21 dek 18:36manset

Yığmanın baş məşqçisi nə qədər qazanacağından xəbərsizdi

Yığmanın baş məşqçisi nə qədər qazanacağından xəbərsizdi
Elxan Məmmədov: “Qurban Qurbanovla yanaşı oturmaq daha rahatdı, nəinki Foqts və Prosineçkiylə”
AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra mətbuat konfransında əvvəlcə suallar qurumun başqanı Rövnəq Abdullayevə verildi. Daha sonra sıra yığmanın yeni baş məşqçisi Qurban Qurbanova çatdı. Konfransda debüt edən təkcə Qurbanov deyildi. “Zirə”dən tanıdığımız Elman Himayətoğlu da ilk dəfə millinin mətbuat katibi rolundaydı. 50-dən artıq idman jurnalistinin qatıldığı konfransda sualların çoxluq təşkil etməsi başadüşüləndi. Bəzi suallar AFFA-ya aid olduğundan, Qurbanovun yanında əyləşən AFFA-nın baş katibi Elxan Məmmədov müdaxilə etməli olurdu. Daha bir maraqlı məqam “CBC Sport”un canlı yayın təşkil etməsiydi.
Millinin çalışdırıcısı fikirlərini bildirəndən sonra sualları cavabladı: “Yığmanın baş məşqçisi kimi sizinlə ilk görüşümdü. Ola bilər ki, sualların sayı çox olsun və hər birinə ətraflı cavab verə bilməyim. Düşünürəm ki, ümumi dil tapıb bir-birimizi başa düşəcəyik”.
“Yığmanın bölgələrdə oynamasının tərəfdarıyam”
- İlk yoxlama görüşü Gürcüstanla olacaq. Bu rəmzidi, yoxsa təsadüf? 1992-ci ildə yığma ilk qeyri-rəsmi oyununu məhz qonşu milliyə qarşı keçirmişdi.
- Gürcüstanla razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq. Hələ ki rəqib axtarırıq. Rəmzidi deyərdim.
- Əcnəbi mütəxəssislərin dönəmində yığma Bakıdan kənara çıxmırdı. Bir dəfə Lənkəranda Finlandiya ilə seçmə mərhələ oyunu keçirildi və davamı gəlmədi. Baş məşqçi olduğunuz dönəmdə yığma heç olmasa, yoldaşlıq görüşlərini bölgələrdə keçirəcək?
- Rayonlardakı stadionlara baxmaq lazımdı. Bundan başqa, bölgələrdə futbol olması üçün çalışmalıyıq. Ondan sonra bu barədə düşünmək olar. Yığmanın bölgələrdə oynamasının tərəfdarıyam. Ən azı yoldaşlıq görüşləri təşkil etmək olar. Bu gələcəyin işidi.
- Millətlər Liqası başlayana kimi neçə yoxlama görüşü nəzərdə tutulub? Yığma sentyabra qədər hazır olacaq?
- Çox istərdim ki, oyunların sayı çox olsun. Yanvarda başlayırıq, mart və may aylarında da toplanışlar planlaşdırılıb. Rəqib tapmaq çətindi. Buna baxmayaraq, yoldaşlıq görüşlərinin çox olmasına çalışacağıq.
- Buna qədər bir çox futbolçuların “milliləşdirilməsinə” və yığmada oynamasına şahidlik edirdik. Sizin dönəmdə necə olacaq? Dəniz Yılmaz, Eddi İsrafilov kimi futbolçuları cəlb edəcəksiz?
- Futbolda mütləq ən yaxşısını axtarıb tapmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik. Yox, görsək ki, ehtiyac var, bu yola əl atmalı olacağıq.
- Digər millilərin məşqçilərini məsləhət görərkən hansı keyfiyyətlərinə önəm verdiz?
