22 dek 23:16manset

Xaqani Məmmədov hakimlərin işini normal sayır

Xaqani Məmmədov hakimlərin işini normal sayır
Fariz Yusifov Antalya toplanışına getməyəcək
Dünən AFFA-da Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla söhbətləşdik. Komitə sədri həm mövsümün geridə qalan hissəsində hakimlərin işini dəyərləndirdi, həm də qarşıdakı planlardan danışdı.
“İlk yarıda cəzalanmayan hakim olmadı”
- Mövsümün ilk yarısında hakimlərin işindən razı qaldız?
- Ümumilikdə razı qaldım. Təbii, səhvlər də var idi. Dünyada elə bir assosiasiya yoxdu ki, orda Hakimlər Komitəsi “bizdə səhv yoxdu, hər şey idealdı” desin. Əlbəttə, səhv olur. Müqayisə aparsaq, bizdə bunun sayı qat-qat azdı. Başqa ölkələrin çempionatlarına da baxıram. Bir turda oyunun yekun nəticəsinə təsir edən 3-4 hakim səhvi olur. Bizdə isə ümumilikdə ilk yarıda yekun nəticəyə təsir edən 3-4 səhv qeydə alınıb. Eyni zamanda, bir neçə nəticəyə təsir edən yanlış qərarlar oldu. Amma ümumilikdə mövsümün birinci yarısının normal keçdiyini hesab edirəm.
- İkinci dövrə ilə müqayisədə ilk dövrədə hakimlərin daha yaxşı təsir bağışlaması fikri ilə razısız?
- Razıyam. Birinci dövrədə, demək olar, səhvlər olmadı. Bəlkə də ikinci dövrədə arxayınlaşma oldu. Başladıq bunları tərifləməyə ki, hər şey yaxşıdı, səhvsiz gedirsiz. Ancaq ikinci dövrədə yanlış qərarlar qeydə alındı. Deməzdim ki, bu gərginliklə bağlıdı. Çünki gərginlik 3-4-cü dövrələrdə - çempionatın sonuna doğru kuboklar və medallar uğrunda mübarizə kəskinləşəndə olacaq.
- Xüsusən laysmanların bir neçə oyunda kobud səhvinin şahidi olduq.
- Bu fikirlə də razıyam. Maraqlıdı ki, həmin səhvləri edənlərin çoxu FİFA laysmanları idi. Bu nədən irəli gəlir? Qaydanı bilməməkdən? Yox, arxayınlıqdan. Xaricdə oyun idarə etdikdən sonra ölkə çempionatının matçına köklənə bilmirlər. Bunu ancaq arxayınlıqla əlaqələndirərdim. Mövsümün ilk yarısında laysmanlardan daha çox narazı qaldıq, nəinki baş hakimlərdən.
- Cəzalar oldu?
- Təbii. İlk yarıda cəzalanmayan hakim olmadı. Elə səhvlər var idi ki, ictimaiyyət onu görmürdü. Ancaq biz bilirdik və hakim cəzasını alırdı.
“Bəlkə də yaşını nəzərə alıb, belə qərar veriblər”
- Bəs FİFA hakimlərinin 2017-ci ildə aldıqları təyinatları yetərli sayırsız?
- Kifayət etdi. Əliyar Ağayevə təyinatlar yetərincə oldu. Ömər Paşayev, ilk ili olmasına baxmayaraq, kifayət qədər oyun idarə etdi. Paşayev UEFA Hakimlər Komitəsinin yaxşı mənada nəzarətindədi. Belə deyim, onu gözaltı ediblər. Sadəcə, Rəhim Həsənovun oyunları həm az idi, həm də keyfiyyət baxımından istənilən səviyyədə qarşılaşmalar deyildi. Halbuki Ömərin birinci ili idi və debüt ilində o qədər də samballı oyunlar verimirlər. Buna baxmayaraq, o Avroliqa matçını da idarə etdi. Ümumilikdə isə UEFA-dan gələn təyinatlar yaxşı oldu.
- Hakimlərimizin yığmaların oyununa təyinat almamasının səbəbi nədi?
- Son seçmə mərhələdə cəmi 1 qarşılaşma üçün Əliyara təyinat gəldi. Müəyyən məsələlər var ki, bizim kurator Nikolay Levnikovla müzakirə etmişəm. Yəqin ki, Antalyada da görüşəcəyik. Çünki o Qazaxıstanda Hakimlər Komitəsinə rəhbərlik edir. Danışmışıq, Antalyada görüşümüz olacaq. Bizim kurator kimi mənim də ondan nəsə soruşmaq, nəyisə tələb etmək haqqım var. Niyə bizim hakimlər DÇ-nin oyunlarını idarə etmədi? Niyə Əliyarın kateqoriyası yüksəldilmir? Düzdü, bunun səbəbini demişdi ki, sırf Kollinanın təklifidi, o bir il də gözləməyi məsləhət bilib.
- Qeyd etdiyiniz kimi, bu dəfə də FİFA hakimlərinin siyahısı açıqlandı və Ağayev yenə 2-ci kateqoriyada qalıb. Bu dəfə nə mane oldu?
- Yaxşı sualdı. Bəzi saytlar yazıb ki, yenə Xaqani Məmmədov camaatı aldatdı. Baxın, bu UEFA-dan aldığımız sənəddi (qitə futbol qurumundan gələn məktubu göstərir – F.). Burda yazılıb: “Sizə məlumdu ki, siyahıda əsas dəyişikliklər Hakimlər Komitəsi tərəfindən mövsümün sonunda həyata keçirilir”. Elə ötən il də bütün assosiasiyalara bildirmişdilər ki, siyahıda əsas dəyişiklik ildə bir dəfə olacaq, o da iyunda. Bunu da mən hamıya demişdim. İndi açıqlanan siyahıda cəmi 3 dəyişiklik edilib. Onlardan biri isveçli hakimdi ki, yaşına görə çıxarıblar. Əvəzində isə başqa referini siyahıya daxil ediblər. Qalan iki yenilik isə ingilis hakimlərin 1-ci kateqoriyaya keçməsidi. Vəssalam, başqa dəyişiklik olmayıb. Heç kimi aldatmırıq. Levnikovun mənə göndərdiyi fikirləri də sizə göstərərəm. O yazıb ki, hamımız istəyirdik, sadəcə, Kollina bir il də gözləməyi məsləhət bilib. Bəlkə də yaşını nəzərə alıb, belə qərar veriblər.
- Ağayevlə həmyaşıd FİFA referisi yoxdu?
- Səhv etmirəmsə, yoxdu. Baxın, bu da Levnikovun mənə göndərdiyi mesaj (telefonunda rus hakimdən gələn sms-i göstərir – F.). Yazıb: “Əliyarın heç bir problemi yoxdu, o siyahıda yüksəlişdə olan hakimdi, sadəcə, Kollina təklif etdi ki, bu il də ona baxaq, hamı da onunla razılaşdı”. Bu bizim kuratorun mənə dediyi fikirlərdi.
- Bəlkə Ağayevin qiymətləri aşağıdı?
- Deyərdim ki, onun qiymətləri bəlkə də hamısından yaxşıdı. Orta qiymət çıxarsaq, ən yuxarıda duranlardan biri olacaq. Əliyarda orta qiymət 8,4-dü. Orda elə hakimlər var ki, 7,9 alırlar, ancaq 1-ci və ya elit kateqoriyaya yüksəlirlər.
- Gələn il üçün FİFA hakimlərimizin adı açıqlandı. 4-cü namizəd kimi kimin adını göndərmişdiz?
- Əslində onun adını deyib ruhdan salmaq istəməzdim. Ancaq heç kimə deməmişdim, sizə bildirirəm. Dördüncü namizəd kimi Rauf Cabbarovun adını göndərmişdik. Ancaq danışanda bizə bildirdilər ki, 3 yeriniz var. Bununla belə, FİFA hakimi olmaq kiminsə boyuna biçilməyib. Reytinqdə hazırkı 3 beynəlxalq dərəcəli hakimdən yüksək olsa, siyahıya düşə bilər. Reytinq isə bildiyiniz kimi, çempionatda aldığı qiymətlər toplanır və oyun sayına bölünərək müəyyən edilir. Bütün dünyada belədi.
- FİFA laysmanlarının siyahısında da dəyişiklik var...
- Vaqif Musayev özü də cavanlardan birinin olmasının tərəfdarı idi. Onun əvəzinə Akif Əmirəlini göndərdik. Özü də Akif reytinqə görə də 2-ci yerdə idi. Onlarda da reytinqə görə müəyyən edilir. Çimərlikdə isə Əfqan Həmzəyevin yerinə Əli Cəbrayılov təsdiqləndi.
- Səbəb?
- Əfqanın həm yaşı, həm də çəkisi buna səbəbdi. Bəlkə də onun özünə çəki ilə bağlı bir şey deməzlər. Amma UEFA-dakılar hər şeyə baxır.
“Fariz Yusifov Antalyaya getməyəcək”
- Qış toplanışı ilə bağlı planlar necədi? Bəzi məlumatlar açıqlanıb, ancaq detallar maraqlıdı.
