10 noy 13:12manset

Kiminin əvvəli, kiminin axırı...

Kiminin əvvəli, kiminin axırı...
Prezident şahmata bir milyon ayırdı
Avropa yenə bizdən danışır. Bu dəfə rəğbətlə. Kişilərdən ibarət şahmat yığmamız 3-cü dəfə Avropa çempionu olmaqla ölkəyə böyük sevinc bəxş etdi. Bir çox ölkələr isə, yəqin ki, indi bunu böyük qısqanclıqla qarşılayır. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan xalqının intellektual səviyyəsi və potensialı heç də aşağı deyil. Sadəcə, onu cilalamaq lazımdı. Yunanıstanın Krit adasında çıxış edən komandalarımızın çıxışını bir cümlə ilə belə qiymətləndirmək olar: kiminin əvvəli, kiminin axırı... Çünki ilk turda məğlub olan kişilərdən ibarət millimiz yekunda çempion oldusa, məsul yarışa qələbəylə başlayan qadınlarımız 8-ci yeri tutdu.
Ənənəsinə sadiq qalan yığma
İlk dəfə kişilər əmsalına görə Avropanın ikincisi idi. Əbəs yerə turnir ərəfəsində bu komandanın çempionluq şanslarının yüksək olduğunu qeyd etməmişdik. Bunu həm yığma üzvlərinin formada olması, həm də əsas rəqiblərin optimal heyətə güvənməməsi ilə əlaqələndirmişdik. Ukraynada Vasili İvançuk, Rusiyada isə Vladimir Kramnik, Sergey Karyakin və Pyotr Svidler kimi “əjdahalar” yox idi. Niyə gəlməmişdilər – bu, bizi o qədər də maraqlandırmır. Qoy, özləri bu məsələni saf-çürük etsinlər. Bizə komandamızın çıxışı vacibdi. Şahmat Federasiyası (AŞF) həmişə komanda yarışlarına önəm verir. Yalnız dünya çempionatına hərdən barmaqarası yanaşılır. Nə qədər qəribə səslənsə də, iştirakçı sayı az olan DÇ qitənin əksər ölkələrinin qatıldığı AÇ qədər nüfuzlu deyil. Bu mənada zirvə Olimpiada sayılır. Biz qitə birinciliyində 5 medal qazansaq da, hələ ki digər 2 yarışda fəxri kürsüyə qalxmamışıq. Komandamız maraqlı ənənə yaradıb. 4 ildən bir çempion olur. İlk dəfə 2009-da qızıl medal qazanan milli 4 il sonra analoji uğuru təkrarladı. Nəhayət, son uğur 4 illik intervalla gəldi.
İlk turda İtaliyaya gözlənilmədən uduzduq. Şəhriyar bu turda oynamırdı. Rəqib qiymətləndirilmədi, ya Bakı – İstanbul – Afinal – Krit reysi ilə səfərin verdiyi yorğunluq sözünü dedi, bunu demək çətindi. Əsas odu ki, komanda ruhdan düşmədi. Sanki son AÇ istisna olmaqla, 2007-dən bu yana qitədə medal qazanan millidə onsuz da fəxri kürsüyə qalxacağına dair inam vardı. Bəlkə elə bu inam da tez toparlanmağa imkan verdi. İtalyanlara məğlubiyyətin əvəzini Avstriyadan (4:0) çıxan şahmatçılarımızın İspaniya ilə heç-heçəsini də itki saymaq olardı. Ancaq bundan sonra əla sürət yığan yığmamız ardıcıl 5 qələbə qazandı. Xüsusən Ermənistan, Macarıstan və Rusiya üzərindəki zəfərlər çempionluq yolunda həlledici oldu. Ukrayna ilə sərfəli heç-heçə 3-cü titul üçün kifayət etdi.
Belə davam et, Rauf!
