Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
03 dek 12:22manset

Mirhüseyn Seyidov üzr istədi

Mirhüseyn Seyidov üzr istədi
“Hamıdan bir xahişim var: oyunun videoyazısına baxın, mənə aid nəsə görsəz, deyin, yazın”
İntizam Komitəsinin təcili toplantısından sonra qəbul olunan qərar hər nə qədər gözlənilən idisə, bir o qədər də təəccüblü göründü. Ortada heç bir fakt olmadan, yalnız Mirhüseyn Seyidovun “Neftçi”yə qarşı bilərəkdən zəif oynamışam” sözlərinə görə həm onu, həm də Nizami Hacıyevi futboldan ömürlük uzaqlaşdırmaq qərarının arxasında nələrin durduğunu AFFA-da oturanlarla futbolçuların özlərindən yaxşı bilən yoxdu. Onsuz da Seyidovun “kartları açmayacağını” yaxşı bilirdik. Amma yenə də özüylə söhbətdə nələrisə öyrənməyə çalışdıq. Komitənin qərarını isə ilk dəfə “Futbol+”dən eşitdi.
- Bir neçə dəqiqə əvvəl İntizam Komitəsi Nizamiylə sənin futboldan ömürlük uzaqlaşdırılmağınla bağlı qərar qəbul etdi.
- Hardasa yazılıb?
- Xəbəri AFFA-nın saytı yayıb.
- Yalnız Azərbaycanda oynamaqla bağlıdı, yoxsa başqa ölkələrdə də?
- Bununla bağlı məlumat yoxdu. Hər halda, AFFA çıxış edə biləcəyin hansısa ölkənin futbol qurumuna məsələylə bağlı məlumat verə bilər.
- Başa düşdüm. Eybi yox...
- Bu cür ağır qərar qəbul olunacağını gözləyirdin?
- Hardasa hə. Adım bu cür ağır oyunda hallanandan sonra ağır cəzaya məruz qalacağımı təxmin etmişdim.
- Müsahibələrində “Neftçi”ylə oyunda bilərəkdən zəif oynadığını deyirsən.
- Bəli, ən böyük səhvim məhz budu. Kimlərsə kontorların adını çəkir, oyun alğı-satqısında iştirak etdiyimi deyir. Mənim belə şeylərdən başım çıxmır. Heç kontorların yolunu da tanımıram. Məni tanıyanlar bilir ki, belə işlərə qol qoyan adam deyiləm. Allahım şahiddi ki, “Neftçi”ylə matç xaric, başqa oyunlardan xəbərim yoxdu.
- Səni bildik. Bəs Nizaminin günahı nə idi? O da bilərəkdən zəif oynamışdı?
- Nizaminin vəziyyəti başadüşüləndi. “Neftçi”ylə razılığa gəlmişdi, bir növ o komandanın potensial oyunçusu sayılırdı.
- Necə oldu ki, bu işi boynuna aldın? Bir çox futbolçuların zəif oynadıqları oyunlar var. Hamı bilərəkdən etmir axı bunu. Əməlin necə sübuta yetirildi?
- Düzdü, həmin qarşılaşmada normal oynamışam. Videoyazıya baxmaq problem deyil, baxa bilərsiz. Sadəcə, “Neftçi”yə keçəcəyimlə bağlı söz-söhbət dolaşırdı deyə, etiraf etdim. Belə deyim, nəfsimə aldandım.
- Sualıma cavab tapa bilmədim. Bilərəkdən zəif oynadığınla bağlı qarşına hansı faktı qoydular? Topu öz qapınıza vurmamışdın, rəqibə qol ötürməsini verməmişdin...
- Həqiqətən də həmin qarşılaşmada imkanlarımdan aşağı oynamışdım.
- İmkanlarından aşağı oynadığın tək bu görüş deyil axı. Belə çıxır ki, zəif göründüyün bütün oyunlarda rəqiblərə kömək etmisən?
- Bəli, ideal formada olmadığım vaxtlarda zəif oynadığım oyunlar olub. Amma son vaxtlar oyunum pis alınmırdı. Uduzduğumuz başqa matçlarda hansı oyunların getdiyindən xəbərim yoxdu.
- “Neftçi”ylə qarşılaşmada zəif çıxış etdiyini sənə kim sübut etdi?
- Oyundan sonra baş məşqçi irad bildirdi, mən də videoyazıya baxmağı məsləhət gördüm. Soruşdum ki, mənə iradınız var? Dedi, yox, təhlilə sonra baxacağıq. Sonradan məsələ şişib bu yerə çatdı.
- Və beləcə, səni polis bölməsinə çağırdılar.
- Bölməyə çağırıb, pul qoyuluşlarında iştirak edib-etmədiyimi soruşdular. Mən də belə şeylərə baş qoşmadığımı bildirdim. Hətta özlərinə “necə istəsəz, yoxlaya bilərsiz” dedim. İzahatımı alıb, buraxdılar.
- İzahatda nə yazmışdın?