- Gizlətmirəm, çətinlik çəkdik. Öncə Rəşad Sadıqovdan başlayım. Yaxından tanıdığım biridi, həm futbolçu, həm də məşqçi kimi lazımi təcrübəyə sahibdi. Mənim futbol fəlsəfəmi yaxşı bilir. Gənclərə üstünlük verməyimizin səbəbi odu ki, hər birinin potensialını, enerjisini bilirik. Çox istəklidilər. Ola bilər ki, onlar üçün çətin olsun. Hər biri bu yaxınlarda PRO kateqoriyasına sahib olacaqlar. Ramin Quliyev Roman Qriqorçuk kimi təcrübəli məşqçinin yanında işləyib. Zaur Həşimov mənim yanımda çox olub, yaxşı tanıyıram. Vüqar Məmməd də illlərdi millilərdə çalışır. Öz üzərində çox çalışan mütəxəssisdi.
“Əlavə bir-iki köməkçim də ola bilər”
- Millinin əvvəlki heyəti ilə müqayisədə çox dəyişiklik olacaq?
- Hər bir futbolçunun milliyə dəvət almaq imkanı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də hər oyunda 3, 4, 5 dəyişiklik edildi. Keçmiş heyətdə olan 20 nəfərdən deyək ki, iki-üçü, bəlkə də 5 nəfər çağrılmaya bilər. Yaxud da yeni adlar görə bilərsiz. Belə hallar olacaq.
- Daha bir neçə köməkçiniz ola bilərmi?
- Bu gün Dmitri Kramarenko, Elçin Rəhmanov və Çudomir Çakarovun yanımda olacağı dəqiqdi. Hələ qətiləşdirməmişəm. Əlavə bir-iki köməkçim də ola bilər.
- Robert Prosineçki heyət seçimi zamanı aşağı liqalarda top qovanlara şans vermirdi. Məsələn, Almaniyanın Regional Liqasında qolları sıralayan Rüfət Dadaşov. Siz də bu cür fərq qoyacaqsız?
- Təəssüf ki, bəzi futbolçularımız klublarında əsas heyətdə oynamırlar. İlk növbədə onların bacarığını artırmağa çalışacağıq. Buna görə yeni adlar görə bilərsiz. Bütün çempionatlarda oynayan futbolçular diqqət mərkəzində olacaq.
- Futbolçuların ölkə xaricinə çıxması üçün menecment sistemi qurmağı düşünürsüz? Məsələn, hansısa akademiyada yetişən gəncləri təcrübə toplamaq üçün xarici klubların düşərgəsinə göndərmək kimi plan ola bilər?
- Böyük mövzudu. Bunlar mütləq olmalıdı. Desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, fizioterapevt, hətta masajçı da. Uşaq futbolundan danışırıqsa, ilk növbədə bu insanların sağlam olması vacibdi. Bu gün nə idman həkimimiz, nə də fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. Bu məsələ AGİN səviyyəsində qaldırılacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Onların yetişməsi üçün kurslarımız olacaq. Bu günə kimi deməmişdim, bundan sonra bu haqda daha çox düşünəcəyik. Görüləsi iş çoxdu.
“Raufun belə duruma düşməsinə çox üzüldüm”
- Rauf Əliyevin 3-cü klubda oynaya bilməsi üçün FİFA-ya müraciət etmək fikriniz varmı?
- Düzü, mənə aid olmayan məsələdi. Qanun hamı üçün qanundu. Müraciət etməyə də ehtiyac yoxdu. Bildiyimə görə, Rauf “Keşlə”də oynaya bilər. Açığı, Raufun belə duruma düşməsinə çox üzüldüm.
- Aşağı yaş qruplarında biabırçı mənzərəyə şahidlik edirik. Bir məşqçi olur və komandaların texniki bazası yoxdu. Süni örtük problemi də bir dərddi. Bunlar gələcək nəslin inkişafında böyük problemlər yaradacaq. Belə məsələlərə diqqət ayrılacaqmı? Adi bir komandaya AFFA tərəfindən top nədi ki, onu da vermirlər.
- Hər sahənin öz mütəxəssisi var. Meydança ilə bağlı cavab verə bilərəm. Avropanın hər yerində uşaq futbolunda süni örtüklü meydançalar var. Razıyam, yaş ötdükcə bundan get-gedə uzaqlaşmaq lazımdı. Meydança salmaq asan, saxlamaq çətindi. Təkcə ot örtüyündə məşq etsələr, yenə yararsız hala düşəcək. Əlbəttə, müəyyən yaş həddi çatdıqdan sonra ot örtüyündə oynamaq vacibdi. Avropa komandaları səviyyəsində olmaq üçün onların standartlarına uyğunlaşmalıyıq.
- E.M.: Heç bir təhlil aparmadan, laboratoriya analizlərinə baxmadan fikir bildirirsiz. Süni örtükləri analizlərin cavablarına uyğun olaraq tez-tez dəyişməyə çalışırıq. Məsələn, gördüyünüz “Bayıl Arena”nın örtüyü yeniləndi. O ki qaldı top məsələsinə, söhbətin hansı komandadan getdiyini təxmin etdim. Nəzərdə tutduğunuz kluba bu günə qədər 100 dəfə deyilib ki, top istəyirsizsə, AFFA-ya rəsmi müraciət ünvanlayın. Əlimdə müraciət məktubu olmadan anbardan kiməsə top verə bilmərəm. Hətta AFFA-nın adından kiməsə top bağışlayanda da bunu qeydiyyata salırıq. Məktub yazmaq çətindi, amma top istəyirlər.
- Yığmadakı qazancınızla bağlı mətbuatda müxtəlif versiyalar irəli sürülür. İllik 1 milyon manat qazanacağınızı da yazılır, 500-600 min qarşılığında işləyəcəyiniz də. Hətta boş müqaviləyə qol çəkdiyiniz də iddia olunur. Gerçəyi dilinizdən eşitmək istərdik.
- Həqiqətən də millidə məni pul maraqlandırmır. Futbolçu olduğum vaxtlarda belə heç bir rəhbərdən pul tələb etməmişəm. Qürurla futbolumuza xidmət etmək istəyirəm. Bəzi sahələr var ki, oranı inkişaf etdirməliyik. Bununla bağlı Elxan müəllimlə müzakirə aparmışıq. Gəlib təkcə əsas yığmanı hazırlamaq ən asan yoldu. Futbol sahəsindəki bütün insanların keyfiyyəti yüksək olmalıdı. Özüm başda olmaqla, hamının sağlam olmasını istəyirəm. Məni işin maliyyə tərəfi düşündürmür. Bunlar şərti olacaq. İşimə bu gün hər kəs tərəfindən dəyər verilirsə, mənim qazancım mətbuatda yazılan rəqəmlərdən qat-qat çoxdu.
- E.M.: Qurban Qurbanovla müqavilə imzalanacaq. Maliyyə baxımından maaş da olacaq. Ola bilər ki, məbləğ açıqlandı, bəlkə də müqavilə sirri kimi saxlanıldı. Anlaşmanın şərtlərindən asılı olacaq.
- U-16-ya baş məşqçisi təyinatının gecikməsinin səbəbi nədi?
- Maya qədər vaxtımız var. Bu gün U-21, U-19 və U-17 vacibdi, qarşıda onları müxtəlif yarışlar gözləyir. 18 və 16 yaşlılar üçün isə vaxtımız var. Maya qədər baş məşqçinin adı açıqlanacaq. Bəlkə də qarşıdakı günlərdə.
- Millidə qapıçı və mərkəz müdafiəçisi çatışmazlığı müşahidə olunur. Nəticənin vacibliyini nəzərə alaraq, öz prinsiplərinizdən müəyyən dərəcədə çəkilə bilərsizmi?
- Çox istərdim ki, azərbaycanlı futbolçuların səviyyəsi artsın. Onların inkişafı çox önəmlidi. Onların ətrafında kimlər oynayır? “Qarabağ”ı götürək. Mən komandaya yeni gələndə yeganə əcnəbi, səhv etmirəmsə, Admir Teli idi. Tədricən legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdi. Futbolçuları ən yaxşı səviyyəyə gətirə bilsək, bizim ən böyük nailiyyətimiz olacaq. Məsələn, son oyunlarda “Qarabağ”da dörd müdafiəçimiz zədəli idi. Bizdə hələ legionerlər ola-ola, bu problemlərlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsız. Hətta uşaq futbolundakı məşqçilər belə kimlərisə üzə çıxarmaq, kəşf etmək istəyir. Çox istərdim ki, uğuru azərbaycanlı futbolçularla birgə əldə edək. Bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin, bəzi dəyişikliklər edək. Bədavi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Belə zədələrdən sonra futbolçu bir il itirir.
“Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan istifadə etməliyik”
- Az öncə Rövnəq Abdullayev AÇ-2020-nin final mərhələsindən bəhs etdi. AFFA rəhbərliyi sizdən nə tələb edib və sizin vədiniz nə olub?
- Mənim prinsipimə bələdsiz. Əlimizə düşən şansdan maksimum yararlanmaq. Millətlər Liqasından çıxmaq şansımız varsa, bundan istifadə etməliyik. Bir çox komandalar bizdən həm maliyyə, həm də başqa cəhətlərdə qat-qat üstün olublar. Amma bu gün onlar yoxdu. Niyə? Çünki qısa zamanda uğur əldə etmək istəyiblər. Millilərdə hər şeyin pillə-pillə getməsini istəyirik. Aşağı yaş qrupundan oyunçuları elə hazırlamalıyıq ki, onlar sabit oynasınlar. Futbolçuların valideynləri bu gün onlara çox mane olurlar. Tanıdığım belə oyunçular var. Biz hətta valideynləri də futbolda düzgün formalaşdırmalıyıq. “Çelsi”nin futbol akademiyasında oldum. Onların ən böyük problemi valideynlərlə bağlı idi. Onlarla ayrıca görüşlər keçirirlər. Uşaqla yanaşı, onun valideyni, ətrafı da “Çelsi”ni sevməlidi. Uşağın insani keyfiyyətlərini düzəltməsək, heç vaxt yaxşı futbolçu olmayacaq.
- Çempionatdakı limitlə bağlı fikir ayrılığı yaşanır. Sizin münasibətiniz necədi?
- Bir sistemi təkmilləşdirmək üçün müxtəlif variantlara əl atılır. AFFA müxtəlif illərdə limitdə dəyişikliklər edib. Hazırda limit məsələsi tam formalaşmadığından, sualınıza cavab verə bilməyəcəm. Belə bir fikrimiz olsa, İcraiyyə Komitəsinin növbəti iclaslarında müzakirə oluna bilər. Tək bu yox, başqa məsələlərə də baxılmalı, müzakirəyə çıxarılmalıdı.
- Deyilənə görə, yığmada işləməklə bağlı təklifə razılıq verməmişdən əvvəl əsas şərtlərinizdən biri premyer-liqada komandaların sayının artırılması olub. Amma Rövnəq Abdullayevin dediklərindən belə çıxır ki, yenə 8 komanda olacaq...
- O cür demək istəmədi. Əvvəlki mövsümləri nəzərdə tuturdu. Mən də komandaların sayının çoxalmasının tərəfdarıyam. Amma komandalar çempionatı yarımçıq tərk edəcəksə, yaxud birinci divizionda alğı-satqı olacaqsa, bundansa, olmasa yaxşıdı. Bunları müzakirə edəcəyik. Görsək ki, 10 komanda hazırdı, bu haqda düşünməyə dəyər. Amma rəhbərlik qarşısında çempionatda komanda sayı ilə bağlı tələbim, şərtim olmayıb.
“Razıyam, problemlərimiz arasında süni örtük də var”
- Sağlamlıq mövzusunda danışdız. Futbolçu süni meydanda yetişirsə, hansı sağlam futboldan danışa bilərik?
- İllər keçdikcə, görürsüz ki, süni meydançaların sayı azalır. Aşağı yaş qrupunda futbolçu süni meydana görə zədələnmir. Problem düzgün qidalanmamasına, düzgün məşq keçilməməsinə görədi. Düzgün həkim varmı? Bütün bunlar dövlət səviyyəsində olmalıdı. Ancaq futbolçudan danışırıq. Futbolçunu kim yetişdirməlidi? Yaxşı məşqçi, sağlam həkim, bacarıqlı fizioterapevt.
- “Çelsi”nin bazasında olduz. Neçə süni örtüklü meydança gördüz?
- “Çelsi”nin 32 məşq meydançası var. Bir üstüörtülü süni meydança var idi, bir də üstüaçıq. 32 meydançanın 28-dən istifadə olunurdu. İnanın, onlar da razı deyil. Onlar da deyirlər ki, problemlərimiz var. Bu gün onların da problemləri varsa, biz hansı futboldan danışaq? Razıyam, problemlərimiz arasında süni örtük də var. Bunun hamısını birdən düzəltmək mümkün olan şey deyil. Burda maliyyə tərəfi də önəmlidi. Görün AFFA neçə komandaya sponsorluq edir. Ancaq bir müəssisənin üzərinə güc düşməməlidi. UEFA da bu məsələyə diqqət ayırır. Məncə, onların da köməyi var.
- E.M.: Bir az obyektiv olaq. Bu gündən danışırsız, amma dünənki problemləri demirsiz. 2008-ci ildə cəmi bir stadionumuz və məşq yerimiz var idi – Tofiq Bəhramov adına Respublika stadionu. İndi isə “Dalğa Arena” var. 2012-ci ildə qadınlar arasında dünya çempionatı təşkil olunmuşdu. Orda süni meydançanı müvəqqəti qoymuşduq, UEFA-nın tövsiyəsi idi. Sonra onu dəyişdik, yeni örtük salındı. Ardından məşq meydançalarını artırdıq, bazanı inkişaf etdirdik. “Bayıl Arena”nı da inşa etdik. SSRİ dönəmində mən burda təşkil olunan Spartakiadada iştirak etmişdim. Səhv etmirəmsə, 1988-ci il idi. İndiki “Bayıl Arena”nın yerində yararsız meydança var idi. Həmçinin “Bakcell Arena” yaradıldı. Bütün bunlar son 10 ildə görülən işlərdi. Klublarımıza gəlincə, “Neftçi”nin bazasında üç təbii meydança salınıb. “Qarabağ”la oyundan əvvəl “Çelsi”nin bazasını da gəzmək imkanımız oldu. Çox bazada olmuşam, amma “Çelsi”nin bazası kimisini görməmişəm. Hətta meydançaları “Real”ın balansında olanlardan çoxdu. Sumqayıtdakı meydança illər keçdikcə pisləşir. FİFA tərəfindən maliyyə əldə etmişik. Orda meydançalar salınacaq. Bir ildə 32 meydança tikə bilmərik. Bayılda gördüyünüz örtük 2 illik nəzərdə tutulub. Burda başqa meydançalar da salmağı düşünürük. Təbii örtük salsaq, 2-3 həftəyə məhv olub gedəcək. Həm də yer məhdudiyyəti var. Bu gün “Qarabağ” kimi komandanın da meydança problem var. Addım atanda reallığa baxmalıyıq. İstəyirik ki, meydançalar artsın. Amma bu, bir gündə alınmır. Bəzi klublarımız o qədər yatırım etdilər, baza tikdirdilər. Xəbərlərdə oxuyuram ki, işləri məhkəmədədi.
“Davranışını bilməyən futbolçu yığmada olmayacaq”
- Kamran Ağayev hazırda klubsuzdu və xasiyyətinə də az-çox bələdik. Rəşad Əzizlinin “Neftçi”dəki çıxışı göz önündədi.
- Eyni səviyyəli 3-4 qapıçımızın olmasını istərdim. Bütün oyunçulara baxılır, ola bilər ki, hər dəfə yeni futbolçuların adlarına rast gələsiz. Rəşadın adını qapıçılar sırasında qeyd etmişəm. Səlahət və Anar uzun müddətə zədəlidi, 3-4 aydı oynamırlar. Futbolçu seçimimiz azdı. 9-10 milyonluq ölkəyik, futbolçu seçmək çətindi. 80 milyonluq ölkələr də belə problem yaşayırlar. Rusiyanın üzdə olan 11 futbolçusu yoxdu. Eləcə də Türkiyə. Kimin potensialı yüksəkdisə, ona şans veriləcək. Həmçinin millidə futbolçunun insani keyfiyyətləri çox önəmlidi. Bu məqama xüsusi diqqət ayırıram. Yığmaya gələn tək oyunuyla yox, həm də davranışıyla hər kəs üçün nümunə olmalıdı. Hər addımlarına fikir verməlidilər. İlk görüşümüzdə də futbolçulara bunu deyəcəm. Davranışını bilməyən futbolçu yığmada olmayacaq.
- Millətlər Liqasında finala gedən yolda Ermənistanla qarşılaşa bilərik...
- Məncə, onlarla yalnız finalda üzləşə bilərik. Düşmənlə qarşılaşmağı arzulamırıq. Bu baş versə belə, rəqibin kimliyindən asılı olmayaraq, şansımızdan maksimum yararlanmağa çalışacağıq.
- Dünyanın heç bir ölkəsində stadionlarda bizdəki qədər polisə rast gəlinmir. Bizimkilər təhlükəsizlikdən başqa bütün işlərə qarışırlar. Polisləri başqa qurumla, mühafizə şirkətləri ilə əvəzləmək olmaz?
- Bildiyiniz kimi, 2019-cu ildə Bakıda Avroliqanın finalı keçiriləcək. Yeni sistem tətbiq edəcəyik - stüard sistemi. Qərbi Avropada bu sistem çox inkişaf edib, Şərqi Avropada isə polislərdi. Stüard xidmət göstərən əməkdaş deməkdi. UEFA-nın tələbidi. Apreldə polislərlə birlikdə xüsusi təlimlərə start veriləcək. 1200 polis əməkdaşı stüard sistemi üzrə təlim alacaq. Bunu etməkdə məqsəd Qərbi Avropadakı futbol mədəniyyətini Azərbaycanda tətbiq etməkdi. Nəticəsini isə 2019-cu ildə görəcəyik. Polisləri də qınamaq olmur, təhlükəsizlik çox vacibdi. Bu gün polissiz oyun təşkil edə bilmərik. Stüard sistemi olanda isə onlar hər kəsə - jurnalistlərə, azarkeşlərə xidmət göstərəcəklər.
- “Qarabağ”da görməyə alışdığımız oyun modelini yığmada da tətbiq edəcəksiz?
- Hər məşqçinin özünəməxsus oyun fəlsəfəsi var. Düşündüklərimizi ortaya qoymağa çalışacağıq. Təəssüf ki, yığmada vaxtımız azdı. “Qarabağ” öz komandamdı, daim bir yerdə oluruq, istədiyimizi tətbiq etmək asandı. Millidə isə il ərzində 4-5, uzağı 6 dəfə toplaşırıq. Nəticəni də düşünməliyik. Kiçik fərqləri nəzərə almasaq, ümumi tələblər eyni olacaq. Oyun dəyişikliyi rəqiblərin kimliyinə görə dəyişəcək.
- Yığmaya baş məşqçi təyin olunmağınız “Qarabağ”dakı işinizə mane ola bilərmi?
- Bu gün həm də “Qarabağ”ın baş məşqçisiyəm. Səhv etmirəmsə, bundan sonra klubla hələ ilyarımlıq müqaviləm var. Mənə qədər “Qarabağ” və AFFA rəhbərliyi görüşmüşdülər. İki yerdə işləmək həddən artıq çətindi. Etimad göstəriblərsə, əlimdən gələni etməliyəm. “Qarabağ”dan ayrılmaq fikrim yoxdu.
“İstəmərəm ki, verilən hansısa mükafat üzə çıxsın”
- “Qarabağ”ın U-19 komandasında oynayan Yaroslav Dedanın “milliləşdiriləcəyi” deyilir. Hətta bu haqda özü də mətbuata danışmışdı.
- “Deda milliləşdirilməlidi” deyə qərarımız yoxdu. Onu “Qarabağ”ın əsas komandası ilə birgə təlim-məşq toplanışına aparacam. Görsək ki, özünü yaxşı tərəfdən göstərir, Azərbaycan futboluna xeyir verə bilər, qanun çərçivəsində belə addım ata bilərik. Dünyanın hər yerində belə hallara rast gəlinir.
- Rəşad Sadıqovun millidən gedişindən sonra kapitan sarğısı Rahid Əmirquliyevə verilmişdi. Belə də qalacaq, yoxsa dəyişiklik gözlənilir?
- Rahid əxlaqı, davranışı ilə hamıya nümunədi. Çox istərdim ki, bütün futbolçularımız onun kimi davransın. O həm meydanda, həm də meydandan kənarda nümunəvi, peşəkar insandı. Onun millidə oynayıb-oynamaması, yaxud kapitan olub-olmaması bu günün mövzusu deyil. İlk toplantıdan sonra çalışacağıq ədalətli qərarlar verək. Daha dərindən düşünməliyik. Kapitanı bəlkə də dəyişmədik, ola bilər ki, dəyişiklik bir müddət sonra reallaşsın. İndi dəqiq nəsə deyə bilmərəm.
- Millidə hansısa mükafat sistemi olacaqmı?
- Hələ ki rəhbərliklə bu haqda görüşümüz, söhbətimiz olmayıb. Şübhəsiz, hansısa sistem olacaq. İstəmərəm ki, verilən hansısa mükafat üzə çıxsın. Heç kimin qazancında gözüm yoxdu. Çalışırıq hər kəs layiq olduğunu əldə etsin.
- “Spartak”ın üzvü Ayaz Quliyevin milliyə cəlb olunması mümkündü? Mətbuata açıqlamasında təklif alacağı halda, müsbət dəyərləndirə biləcəyini deyib.
- Futbolçuların hamısına diqqət ayrılır, Ayaz da onların sırasındadı. Görsək ki, milli üçün faydalı ola bilər, bundan sonra danışıqlara başlayacağıq. Yanvardan sonra bu məsələ ilə bağlı işimizi davam etdirəcəyik.
E.M.: Biz xaricdəki azərbaycanlı futbolçularla müntəzəm danışırıq. İki il əvvəl Ayazla və atasıyla görüşmüşdüm. Hələ qərar verməyib. Son qərar onun yox, Qurban Qurbanovun olacaq.
- Futboldan bir az kənara çıxacam. Son 9 ildə yığma mövzusunda sizi əcnəbi mütəxəssislərlə eyni masa ətrafında görməyə alışmışdıq. Maraqlıdı, hansı məşqçi ilə oturmaq daha rahatdı, gələcək adına daha inamla baxa bilirsiz: dünya və Avropa çempionu Berti Foqtsla, dünya üçüncüsü Robert Prosineçkiylə, yoxsa azərbaycanlı balası Qurban Qurbanovla?
- Maraqlı sualdı. Təbii ki, Qurban Qurbanov kimi inamlı və sığortalanmış məşqçi ilə yanaşı oturmaq daha rahatdı, nəinki əcnəbilərlə. İlk növbədə o azərbaycanlıdı. Azərbaycanlı kimi, azərbaycanlının yanında oturmaq daha rahatdı. Mentallıq, mədəniyyət, peşəkarlıq olaraq Qurban müəllimi yaxşı tanıyırıq. Xaricdən gələn məşqçi ilə işləmək sürprizdi. 1-2 həftə danışıq aparırsan, sonluq sürpriz olur. Təcrübə göstərir ki, əcnəbi mütəxəssislərlə bağlanan müqavilələr heç də uzunömürlü olmur. Müasir futbolda məşqçilər iki kateqoriyaya bölünür. Bir var məşqçi, bir də var menecer-məşqçi. Məşqçi fikrini ancaq əsas yığmaya ayırır. Bir aydı mütəmadi danışırıq və açıq deyirəm ki, Qurban Qurbanov menecer-məşqçidi. Bu adam təkcə meydançanı və futbolu düşünmür. Futbolun ətrafı ilə də maraqlanır. Olduqca sevindirici haldı. Qurban müəllimi yaxşı tanıyıram, onunla hətta futbol da oynamışıq. Təəssüf ki, uduzmuşduq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 14:28 "İçki içmirəm, siqaret çəkmirəm, başqa nə etməliyəm?" Bu gün, 14:25 Yuri Maksimovu iki mövqe narahat edir Bu gün, 14:24 "Zirə" daha bir transfer edəcək Bu gün, 14:22 "Keşlə"dən 3-cü qələbə Bu gün, 14:17 “Gilan Holdinq” “Qəbələ” stadionuna tablo alıb 19-01-2018, 20:34 Şəhriyar Karuanaya necə qalib gəlib? 19-01-2018, 20:32 Tofiq Heydərov AAAF-ın bu il üçün hədəflərini açıqladı 19-01-2018, 20:17 Ruslan Abışov ateist olduğuna görə Dreksayla danışmırmış 19-01-2018, 20:15 Fazil Mustafa yığmanın Kosovo ilə oynamasında problem görmür 19-01-2018, 20:14 Ruslar “Qarabağ”a tərif yağdırdı 19-01-2018, 20:12 Ndlovu “Qarabağ”dakından üç dəfə çox qazanacaq 19-01-2018, 19:27 Samir Əliyev yetirmələrinin “Sumqayıt” üzərində qələbəyə sevinməsini normal sayır 19-01-2018, 19:16 Samirlərin duelindən Əliyev qalib ayrıldı 19-01-2018, 19:03 Əsgər Abdullayev: “Adda hərfin dəyişməsi qorxulu deyil...” 19-01-2018, 18:57 Sloveniyada hədəf 1/4 finala yüksəlmək olacaq 19-01-2018, 18:55 Liderdən böyükhesablı qələbə 19-01-2018, 18:53 Xəzər Babazadə vahid liderdi 19-01-2018, 18:51 Həsənzadə sertifikat payladı 19-01-2018, 18:46 “Qəbələ”nin futbolçularından Bakıya gələn də var, Antalyada qalan da 19-01-2018, 18:45 Moldova millimizlə oyun üçün heyəti açıqladı 19-01-2018, 18:43 Hakimlər Maksimova qaydaları öyrətdi 19-01-2018, 18:41 “Sabah” Qvanzavı transfer etdi 19-01-2018, 18:39 Vaqif Əliyev “Simurq”lu günlər üçün darıxır 19-01-2018, 18:32 Ərtoğrul Sağlam “Traktorsazi”nin baş məşqçisi olacaq 19-01-2018, 18:28 Şeydayevlə Mədətov U-21-də 19-01-2018, 18:27 Araz yenə sözünü deyib 19-01-2018, 18:23 “Qarabağ”ın qələbəsi idman uğurudu, amma bizə torpaqları qaytarmaq lazımdı” 18-01-2018, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür 18-01-2018, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi 18-01-2018, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” 18-01-2018, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu 18-01-2018, 22:17 Yığma İranda turnirə qatılacaq 18-01-2018, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir 18-01-2018, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi 18-01-2018, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" 18-01-2018, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi 18-01-2018, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı 18-01-2018, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı 18-01-2018, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi 18-01-2018, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq 18-01-2018, 18:55 Yarım mövsümün rəqəmli tablosu 18-01-2018, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür 18-01-2018, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş 18-01-2018, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq 18-01-2018, 18:49 Məkan və saat dəqiqləşdi 18-01-2018, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı 18-01-2018, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi 18-01-2018, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc 18-01-2018, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq 18-01-2018, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb 18-01-2018, 18:37 "Keşlə"də daha bir ukraynalı 18-01-2018, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir Bütün xəbərlər
Ən çox oxunanlar