Bu il Şəhriyar Məmmədyarov yaxşı formadadı. Vüqar Həşimov memorialında ardıcıl 2-ci dəfə çempion olub, İddiaçıların Turnirinə qatılmağa yaxındı, “Qlobus”un heyətində Avropa Kubokunun qızıl medalını boyundan asıb. AÇ-də David Navara və Aleksandr Qrişuk üzərində qələbələrin çəkisi çox ağırdı. Teymur Rəcəbov bu ildən geridönüş etməyə başlayıb. “Qran-pri” seriyasında inamlı təsir bağışlayan şahmatçımız “bərk qoz” imicini özünə qaytarmaqdadı. Əvvəllər hər oğulun işi deyildi ki, Rəcəbovu məğlub etsin. Qələbəsi az olsa da, güclü rəqiblərə uduzmurdu. Teymur bu yarışda da heç kimə boyun əymədi və reytinqini bir qədər yaxşılaşdırdı. Arkadi Naydiç qənaətbəxş çıxış etdi. Son turda əlverişli vəziyyətdə qələbə qazansaydı, o da reytinqini yüksəldəcəkdi. Uzun fasilədən sonra yığmaya qayıdan Qədir Hüseynov cəmi 2 oyuna çıxdığından onun haqda nəsə demək çətindi. Onun az çıxış etməsi 4-cü lövhədə Rauf Məmmədovun fantastik oynamasından irəli gəlir. Kimin ağlına gələrdi ki, reytinqi 2700-ü keçməyən şahmatçı AÇ-də 9 oyuna 8 xal yığar. Xüsusən erməni Hrant Melkumyan və rus Daniel Dubov üzərində qələbələr yadda qaldı. İndi o yeni müstəviyə keçib. Bu uğurlu çıxış Raufun potensialının necə böyük olduğunu göstərdi. Bu gedişlə Məmmədov Naydiçi 3-cü lövhədən də sıxışdıracaq. Bu parlaq nəticə onun motivasiyasını daha da artırmalıdı.
1 2 3 4 5 6 7 8 9
1. Şəhriyar Məmmədyarov (2791) 8 4 2 2 5,0 0,0
2. Teymur Rəcəbov (2741) 8 3 5 0 5,5 +4,3
3. Arkadi Naydiç (2702) 9 4 3 2 5,5 -1,0
4. Rauf Məmmədov (2678) 9 7 2 0 8,0 +22,8
5. Qədir Hüseynov (2647) 2 1 0 1 1,0 -4,0
qeyd: 1 – şahmat lövhəsi, 2 – ad, soyad, 3 - əmsal, 4 – oyun, 5 – qələbə, 6 – heç-heçə, 7 – məğlubiyyət, 8 – xal, 9 - əmsala təsir.
Pis deyil, amma...
Qadınlarımız reytinqinə uyğun yer tutdu. Hərçənd yüksələn xətlə inkişaf edən komandanın medal qazanmaq potensialı da vardı. Bir çox oyunlarda qalib gəlmək şansı yüksək idi. Ancaq hər dəfə kiminsə uğursuz çıxışı heç-heçə ilə nəticələnirdi. Startda Litvanı yenən Fikrət Sideifzadənin yetirmələri sonra Macarıstana yenildi. Belarus və Almaniya ilə heç-heçəyə razılaşan komandamız İsraildən güclü oldu. Milli sona 4 tur qalmış medala iddiasını qoruyurdu. Ancaq reytinqdə üstün olduğu Rumıniyaya uduzması fəxri kürsüyə qalxmaq şansını sıfırladı. Elə ingilislərlə “sülh” də uğursuz nəticə sayılmalıdı. Yaxşı ki, son 2 turda Fransa və Serbiyaya qalib gəlmək mümkün oldu.
Zeynəb yüksəlişdə, Gülnar enişdə
Bu yarışda təcrübəli şahmatçılarımız fərqli nəticə göstərdi. Maraqlıdı ki, Zeynəb Məmmədyarovanın heç bir oyununda heç-heçə qeydə alınmadı. Çox güclü rəqiblərə qalib gələn Şəhriyarın bacısı reytinqini xeyli artırdı. Əvəzində Gülnar Məmmədova uğursuzluq sindromundan çıxa bilmədi. Ötən il Bakıda keçirilən Olimpiadada komandamızın ən yaxşısı olan şahmatçı AÇ-də cəmi 1 qələbə qazandı. Günay Məmmədzadə və Ülviyyə Fətəliyeva yüksəlişdə olduqlarını yenə göstərdilər. İndi Məmmədzadə sözünü gənclərin dünya çempionatında deməlidi. İlk dəfə komandalararası Avropa çempionatında çıxış edən Xanım Balacayevanın isə hələ “artırmağa” ehtiyacı var. Ancaq bu şahmatçının böyük perspektiv vəd etdiyini də söyləyək.
1. Günay Məmmədzadə (2393) 8 2 4 2 4,0 +4,4
2. Zeynəb Məmmədyarova (2298) 8 5 0 3 5,0 +31,4
3. Ülviyyə Fətəliyeva (2348) 8 4 2 2 5,0 +3,2
4. Gülnar Məmmədova (2385) 7 1 5 1 3,5 -12,5
5. Xanım Balacayeva (2319) 5 1 2 2 2 -27,02
qeyd: 1 – şahmat lövhəsi, 2 – ad, soyad, 3 - əmsal, 4 – oyun, 5 – qələbə, 6 – heç-heçə, 7 – məğlubiyyət, 8 – xal, 9 - əmsala təsir.
Bar verən ağacı sulayın
Biz artıq kəmiyyətə yox, keyfiyyətə önəm verməliyik. Perspektivi olmayan idman növlərini maliyyələşdirməkdənsə, uğur qazana bildiklərimizə diqqəti artırmalıyıq. O cümlədən də şahmata. Türkiyəyə baxın. Hər il klublar arasında çempionat, çoxlu turnir keçirirlər. Belədə yerli şahmatçıların həm maddi durumu yaxşılaşır, həm də təcrübələri artır. Bizdə də imkanlı şəxslərin şahmata sponsorluq etməsi, belədə klubların yaranması, çempionatın keçirilməsi şahmatımızın inkişafını xeyli sürətləndirər. Yığma üzvlərinin bölgələrdə, məktəblərdə, akademiyalarda seanslar keçməsi yeniyetmələrin bu sahəyə marağını da birə-beş artırar.

Bilin ki...
Yığmamız medalların əyarına görə Avropada 2-ci yerdədi. Hesabımızda 3 qızıl, 1 gümüş və 1 bürünc medal var. Bu göstəricidə yalnız Rusiyadan (4-3-1) geri qalırıq. İlk “3-lüyü” iki çempionluğu olan Hollandiya qapayır.

Maraqlıdı...
Arkadi Naydiç Avropa şahmatının tarixinə düşüb. 2015-ci ildən yığmamızda çıxış edən latviyalı legioner debütdə millimizlə uğur qazana bilməsə də, iki il sonra çempionluq sevinci yaşadı. Ancaq bu, onun üçün ilk deyil. Çünki 32 yaşlı qrossmeyster 6 il əvvəl də analoji titula yiyələnib. Naydiç yığmamızın gümüş medal qazandığı AÇ-də Almaniyanın tərkibində çempion olub. Beləliklə, Arkadi komandamızda qızıl medal qazanmaqla Avropanın iki fərqli ölkələrində qitə çempionu olan ilk şahmatçı olub.

Yeri gəlmişkən...
Dünən prezident İlham Əliyev yığma üzvlərini, AŞF-nin prezidenti Elman Rüstəmovu və qurumun vitse-prezidentləri Mahir Məmmədovla Faiq Həsənovu qəbul edib. Avropa çempionluğunu böyük uğur kimi dəyərləndirən ölkə başçısı şahmatçıları təbrik edib və növbəti yarışlarda da nailiyyətlər arzulayıb. Bununla yanaşı, sərəncam imzalayıb. Sərəncama əsasən, AŞF-yə prezidentin ehtiyat fondundan 1 milyon manat ayrılıb.

Reaksiyalar
Anatoli Karpov: “Azərbaycan yığmasını üçüncü dəfə Avropa çempionu olduqları, möhtəşəm qələbə qazandıqları üçün təbrik edirəm. 8-ci turda Rusiya üzərindəki qələbə həlledici oldu. Rusiya Azərbaycanla oyunda zəif çıxış etdi. Azərbaycanın qələbəsi bir daha göstərdi ki, bu ölkənin şahmat yığması ildən-ildən daha da güclənir. Bu, Azərbaycanın yüksək səviyyəli idman ölkəsi olmasının göstəricisidi. Azərbaycan yığmasında bu cür qələbə əldə etdikləri üçün hər kəsə əhsən düşür. Rauf Məmmədov Avropa çempionatının ən yaxşı şahmatçısı oldu. Teymur Rəcəbov, Eltac Səfərli və başqaları da xoş sözlərə layiqdi. Şəhriyar 6-cı turdan sonra dünya reytinqində Maqnus Karlsendən sonra ikinci sırada qərarlaşmışdı. Bu ilin mayında yeni rekord müəyyənləşdirib. Onun reytinq əmsalı 2801-ə qalxıb. Bu, Azərbaycan şahmat tarixində ilk belə göstəricidi. Şəhriyar reytinqdə çoxdan yüksək pillələrdə qərarlaşıb. O, dünyanın ən yaxşı şahmatçılarından biridi. Şəhriyarın İddiaçıların Turnirinə çıxmaq şansına gəlincə, bu gün təxminən eyni səviyyəli 6-7 şahmatçı var. Proqnoz vermək çətindi. Hər biri layiqli şahmatçıdı. Şəhriyara uğur arzulamaq istəyirəm. Yeri gəlmişkən, Məmmədyarov Azərbaycan yığması ilə yanaşı, Rusiyanın “Bravo” komandasında çıxış edir. Bu komandanı bu il mən yaratmışam. Şəhriyarın orda oynaması bizim yığmalar arasında sıx əlaqələr yaradır”.
Emil Sutovski: “Kişi komandaların yarışı daha maraqlı alındı. Azərbaycan yığması son 8 ildə 3-cü dəfə Avropanın ən yaxşısı oldu. Rauf Məmmədovun fantastik nəticəsi, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun yaxşı çıxışı Azərbaycana layiqli qələbə qazandırdı. Bakılıların qələbəsi məni çox təəccübləndirmədi. Necə ki, rusiyalıların çempionluğu təəccübləndirməzdi. Raufun çox yüksək səviyyədə oynamaq iqtidarında olduğunu çoxdan demişdim. Elə ötən il də klublararası Avropa kubokunda birinci lövhəni ona tapşırmışdım. Komanda üzvlərinin bir çoxu ilə çalışmaq mənə nəsib olub. Amma indiki uğurdan yapışmaq istəmirəm. Çünki istənilən dərin təhlil və ya içəridən baxış məhz belə təsir bağışlayacaq. Yalnız onu deyim ki, bu alqışlara tam layiqdilər. Bundan nəticə çıxarıb, Olimpiada və dünya çempionatında da uğur qazanmalıdılar. Çünki ən güclülər məhz orda çıxış edir. Şahmat bayramı başa çatdı”.
Aleksey Dreyev: “Azərbaycan fantastik əzmkarlıq nümayiş etdirdi. Çox uğursuz startdan sonra irəli çıxmaq və Rusiyaya belə asanlıqla qalib gəlmək... Azərbaycan komandası əsl qəhrəmanlıq nümayiş etdirdi”.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar