27 dek 19:18manset

Gələn il futbolla bağlı yeni Dövlət Proqramı qəbul olunacaq

Gələn il futbolla bağlı yeni Dövlət Proqramı qəbul olunacaq
Azad Rəhimov: “Tokio Olimpiadasından bir az qorxuruq”
İlin idman yekunuyla bağlı Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbir yekunlaşdıqdan sonra təhsil ocağının 2-ci mərtəbəsində gənclər və idman naziri Azad Rəhimovun iştirakı ilə mətbuat konfransı keçirildi. Nazir əvvəlcə hesabat xarakterli çıxış etdi və bundan sonra sual-cavab prosesi başladı: “İdmançılarımız bu il beynəlxalq yarışlarda 851 medal qazanıb ki, bunların da 347-si qızıl, 236-sı gümüş və 268-i bürüncdü. 851 medaldan 454-ü olimpiya növlərinin payına düşür. Ölkəmizdə 219 yerli, 55 beynəlxalq yarış keçirilib. İdmançılarımız il ərzində 234 beynəlxalq turnirdə qüvvəsini sınayıb. Yığmalarımız 100-dən artıq təlim-məşq toplanışı keçib. 92 məşqçiyə ixtisas kateqoriyası verilib. 12 nəfər əməkdar idman ustası adına layiq görülüb. 2017-20-ci illər üçün vahid İdman Təsnifatı, növbəti Yay Olimpiya Oyunlarına hazırlıq konsepsiyasının layihəsi, gələn il üçün yığmaların idmançı və məşqçi heyətinin siyahıları artıq hazırlanıb. 660-dan çox idmançı Respublika İdman Tibb, Diaqnostika və Reabilitasiya İnstitutunun xidmətlərindən yararlanıb. Ağcabədi və Abşeron Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Lənkəranda analoji mərkəzin yenidən qurulması işləri davam etdirilir. Qala qəsəbəsində və Yardımlı rayonunda İdman Kompleksi, Goranboy və Tərtərdə Olimpiya İdman Kompleksləri, Bakıda Olimpiya hərəkatı və İdman Muzeyi, Buzovna, Türkan, Qobustan və Bülbülə qəsəbələrində isə idman zallarının inşası davam edir. Növbəti illərdə onlar da istifadəyə veriləcək. Gələn il ölkəmizdə keçiriləcək yarışlar haqda da məlumat verim. Fevralda tennis üzrə Avropa turniri, martda idman gimnastikası və apreldə bədii gimnastika üzrə Dünya Kuboku keçiriləcək. Apreldə həmçinin batut, tamblinq və mini-batut üzrə Avropa çempionatı, “Formula-1” üzrə Azərbaycan “Qran-pri”si, mayda kapoeyra, iyunda BMX, iyulda cüdo üzrə dünya çempionatı baş tutacaq. Ümumdünya Antidopinq Agentliyinin (WADA) bir tədbiri də ölkəmizdə reallaşacaq.
- Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən getməsi Güləş Federasiyasının və Velosiped İdmanı Federasiyasının işinə mənfi təsir göstərməyəcək?
- Biz heç vaxt idmanı şəxsiyyətlərlə əlaqləndirmirik. Cənab prezidentin idman siyasəti və bu istiqamətdə tapşırıqları daim icra olunur. BMX üzrə dünya çempionatı lazımı səviyyədə keçiriləcək. Necə ki başqa yarışları uğurla təşkil etmişik. Hazırda bu istiqamətdə işlər başlayıb. Arena vaxtında təhvil veriləcək. Xüsusən gənclər üçün bu idman növü maraqlıdı. İnanırıq ki, mundialdan sonra bu sahəyə axın artacaq.
- Gələn il inşası davam edən hansı idman obyektləri hazır olacaq?
- Yüz faiz deyə bilərəm ki, Lənkəran Olimpiya İdman Kompleksi hazır vəziyyətə gətiriləcək.
- Gələcəkdə bütün Olimpiya İdman Komplekslərinin özəlləşdirilməsi nəzərdə tutulub?
- Bütün Olimpiya İdman Kompleksləri təsərrüfat hesablı fəaliyyət göstərir. Onların hamısına nazirlik tərəfindən maddi yardım göstərilir. Bəzən hansısa şirkət kompleksi icarəyə götürərək bütün xərcləri qarşılayır.
- Sıravi vətəndaşlar istənilən kompleksin xidmətlərindən pulsuz yararlana bilər?
- Bütün olimpiya növləri üzrə bölmələr pulsuzdu. Hansısa Olimpiya İdman Kompleksində kimdənsə pul istənilsə, bizi məlumatlandırın. Ancaq müəyyən istisnalar var. Hovuzun saxlanması xərc tələb etdiyindən ondan istifadə pulludu. Həmçinin qeyri-olimpiya növləri ilə məşğul olmaq üçün ödəniş tələb olunur. Mini-futbol oynamaq istəyənlər də aşağı qiymətlərlə kompleksin zalından yararlana bilər.
- Bölgələrdəki Olimpiya İdman Komplekslərində beynəlxalq yarışların keçirilməsi planlaşdırılırmı?
- Biz də bunu istərdik. Ölkəmizdə əsasən Avropa və dünya çempionatları keçirilir. Onların da standartları yüksəkdi. Rayonlarda daha çox 500-1000 yerlik zallar inşa edirik. Çünki bundan artığına ehtiyac yaranmır. Sentyabrda Göygöl Olimpiya İdman Kompleksində voleybol üzrə Avropa çempionatının oyunlarının keçirilməsi üçün Bakıdan 1100 oturacaq göndərmişdik. İcra başçıları ilə danışırıq. Onları məktəbliləri, uşaqları komplekslərə dəvət etməyə çağırırıq. Çalışırıq ki, idman qurğuları qaynasın, qapıları hamıya açıq olsun. Bu istiqamətdə əlimizdən gələni edirik.
- Avropa Gənclər Olimpiya Festivalı zamanı idmançılar harda məskunlaşacaq?
- Həmişəki kimi “Koroğlu” metrostansiyası yaxınlığındakı binalar Atletlər Kəndinə çevriləcək. Altı binanı lazımı mebellə təchiz etmişik. Bu yarışda Avropa Oyunları və İslamiadadakı qədər çoxlu idmançı olmayacaq.
- Gələn ilin dövlət büdcəsindən idmana ayrılan vəsaitdə artım gözlənilir?
- Xeyr. Son 5-6 ildə büdcədən eyni miqdarda vəsait ayrılır. Gələn il üçün də həmin vəsait olacaq.
- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiz?
- “Qarabağ” bütün xalqımızı sevindirir. “Roma” və “Atletiko” ilə oyunlar komandanın potensialından xəbər verir. Gördük ki, komandada məşqçinin rolu çox böyükdü. Qurban Qurbanov yüksək peşəkarlıq göstərdi. Qrupdakı rəqiblərlə müqayisədə "Qarabağ"ın büdcəsi qat-qat aşağı olsa da, öz oyununu göstərə bilər. Ən əsası, azarkeşlərə inam bəxş edir. Gələcəkdə də futbolumuzda qələbələrə şahid ola bilərik.
- Bu il Güləş Federasiyasında maliyyə problemləri yaşandı və idmançılar etiraz aksiyası keçirdi. Hazırda bu qurumda vəziyyət necədi?
- İndi sakitlikdisə, deməli, vəziyyət yaxşıdı (gülür). Hər federasiyanın sponsoru var. Bunların da əksəriyyəti kommersiya şirkətidi. Hər şirkətdə problem ola bilər. Bəzi hallarda maaş ləngiyə bilər. 1997-dək idmançılarımız beynəlxalq yarışlarda bir-iki medal qazanırdı. İndi ili 851 medalla yekunlaşdırırıq. Belə problemlər müvəqqətidi. İdmançılarımız məşq edir və yarışlara qatılır.
- SSRİ dövründən fəaliyyət göstərən “Spartak”, “Zenit”, “Dinamo” və “Lokomotiv” kimi idman cəmiyyətlərinin maliyyə durumu yaxşı deyil. Hətta sonuncunun fəaliyyətini dayandırdığını da deyə bilərik. Belə ənənəvi idman cəmiyyətlərini yaşatmaq üçün nə etmək olar?
- Onların hər birinin maliyyə dayağı var. Məsələn, “Məhsul” Təhsil Nazirliyinin, “Lokomotiv” “Azərbaycan Dəmiryolları” QSC-nin, “Dinamo” Daxili İşlər Nazirliyinin balansındadı. Bu, onların daxili işidi. Nazirlik onların maliyyə məsələlərinə qarışmır. Biz bacardığımız köməyi edirik. Ancaq büdcə məsələləri ilə maraqlanmırıq.
- 2006-dan bu vəzifədə çalışırsız. Hansı idman ilini daha uğurlu sayırsız?
- Sözsüz, 18 olimpiya medalı qazandığımız, dünyada 14-cü yeri tutduğumuz 2016 ön sıradadı. Biz bütün idman növlərində inkişaf yolu seçmişik. Düzdü, Tokio Olimpiadasından bir az qorxuruq. Amma inanırıq ki, 2020-də də yaxşı nəticə qazanacağıq.
- Futbolun inkişafına dair yeni Dövlət Proqramı hazırlanacaq?
- Bəli, bununla bağlı iş gedir. Cənab prezidentin tapşırığına əsasən müasir tələblərə cavab verən proqram hazırlanır. Proqramın icrası 2018 və ya 2019-dan başlaya bilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:31 Rəşad Sadıqov Mahirlə Ramilə dəvət göndərməsinin səbəbini açıqladı Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək Bütün xəbərlər
Ən çox oxunanlar