bunlarla bağlı PFL-in prezidenti Ramin Musayevlə söhbətləşmək qərarına gəldik. Təbii, təşkilatçı qurumun rəhbəri ilə danışılası çox məqam var idi. Odu ki, dünən AFFA-ya yollanıb, bizi maraqlandıran sualları Musayevə ünvanladıq.
“Baba oldum, özü də oğul babası”
- 2017-ci ili yola salmağımıza artıq saatlar qalıb. PFL prezidenti kimi geridə qalan ili ölkənin futbol həyatı üçün necə dəyərləndirirsiz?
- 2017-ci ilin Azərbaycan futbolu tarixində özünəməxsus iz qoyduğunu düşünürəm. Ölkə başçısı da futbolda qazanılan nailiyyətlərə gözəl dəyər verdi. Onun bu addımı futbol təsərrüfatında çalışan hər kəsə yeni uğurlar üçün stimul oldu. “Qarabağ”ın Çempionlar Liqasının qrupuna yüksəlməsi, Avropanın ən mötəbər klub turnirinin himninin Bakıda səslənməsi hamımıza sevinc bəxş etdi. İnşallah, bu uğurun davamını 2018-də də görmək istərdik.
- Bu PFL prezidentinin fikirləridi. Bəs sıravi vətəndaş kimi Ramin bəy 2017-ni necə xatırlayacaq?
- (bu yerdə PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin replikası oldu: 2017-i Ramin müəllim üçün Çempionlar Liqası kimi yaddaqalan oldu). Vətəndaş Musayev üçün də yaddaqalan oldu. Baba oldum, özü də oğul babası. Oğlum ailə həyatı qurdu, yaşımın üstünə yaş gəldi. Artıq 4 aydan sonra 55-i qeyd edəcəm (gülür). Şükür edirəm.
- “Qarabağ”ın beynəlxalq aləmdə uğurunu kənara qoysaq, futbolumuzun bugünkü durumuna qiymət verməyinizi istərdik. Bir çoxlarının fikrincə, 10 milyonluq ölkə üçün 8 komandalı çempionat utancverici mənzərədi. Keyfiyyət, yoxsa kəmiyyət?
- Bu haqda çox danışılır, çox müzakirələr aparılır. Amma bir məqamı nəzərə almaq lazımdı. Biz kəmiyyətə yox, keyfiyyətə üstünlük veririk. 10 və ya 12 komandanın iştirakı ilə çempionat keçircəyiksə və onlardan hansısa mövsümün ortasında mübarizədən kənarlaşacaqsa, “pulum yoxdu” deyib bizdən maliyyə tələb edəcəksə, qalmaqal yaradıb premyer-liqanın imicinə zərbə vuracaqsa... Ondansa, “az olsun, təmiz olsun” prinsipi ilə işləmək daha məqsədəuyğundu. Son 3 ildə 8 komandanın iştirakı ilə çempionat keçirilir. Bu illər ərzində “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazanıbsa, “Qəbələ” ardıcıl iki mövsüm ilk mərhələdən başlayıb qrupa yüksəlməklə Avropada tarix yazıb. Bəzən mətbuatda “Rövnəq Abdullayev AFFA-nın prezidenti olmamışdan öncə çempionatda 16 komanda vardı” kimi fikirlər səslənir. Heç kimə sirr deyil ki, komandaların sayı çox olsa da, klubların heç biri, obrazlı desək, Sumqayıtdan o tərəfə gedə bilməmişdi. Süni yolla, məcburi addımla komandaların sayının çox olması bizə nə verir? Siz də razılaşarsız ki, heç nə. Elita təmsilçilərinin sayı çox olan vaxtlarda yerli futbolçular da layiq olmadıqları maaş tələb edirdilər. Ancaq indi hər kəs çalışır ki, normal oyun sərgiləməklə gündəmdə olsun və klubsuz qalmasın. Gəlin razılaşaq ki, indi dəyərindən artıq pul alanların da sayı azalıb. Bəzən futbol təsərrüfatında çalışan insanlar limitin onlara mane olduğunu dilə gətirir. Daha fikirləşmirlər ki, limit ləğv olunsa, yenə əvvvəlki dönəmə qayıdacağıq, süni qiymət artımı yaranacaq. Eyni hal legionerlərə də aiddi. Siz mənə deyin görüm, sonuncu dəfə ölkəyə gələn hansı legionerə görə azarkeşlər stadiona axın edib? Beləsi var?
- Hazırda premyer-liqada elə parlaq oyun sərgiləyən, meydana çıxdığı hər oyunda azarkeşlərin könlünü fəth edən legioner yoxdu. Az-şox “Qarabağ”ın əcnəbilərini vurğulamaq olar.
- Mən də bunu deyirəm. Ancaq o vaxt var idi. Məsələn, “Xəzər Lənkəran”ın Azərbaycana gətirdiyi Oktay Dərəlioğlu. Sağ olsun, Mübariz Mənsimov bu addımı atmışdı. Con Toşakın, Mustafa Dənizlinin ölkəmizdə çalışması bizim üçün reklam idi. Ancaq indi vəziyyət dəyişib. Roman Qriqorçukun zəhmətini danmaq olmaz. O Azərbaycan futboluna rəng qatan, fayda verən mütəxəssislərdəndi. Mən bunu nə “Qəbələ” rəhbərliyinə yarınmaq, nə də başqa mənada deyirəm. Olanlar göz qabağındadı və Roman işini layiqincə görən məşqçidi. Bu gün elə bir legioner futbolçu yoxdu ki, azarkeşin əynində onun forması olsun. Sonra deyəcəklər, yenə “Neftçi”dən nümunə gətirir. Bəli, o klub həmişə mənə yaxın olub, çünki orda çalışmışam, müəyyən uğurlar qazanmışıq. Lakin vaxt var idi ki, azarkeşlər adları heç bir qalmaqalda hallanmayan Adamiyanın, Abramidzenin, Mişuranın forması ilə stadiona gəlirdi. Bu gün də sonuncunun vurduğu qol gözümün qabağındadı. Top qapıya bir metr qalmış istiqamətini elə dəyişdi ki, özüm məəttəl qaldım. İnanılmaz idi. Halbuki forvard iki müdafiəçidən sıyrılanda artıq Tofiq Mustafayev mənə qol olacağını bildirdi. O Mişuranın nəyə qadir olduğunu bilirdi. Azərbaycana gələn legioner yerli futbolçudan ən azı bir baş üstün oyun sərgiləmirsə, onu dəvət etməyin nə mənası var? Ondansa, özümüzünkülərə şans yaradaq.
- Bəlkə İngiltərə təcrübəsindən yararlanaq. İngilislər legionerlər üçün müəyyən şərtlər qoyublar. Son iki ildə təmsil etdiyi ölkənin yığmasında 75 faiz oyun keçirməyən futbolçular ingilis klublarında top qova bilməz.
- PFL yaranan ilk illərdə bu təcrübəni də sınaqdan keçirdik. Yığma üzvü olan oyunçular rüsumdan azad olunmuşdu. Ancaq fayda vermədi. Pullu klublar bildiklərini etdilər.
“Söhbət otaqda yox, orda oturandadı”
- Azarkeşlər PFL-i qaynanaya, elita klublarını isə klubları gəlinə bənzədirlər. İkinci birincidən heç vaxt razı qalmadığı kimi, klublar da çempionatı təşkil edən qurumdan daim narazıdılar. Xüsusilə hakimlik mövzusunda...
- Artıq neçə ildi elita təmsilçiləri hakimliklə bağlı ancaq 90 dəqiqə ərzində narazılıq edir. Narazı qalanlar oyun vaxtı yaşanan epizodlara görə giley-güzar edirlər. Oyundan yarım saat sonra həmin narazılıq doğuran epizodu öz telefonumla etiraz edən tərəfə göndərirəm və görürlər ki, hay-küy salmaları mənasızdı. Şükür Allaha, bu gün AFFA rəhbərliyi bizi hər cür texniki invertarla təmin edib və bundan yararlanaraq meydanda yaşananlara obyektiv qiymət verməyi bacarırıq. Bəzən deyirlər ki, PFL-in operatorları premyer-liqa matçlarını işıqlandıran “CBC Sport”un operatorlarından daha yaxşı çəkir. Burda qeyri-adi heç nə yoxdu. Çünki “CBC Sport”un kameralarından fərqli, bizim operatorlar elə oyun məqamlarını obyektivə salırlar ki, orda mübahisə doğuracaq nəsə ola bilər. Bu da təcrübədən irəli gələn bir şeydi. Klub rəhbəri olub ki, hansısa məqama görə mənə irad bildirib, hakimlikdən od püskürüb. Gecənin bir yarısına qədər otaqda oturub oyunun videoyazısına baxmışam və mübahisəli məqamı bir çox rakurslardan izləmişəm. Və məlum olub ki, hakim düzgün qərar verib. Həmin vidoeoyazını da narazı olan klub funksionerinə göndərmişəm. Baxıb, zəng etməyə utanıb. Ancaq irad bildirməkdə səhv etdiyini mesajla çatdırıb.
- Sizin otağınızda nə sirr varsa, hakimlikdən və ya başqa məqamdan narazı qalan klub prezidenti bu kabinetə qəzəblə daxil olub, gülə-gülə çıxıb. Bəlkə bu sirri açıqlayasız... Deyilənə görə, çox gözəl psixoloqsuz və insanları sakitləşdirməyi bacarırsız. Bu istedad sizdə hardandı?
- Futbol sahəsində çalışmamışdan öncə mən hüquq-mühafizə orqanlarında işləmişəm. Daha dəqiq desəm, 6 saylı İslah-Əmək Koloniyasının əməkdaşı olmuşam. Gün ərzində 2 min dustaqla təmasda olurdum və kiminlə necə danışmaq lazım olduğunu bilirdim. Ordan topladığım təcrübə mənə bu gün də kömək edir. Uduzan komandanın rəsmisinin hansısa məqamdan yapışıb, məğlubiyyətə layiq olmadıqlarını bildirməsi anlaşılandı. Ancaq reallıq və obyektivlik deyilən bir anlayış var. Buna hər zaman riayət etmək lazımdı. Sənə bu sözləri kimin dedyini bilərəm (gülür). Sən ad çəkmədinsə, mən də onun adını səsləndirməyəcəm. O yanıma gəldi, odlu-alovlu çıxış etdi. Mən də səbrlə onu dinlədim. Ardınca mübahisə doğuran epizodları birgə izlkədik və özü də bir daha şahid oldu ki, iradları boşunadı. Odu ki, söhbət otaqda yox, orda oturandadı. Kim istəyər ki, təşkil etdiyi çempionatda xoşagəlməz, adına xələl gətirən olaylar yaşansın.
- Ancaq belə hallar da olur. Məsələn, nəticəsi əvvəlcədən razılaşdırılmış oyunlar...
- Bilirdim ki, bu mövzuya toxunacaqsız. PFL prezidenti olaraq, mən həmişə bu neqativ halların qarşısını almaq üçün əlimdən gələni edirəm. Və bu yöndə əməli addımlar atıram, gələcəkdə də atacam. Bildiyiniz kimi, ötən mövsüm müəyyən profilaktik işlər görüldü.
- Buna baxmayaraq, yenə bu məsələ aktual olaraq qalır. Yenı birinci divizionda xoşgəlməz olayların yaşandığı haqda söz-söhbətlər dolaşır.
- Heç kim narahat olmasın. Bu işlə məşğul olanlara qarşı amansız mübarizə aparırıq və gələcəkdə də davam edəcək. Azərbaycan futbolunu qara yaradan təmizləyəcəyik. Bunun üçün xüsusi tədbirlərimiz var. Şübhəli oyunlara heç kimin tanımadığı, ancaq futboldan anlayışı olan insanları göndərib, lazımi məlumatı əldə edirik. Hətta bunun üşün mənim xüsusi bir planım var idi. Bizə məlumat çatmışdı ki, iki komanda arasında baş tutacaq çempionat oyununun nəticəsi əvvəlcədən razılaşdırılıb. İlk hissə qolsuz başa çatacaq, ikinci yarıda açıq oyun gedəcək. Təklif etdim ki, həmin oyunun hakimi bilərəkdən ilk hissədə oldu-olmadı hansısa komandanın qapısına penalti təyin etsin. “Nöqtə”yə yaxınlaşan futbolçu bilərəkdən penaltini vurmasa, bununla bağlı tədbir görək. Ancaq Rövnəq müəllim bununla razılaşmadı. O bildirdi ki, belə olan halda hakimlərimizə inam sarsıla bilər. AFFA prezidenti çamura bulaşmış insanları səbrlə üzə çıxarmağımızı istədi. Sizə bir söz də demək istəyirəm. Hazırda birinci divizionda mübarizə aparan iki komandanın oyunları araşdırılır. Onların günahları sübuta yetirilsə, çempionatdan kənarlaşdırılacaqlar. Heç kimə güzəşt etmək fikrimiz yoxdu. Çünki mövsümün əvvəlində hamıya bununla bağlı xəbərdarlıq olunub.
“Prosineçkinin müqavilə müddətinin bitməsinə 3 ay qalmış...”
- 2017 həm də əsas yığma ilə yanaşı, müxtəlif yaş qrupları üzrə millilərə yeni baş məşqçilərin təyin olunması ilə yadda qaldı. Qurban Qurbanovun yeni postunda da uğur qazanacağına inanırsız?
- Biz hələ Prosineçkidən əvvəl yığmanın Qurbanova tapşırılması barədə fikir mübadiləsi aparmışdıq. Həmin vaxr Rövnəq müəllim Qurban müəllimi “yandırmaq” istəmədiyini, müəyyən zamana ehtiyac duyulduğunu bildirmişdi. Bildiyiniz kimi, Qurbanov Rövnəq müəllimin prezidentliyi dönəmində “Neftçi”nin oyunçusu olub və karyerasını başa vurduqdan sonra komandaya baş məşqçi təyin olunmuşdu. Ancaq müəyyən səbəblərdən, daha konkret desək, AFFA-nın o vaxtkı rəhbərliyinin qərəzli mövqeyinə görə “Neftçi” çempionluqdan məhrum oldu. Haşiyə çıxaraq bildirim ki, mövsümün əsas oyununun başlamasına saatlar qalmış hakim dəyişdirildi, Zaur Tağızadə ilk hissədə meydandan qovuldu. AFFA prezidenti hər kəsə şans və özünü sübut etmək üçün zaman verməyi bacaran insandı. Bunun da nəticəsi kimi Qurbanov bu gün məşçqçi kimi özünü doğrultdu. Prosineçkinin müqavilə müddətinin bitməsinə 3 ay qalmış mən, Elxan Məmmədov və Rövnəq müəllim AFFA-nın Futbol Akademiyasında oturub söhbətləşdik. Onda assosiasiya rəhbəri bildirdi ki, artıq Qurbanovun millinin “sükanı arxasına” keçməsinin vaxtı yetişib. Sadəcə, bizə dedi ki, hələ ki bununla bağlı informasiya ictimaiyyətə sızmasın. Bu gün “Qurban müəllim yığmada uğur qazanacaqçı” sualına belə cavab verərdim: o çətin yükün altına girsə də, ümid edirəm ki, bu ağır sınaqdan da alnıaçıq, üzüağ çıxmağı bacaracaq.
- İlin son müsahibəsində sizinlə, demək olar ki, futbol sahsində hər şeydən danışıdıq. İndi isə rəhbərlik etdiyiniz kollektivlə bağlı fikrinizi bilmək istərdik. 2017-də PFL əməkdaşlarının işindən razı qaldız?
- Bəzən bəzi dostlar mənə qibtə edirlər. Deyirlər ki, bu cür kollektiv formalaşdırmaq üçün nə lazımdı? Onların hamısına sadə bir cavabım var: bizdə “mənəm” deyilən anlayış yoxdu. Hər şey qarşılıqlı razılıq əsasında olur. Bu gün PFL-də yaşda məndən böyük əməkdaş da var, kiçik də. Ancaq hamımız bir amal uğrunda bir araya gəlib, bir nöqtəyə vururuq. Sağlam kollektiv, mehriban mühit, qarşılıqlı inam olan yerdə görülən iş də yüksək olur, keyfiyyət də göz oxşayır. Bu gün uşaqlara demişəm ki, istirahət edin. Ancaq görürsüz ki, buna baxmayaraq, hamı yenə işə gəlib. Bu nə deməkdi? Bu ondan xəbər verir ki, PFL-in kollektivi işə tək maaş yeri kimi yox, özünə doğma mühit, ailə kimi yanaşır. Bu artıq sizin sualınıza cavabdı. Fürsətdən istifadə edib sizin qəzetin də kollektivini, azarkeşləri qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edir, həyatda ən vacib olan cansağlığı arzulayıram. Ümid edirəm ki, 2018 bütün sahələrdə, o cümlədən futbolda bizim üçün daha uğurlu il olacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir Bütün xəbərlər
Ən çox oxunanlar