- Yanvarın 20-dən fevralın 3-dək hakimlərimiz Antalyada təlim-məşq toplanışında olacaq.
- Mütəxəssis dəvət edəcəksiz?
- Bir neçə mütəxəssis dəvət etmək istədik. Lakin onların da hazırlığı olduğu üçün gələ bilməyəcəklər. Əsasən rus mütəxəssislərlə danışdıq. Ancaq yenə də müraciət edəcəyik, alınsa, gəlmələri istisna deyil.
- Fasilənin 2 aya yaxın davam etməsi problem deyil?
- Belə deyək, hakimlər özlərini peşəkar sayırlarsa, dayanmamalıdılar. Heç dayanmayıblar da. Çempionat və kubok yeni bitib, bazar ertəsindən “Bayıl Arena”da məşqlərə başlayırıq. Antalya toplanışına qədər həftədə bir neçə dəfə Namiq Quliyevin rəhbərliyi altında hazırlıq keçəcəklər. Türkiyədə çəkdikləri əziyyəti isə özünüz görmüsüz. Gündə iki dəfə məşq və oyunlar. Bu il Antalyaya gec getməyimizin bir müsbət cəhəti də var. Ora yaxşı komandaların axını yanvarın 20-dən sonra başlayır. Oyun sayı baxımından problem olmayacaq.
- Hakimlər orda nə qədər matç idarə edəcək?
- İndidən dəqiq say deyə bilmərəm. Hardasa 60-70 oyun olacaq. Qarşılaşma sayının çox olmasını istəyirik. Bilirsiz ki, çempionatımızda oyun sayı azdı. Kimisə yoxlamaq istəsək də, risk edib təyinat vermirik. Odu ki, 4-5 gənc hakim də bizimlə birgə olacaq. Onları da iş başında görmək istəyirik.
- Hakim-inspektorlar Komitəsinin sədri Əli Hüseynov da sizinlə Antalyaya gedəcək?
- Bəli. Əli Hüseynov, Namiq Quliyev və həkim.
- Quliyev həm də futzalda Alesioya kömək edir...
- Onun əsas işi bizimlədi. Kimsə ona müraciət edirsə və vaxtı varsa, 1-2 həftə həmin komandanın fiziki hazırlığı ilə məşğul olur. Amma toplanış zamanı ancaq bizə kömək edir.
- Türkiyəyə kimlərin gedəcəyi bilinir?
- Siyahı ya sabah (bu gün), ən geci isə bazar ertəsi açıqlanacaq. Çünki toplanışın baş tutacağı bu gün dəqiqləşdi. Ümumilikdə isə 30 hakim getməlidi, onlardan 14-ü əsas, 16-sı isə yan xətt hakimi olacaq. Ancaq 2-3 dəyişiklik də mümkündü.
- Fariz Yusifov gedəcək?
- Xeyr, getməyəcək. Bir müddət öncə o bizə deyib, bilirik. Yanvarda işi ilə bağlı yükü çox olur. Ona görə də Türkiyəyə gedə bilməyəcək. Ancaq özünüz də bilirsiz ki, Yusifovun fiziki durumu həmişə yaxşı olur. Köməkçilərdən isə Nahid Əliyev getməyəcək. O da şəxsi işlərinə görə bizimlə birgə olmayacaq.
- Yeri gəlmişkən, mövsümün ilk yarısında Yusifovun da bir neçə səhvi oldu.
- Hansı səhvlər?
- “Zirə” - “Qəbələ” oyununda qonaqların haqlı penaltisini vermədi.
- Orda heç bir penaltidən söhbət gedə bilməz.
- Cərimə meydançasında ayağa zərbə penalti deyil?
- Sizə həmin epizodu göstərə bilərəm. Orda hakimin qərarı doğrudu. Sonra hansı oyun?
- Kubokda “Şüvəlan” – “Səbail” matçında əllə oyun olsa da, 11 metrlik cərimə zərbəsi təyin etmədi.
- Orda da hakim 100 faiz doğrudu.
- Müdafiəçi qapıya gedən topun qarşısını əllə kəsir, amma penalti yoxdu?
