14 dek 17:53manset

“Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb

“Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb
Əmrah Çəlikəl: “Belə bir şirkət olsa, təbii ki, şərtlərə baxıla bilər”
Dekabrın 9-da “Qarabağ”ın sadiq azarkeş qruplarından olan “İmarət” 2017-ci il üçün “Tarixin memarı” adlı yekun tədbiri keçirdi. Mərasimə qatılanlar arasında xeyli sayda tanınmışları görmək olardı. Onlardan biri də vaxtilə klubun çətin günlərində sponsorluğu öhdəsinə götürən Yunis İldırımzadə idi.
Hazırda “Əmrahbank”ın rəhbəri kimi tanınan Yunis bəyin çıxışı gözləniləndən geniş alındı. Bu da səbəbsiz deyildi. İldırımzadə təkcə “İmarət”lə bağlı danışmadı. Bir çox maraqlı məqamlara toxundu ki, onlardan biri də sponsorluq məsələsiydi. Çıxışının bu hissəsi həqiqətən də düşündürücüdü: “Bu gün bütün yük “Azərsun”un üzərindədi. Yəni ancaq bu holdinq pul xərcləyir. Ona görə də reklam lövhələrində yalnız “Azərsun”un, ya da şirkətin məhsullarının adlarını görürük. Halbuki “Qarabağ”a hamı kömək etməlidi. Bir çox aparıcı şirkətlər klubla əməkdaşlıqda maraqlı olmalıdı. İndiki klub rəhbərliyinə təklif irəli sürməli, ortaq məxrəcə gəlməlidilər. Əlavə vəsait yalnız klubun, komandanın inkişafına kömək edə bilər”.
Maraqlıdı, deyilmi? Düzdü, “Qarabağ” bu gün ölkədə maliyyə sıxıntısı yaşamayan, maaşların vaxtında verildiyi bəlkə də yeganə klubdu. Amma artıq pulun cibi yırtmadığı da su kimi aydındı. İndiyə qədər hansısa holdinq, hətta kiçik şirkət belə məsələ ilə bağlı Ağdam təmsilçisinə müraciət edibmi? Yaxud belə bir təklif olsa, “Qarabağ” rəhbərliyinin cavabı nə olar? Klubun idman direktoru Əmrah Çəlikəllə söhbətdə suala cavab tapmaq istədik: “Bu günə qədər hansısa şirkətdən əməkdaşlıq təklifi almamışıq. Olsa, təbii ki, şərtlərə baxıla bilər. “Azərsun” kluba təkcə futbol gözüylə baxmır. Ən başlıca niyyət Qarabağ həqiqətlərini dünyaya tanıtmaq, bu bölgənin Azərbaycana məxsus olduğunu sübut etməkdi. Gördüyünüz kimi, Çempionlar Liqası kimi mötəbər turnirdə “Qarabağ”ın adı qarşısında Azərbaycan yazılır. Bunun özü ölkə üçün böyük qürurdu. Rəhbərlik sağ olsun, klub üçün təmənnasız hər cür şərait yaradıb və bunun nəticəsində dünya səviyyəli komandalarla başabaş mübarizə apardıq. İnşallah, bundan sonra da belə olacaq. Bugünkü “Qarabağ” 3-5 il əvvəlki “Qarabağ” deyil. Tanınmış futbolçular vaxtilə Azərbaycanda oynamaq istəmirdisə, bu gün özləri bura gəlməyə cəhd edir. Klubumuz artıq layiqli bir brend kimi dünyada tanınmaqdadı. Bunda isə əsas pay sahibi “Azərsun”du. Rəhbərliyin əməyinin nəticəsidi. Bəzi şirkətlər “Qarabağ”ın yanında olmağı ticari yöndən maraqlı görə bilər. Amma “Azərsun” bu işə sponsor maraqları güdmədən başladı. Sırf “Qarabağ”ın adını yaşatmaq üçün bu addımı atdı”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib Dünən, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı Dünən, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? Dünən, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda Dünən, 18:18 Malta ayağımızın altını qazdı Dünən, 18:15 Haşımov Bebeki bəyənib Dünən, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” Dünən, 18:11 AFFA üçün sponsorluq müqaviləsi Dünən, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi Dünən, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi Dünən, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi Dünən, 18:04 Həftənin idman proqramı Dünən, 18:03 Xal itirməyən iki komanda qaldı Dünən, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi Dünən, 18:00 Yaxşı ki “Səbail” var… Dünən, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu Dünən, 17:57 “Xəzər Lənkəran”a uduzduq… Dünən, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək Dünən, 17:54 Samir Abasov sabiq komandasını üstələdi Dünən, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar