Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
23 noy 19:02manset

BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü

BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü
Günəş izlədi, MY fanatları “Qarabağ”ı dəstəklədi
Dünən “Qarabağ” ÇL-də son ev oyununu keçirdi. Rəqib isə İngiltərə nəhəngi “Çelsi” idi. Biletlərin hamısı matçdan bir neçə gün öncə satıldığından, tribunalarda möhtəşən ab-hava olacağı şübhə doğurmurdu. Ağdamlılar məğlub olsa da, oyun azarkeşlər üçün bayrama çevrildi.
Azarkeş sıxlığı və “qara bazar”
Oyuna diqqət həddən artıq böyük idi. Artıq matça 2 saat qalmış metronun “Gənclik”, “Nərimanov”, “Ulduz” və “Koroğlu” stansiyalarında sıxlıq müşahidə olunurdu. Bildiyiniz kimi, bütün biletlər satılmışdı. Buna baxmayaraq, dünən də “qara bazar”a rast gəlindi. Belə ki, “Koroğlu” stansiyası ətrafında bir neçə mülki geyimli şəxs bilet alveri ilə məşğul idi. Düzdü, onlar yüksək səs çıxara bilməsələr də, insanlara yaxınlaşaraq “bilet var, istəmirsiz?” deyə müraciət edirdi. Əldə etdiyimiz məlumata görə, 2 manatlıq bilet 5 manata təklif olunurdu. “Roma” və “Atletiko” ilə görüşlərdə stadion ətrafında su, tum və başqa məmulatların satışı qeyri-mümkün idisə, “Çelsi” ilə matçda bunların hamısına rast gəldik. “Koroğlu” stansiyasından Bakı Olimpiya Stadionuna (BOS) qədər olan yolda satıcılar azarkeşlərə müxtəlif növ hamburgerlər, sular və tum təklif edirdi. Polis və mühafizə xidmətinin əməkdaşları buna mane olmurdu.
Fantastik xoreoqrafiya
Təbii ki, hər kəsi maraqlandıran əsas məqamlardan biri media sektoru ilə üzbəüz tribunalarda açılacaq xoreoqrafiya idi. Xoreoqrafiyanın mənzərəsini diqqətinizə çatdırmazdan öncə rahat deyə bilərik ki, klub həqiqətən də alqışalayiq iş görüb. Belə ki, 20 minlik sektorların üzərinə dövlət bayrağımızın rənglərini əks etdirən göy, qırmızı və yaşıl kağızlar düzülmüşdü. Komandalar meydana çıxarkən azarkeşlər kağızları göyə qaldırdı və möhtəşəm görüntü alındı. Rənglərin qırmızı hissəsində “Qarabağ”, yaşıl hissəsində isə “Azərbaycan” sözləri əksini tapmışdı. Bundan əlavə, tribunanın məhəccərində böyük hərflərlə “Far a way from home – but where you belong” (evdən uzaqda – amma aid olduğumuz yerdə - Ş.Ş.) yazılı nəhəng pankart açılmışdı. Həm xoreoqrafiya, həm də pankart komandalar meydana çıxanda bütün futbol azarkeşlərə sözlə ifadə olunmayacaq anlar yaşatdı. Azarkeşlər həm də mobil telefonların işıqları ilə inanılmaz mənzərə yaratmışdılar. Dünənki xoreoqrafiya “Roma” ilə qarşılaşmadakı pankartı lağa qoyan Türkiyənin “Sabah” qəzetinin jurnalisti Mevlut Tezelə ən gözəl cavab oldu.
Şübhəli penalti, “UEFA – Mafiya!” şüarları
19-cu dəqiqədə portuqaliyalı hakim Manuel De Souza “Qarabağ”ın qapısına penalti təyin etdi. Rəqib futbolçu Villiana qarşı “son ümid folu”na görə “köhlən atlar”ın kapitanı Rəşad Sadıqov meydandan qovuldu. “Qarabağ”ın oyunçuları hakimlər briqadasına sərt etiraz etsələr də, qərar dəyişmədi. Rəqib penaltini yerinə yetirməzdən əvvəl Qurban Qurbanov bütün futbolçuları yanına çağıraraq, məsləhətlər verdi. Sanki elə bir an yaşandı ki, “Qarabağ”lılar oyunu davam etdirməkdən imtina edirlər. Lakin ara sakitləşdi və Azar hesabı açdı. Bundan sonra azarkeşlər hər epizoda sərt etiraz etməyə başladı. Fanatlar “UEFA – Mafiya!” şüarları səsləndirdi.
Qonaq fanatlar və Şenol Günəş
65 mindən çox azarkeşin arasında 1500-dən çox “Çelsi” fanatı var idi. Qonaqları İran, İraq və ərəb ölkələrindən gələn azarkeşlər də dəstəkləyirdi. Tribunalarda bu ölkələrin bayraqlarına rast gəlinirdi. “Çelsi” azarkeşləri hələ matçdan öncə BOS-a gedən yolda toplaşaraq “Come to Chelsea” qışqırırdı. Digər maraqlı məqam “Qarabağ”a azarkeşlik edən azərbaycanlı “Mançester Yunayted” fanatları ilə bağlı oldu. Belə ki, “qırmızı şeytanlar”ın tərəfdarları maraqlı foto əks olunan pankart açmışdılar. Fotoda 2008-ci ildə Moskvada baş tutan ÇL-in finalında “Çelsi”nin oyunçusu Con Terrinin ayağı ilişib, penaltini vura bilmədiyi epizod həkk olunmuşdu. Xatırladaq ki, həmin görüşdə Terri penaltini yerinə yetirə bilməmiş və “Mançester Yunayted” ÇL kubokunu qazanmışdı.
“Beşiktaş”ın baş məşqçisi Şenol Günəş ilə klubun direktoru Əli Naibi oyundan öncə “Qarabağ”ı ziyarət edib, Qurban Qurbanovla görüşüblər. Günəş Qurbanova
yetirmələrinin imzaladığı Pepenin formasını hədiyyə edib. Qurban bəy isə həmkarına onun adı yazılan 1 nömrəli “Qarabağ” forması verib. Türkiyəli qonaqlar “Çelsi” ilə oyunu da izləyiblər.
Hakimdən daha bir zərbə və petardlar
71-ci dəqiqədə “Qarabağ”ın qapısına daha bir penalti təyin olundu. Özü də elə birinci qədər şübhəli. Yenə də etirazların xeyri olmadı. Topa yaxınlaşan Fabreqas “çərçivə”ni dəqiq nişan alsa da, hakimlər briqadası qolu qeydə almadı. Buna səbəb futbolçuların fitdən öncə cərimə meydançasına girməsi idi. Fabreqas təkrar zərbəni də eyni – Şehiçin sağ tərəfinə vurdu və fərqi 3 topa çatdırdı. Qoldan sonra “İmarət” azarkeş qrupu petardlar yandırdı, stadiona su butulkaları tulladı və hakimlər briqadasının əleyhinə şüarlar səsləndirdi. Bir neçə dəqiqə sonra pirotexniki vasitələr söndürüldü. Artıq həmin dəqiqədən etibarən tribunalar boşalmağa başladı.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar