17 noy 22:18manset

Yaşar Vahabzadə tapşırıq söhbətini yaxın buraxmadı

Yaşar Vahabzadə tapşırıq söhbətini yaxın buraxmadı
“Şəxsən mən uduzanda adam arasına çıxmağa utanıram”
Son günlər U-21-də yaşananlar gündəmi zəbt edib. Komandanın uğursuz çıxışının, Elnur Cəfərovun davranışlarının üzərinə məşqçilər korpusunda yaşananlar da gəldi. Samir Ələkbərovun köməkçisi Aslan Kərimovla “atışması”, eləcə də millidə tapşırıq məsələsini qabartması olayların pik nöqtəsi idi. Dünən Ələkbərovdan öncə U-21-in “sükanı arxasında” olan Yaşar Vahabzadə ilə danışmağı lazım bildik. Qeyd edək ki, seçmə mərhələnin ilk iki oyununda komandaya məhz Yaşar bəy rəhbərlik edirdi. İlk iki məğlubiyyətdən sonra istefa verən Vahabzadəni məhz köməkçisi olan Ələkbərov əvəzləmişdi. Yaşar bəylə söhbətdə bütün yaşananlara toxunduq.
- U-21-in məşqçilər korpusunda yaşananlar və onların bir-biri ilə “atışması” gündəmi zəbt edib. Bu haqda düşüncələriniz necədi? Yığmaya siz rəhbərlik edəndə bu cür durum var idimi?
- Xeyr, belə bir durumun yaranacağını gözləmirdim. Samir Ələkbərov müsahibəsində deyir ki, köməkçilərimi görəndə sevindim. Vallah, bizdə belə bir şey olmurdu. Hamımız bir-birimizə hörmətlə yanaşırdıq. Hər kəs öz işini bilirdi.
- İşinizə köməkçiləriniz müdaxilə edirdi? Ön plana çıxmaq istəyən var idi?
- Məşqdən öncə otururduq, məsləhətləşirdik, yazırdıq, bilirdik ki, Samir, Babək Alxasov və ya mən nə edəcəyik. Hazırlaşırdıq, sonra da çıxıb məşqi keçirdik. Yəni korpus olaraq uşaqlara keçəcəyimiz məşqi müzakirə edirdik.
- Ancaq son söz sizin olurdu...
- Bilirsiz, məşqin gedişi, istiqaməti var. Elə olurdu ki, məşqçilərdən biri yaxşı fikir irəli sürürdü, bir yerdə onu qəbul edirdik. Razılaşırdıq ki, belə bir şey etmək olar. Yəni qarşılıqlı anlaşma, xoş münasibət fonunda qərar verirdik. Lakin məndən sonra nə baş verdiyindən xəbərsizəm. Bütün bunları mətbuatdan eşidirəm.
- Uzun müddət yığmalarda çalışmısız. İndiyədək belə bir durumla qarşılaşmısız ki, baş məşqçi ilə köməkçiləri arasında bu cür fikir ayrılığı, insident olsun?
- Mən 6 il Bernard Lippertlə işləmişəm. Hansı ki, əcnəbi mütəxəssisdi, lakin aramızda heç vaxt belə bir şey olmayıb. Onunla bir yerdə çalışanda da məşqdən öncə hazırlığın planını birlikdə müəyyənləşdirmişik. Olub ki, məqşdən öncə mənə “hazırlaş, məşqin istiqaməti bu olacaq, sən keçəcəksən” deyib. Mən də planı hazırlayıb ona təqdim etmişəm, baxıb, yaxşıdısa, deyib yaxşıdı. Nəsə əlavə etmək və ya nəyisə dəyişmək istəyəndə də, onu bildirib. Bir sözlə, mənim təcrübəmdə hələ belə bir şey olmamışdı.
- Bu durumu görəndə yığmadan getdiyinizə görə sevinirsiz?
- Mən işləyəndə köməkçilərim Samir, Babək və qapıçılar üzrə məşqçimiz Ramiz Əhmədov idi. Əhmədova həmişə vaxt ayırırdıq, 25-30 dəqiqə qapıçılarla işləyirdi. Onlarla mənim aramda belə bir şey yox idi axı, yığmadan getdiyimə sevinim.
- Bəlkə insidentin yaranmasının əsas səbəb köməkçilərini Samir bəyin özü yox, AFFA-nın təyin etməsi olub?
- Hər halda, bu Ələkbərovun razılığı ilə rellaşıb. Az öncə qeyd etdiyim kimi, Samir müsahibəsində deyib ki, Aslanı görəndə sevindim.
- Necə düşünürsüz, razılıq verməsəydi, təyinatlar gerçəkləşməzdi?
- Yəqin ki. Çünki özü müsahibəsində bu təyinata sevindiyini qeyd edib. Bu o deməkdi ki, qəbul edib.
- Ələkbərovun daha bir rezonans doğuran fikri futbolçuların tapşırılması ilə bağlı idi. Sizin vaxtınızda da tapşırılma var idi?
- Bilmirəm, Samir onu nəyə əsaslanıb deyib. Ələkbərov mənimlə işləyib, düzdü? Mən də iki oyuna, demək olar, eyni futbolçuları dəvət edirdim, o da eyni heyəti çağırmışdı. Bir-iki legioneri komandadan çıxardı, lakin aşağı-yuxarı eyni futbolçulara dəvət göndərmişdi. Bundan öncə də mətbuatda “tapşırıq” sözü tez-tez səsləndirilirdi. Vallah, heç kim tapşırılmayıb. Ola bilər, söhbət əsnasında məsləhət olsun. Yəni kimsə deyər ki, belə bir futbolçu var, gedib baxasız, xoşunuza gəlir-gəlmir. Ancaq şəxsən mənə “bunu mütləq götürməlisən” sözü heç vaxt deyilməyib. AFFA rəhbərliyini deyirlər, lakin bu işin içində olmadığımdan kimlər deyib, nə deyib bilmirəm. Məsləhət başqa şeydi. Kimsə bir futbolçunu görübsə, deyir ki, belə biri var, məsləhətdi. Tutaq ki, hakimlərimizdən biri hansısa liqada bir oyunçu görüb, AFFA-da rastlaşanda mənə deyib ki, filan oyunçunun potensialı var, istəyirsiz baxın. Halbuki həmin futbolçu hakimin heç nəyi deyil. Gedib baxmışam, xoşuma gəlibsə, götürmüşəm. Aşağı yaş qrupları elədi ki, bütün oyunçular göz qabağında deyil. Əvəzedici və ya aşağı liqalarda oynayan futbolçular olur ki, potensialı var. Deyilib ki, belə bir oyunçu var. Bu artıq tapşırılma yox, məsləhətdi. Mütləq bizim qarşımıza tələb qoyulmayıb ki, götür onu oynat.
- Bəs AFFA-dan qarşınıza belə bir tələb qoyulub?
- Səmimiyyətimə inanırsızsa, belə bir şey olmayıb. Əksinə, mənə rəhbərlikdən deyirdilər ki, kimsə məcburi olaraq oyunçu götürməyini istəsə, eləmə. Çünki son nəticəyə sən cavabdehsən. Odu ki, bütün bu olayların necə baş verdiyini anlamıram. Mənim işlədiyim dövrdə, dediyim kimi, hansısa hakim idarə etdiyi oyunda diqqəti çəkən oyunçuya baxmağı məsləhət bilib. Bir dəfə belə bir şey olub. Gedib həmin uşağın oyununa baxmışam. Burda nə var ki? Mən Samir müəllimlə bir yerdə işləmişəm. Məgər bizə uşaqları tapşırırdılar? Biz özümüz siyahını yazırdıq.
- Son olaraq, Elnur Cəfərovla bağlı fikirlərinizi bilmək maraqlıdı. Yəqin ki, yaşananlardan xəbərdarsız.
- Onun hərəkətlərinə cüzi də olsa, haqq qazandırmaq olmaz. O bir dəfə İslam Həmrəyliyi Oyunlarından öncə də gündəmə gəldi. Həmin vaxt bir az mən də əsəbi idim, boynuma alıram. Yadınızdadısa, jurnalistlərlə insident yaşanmışdı. Olmaz belə. Biz oynadığımız vaxt 40 min azarkeş gəlirdi, hərə bir söz deyirdi. Durub onların hamısına cavab verməliydik? O azarkeşdi, sən futbolçu. Burda 100 azarkeş gəlir, ya yox, sən də onlardan birini təhqir edirsən. Sabah sənin oyununa kim gəlib baxacaq? Azarkeşə hörmətlə yanaşmaq lazımdı, onlar bizə görə stadiona gəlir.
- “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov onu cəzalandıraraq əvəzedici heyətə göndərib, həmçinin pul cəriməsi də kəsilib. Həmkarınızın addımını necə qiymətləndirirsiz?
- Təbii, cəza olmalıdı. Yığmada cəzalandırmaq belədi ki, dəvət göndərməzsən. Ancaq klubda futbolçunun müqaviləsi var. Klub da bu şəkildə cəzalandırıb, düzgün edib. 0:7-dən sonra maşın şəklini qoyub, qətiyyən doğru deyil. Yaraşmaz. Şəxsən mən uduzanda adam arasına çıxmağa utanıram. Evə gəlmək istəmirsən ki, ailənin və ya qonşuların üzünə necə baxacam. Bir az utanmaq, çəkinmək lazımdı. Düzdü, futboldu, yenilgidən heç kim “sığortalanmayıb”. Uda da bilərsən, uduza da. Lakin məğlub olmusansa, futbolçusan, bu cür hərəkətlər sənə yaraşmır. Kimlərsə səndən ibrət götürür. Tərlan müəllimin qərarına haqq qazandırıram. “Forza Neftçi”nin qərarından da xəbərdaram. Biz də futbolçu olmuşuq. Azarkeşə hörmətlə yanaşmaq lazımdı. O hər şey deyə bilər. Çünki 100 nəfərin xasiyyəti üst-üstə düşmür. Biri tərifləyir, biri söyür, biri alqışlayır. Onlara hörmətlə yanşmaq lazımdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq 10-12-2017, 21:08 Yorğunluq da "Qarabağ"a mane olmadı 10-12-2017, 20:46 “Azərsell” Lunyovu 2100 manat cərimələtdi 10-12-2017, 20:34 Qalmaqallı oyunun hakimi susdu 10-12-2017, 20:32 “Xəzər Lənkəran” ən sadiq azarkeşlərindən birini itirdi 10-12-2017, 19:28 “Futbol+” ilin ən yaxşılarını seçir! 10-12-2017, 19:24 “Neftçi” yenə kubokda sevinəcək? 10-12-2017, 19:22 Arif Əsədov “Sabah”ı yeni transferlərlə gücləndirəcək 10-12-2017, 19:19 Çempiona iki qol da kifayət etmədi 10-12-2017, 19:18 Yunis Hüseynov “Keşlə” səddini keçməkdə iddialıdı 8-12-2017, 21:17 Azərbaycan “Qran-pri”sinin vaxtı dəyişmədi 8-12-2017, 21:14 Voleybol yığmamız Rusiya və ABŞ ilə qarşılaşacaq 8-12-2017, 21:12 “Lokomotiv” Portuqaliya klubuna da aman vermədi 8-12-2017, 21:09 “Neftçi” kuboku qurban verməlidi 8-12-2017, 21:07 AFFA “Xəzər Lənkəran”ın rəsmisini 5 oyunluq cəzalandırdı 8-12-2017, 21:04 Mirhüseyn gələn həftə apellyasiya şikayəti verəcək 8-12-2017, 21:03 Prosineçkinin müqaviləsinin müddəti 4 gün öncə bitib 8-12-2017, 20:15 “Qarabağ” strategiyasını dəyişməyəcək! 8-12-2017, 20:14 “Əbədi şəhər”ə macəralı səfər 8-12-2017, 20:13 “Sky Sport İtaly”nin əməkdaşını UEFA rəsmisi dayandırıb 8-12-2017, 20:05 “Qarabağ”ın ÇL-dən qazancı 33 milyondu! 8-12-2017, 20:04 Şehiç ən çox seyv edən qapıçıdı! 8-12-2017, 20:03 Azərbaycanlılardan biri yerli fanatlar tərəfindən döyülüb 8-12-2017, 19:54 Arif Əsədovun "Sabah"ı təhlükəli zonadan uzaqlaşdı 8-12-2017, 19:52 “Səbail” 2-ci dövrənin qalibidi! 8-12-2017, 19:47 “Futbol+” ilin ən yaxşılarını seçir! 8-12-2017, 19:45 Kamranla Namiq “Kəpəz”in maraq dairəsindədi 8-12-2017, 19:32 Premyer-liqa "Bayıl Arena”da yarılanacaq 8-12-2017, 19:19 Vaqif Paşayev problemi uşaq məşqçilərində görür 8-12-2017, 19:16 Brüssel siyahıdan çıxarıldı, yığmamız ilk səbətdə yer aldı 8-12-2017, 18:47 “Çelsi”ylə “Qarabağ” bir qrupa düşəndə çox sevinmişdim” 7-12-2017, 19:12 Fərid Qayıbov Mariana Vasilyevaya alternativ yerli məşqçi görmür 7-12-2017, 19:10 Yığma üzvlərinin duelindən Polina qalib ayrıldı 7-12-2017, 19:08 “Pul qazancım olsaydı, adamı bu qədər “yandırmazdı” 7-12-2017, 19:02 “Neftçi” bəyanat yaydı 7-12-2017, 19:01 Elxan Məmmədov: “Hüquq-mühafizə orqanlarının araşdırması davam edir” Bütün xəbərlər
Ən çox oxunanlar