- Həmin epizodda oyunçu topun ələ dəyməsindən qaçır. Bütün vücudu ilə çalışır ki, top ələ dəyməsin. Futbolçu dönəndən sonra top bədənə bitişik ələ dəyir. Ancaq həmin oyunda əks tərəfə verilən penalti haqlı idi. Çünki futbolçu sanki voleybol oynayır. Yəqin ki, bu ilin sonunda və ya gələn ilin əvvəlində jurnalistlər üçün mətbuat konfransı keçirəcəyik. Mübahisəli epizodların hamısını göstərəcəyik. Ola bilər, siz “CBC Sport”dan belə görmüsüz. Yayın zamanı bəzən baxıb deyirsən ki, hakim 100 faiz səhvdi. Ancaq PFL-in kameralarına baxanda fərqli fikrə gəlirsən. Qeyd etdiyiniz hər iki epizodda Yusifov doğru qərar vermişdi.
- Axı daha öncə dediz ki, mövsümün ilk yarısında cəzalanmayan hakim olmadı?
- Onu ümumi şəkildə dedim. Təbii, bir-iki hakim olmalıdı da.
- Elə “Zirə” - “Qəbələ” oyununda Təmkin qırmızı vərəqəlik hərəkət etsə də, Yusifov ona “sarı” göstərdi.
- Nəyə görə “qırmızı” verməliydi?
- Topsuz vəziyyətdə rəqibin ayağına zərbə vurmuşdu.
- Zərbə yox, korpus idi. Orda düşüncəsiz hərəkətə görə “sarı” verilməliydi ki, hakim də bunu etdi. Aqressiya yoxdu. O epizodların hamısını sizə göstərəcəm.
- Region Liqasının oyunlarına hansı hakimləri göndərirsiz?
- Sözügedən çempionatın ilk turu geridə qaldı. Başlanğıcda problem olmasın deyə, hətta bir neçə premyer-liqa hakimini də oyunlara göndərdik. Ancaq növbəti il Region Liqasında gənc hakimlər iş başında olacaq.
- Antalya toplanışı zamanı birinci divizion və əvəzedicilərin hakimlərinə kim hazırlıq keçəcək?
- Özləri fərdi qaydada məşq edəcək. Həmçinin Ceyhun Haşımovla Elçin Məmmədov da onlarla məşğul olacaq. Ancaq hər kəs normativləri ödəməlidi.
- Elvin Əsgərovun premyer-liqadan kənarda qalmasının səbəbi nədi?
- O imtahanı çox çətinliklə verdi. Ancaq bu premyer-liqada tam gücü ilə oyun idarə etmək üçün yetərli deyildi. Odu ki, birinci divizionda oyunlara təyinat aldı. Amma Türkiyədəki toplanışda iştirak edəcək. Çəkisi də artmışdı, yəqin ki, Antalyada “əridər”.
“Hamı elə hesab edir ki, hər şeyi bilir”
- Bizim çempionat və hakimlərlə bağlı bu qədər. “Qarabağ” ÇL-də 3 qırmızı vərəqə aldı. Bu epizodlar geniş müzakirələrə səbəb oldu. Həmin “qırmızı”lar haqda nə deyə bilərsiz?
- Pedro Enrike və Rəşad Sadıqovun epizodunda hakim haqlı idi. Dino Ndlovuda isə simulyasiyadan söhbət gedə bilməzdi. Sadəcə, Dinonun nümayişkəranə şəkildə özünü yerə atması hakimi çaşdırdı. Sadıqovun epizodunda isə “sarı” vermək olmazdı, “qırmızı” qərarı doğru idi. Futbol oyun qaydalarında yeniliklər olur. Həmişə demişəm ki, klublarda seminarlar keçək, yenilikləri çatdıraq. Ancaq isti yanaşmırlar. Hamı elə hesab edir ki, hər şeyi bilir. Rəqibi tutarsa, dartarsa və itələyərsə, “qrımızı”dı. Kim olur-olsun, maariflənməyimiz lazımdı.
- Bəs videoassistentə nə dərəcədə ehtiyac var?
- Bu asan başa gələn məsələ deyil. Böyük maliyyə tələb edir. Təsəvvür edin, Avropada 3-4 ölkədə var. Gələn il DÇ-də bundan istifadə ediləcək. Ancaq qəti qərar 2019-cu ildə veriləcək. Müsbət cəhətləri var. Ancaq mənfi halları da deməliyik. Çünki bu futbolun gözəlliyinə təsir edəcək. Videotəkrara hər dəqiqə müraciət etmək də olmayacaq. Maksimum 1-2 dəfə baxmaq mümkündü. Səhvləri bəlkə də azaldar. Platininin bir sözü var idi ki, futbolun gözəlliyi, populyarlığı elə hakim səhvlərindədi. Hansısa epizod aylarla müzakirə olunur. Demirəm, videotəkrar lazım deyil. Lakin təşkil olunması ciddi maliyyə tələb edir.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar