08 dek 20:15manset

“Qarabağ” strategiyasını dəyişməyəcək!

“Qarabağ” strategiyasını dəyişməyəcək!
Asif Əsgərov: “Tahir bəyin fikirləri “Roma” ilə “Qarabağ”ın imkanlarının fərqinə söykənib”
“Qarabağ” – “Roma” oyunundan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin jurnalistlərə açıqlaması geniş müzakirələrə səbəb oldu. Çünki klub rəsmisinin fikirlərindən belə anlaşılır ki, bölgə təmsilçisi artıq strategiyasını dəyişir. Tahir bəyin sözügedən açıqlamasını bir daha xatırlayaq: “Bundan sonrakı hədəfimiz artıq yerli oyunçular yetişdirməkdi. Bilirsiz ki, büdcə məhdudiyyətimiz var. Bu, böyük klub saxlamağa imkan vermir. Əsas ağır yük sponsorun üzərinə düşdüyü üçün buna məcburuq. Buna görə də artıq legionerlərlə yox, öz yetirmələrimizlə oynayacağıq. Çünki “Qarabağ”da istənilən oyunçunun itkisini “sığortalamaq” üçün nə qədər əziyyət çəkirik. Komandanı 20-25 nəfərlik eyni səviyyəli futbolçulardan təşkil etməyə imkanımız yoxdu. Bizim çox yaxşı bazamız var. Oyunçular da yetişir. Bu, bir ilin söhbəti deyil, ən azı 4-5 illik layihədi. Ona görə səbr edin, “Qarabağ”ın necə yetirmələrinin olduğunu görəcəksiz”.
Təbii, ölkə rəhbərliyinin də böyük diqqət ayırdığı klubun birdən-birə strategiyasını dəyişməsi sakit qarşılana bilməz. Axı dəfələrlə “Qarabağ”ın təkcə futbol klubu yox, Qarabağ həqiqətlərini dünyaya çatdıran vasitə olduğu da qeyd edilib. Elə “köhlən atlar”ın rəhbərliyi də bunu tez-tez dilə gətirir. Odu ki, komandanın bundan sonra legionerlərdən imtinası, bir-iki əcnəbini saxlamaqla yerli uşaqlarla yoluna davam edəcəyi o qədər də inandırıcı görünmür. Çünki belədə klubun Avropa arenasında diqqəti cəlb edəcəyi real deyil.
Yaranan bütün suallara aydınlıq gətirmək üçün dünən “Qarabağ”ın meneceri Asif Əsgərovla əlaqə saxladıq: “Klub rəhbərinin müsahibəsində səhv anlaşılma olub. Tahir bəy demək istəyib ki, biz həm də akademiyaya diqqət ayırmağa çalışacağıq. Yəni gələcəkdə komandada oynayan futbolçular arasında klubun öz yetirmələri olmalıdı. Bu o demək deyil ki, strategiyamızdan tam imtina edərək 17-18 yaşlı cavanlarla oynayacağıq. Komandada müqaviləsi davam edən futbolçular, legionerlər var. Hər şey bir anın içində həll edilmir. Sadəcə, klub rəhbərinin fikri düzgün başa düşülməyib”.
Əsgərov büdcə məsələsinə də toxundu: “Həmin müsahibədən 3-4 saat öncə “Roma”nın nümayəndələri ilə rəsmi ziyafətdə idik. İtaliya klubunun prezidenti 50-100 milyonluq transferlərdən danışdı. Müqayisə aparanda, əlbəttə, bizim büdcəmiz onlarla ayaqlaşa bilməz. Özümüzə uyğun, bəlli imkanlarımız var. Təbii, 50 milyonluq futbolçu almağa büdcəmiz imkan vermir. Tahir bəy də məhz müqayisə apararaq bu məqamı qeyd edib. Amma elə yozulub ki, sanki büdcəmiz yolumuza davam etməyə imkan vermir. İnşallah, yolumuza indiki kimi davam edəcəyik. Böyük klublarla müqayisədə bizim büdcə müəyyən limitə dayanır. Bu faktdı. “Roma” təkcə “Qarabağ”la oyunun bilet satışından 1,5 milyon avro qazanc əldə edib. Bizdə əksər klubların qazancı yoxdu. Komandamız Avropada oynadığına görə müəyyən gəlir əldə etdik. Tahir bəyin fikirləri “Roma” ilə “Qarabağ”ın imkanlarının fərqinə söykənib. Klub başqanı demək istəyib ki, komandada akademiyamızdan daha çox futbolçu oynamasını, yetirmələrimizin çıxış etməsini arzu edərdik. Fakt budu ki, “Roma”nın bir oyundan qazandığını biz bütün çempionat matçlarından əldə etmirik. Nə bilet satışından, nə də başqa bir yerdən. Büdcə ilə bağlı fikirlər də “Roma” ilə müqayisəyə əsaslanır”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:38 “Lokomotiv” Yunanıstandan əliboş dönür Dünən, 22:30 Şəhriyar Karuananı udub, liderlər qrupuna yüksəldi Dünən, 22:23 “Rəhbərlikdə təmsil olunanlar özləri belə yayda klubun taleyinin necə olacağını bilmirlər” Dünən, 22:20 “Neftçi” Antalyaya 18 futbolçuyla uçdu Dünən, 22:17 Yığma İranda turnirə qatılacaq Dünən, 19:08 Şehiç “Qarabağ”dan getmək istəmir Dünən, 19:07 "Qarabağ" penaltini yana vurmaq ənənəsini davam etdirdi Dünən, 19:06 "Qarabağ"ın əsas devizi intizam və peşəkarlıqdı" Dünən, 19:04 “Qəbələ” ilk mərhələni məğlubiyyətlə bitirdi Dünən, 19:01 “Kəpəz” daha üçüylə müqavilə bağladı, növbədə braziliyalılardı Dünən, 19:00 Arif Əsədov Yunis Hüseynovdan narazıdı Dünən, 18:58 Mustafa Dənizli “TRT Spor”la müqavilə üzündən “Traktorsazi”yə gəlmədi Dünən, 18:57 Moldova yığmamıza qarşı tam heyətlə oynamayacaq Dünən, 18:55 Yarım mövsümün rəqəmli tablosu Dünən, 18:53 Yığma bu gündən “Bayıl Arena”ya köçür Dünən, 18:51 Ndlovu “Qarabağ”dan daha sərfəli müqavilə gözləyirmiş Dünən, 18:50 U-16 Avropa çempionatında Ermənistanla qarşılaşacaq Dünən, 18:49 Məkan və saat dəqiqləşdi Dünən, 18:48 Ozancan “Velveyk”i seçməsinin səbəbini açıqladı Dünən, 18:47 Elbrus Məmmədovun komandasının rəqibləri bəllidi Dünən, 18:45 Rəşad Sadıqovlu U-21-dən uğurlu başlanğıc Dünən, 18:43 Məşqçilər Komitəsinin üzvləri də Antalyaya yollanacaq Dünən, 18:42 Ruslan Abışov atasının sözünə görə saqqalını qırxıb Dünən, 18:37 "Keşlə"də daha bir ukraynalı Dünən, 18:36 U-17 “Antalyaspor”u darmadağın etdi 17-01-2018, 18:57 Yeni vitse-prezident güləşçilərlə görüşdü 17-01-2018, 18:53 Yunis Hüseynov baxışda olan yerlilərin hamısını yola saldı 17-01-2018, 18:52 Topaz premyer-liqası 17 pillə gerilədi 17-01-2018, 18:51 Elxan Məmmədovla Qurban Qurbanov Lozannaya gedəcək 17-01-2018, 18:48 Seqoviya haqq yoluna gəlir 17-01-2018, 18:46 Ozobiç üçün ən önəmli qol “Lill”ə vurduğu topdu 17-01-2018, 18:45 “Nə vaxt mediada görünürəm, işlərim tərsinə gedir” 17-01-2018, 18:43 Samir Abasov gecə Rəşad Sadıqova zəng vurub 17-01-2018, 18:41 “Sumqayıt” divizionun liderinə acımadı 17-01-2018, 18:36 “Neftçi” və “Keşlə” penaltiyə həsrət qalıb 17-01-2018, 18:33 “Binə”nin yeni baş məşqçisi planlardan danışdı 17-01-2018, 18:24 Qabriel Matey “Zirə”ni seçərkən tələsib 17-01-2018, 18:22 “Neftçi” - yarım mövsümün antirekordçusu! 17-01-2018, 18:21 Vitali Borisov məşqlərə qoşuldu 17-01-2018, 18:19 Liderlər sürprizə imkan vermədi 17-01-2018, 18:18 “Marafon”lular Renatın etirazına qoşuldular 17-01-2018, 18:16 Türkiyədəki legionerlər üçün üzücü həftə 17-01-2018, 18:09 Çilingərin futbola gətirdiyi sex rəisi 17-01-2018, 18:06 “Qarabağ”ın oyununun vaxtı dəqiqləşdi 17-01-2018, 18:04 “Səbail” “Xəzər”ə qalib gəldi 16-01-2018, 16:06 Türkiyə yığmasını seçən Elçin Əliyev “Futbol+”ə danışdı 16-01-2018, 16:03 Səməd Qurbanov “Neftçi”nin kuboku qazanacağına əmindi 16-01-2018, 15:57 Hallidey gileyləndi, “Qəbələ” rəsmisi cavabını verdi 16-01-2018, 15:56 “Atırau”nun yeni baş məşqçisi “Qəbələ” ilə oyundan imtina etdi 16-01-2018, 15:54 Gürcülərin imtinasının altında hiyləgərlik yatır 16-01-2018, 15:52 Yığma yanvarın 28-də vətəni tərk edəcək 16-01-2018, 15:51 Çempionatın bombardiri Alesiodan narazıdı 16-01-2018, 15:46 “Qarabağ” premyer-liqanın ən dəyərli komandasıdı 16-01-2018, 15:44 Zədə Oseqeylin "Səbail"ə keçidini əngəlləyə bilər 16-01-2018, 15:40 Muarem “Qarabağ”ı ziyarət etdi 16-01-2018, 15:12 “Kəpəz” əvəzedicilərini zorla uddu 16-01-2018, 15:10 Bakılıların sonuncu rəqibi makedonlar oldu Bütün xəbərlər
Ən çox oxunanlar