18 yan 13:35manset

Kamran Ağayev Lissabonda qalmaqala səbəb oldu

Kamran Ağayev Lissabonda qalmaqala səbəb oldu
Türkiyə çempionatında 17-ci tura start verilib. “Buraspor” evdə “Trabzonspor”a uduzub - 1:2. Dəniz Yılmaz 90 dəqiqə oynayıb və görüşə artırılmış 4-cü dəqiqədə sarı vərəqə alıb. Ramil Şeydayev isə qonaqların “18-liy”ində görünməyib. “Kayserispor” səfərdə lider “İstanbul BŞ”yə müqavimət göstərə bilməyib - 0:5. Ufuk Budak 90 dəqiqə oynayıb. Növbəti turda “Buraspor” “Adanspor”u qəbul edəcəksə, “Kayserispor” Manisada “Akhisar Bələdiyəspor”la qarşılaşacaq.
Portuqaliya çempionatında da 17-ci turun oyunları keçirilir. “Boavişta” Lissabonda “Benfika”nın qonağı olub. Portulular gözlənilmədən ilk 25 dəqiqədə paytaxt komandasının qapısından 3 top keçirib. Ancaq fasiləyədək bu qollardan birinin əvəzini çıxan “qartallar” ikinci yarıda daha 2 top vurmaqla məğlubiyyətdən xilas olub. Kamran Ağayev yenə “Boavişta”nın qapısını qoruyub. Həmişəki kimi sona doğru vaxtı uzatmaqla məşğul olub. Bu üzdən 75-ci dəqiqədə sarı vərəqə alıb. Son dəqiqələrdə isə zədələndiyini əsas gətirərək yerdə uzanıb və vaxt uzatmağa çalışıb. Təbii, bu durum yerli azarkeşlərin və futbolçuların narazılığına səbəb olub. Təsadüfi deyil ki, final fitindən sonra “Benfika”nın müdafiəçisi Jardel Ağayevin ünvanına nalayiq ifadə işlədib. Kamran elə meydandaca braziliyalı futbolçuyla haqq-hesab çürütməyə çalışıb. Son 5-6 dəqiqədə forma geymiş Emin Mahmudovla yanaşı, qapıçılar üzrə məşqçi Alfredu və seneqallı məşqçi Fari Fey çətinliklə onu sakitləşdirə bilib. Nəticədə hakim hər iki futbolçuya “sarı” göstərib. Bu, Ağayevin 2-ci “sarı”sı olduğundan 1 oyunluq cəzalı duruma düşüb. 21 xalla 11-ci pillədə qərarlaşan “Boavişta” növbəti turda səfərdə “Aroka” ilə münasibətləri aydınlaşdıracaq.
Bu ölkənin 1-ci divizionunda 22-ci tur geridə qalıb. “Sportinq”in 2-ci komandası səfərdə “Portimonense” tərəfindən darmadağına məruz qalıb – 0:4. “Zolaqlılar”ın baş məşqçisi hesabda 0:2 geri düşdükdən sonra Budaq Nəsirovu meydana buraxıb. 25 xalla 16-cı pillədə qərarlaşan “ağ-yaşıllar” növbəti turda Kovilya “Sportinq”ini qəbul edəcək.
Hollandiyanın 1-ci divizionunda “Den Boş” evdə PSV-nin əvəzedicilərinin müqavimətini qıra bilməyib - 0:0. Start heyətində meydana çıxan Ziya Əzizov 72-ci dəqiqədə əvəzlənib. 26 xalla 14-cü pillədə yer alan “əjdahalar” 21-ci turda “De Qraafşap”ın qonağı olacaq.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 20:32 Türk oğlu türkəm, kürd oğlü kürdəm, ləzgi oğlu ləzgiyəm, talış oğlu talışam! Dünən, 20:31 BƏM-dəki ziyafətə 100 mindən artıq xərc çəkilib? Dünən, 20:29 Məşqçilər qədər Abışovla Barqas da günahkardı Dünən, 20:27 “Bakılı” “Səbail”i yenməyə köklənib Dünən, 20:26 “Energetik” həkimin ümidinə qalıb Dünən, 20:23 Svanadze: "Məni yox, amma uşaqları istəyən komandalar var" Dünən, 20:18 “Qol yağışı” "gümüş" və "bürünc" medalçıları müəyyənləşdirdi Dünən, 20:09 İslamiada xəbərləri Dünən, 20:07 Azərbaycan derbisində yenə “sülh” Dünən, 20:05 Kseniya “Beşiktaş”la sevindi Dünən, 20:04 Dadaşov məyus oldu Dünən, 20:02 Lider büdrədi, ancaq yıxılmadı Dünən, 20:00 Qapıçılar üçün A kateqoriyalı kurs Dünən, 19:50 Ağdamın tanınmışları Gözəllə razılaşmadı Dünən, 19:49 Nadir Qasımov “Bakılı”dan ayrılıb Dünən, 19:47 Elxan Məmmədov çempionu mükafatlandırdı Dünən, 19:43 AZAL “Zirə”yə təslim olacaq? Dünən, 19:42 Qızlar qayıtdı, oğlanlar getdi Dünən, 19:40 “Forza Neftçi” “Qarabağ”la oyuna getməyəcək Dünən, 19:38 Rekordla uzlaşmayan biabırçı səhv Dünən, 19:35 Gümüş “Qəbələ”nin, bürünc “İnter”in oldu 25-04-2017, 01:08 “Neftçi”nin dünənki və 8 il sonrakı biabırçılığı 25-04-2017, 01:03 Abdulbari Gözəl: “Bizi artıq ölkə daxilindəki qələbələr qane etmir” 25-04-2017, 01:01 Çempion “Sumqayıt”ın arzusunu puç etdi 25-04-2017, 00:57 Qurban Qurbanov mükafatlandırmaya çıxmadı 25-04-2017, 00:55 "Kəpəz" şansını son tura saxladı 25-04-2017, 00:52 “Gümüş” üçün məğlubiyyət də yetər, təki... 25-04-2017, 00:50 Çingiz Abdullayevə xatırlatma 25-04-2017, 00:49 “Zaqatala” Şaban Şirdanovla vidalaşdı, futbolçular istirahətə buraxıldı 25-04-2017, 00:47 Nazarov rekordun astanasındadı 25-04-2017, 00:46 Yalnız “Qarabağ” qol vurdu və zirvəni ələ keçirdi 24-04-2017, 18:54 Prosineçki Kamran Ağayevə görə jurnalistləri günahlandırdı 24-04-2017, 18:41 Yığmanın uzunmüddətli toplanışa ehtiyacı var? 24-04-2017, 18:39 Şəhriyar Şəmkirdə ağalıq edir 24-04-2017, 18:34 “Neftçi” muzeyini və fanşopunu açdı 24-04-2017, 18:33 “Neftçi”nin bazası ilin sonunda hazır olacaq 24-04-2017, 18:31 Rövnəq Abdullayev “Səbail”lə bağlı sualı cavabsız qoydu 24-04-2017, 18:29 U-17 ikinci oldu 24-04-2017, 18:20 Ölkə çempionu AÇ-də 25-ci yeri tutdu 24-04-2017, 18:19 Elxan Məmmədov 35 yaşında Avropa çempionu oldu 24-04-2017, 18:17 İsraildə növbəti qələbə 24-04-2017, 18:12 Xəzərdən su səyahəti Mingəçevirə çatdı 24-04-2017, 18:10 Sumoçulardan dörd medal 24-04-2017, 18:09 Zaur Kutaisidə sevindi 24-04-2017, 16:02 “İnter” lideri dəyişə bilər 24-04-2017, 16:01 Bombardirlik uğrunda mübarizənin son pərdəsi 24-04-2017, 16:00 “Neftçi” “Zirə” kabusunu qıra biləcəkmi? 24-04-2017, 15:58 Çempionluq kuboku “Bakcell Arena”da verilsəydi... 24-04-2017, 15:57 "CBC Sport" Qətərlə oyunu göstərəcək 24-04-2017, 15:56 İlham Əzizzadə yığmanın planlarını açıqladı 24-04-2017, 15:53 Futbolçular MOİK-dən Rəşad Quliyevin göstərişinə əsasən qovulub 24-04-2017, 15:52 “Səbail”in “İnter”lə birləşməsi mümkünsüzdü 24-04-2017, 15:50 “Şəmkir” rəhbərliyinin 400 min manatdan çox xərci çıxıb 24-04-2017, 15:49 Çempion büdrədi, “Şəmkir”lə “Zaqatala” mükafat yarışından qopdu 24-04-2017, 15:47 Qaçırılan və təyin olunmayan penalti, son saniyələrdə sevinən debütant 24-04-2017, 15:44 Qriqorçukun Latviya millisinə keçidinə “Qəbələ”də milyon qazanması mane olub? 24-04-2017, 15:42 Putinin dostunun köməkçisi “Futbol+”ə danışdı Bütün xəbərlər
Ən çox oxunanlar