22 dek 23:44manset

Boris Xetaqurov Qurban Qurbanovla razılaşmır

Boris Xetaqurov Qurban Qurbanovla razılaşmır
“Diqqət ayırsalar, dəvət edib danışsalar, o qədər savadlı idman həkimlərimiz var ki”
Qurban Qurbanovun çərşənbə gününə təsadüf edən mətbuat konfransında bir çox məqamlar ortaya çıxdı. Əvvəla o məlum oldu ki, həm də “Qarabağ”ın baş məşqçisi olan mütəxəssis milliyə sırf əsas komandayla nəticə verməyə gəlməyib. Adam ölkə futbolunun gələcəyini də düşünür və bunun üçün bütün işlərə kompleks yanaşır. Yəni hətta 13-15 yaşlıların inkişafı da Qurbanovun nəzarətində olacaq. Laım olan tövsiyyələrini verəcək, problemləri AFFA rəhbərliyinin diqqətinə çatdıracaq. Elxan Məmmədovun sözü olmasın, menecer-məşqçi kimi fəaliyyət göstərəcək.
Diqqəti çəkən nöqtələrdən biri də Qurban bəyin futbolun əsas qollarından olan həkimliklə bağlı dedikləri idi. Hiss olunurdu ki, təcrübəli çalışdırıcı ölkə futbolunda həkim-fizioterapevt sahəsindən narazıdı. Hər halda, dediklərini bir də gözdən keçirək: “Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, fizioterapevt, hətta masajçı da. Uşaq futbolundan danışırıqsa, ilk növbədə bu insanların sağlam olması vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. Bu məsələ AGİN səviyyəsində qaldırılacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Onların yetişməsi üçün kurslarımız olacaq. Bu günə kimi deməmişdim, bundan sonra bu haqda daha çox düşünəcəyik. Görüləsi işlər çoxdu”.
Ölkə futboluyla az-çox maraqlananlar Boris Xetaqurovu tanıyır. Azərbaycan futbolunda həkimlikdən danışanda, ağıla ilk olaraq bu ad gəlir. Təkcə ona görə yox ki, ömrünün 50 ilini futbola həsr edib, 1966-cı ildə “bürünc” qazanan “Neftçi”nin futbolçularına tibbi yardım göstərib. Boris Nanayeviç həm də neçə-neçə həmkarının həkim kimi formalaşmasında rol oynayıb. Odu ki, bu mövzuda söhbət düşəndə, onun fikirlərinə yer ayırmamaq olmur. Dünən Xetaqurovla söhbətdə yığmanın baş məşqçisinin dediklərini diqqətinə çatdırıb, verdiyi cavabı dinlədik: “Qurban Qurbanovun dediklərini konfransdan dərhal sonra mətbuatda oxudum. Həkimliklə bağlı səsləndirdiyi fikirlə tanışam. Açığı, nəyi nəzərdə tutduğunu tam başa düşə bilmədim. Çünki ölkəmizdə kifayət qədər savadlı idman həkimləri var. Futbolda, cüdoda, gimnastikada, voleybolda. Konkret nəyi nəzərdə tutduğunu anlamaq çətindi. Bədən Tərbiyəsi Dispanseri var ki, orda savadlı mütəxəssislər çalışır. 3-4 il əvvəl Tibbi-İdman Mərkəzi istifadəyə verildi ki, orda da yaxşı həkimlər var. Üç gün əvvəl ölkə başçısı İlham Əliyev idman həkimi kimi tanınan Kamil İsgəndərova “Əməkdar həkim” adını verdi. Var, niyə yoxdu ki? Sadəcə, AFFA rəhbərliyi onları görmür, savadlı kadrlar kənarda qalıblar, ya da başqa idman növlərində işləyirlər. İdman həkimliyinin səviyyəsini yüksək qiymətləndirirəm. Rəhim Məhərrəmov var, vaxtilə futbol sahəsindəydi, indi cüdoda işləyir. Yetirməm olduğuna görə demirəm, amma əla kadrdı. Həkim-fizioterapevtdi. 20 ildi BƏƏ-də işləyən Faiq Hüseynovun adını çəkərəm. Savadsız olsaydı, futbola milyardlar xərcləyən ərəblər onu saxlayardı? Pulları var, gedib daha yaxşısını gətirərdilər. Faiq özü də Azərbaycana qayıtmaq, burda işləmək istəyir. Dəvət etsinlər, işləsin də. Diqqət ayırsalar, dəvət edib danışsalar, o qədər savadlı idman həkimlərimiz var ki. Bilirsiz niyə yox kimi görünürlər? Çünki hərəsi bir tərəfdədi. Çağırsınlar, gəlib futbola xidmət göstərsinlər. Hətta belə bir problem yaşanırsa, mənə müraciət edə bilərlər. Kimdənsə iş istəmirəm ki, sükür Allaha, işlədiyimi işləmişəm. Sadəcə, soruşsunlar, cavab verim, kömək edim. “İdman həkimi” deməklə iş bitmir. Kurslar təşkil edək, lazım gələrsə, özüm mühazirə oxuyaram. Xaricə dəvət edirlər, gedib orda mühazirə oxuyuram. Elə özümüzkülərə kömək edərəm də. Rəhim Məhərrəmov Belçikada seminara qatılmışdı, vətənə diplomla qayıtdı. Cəmi üçünün adını çəkdim: Kamil İsgəndərov, Rəhim Məhərrəmov, Faiq Hüseynov. Belələri çoxdu, sadəcə, maraqlanmaq, işləməyə imkan yaratmaq lazımdı. Hamını uzaqlaşdırıblar, yaxın buraxmırlar, danışanda da “kadr yoxdu” deyirlər. Qurban Qurbanov ehtiyac duysa, istənilən vaxt onunla görüşüb hansısa mənada kömək edə bilərəm. Yenə deyirəm, mənə iş-zad lazım deyil. Sırf kömək məqsədi ilə deyirəm”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir Bütün xəbərlər
Ən çox oxunanlar