Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
23 noy 19:11manset

“Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub

“Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub
Rövşən Babayev: “Məbləğ göstərilib, valideynlər imza atıb, rəhbərliyə də təqdim olunub”
“Keşlə”də yenə aləm dəyib bir-birinə. Onsuz da klubdakı problemləri sadalamaqla bitmir. Bu dəfə əsas komandada yox, aşağ yaş qruplarında problem yaşanıb. Futbol11.az saytının yazdığına görə, “Keşlə"nin Uşaq-Gənclər Futbol Məktəbinin rəhbəri Rövşən Babayev işdən çıxarılıb. Buna səbəb aşağı yaş qrupları üzrə komandaların baş məşqçilərindən birinin valideynlərdən rüşvət alması olub. Belə ki, klubun 2003 təvəllüdlü futbolçulardan ibarət komandasının baş məşqçisi Eldar Ağaxanov yetirmələrini avqustda Balakənə - təlim-məşq toplanışına aparıb. Bunu üçün o, valideynlərin hər birindən 300 manat alıb. Deyilənə görə, klub hər bir baş məşqçiyə işə başlamazdan əvvəl bildirib ki, valideynlərdən pul almaq qəti qadağandı. Amma Ağaxanov rəhbərliyin sözünə qulaq asmayıb. 25 valideynin hər birindən 300 manat götürüb. Bu da 7500 manat edir. Gördüyünüz kimi, yetərincə böyük məbləğdi. Bu pula ölkədə 25 nəfərə 10 günlük yox, biraylıq təlim-məşq toplanışı keçmək olar. Yəni ortada pul yeyintisi var. Bunu bilən klub rəhbərliyi Rövşən Babayevi yanına çağırıb və Ağaxanovu "Vətən"dən onun gətirdiyini, bu qanunsuz əmələ görə dolayı yolla onun da məsuliyyət daşıdığını bildirib. Babayevlə yanaşı, onunla bərabər komandaya gələn digər məşqçilər - Rauf Mehdiyev, Müşfiq Qənbərov və Vaqif Hidayətov da işdən ayrılmağa qərar veriblər.
Məsələ ilə bağlı Rövşən Babayevlə danışmağı lazım bildik. O, Ağaxanovun pul yığmasından rəhbərliyin xəbərdar olduğunu söylədi: “Rəhbərlik bizi çağırdı, işdən azad etdiklərini söylədi. Biz də səbəbini soruşduq. Dedilər ki, hansısa aşağı yaş qrupunun baş məşqçisi uşaqların valideynlərindən pul yığıb. Sonra aydınlıq gəldi ki, söhbət Eldar Ağaxanovdan gedir. O, komandasını avqusun sonu - sentyabrın əvvəllərində Balakənə toplanışa aparmışdı. Bu səfər valideynlərin təşəbbüsü ilə gerçəkləşmişdi. Bunu rəhbərlik də bilirdi. Hətta valideynlər məşqçi də istəmişdi. Yazılı şəkildə rəhbərliyə müraciət olundu. Onlar da icazə verdilər. Noyabrın əvvəlində isə çağırdılar ki, işdən azadsız. Biz də rəhbərliyə bu məsələdən xəbərlərinin olduğunu xatırlatdıq. Dedilər ki, yox, gedin, özünüzə iş tapın. Bildirdik ki, ondan pul yığan adamı çağırın, onu göndərin işdən, bizim nə günahımız var axı? Mənə irad tutuldu ki, səninlə gəliblər, sən də onunla birlikdə getməlisən. Əslində belə şey ola bilməz. Rəhbərliyin xəbəri olmasaydı, komanda Bakıdan çıxa bilməzdi. Məbləğ göstərilib, valideynlər imza atıb, rəhbərliyə də təqdim olunub. Yalnız bundan sonra komanda Balakənə gedib. Hamı bilir ki, klubun bu səfəri reallaşdırmağa maliyyəsi yoxdu. Təsəvvür edin, bu məsələdən sonra 25 valideyn yığışdı. Hansı ki, həmin vaxt pul veriblər. Amma onları qəbul etmədilər. Hətta 5 valideyn rəhbərliyə bildirdi ki, pulu biz vermişik, uşaqlarımızın təlim-məşq toplanışına getməsini istəmişik. Lakin bunların heç birinə qulaq asmadılar”.
Babayev bir müddət klubda pulsuz çalışdığını da söylədi: “Biz mayda gəlmişik. Avqusta kimi maaşlar ödənilmədi. Addəyişmə və başqa problemlər var idi. Lakin başımızı aşağı salıb işlədik. Söz verdik ki, aşağı yaş qruplarını qaldıraq. İndi aşağı yaş qrupunda hansı çempionata baxsaz, komandalarımız liderlər qrupundadı. Baxmayaraq ki, bir meydanda 6 komanda məşq edir. Bu nə qədər çətin olsa da, iş görürük. Maaşlar sentyabrdan ödənildi. Amma qalan maaşlar ödəniləcək. Biz buna inanırıq”.
Ardınca Eldar Ağaxanovu aradıq. O da həmin təlim-məşq toplanışından rəhbərliyin xəbərinin olduğunu söylədi: “Bəli, biz avqustun 26-da Balakənə gedib, sentyabrın 5-də qayıtmışıq. Bu toplanış valideynlərin təşəbbüsü ilə olub. Biz Rəmiş Malıyevdən icazə almışıq. Onun hər şeydən xəbəri olub. Özləri bilirlər ki, klubda belə şeyi reallaşdırmaq üçün maliyyə yoxdu. Heç maaşları ödəyə bilmirlər. Valideynlərin adları da, imzaları da məndə var. 300 manat ödəyiblər. Blank mənim əlimdədi. Rəmiş müəllimin öz yazısı da var. Amma bu məsələ lap yuxarı çatmayıb. Belə çıxır ki, Zaur Axundov bundan xəbərsiz olub. Ona mən məruzə edəsi deyiləm ki. Bunu Rəmiş müəllim etməliydi. Valideynlərdən kiminsə şikayət etdiyini düşünmürəm. Noyabrın 7-də bütün valideynləri dəvət etdim stadiona. Hamısı da gəldi. Lakin qəbul etmədi. Bilmirəm, niyə. İstəsəz, valideynlərin nömrələrini də verə bilərəm. Görün onlardan pulu məcbur almışıq, yoxsa özləri könüllü veriblər?”
Gördüyünüz kimi, klubun icraçı direktoru Rəmiş Malıyev məsələdən xəbərdar olub. Lakin hansısa məqsədlər üzündən bunu Zaur Axundovdan gizli saxlayıb. Səbəbini özündən soruşmağa çalışsaq da, Malıyev telefon zənglərimizə cavab vermədi.
ŞƏFİ ŞƏİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar