Yazarlar

Reportaj
1 2 3 4 5 6 7 8

KIVDF


Məzənnə
Sorğu
2017-cı ilin ən yaxşı futbolçusu kimdir?
Araz Abdullayev
Bədavi Hüseynov
Əfran İsmayılov
Qara Qarayev
Mahir Mədətov
Rauf Əliyev
Rəşad Sadıqov
Riçard Almeyda
Ruslan Qurbanov
Təmkin Xəlilzadə

Bugünkü qəzet
Təqvim
«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
15 noy 18:39manset

Rəşad Sadıqov Prosineçkinin qalacağını düşünürmüş

Rəşad Sadıqov Prosineçkinin qalacağını düşünürmüş
“Türklərin vurğuladıqları məqam “Atletiko”yla oyunlarda məğlub olmamağımız idi”
Çempionatda yaranan fasilədən istifadə edən Rəşad Sadıqovun bugünlərdə Türkiyəyə səfər etməsindən xəbərdarsız. PRO kateqoriyasına yiyələnmək üçün tələbləri yerinə yetirməli olan “Qarabağ”ın kapitanı bu məqsədlə “Beşiktaş”ın akademiyasına baş çəkmişdi. Üç gün İstanbulda qalan, şəraitlə yerində tanış olan Sadıqov, heç şübhəsiz, məşqçilik savadını müəyyən təcrübəylə möhkəmləndirib. Və artıq vətənə qayıdıb. Fürsətdən istifadə edib, səfər təəssüratlarını bizimlə bölüşməsi üçün səbəbkarla əlaqə saxladıq.
- Səfərin detalları haqda eşitmək istərdik.
- PRO kateqoriyasının şərtlərindən biri də iki dəfə təcrübə xarakterli səfərlərdi. Birincidə akademiyadakı şəraitlə, görülən işlərlə tanış olmalısan, ikincidə əsas komandanın həftəlik proqramıyla. Akademiya və infrastruktur təcrübəsiylə bağlı “Beşiktaş”ı seçdim. Əsas komandanın hazırlıq proqramıyla tanış olmaq üçün isə bir həftə başqa klubun düşərgəsinə səfər edəcəm.
- Hansı ölkəyə?
- Səfər dekabrın ortalarında baş tutmalıdı.
- Bu dəfə də Türkiyə olacaq?
- Hələ ki dəqiqləşdirməmişəm. Ola bilsin, növbəti dəfə başqa ölkəyə getdim.
- PRO ilə bağlı yekun imtahan nə vaxt olacaq?
- İnşallah, mayda.
- Niyə məhz “Beşiktaş”? Şəxsi əlaqələrin əsas rol oynadı, yoxsa məsafə yaxınlığı?
- Açığı, getməmişdən əvvəl elə də güclü əlaqələrim yox idi. Sadəcə, “Beşiktaş”ı seçməyi qərara aldım. Buna baxmayaraq, orda olanda əlaqələrim genişləndi. Vaxtilə “Kocaelispor”da çiyin-çiyinə oynadığım futbolçu indi akademiyada çalışır. Səmimi və ardıcıl görüşlərdə mənə köməyi dəydi. Bəzi təcrübəli məşqçilərlə, mütəxəssislərlə söhbətləşmək imkanım oldu. Planları, yeniyetmə futbolçuların inkişafı üçün nələrə önəm verdiklərini bildim.
- Əsas komandadan kiminləsə görüşə bildin?
- 4-5 nəfərdən ibarət skautlarla görüşdüm. “Beşiktaş”ın əsas komandasında skaut strukturu var ki, orda çalışanlarla təxminən 1 saat söhbətimiz oldu. Bunun özü də müəyyən təcrübədi. Fikrimcə, səfərim səmərəli alındı.
- Maraq üçün Şenol Günəşin məşqlərini izləmək imkanın oldu?
- Əsas komanda başqa yerdə məskunlaşıb. Arada xeyli məsafə olduğundan, ora baş çəkə bilmədim. Həm də mən ora akademiya ilə bağlı getmişdim deyə, əsas vaxtımı da üzərimə düşən öhdəliyə həsr etdim. Sadəcə, əsas komandanın skautları da mən olan bazada yerləşirdi deyə, onlarla görüşə bildim.
- Heç şübhəsiz, səfər vaxtı “Beşiktaş” rəsmiləriylə əlaqələrin genişlənib. Gələcəkdə akademiyalar arasında işgüzar müqavilələrin bağlanması mümkündü? Məsələn, “Qarabağ”ın gənc futbolçuları orda təcrübə toplasın, yaxud komandalar arasında yoldaşlıq görüşləri keçirilsin.
- Açığı, “Beşiktaş” rəsmiləriylə bu haqda söhbətimiz olmadı. Dediyiniz mövzuda müzakirəni başqa insanlarla, yəni səlahiyyətli şəxslərlə etmişəm. Gələcəkdə gənc futbolçuların – 16, 17, 19 yaşlıların inkişafı üçün onları ölkə xaricinə göndərmək istəyirik. Artıq bu yöndə müəyyən addımlar atılmaqdadı. Fikrimcə, ən yaxın zamanlarda nəticəsini görəcəksiz.
- “Beşiktaş”a?
- Xeyr, ümumiyyətlə, xarici klublara. “Beşiktaş”la da artıq münasibətimiz var. Gələcəkdə bu cür niyyətimiz olsa, təklifimizi yerə salacaqlarını düşünmürəm. Onsuz da bir-birimizə yaxınıq, oyunlarımızı izləyirik. Qarşıdakı illərdə münasibətlər daha da istiləşəcək.
- “Beşiktaş”ın futbol akademiyasındakı şəraitin bizdəkilərdən yaxşı olduğu sirr deyil. Maraqlıdı, nədə üstündülər, əsasən nəyə diqqət ayırırlar?
- Bizi üstələdikləri ən vacib məqam təşkilatçılıqla bağlıdı. Hərə öz işini bilir, çox sayda kadrları var. Əlavə psixoloqlar, uşaqlarla xüsusi məşğul olan şəxslər var. Açığı, ən çox diqqətimi çəkən bu oldu. Təhsilə olduqca ciddi yanaşırlar. Uşaqlar futbolla yanaşı, məktəbə də həvəslə yanaşmalıdılar. Bu, onlar üçün olduqca vacib amildi. Məsələn, ayrıca şəxs var ki, uşaqların gündəliklərini yoxlayır, hansı fənndən “axsadığını” müəyyənləşdirir. Həm də məktəbdəki davranışları ilə maraqlanır.
- Məktəb məsələsi necə tənzimlənib? Ayrı-ayrı məktəblərdə oxuyurlar, yoxsa akademiyanın daxilində?
- Qidalanma və məskunlaşma sırf başqa şəhərlərdən olan futbolçularla bağlıdı. Yəni onlar günün 24 saatını akademiyada məskunlaşırlar. Amma ümumilikdə bütün uşaqlar yaxınlıqdakı məktəbdə təhsil alır. Belə deyim, sırf Avropa yoluyla gedirlər. Yoxsa futbolçu gəldi, saatyarım, iki saat məşq elədi, getdi – orda belə deyil. Uşaqlar günboyu nəzarət altında olurlar.
- “Qarabağ”la bağlı nə soruşurdular, əsasən nə haqda maraqlanırdılar?
- Əsasən təbriklərini çatdırırdılar. Hiss edirdim ki, “Qarabağ”la bağlı çox məlumatlıdılar. Əlbəttə, sevindirici və qürurverici hal idi. Çempionlar Liqasındakı oyunlarımızın hər birini izləyirlər.
- Futbol ölkəsi kimi tanınmayan Azərbaycanın təmsilçisinin məlum uğurunun sirrini soruşurdular?
- Ümumi fikirlər bildirirdilər. Ciddi uğura imza atdığımızı, diqqətləri üzərimizə çəkdiyimizi qeyd edirdilər. Xüsusi vurğuladıqları məqam “Atletiko”yla oyunların heç birində məğlub olmamağımız idi. Ümimiyyətlə, Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağımız, ciddi rəqiblərlə qarşılaşmağımız yaxşı mənada təəccüblərinə səbəb olub. Və ən vacibi, artıq futbolçularımızı bir-bir yaxından tanıyırlar.
- U-19-la bağlı planların necədi? Gənclər Liqasının başa çatmasını gözləyirsən, yoxsa uzunmüddətli planın var?
- Gənclər Liqasında 2 oyunumuz qalıb. Onları başa vurandan sonra götür-qoy edəcəyik. İndidən nəsə demək çətindi. Yəni dekabrın sonuna qədər U-19-da olacağım dəqiqdi.
- “Çelsi”ylə oyuna komandanı kim çıxaracaq?
- Eyni proqram üzrə davam edəcəyik. Yəni komandanın içində olacam, paltardəyişmə otağına baş çəkəcəm. Sadəcə, texniki zonada yer almıram. Aftandil Hacıyevlə Cavad Mirzəyev orda olacaqlar. Mən özüm oyunu tribunadan izləyəcəm. Dediyim kimi, tapşırıqlarımı paltardəyişmə otağında verəcəm.
- U-19-da Ukraynadan cəlb olunmuş Yaroslav Deda var. Artıq “Qarabağ”ın formasında 2 qol vurmağa imkan tapıb. Dedanın əsas komandaya cəlb olunacağı gözlənilir?
- Tək Deda yox, bütün futbolçular əsas komandanın diqqət mərkəzindədi. Hər birinin ora yüksəlmək şansı var. Biz də öz növbəmizdə Qurban Qurbanova lazım olan məlumatları çatdırırıq. Belə deyim, gələcəkləri öz əllərindədi. Zəhmət çəkməli, durmadan çalışmalı, inkişafa nail olmalıdılar. Dedaya gəlincə, ötən mövsüm Ukrayna premyer-liqasında “Volın”ın şərəfini qoruyurdu. 4-5 oyununu şəxsən izləmişdim. Komandaya cəlb olunmasını da mən istədim. Potensialı var, xoş gələcək vəd edir. Başını aşağı salıb futboluyla məşğul olsa, yaxşı futbolçu olacaq.
- İcarəyə götürülüb, yoxsa artıq “Qarabağ”a məxsusdu?
- Sırf “Qarabağ”a aid futbolçudu.
- Qurban Qurbanovun yığmaya baş məşqçi təyin olunması sənin üçün gözlənilməz olmadı ki?
- Açığı, Robert Prosineçki ilə müqavilənin müddətinin uzadılacağını düşünürdüm. Gördüyünüz kimi, onunla yollar ayrıldı.
- Qurban Qurbanovdan nə gözləmək olar?
- İlk növbədə Qurban müəllimə uğurlar arzulayıram. Olduqca çətin sınaq qarşısındadı. Həm AÇ-2020-nin seçmə mərhələ oyunları, həm də Millətlər Kubokunun matçları. Milli sıx qrafik üzrə ciddi rəqiblərlə qarşılaşacaq. Vaxt azdı, görüləcək iş çox. Hər birimiz yığmadan ən yaxşısını gözləyirik. Qurban Qurbanova və futbolçulara bu çətin yolda uğurlar və bol enerji arzulayıram.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 18:02 Azərbaycan “Qran-pri”si ilin yarışı seçildi Dünən, 18:00 Rəhimovadan ÇL-ə möhtəşəm dönüş Dünən, 17:59 Blitsdə fiasko yaşadılar Dünən, 17:58 “Azərreyl” işini çətinə saldı Dünən, 17:56 Mirhüseynlə Ağakişi apellyasiya şikayəti verib Dünən, 17:55 Musa Qurbanov “Zaqatala”da qalmaq istəmir Dünən, 17:53 “Qarabağ”a “Azərsun”dan başqa sponsorluq etmək istəyən olmayıb Dünən, 17:50 “Həm uşaq futbolu, həm də klublarda infrastrukturla bağlı problemlər var” Dünən, 17:46 “Qəbələ”də ciddi dəyişikliklər gözlənilmir Dünən, 17:44 Klublar Komitəsinin yeni sədri Orxan Hüseynzadə oldu Dünən, 17:43 Klublar Komitəsindən dəstək bəyanatı Dünən, 17:41 İlk yarımfinalçılar kim olacaq? Dünən, 17:39 Qurban Qurbanov “Çelsi”ni seçməsinin səbəbini açıqladı Dünən, 17:36 İAM ilə BOS-da yekun vurdu Dünən, 17:35 Cərimələr 50 mini ötdü Dünən, 17:34 Qurbanov "Çelsi"ni, Sadıqov "Roma"nı, Rəhmanov "Levski"ni seçdi Dünən, 17:30 Region Liqasının ilk turu şimallı azarkeşləri 20 il əvvələ qaytaracaq Dünən, 17:29 “Biz milyonçu çempionatın kasıb övladlarıyıq” Dünən, 17:26 "Araz" oynamadı, "Marafon” fərqi minimuma endirdi Dünən, 17:25 Rəşad Sadıqov U-19-dan ayrılacaq Dünən, 17:23 Rauf Əliyevdən növbəti qol, Nazarov ən yaxşı oldu 13-12-2017, 23:46 “Kəpəz” azarkeşlərinin səbr kasası dolub 13-12-2017, 23:42 Aydın Əliyev sovet jurnalistikasını daha güclü sayır 13-12-2017, 22:44 “Neftçi” Lorentsonu yenə U-12-də oynatdı 13-12-2017, 22:42 Ndlovuyla Şehiç “Qarabağ”ı tərk edə bilər 13-12-2017, 22:41 Rəşad Sadıqov U-21-i çalışdırmağa razılıq verdi 13-12-2017, 22:39 Qurban Qurbanovun yığması Gürcüstanla qarşılaşacaq 13-12-2017, 22:38 AFFA xəbərimizi təsdiqlədi 13-12-2017, 21:57 Yenilməz “qış çempionu” 13-12-2017, 21:56 Divizionda şübhəli oyunların dosyesi 13-12-2017, 21:55 Eddi İsrafilov 49 günlük həsrətə son qoydu 13-12-2017, 21:53 Samir Həmzəyev: “Onların çıxışını sürpriz saymaq olar” 13-12-2017, 21:51 “Qarabağ” ikinci yarıda özünə gəldi 13-12-2017, 21:49 Lider yenə dəyişdi 13-12-2017, 21:48 “Qəbələ” “sürüşkən” hesabla qalib gəldi 11-12-2017, 23:56 Emin Abbasov “Şüvəlan”ı “Xəzər”ə dəyişdi 11-12-2017, 23:54 Qurban Qurbanov milli üçün prinsiplərini açıqladı 11-12-2017, 23:52 Qurban Qurbanov 8-ci dəfə ilin məşqçisi seçildi 11-12-2017, 23:51 Dekabrın 13-də Region Liqasının püşkü atılacaq 11-12-2017, 19:07 “Zirə” yenə “Neftçi”ni cəzalandırdı 11-12-2017, 19:05 Arazdan öldürücü zərbə, Rüfətdən het-trik 11-12-2017, 19:00 “Qarabağ”la “Qəbələ” cütün taleyini bu gün həll edə bilər 11-12-2017, 18:59 “Keşlə” “Kəpəz”i evə əliboş göndərdi 11-12-2017, 18:40 Balakəndə futzal turniri keçiriib 11-12-2017, 18:39 Ölkə çempionu ilk dövrənin lideridi 11-12-2017, 18:38 Alim Rotterdamda fərqləndi 11-12-2017, 18:37 Qayıbovun kadrı onun xələfi oldu 11-12-2017, 18:36 Cüdoçular Sumqayıtda yarışdı 11-12-2017, 18:34 Tofiq Heydərov baş məşqçi vəzifəsindən istefa verdi 11-12-2017, 18:33 “Sumqayıt”ın qış planına aydınlıq gəldi 11-12-2017, 18:30 Nadir necə Raqıl oldu və ya bir təqdimatın təəssüratı 11-12-2017, 18:26 “İmarət” 2017-yə möhtəşəm tədbirlə yekun vurdu 11-12-2017, 18:23 Fəhmin “Neftçi”ni “Səbail”ə dəyişir 10-12-2017, 21:35 Yığmanın məşqçisi qadın güləşinin problemlərindən danışdı 10-12-2017, 21:29 Gəncənin isra başçısının foto müəmması 10-12-2017, 21:11 Çempionlar Liqası bizə nə qazandırdı? 10-12-2017, 21:09 Bakıda A qrupunun oyunlarını reallaşacaq Bütün xəbərlər
Ən çox oxunanlar