18 yan 13:40manset

“CBC Sport” daha on nəfəri ixtisar etdi

“CBC Sport” daha on nəfəri ixtisar etdi
Telekanalın “Saran Holdinq”ə 3 milyon manata yaxın borcu var

“CBC Sport”un direktoru Volkan Üstün başı ikinci dəfə ailə qurmağa qarışdığı vaxtda telekanalda ixtisarlar sürətlə davam edir. Ötən ilin sonlarında xeyli işçi - operator, montajçı və şərhçilərlə vidalaşan telekanaldan yenə ayrılanlar var. İki gün əvvəl “CBC Sport”un futbol şərhçisi Murad Axundov telekanaldakı işinin başa çatması ilə bağlı özünün “feysbuk” səhifəsində məlumat verib. Düzdü, o, 1 il 3 ay çalışdığı işindən öz istəyi ilə ayrıldığını qeyd edib və telekanal rəhbərliyiylə işçilərə uğurlar diləyib. Həmkarımızın səmimiyyətinə inanmaq olar, amma onun öz xahişi ilə iş yerini tərk etdiyi o qədər inandırıcı deyil. Özü də “savadlı adama hər yerdə iş tapılar” deyiminin işləmədiyi bu çətin dövrdə. Əldə etdiyimiz məlumata görə, Murad iş şəraitindən və məvacibdən narazı qaldığı üçün telekanaldan ayrılıb. Ötən həftənin cümə günü isə Axundovdan sonra telekanaldan daha 10 nəfər işdən azad olunub, yəni ixtisara düşüb. Onların əksəriyyəti operator və montajçıdı. Deyilənə görə, artıq “CBC Sport”da maaş problemi də yaranmağa başlayıb. İşçilər ötən ilin dekabrının maaşını iki dəfəyə – yarısı dekabrın sonunda, qalanı isə yanvarın ilk 10 günlüyündə - alıblar.
Bəlli məsələdi ki, son iki ildə ölkədə hökm sürən iqtisadi böhran xüsusilə SOCAR-dan maliyyələşən şirkətlərə və qurumlara mənfi təsir göstərib. Təbii, neft şirkətindən maliyyələşən “CBC Sport”un da vəziyyəti ağırdı. İlyarım yaşı olan telekanal yarandığı gündən layihələr və yeniliklərlə gündəmdə olsa da, son vaxtlar ciddi problemlərlə üzləşib. 2016-cı ilin sonlarında telekanalda hətta yayınla bağlı da axsamalar müşahidə olundu. Mövsümün əvvəlindən premyer-liqanın hər turunda 4 oyunun hamısını canlı yayınlayan “CBC Sport” fasiləyə yaxın cəmi bir matçı tamaşaçılara birbaşa təqdim edə bildi. Buna səbəb isə telekanalın “Saran Holdinq”dən icarəyə götürdüyü STS-in (Səyyar Televiziya Stansiyası) şirkət tərəfindən geri alınması idi. Məlum olmuşdu ki, STS-i daha bir neçə aylığa kirayələmək üçün maddi imkan yoxdu. Etibarlı qaynaqlardan əldə etdiyimiz məlumata görə, “Saran Holdinq”in STS-i verməməsinin əsas səbəbi “CBC Sport”un şirkətə olan borcudu. Borcun məbləği isə nə az, nə çox - düz 3 milyon manata yaxındı. Şirkət həmin borcu qaytarmamış qətiyyətlə STS-i kirayə verməyəcəyini bildirib. Yəni telekanal rəhbərliyinin KİV-ə “mövsümün ikinci yarısında STS-i kirayələyəcəyik” tipli açıqlamaları, sadəcə, fikirləri yayındırmağa yönəlib. Odu ki, tamaşaçılar mövsümün ikinci yarısında da premyer-liqada hər tur ya bir, ya da iki matçı izləyə biləcəklər.
Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı telekanalın baş redaktoru Şəmsəddin Abbasovla əlaqə saxladıq. O, “CBC Sport”un müəyyən qədər borcu olduğunu dilə gətirsə də, 3 milyon məsələsini yaxına buraxmadı: “Sizə bu informasiyaların hardan ötürüldüyü mənə də maraqlıdı. Hazırda bizdə ixtisarlar yoxdu. 10 nəfər işdən azad olunub? Bu rəqəmin hardan çıxdığını bilmirəm. Borc məsələsinə gəlincə, 3 milyon manat şişirdilmiş rəqəmdi. Borcumuz var, amma çox az miqdarda. Bununla bağlı da “Saran Holdinq”lə razılıq əldə etmişik, il ərzində hissə-hissə ödəyirik. STS-i kirayə götürürdük. Bu isə bizə sərf eləmir. Çox yaxın zamanda bizdə iki STS olacaq. Cəmi biri ilə qalmayacağıq. Oyunlar başlasın, buna şahidlik edəcəksiz. “CBC Sport”da əməkhaqqı vaxtında ödənilir. Heç bir maliyyə çətinliyimiz yoxdu. Bəlkə də yeganə telekanalıq ki, maaşları və vergi aktlarını gecikdirmədən ödəyirik. Biz media adamlarıyıq, qulağımıza çatır ki, müxtəlif telekanallarda maliyyə böhranı var, maaşlar gecikir. Bizdə isə belə şey yoxdu. Odu ki, tamaşaçılarımız narahat olmasınlar. Fəaliyyətimiz yüksək səviyyədə davam edəcək. Müxtəlif maraqlı layihələr nəzərdə tutmuşuq. Yaxın zamanda canlı studiya verilişlərimizə də yenidən start verəcəyik”.
Xatırladaq ki, geridə qoyduğumuz 2016-nın dekabrında da “CBC Sport” 15 nəfərə yaxın işçi ilə yollarını ayırmışdı. Onların arasında iki şərhçi də var idi - Əbdürrəhman Mollaçiyev və Ceyhun Rzayev.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı Dünən, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi Dünən, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” Dünən, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu Dünən, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı Dünən, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir Dünən, 16:26 “Sabah”dan darmadağın Dünən, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər Dünən, 14:50 Birinci divizionda ilk istefa Dünən, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı Dünən, 14:47 Abasov yetirmələrini təriflədi Dünən, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu Dünən, 14:42 “Araz” mübarizəni dayandırdı... Dünən, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı Dünən, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq Dünən, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi Dünən, 14:34 Antalyada ikiqat uğur Dünən, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” Dünən, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu Dünən, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı 15-10-2017, 14:23 Zaur Paşayev “Kutaisi”dən ayrılıb 15-10-2017, 14:15 “Zirə”lilər “Xəmsə”nin rəhbərinə yardım etdi 15-10-2017, 14:10 Yığma üzvləri Prosineçkinin qalmasının tərəfdarıdı 15-10-2017, 14:08 Ukrayna da U-17-ni darmadağın etdi 15-10-2017, 14:05 Təbriz Həsənov məsuliyyəti üzərinə götürdü 15-10-2017, 14:03 “İsgəndər Cavadov Bakı Futbol Akademiyası”nın təqdimatı gecikir 15-10-2017, 14:02 “Traktorsazi” liderə uduzmadı 15-10-2017, 12:49 Azər Məmmədovun “Futbol+”ə açıqlaması klubu silkələdi 15-10-2017, 12:47 Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu 15-10-2017, 12:46 Hakimliyimizin biabırçı mənzərəsi... 15-10-2017, 12:44 Yığmalar rəsmi oyunlara çıxır, AFFA-nın saytı “yatır” 15-10-2017, 12:42 Reqbi Federasiyası acınacaqlı durumdadı 15-10-2017, 12:36 Gürcü mütəxəssis Cavid Çələbiyevi fərqləndirdi 12-10-2017, 18:20 ABF-nin vitse-prezidentləri arasında fikir ayrılığı 12-10-2017, 18:19 Natalya Məmmədova Rusiyaya iddialı yollanıb 12-10-2017, 18:15 Nicat Muxtarov psixoloji müalicə alır 12-10-2017, 18:14 Rahidin himni oxumamasına sərt münasibət 12-10-2017, 18:13 “CBC Sport”un superliqa fiaskosu 12-10-2017, 18:12 “Qarabağ” rəsmisi Avropa Klublar Birliyinin işçi qrupuna seçildi 12-10-2017, 18:09 UEFA klubları sevindirdi 12-10-2017, 18:06 Divizionun kisəsindən 200 manat çıxdı 12-10-2017, 18:02 İK üzvləri Prosineçki ilə bağlı mövqeyini açıqladı 12-10-2017, 18:00 Prosineçki Bakıya gələn həftə gələcək 12-10-2017, 17:58 U-19 penaltilərlə yıxıldı 12-10-2017, 17:57 Siyasət Əsgərov U-17-nin şansının olduğunu düşünür 12-10-2017, 17:55 Millətlər Liqasında mənzərə aydınlaşdı 12-10-2017, 17:52 U-17-ni də kötəklədilər 12-10-2017, 17:50 BOS-da monitorlar üçün kabellər quraşdırılıb 12-10-2017, 17:47 Kubok mövsümünə start verildi 12-10-2017, 17:44 Veteranlar jurnalistlərə güzəşt etmədi 12-10-2017, 17:36 Yubileyə maliyyə problemləri ilə 12-10-2017, 17:35 Tərlan Əhmədovlu “Neftçi”nin avazı yaxşı gəlir 12-10-2017, 17:32 Rəşad məşqlərə başlayıb, Səlahət də qayıdır Bütün xəbərlər
Ən çox oxunanlar