- “Neftçi”yə keçəcəyimə görə zəif çıxış etdiyimi yazmışdım.
- Niyə bu qərara gəldin ki? “Neftçi”dən kimsə “bizimlə oyunda can yandırma” demişdi?
- Xeyr, qətiyyən. Sırf içimdən gələn bir şey idi. Zəif oynamağım yenidən “Neftçi”yə qayıtmağıma kömək olsun deyə idi. Deməsinlər ki, bizimlə qarşılaşmada özünü öldürürdü. “Neftçi”nin yetirməsiyəm, 7 il orda oynamışam.
- Peşman adama oxşamırsan. Sanki kiminsə öyrətdiyi sözləri deyirsən deyə, bu dərəcədə rahat danışırsan.
- Düz hərəkət etməmişəm, gərək etməzdim. Artıq olub, heç nəyi dəyişə bilmərəm. Buna görə “Keşlə” və AFFA rəhbərliyindən, həmçinin futbol ictimaiyyətindən, jurnalistlərdən üzr istəyirəm. Bu cür əməllərin axırı yoxdu.
- Bundan sonra nə etmək fikrin var?
- Qərar indi açıqlanıb. İlk olaraq klub rəhbərliyi ilə görüşəcəm, bəlkə də heç görüşə bilməyəcəm. Yəqin ki, mən də müəyyən addımlar atacam. Adım 5-6 oyunda hallanır. Amma belə deyil. Buna görə yəqin ki, apellyasiya şikayəti verəcəm. Görüm də, bir çıxış yolu tapmağa çalışacam. “Neftçi”ylə oyunu çıxmaq şərtilə alnım açıqdı.
- “Səbail”lə “Kəpəz”ə məğlubiyyətlər də ciddi şübhə doğurmuşdu.
- Həmin oyunlardan xəbərim olmadığına başımla cavabdehəm. O qədər şərəfsiz deyilik ki, oyun alaq, oyun sataq. “Neftçi”ylə oyunda, sadəcə, insanlıq etmək istədim, başqa heç bir marağım yox idi.
- İki fərqli müsahibəni oxudum. Birində polis bölməsinə çağırıldığını demisən, digərində dostlarınla olduğunu dilə gətirmisən. Təzad hardan yaranıb?
- Yəqin məni səhv başa düşüblər. Demək istəmişəm ki, bütün günü bölmədə keçirməmişəm. Sadəcə, izahat yazıb, dindirib buraxıblar. Qalan vaxtı dost-tanışla olmuşam.
- Gün ərzində sənə zəng çatmırdı axı.
- Mətbuatda xəbər yayılandan sonra zənglərin ardı-arası kəsilmirdi. Hamı zəng edib, maraqlanırdı. Əsəblərim gərilirdi deyə, telefonu söndürdüm ki, məsələyə aydınlıq gələnə kimi danışmayım.
- Zaur Axundovla danışmısan?
- Düzünü desəm, yox.
- Polis bölməsinə gəlməmişdi?
- Yox-yox. Açığı, mən Zaur müəllimlə görüşməyə cəhd etdim. Bir nəfərin vasitəsiylə mesaj göndərdim, müsbət cavab verməyib. Mənimlə görüşmək istəmədiyini deyib. Hətta “məni narahat eləməsin” sözünü də işlədib. Necə səhv etdiyimi bilirəm. Bağışlanmağıma görə heç nə deməyəcəkdim. Sadəcə, üzr istəmək istəyirdim. O da xəbər göndərib ki, belə şey var idisə, “Seyid” (tanıyanlar onu belə çağırır – H.) mənə vaxtında deməliydi.
- Sənə elə gəlmir ki, “Neftçi”ylə oyunun yox, kimlərinsə şəxsi ədavətinin, xüsusi planların “qurban”ına çevrildin.
- Ola bilər. Amma əlimdə bununla bağlı elə bir fakt yoxdu. Bircə onu bilirəm ki, “Neftçi”yə qarşı zəif oynadığıma görə “yandım”.
- “Neftçi”yə qarşı bilərəkdən zəif oynadığını niyə etiraf etdin? Deyə bilərdin ki, oyunum alınmadı. Kim sənə nə deyəcəkdi?
- Mən hər şeyin düzünü deməyi xoşlayıram. Soruşdular, mən də dedim. Hamıdan bir xahişim var: oyunun videoyazısına baxın, mənə aid nəsə görsəz, deyin, yazın.
Fikrimcə, bu müsahibədən sonra əlavə nəsə deməyə ehtiyac qalmır. Kor-kor, gör-gör. Mirhüseyn 7 dəqiqəlik söhbət əsnasında bir neçə dəfə “oyunun videoyazısına baxın” deməklə problemin kökünün “Neftçi”ylə oyunda olmadığını sübut etmiş oldu. Və bir daha əmin olduq ki, sabiq komandasına qarşı bilərəkdən zəif oynaması diqqətləri əsl nöqtədən yayındırmağa, bu söhbətin şişməməsinə hesablanıb.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar