Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
17 noy 22:32manset

“Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı”

“Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı”
Sərdar Bağırov təzyiqlə üzləşdiyini deyir
Bu həftənin ilk iş günündə AFFA rəhbərliyinin oyun alğı-satqısı ilə bağlı birinci divizon klublarının rəsmilərini toplantıya dəvət etməsi və onlara bir daha xəbərdarlıq ediləməsi ondan xəbər verir ki, ötən mövsüm həyata keçirilən tədbirlər istənilən nəticəni verməyib. Elə ötən sayımıza müsahibə verən UEFA-nın danışılmış oyunlarla bağlı yerli nümayəndəsi Kamran Cəbrayılov da cari mövsümdə də bəzi şübhəli matçlarla bağlı siqnal aldıqlarını etriaf edib. Və araşdırma apardıqlarını vurğulayıb. Ötən mövsüm “Şərurspor”la “Rəvan”ın “suyu bulandırdıqları” deyilirdi. Bəs görəsən, 2017/18 “futbol ili”ndə nəfsinə sahib çıxa bilməyənlər kimlərdi? Yəqin ki, Cəbrayılovun təbirincə desək, qısa vaxtda araşdırmaların nəticələri ictimaiyyətə təqdim olunacaq. Bəs görəsən, ötən mövsüm “radara düşən” “Şərurspor”un prezidenti Sərdar Bağırov yaşananlara necə münasibət göstərir? Bu məqsədlə dünən sabiq klub prezidentini aradıq.
- Bir ilə yaxındı ki, prezidenti olduğunuz “Şərurspor” çempionatdan kənarlaşdırlıb. Cari mövsümdə birinci divizonda keçirilən oyunları izləyirsiz? İzləyirsizsə, hansı dəyişiklikləri müşahidə etmisiz?
- Divizon elə həmin divizondu, oyun alğı-satqısı da əvvəlkindən daha çoxdu. “Şərurspor”u ləkələyərək çempionatdan uzaqlaşdırdılar. Ancaq heç kim ortaya bir fakt qoymadı ki, komandani məhz bu səbəbdən aşağı dəstədən kənarlaşdırdıq.
- Ancaq iddia edirsiz ki, bu gün də aşağı dəstədə xoşagəlməz olaylar yaşanır...
- Bəli. Ortada heç nə olmasaydı, nəyə görə bugünlərdə klubları başlarına toplayıb iclas keçirirdilər? Uşaq məktəbdə nadinclik etməsə, müəllim onun valideynini məktəbə çağırar? Məncə, toplantı keçirib klublara öyüd-nəsihət verənlər ilk növbədə özləri düz yolda olmalıdılar. Unutmayın ki, balıq başdan iylənir. Çirkaba bulaşan da özləridi, ona-buna çamur atan da.
- Çox iddialı açıqlamalar verirsiz, AFFA rəhbərliyinə qarşı kəskin çıxışlar edirsiz. Çəkinmirsiz ki, bütün bunlardan sonra başınız ağrıyar?
- Heç kimdən çəkinmirəm, ancaq bəzən həmin şəxslərin hansısa formada mənə qarşı təzyiqlərini hiss edirəm. Bu gün hamı birinci dəstədən danışır. Ancaq heç kim nədənsə, premyer-liqada başverənləri qabartmır. Oyun alğı-satqısı ilə bağlı əsl bazar elitadadı.
- Sərdar bəy, başa düşürsüz ki, bu çox ilginc iddiadı. Əlinizdə hansısa faktlar var?
- Lazım olsa, xaricdə olan bəzi adamlarla sizləri tanış edərəm. Onlar sizə Azərbaycan futbolunda olan bazarla bağlı yetərincə fakt təqdim edə bilərlər. Həmin informasiyalar mənə də çatır.
- Bu sualı verməyə məcburuq. Nəyə görə həmin məlumatlar məhz Sərdar bəyə ötürülür? Nədi sizin marağınız?
- Mənə heç kim durduğu yerdə informasiya ötürmür. Özüm maraqlanıram, araşdırıram və fakt əldə edirəm. Ötən müsahibələrimin biridə sizə dedyim kimi, ilin sonunda həmin dəlil-sübutları mətbuata ötürüb kimin-kim olduğunu ortaya qoyacam. Onda biləcəksiz ki, “Şərurspor”suz Azərbaycan futbolunda nələr yaşanır.
- Sizcə, bu bazarın qarşısını almaq üçün nə etmək lazımdı?
- İlk növbədə AFFA-nın baş katibi və vitse-prezidentlər yola salınmalıdı. Ondan sonra yeni rəhbərliklə sağlam çempionat təşkil etmək olar. Mənə hələ də maraqlıdı, nəyə görə bizdə nə premyer-liqada, nə də divizonda medal qazanan komandalara pul mükafatı verilmir? AFFA rəhbərliyi 7-8 kluba pul verib, onları ələbaxan öyrədincə, samballı mükafat fondu təyin etsin, klublar da həmin mükafat uğrunda mübarizə aparsınlar. Misal üçün divizonda ilk pilləni tutan komanda üçün 500 min mükafat təyin olunsun. Belə olan halda kluba sponsorluq edənlər normal maaş qarşılığında komanda formalaşdıracaq. Yaxşı məvacib alan futbolçu isə heç vaxt əyri yollara baş vurmaz. Ancaq görünür, assosiasiyanın indiki rəhbərliyinə bu variant sərf etmir. Hamını özlərindən asılı vəziyyətdə saxlamaq üçün aylıq 5-10 manat klublara pul ayırırlar.
- Müsahiblərinizin birində demişdiz ki, Rövnəq Abdullayevin etibar etdiyi insanlar onun etimadından sui-istifadə edərək, futbolun inkişafına ayrılan vəsaiti şəxsi məqsədləri üçün istifadə edirlər. Bugünlərdə “Kəpəz”də yaşananlar hardasa siz deyənləri təsdiq etdi.
- “Kəpəz” də yaşananlar nədi ki? Bu böyük ümmanda xırda bir damladı. Mikayıl yazıq 5-10 manat pul yeyib-yeməyib hamı onun qarasına döşəyir. Açığı, onu heç tanımıram və necə insan olduğunu da bilmirəm. Onun etdikləri əjdahaların etdikləri ilə müqayisədə toz dənəciyidi. Daha iri ranqlı futbol məmurlarının fəaliyyəti araşdırılmalıdı. Onda görəcəksiz ki, illərboyu dövlətin bu idman növünə ayırdığı vəsait hara axıb. “Kəpəz”in nə büdcəsi var ki, Nərimanoğlu da nə yesin?
- Siz daim Qurban Qurbanov haqda ağızdolusu danışmısız. Bu gün Qurban bəy yığmanın baş məşqçisidi. Onun təyinatını necə qarşıladız?
- Elxan Məmmədovdan olsaydı, yığmanı bu dəfə də hansısa əcnəbiyə tapşırardı. Onun üçün əcnəbi ilə əməkdaşlıq etmək daha sərfəlidi. Ancaq Qurban müəllim “Qarabağ”da gördüyü işlərlə onun bu istəyini gözündə qoydu. Görünür, bu dəfə tapşırıq elə yerdən gəlib ki, baş katib artıq istəyini həyata keçirə bilmədi və Qurbanovun təyinatı gerçəkləşdi. Mənə elə gəlir, Qurban müəllim bu dəfə də millinin “sükanı arxasına” keçməsəydi, yaxın vaxtlarda Avropa klublarının birindən iş təklifi alacaqdı. Ümid edirəm ki, onun rəhbərliyi altında yığma bizi sevindirməyi bacaracaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar