03 noy 23:25manset

“Bu dəqiqə Prosineçki ilə bir yerdəyik, oturub kofe içirik”

“Bu dəqiqə Prosineçki ilə bir yerdəyik, oturub kofe içirik”
Elxan Abdullayev “Neftçi”nin bugünkü uğurunda mənim də əziyyətim var” deyir
Tərlan Əhmədovun gəlişindən sonra “Neftçi” əvvəlki vaxtlarını xatırlatmağa başlayıb. “Ağ-qaralar”ın son 4 oyunda qələbələri sıralaması azarkeşləri xeyli ümidləndirib. Elxan Abdullayev baş məşqçi olduğu dövrdə bakılıların çempionatda qalmaq uğrunda mübarizə aparacağını düşünənlər indi avrokubok iddiasındadı. Və ən maraqlısı, Əhmədovun Abdullayevin istəyi ilə komandaya cəlb olunan üç legioneri – Pavel Dreksa, Daniel Seqoviya və Mateo Mujeki ehtiyat oyunçular skamyasının daimi sakininə çevirməsidi. Belədə daha çox yerli futbolçulara şans verilir. Heç şübhəsiz, indiki məqamda Elxan Abdullayev qayğılıdı, nə baş verdiyini özü də anlaya bilmir. Diqqətçəkən məqamlardan biri də Elxan bəyi stadionlarda görməməyimizdi. Nə “Neftçi”nin iştirakıyla baş tutan oyunlarda, nə də digərlərində. Elə dünən Abdullayevlə əlaqə saxlamağımızda məqsəd də həm bu, həm də digər suallara cavab tapmaq idi. Lakin söhbətə yığma mövzusundan başladıq.
- Robert Prosineçkinin müqaviləsini yeniləmək istəməməsi sizin üçün nə dərəcədə gözlənilməz oldu?
- Düzünü desəm, belə olacağını düşünmürdüm. Şəxsi fikrimi bilmək istəyirsizsə, mən Robertin millidə qalmasını istəyirdim. Hər halda, az da olsa, müəyyən inkişafa nail olmuşdu, nəsə etməyə çalışırdı. Amma bu onun qərarıdı, nə mən, nə də başqası nəsə deyə bilər.
- Təxminən ilyarım xorvatın köməkçisi kimi çalışdız. Son zamanlar onda nə hiss edirsiz? Xüsusən də “Bursaspor” variantı ortaya çıxandan sonra.
- Açığı, hər şey ani alındı. Qalıb işləmək istəmədisə, kim onu fikrindən daşındıra bilərdi? Robert peşəkar adamdı. İnanmıram ki, bu qərarı verməsində “Bursaspor” variantı hansısa rol oynadı. Həm də belə məsələləri müzakirə etmirdik. Ancaq qarşıdakı oyunlarla bağlı danışırdıq, nələrisə müzakirə edirdik. Ona görə də nələr düşündüyünü bilmirəm.
- Prosineçki ilə almanca danışırdız?
- Yox-yox, xorvat dilində.
- Qərarı verəndən sonra telefon danışığınız olub və ya görüşüb söhbət etmisiz?
- Biz hər gün görüşürük. Bu dəqiqə də bir yerdəyik. Oturub kofe içirik.
- Nə əcəb burdadı?
- Dekabra kimi Bakıda qalacaq. Qızı ingilisdilli məktəbdə oxuyur deyə, yarımçıq qoyub gedə bilmədi. Tətil olanda gedəcək.
- Söhbət əsnasında millidən gedişinin əsl səbəbini demir?
- Belə qərara gəldilər, özləri bilər. Mən artıq sual verməyi xoşlamıram. Bu, ona və AFFA-ya aid olan məsələdi. Xırdalıqlara varmağım düzgün olmaz. O barədə heç nə soruşmamışam, soruşmayacam da.
- Sizcə, bundan sonra yığmanı yerli, yoxsa əcnəbi mütəxəssis çalışdırmalıdı? Onsuz da azərbaycanlılardan ancaq Qurban Qurbanovun adı hallanır.
- Səmimi deyirəm, mənim üçün ad fərqi yoxdu. Millidə ən çox işləmiş köməkçi məşqçiyəm. İndiyə qədər baş məşqçinin adına önəm verməmişəm. Kim olur-olsun, təki ürəklə çalışsın, Azərbaycan futboluna, yığmaya fayda versin. Ümid edirəm ki, yekunda AFFA rəhbərliyi ən düzgün seçimi edəcək. Kim olsa, indidən ona uğurlar arzulayıram.
- Çempionat oyunlarını izləyirsiz?
- Əlbəttə.
- Baş məşqçi olanda daha maraqlı görünürdü, yoxsa indi?
- “Neftçi”də işləyəndə bütün diqqətimi öz komandamın çıxışına ayırırdım. Bir də qarşıdakı rəqibin oyununu təhlil edirdik. Ümumi çempionatla maraqlanmağa vaxt olmurdu. İndi isə bacardığım qədər bütün qarşılaşmalara baxıram, komandaları iş başında görürəm, nələrisə götür-qoy edirəm.
- Stadionlara gedirsiz?
- Yox.
- Niyə?
- Televizorda baxıram. Belədə epizodları daha yaxşı görmək olur, qaçırdığın anların təkrarını izləyə bilirsən.
- Hansı komandaya azarkeşlik edirsiz?
- Mən heç bir komandaya azarkeşlik etmirəm.
- Yəni simpatiya bəslədiyiniz, uğur qazanmasını istədiyiniz elə bir komanda yoxdu?
- Mənim ürəyimdə hər zaman “Neftçi” olub. Həmişə bu komandaya azarkeşlik etmişəm, bu gün də belədi.
- Çempionatı bildik, “Neftçi” kənardan necə görünür?
- Oyunlara baxıram, maşallah, işlər yaxşı gedir. Komandanın yüksəlişdə olduğu göz qabağındadı. 4 qələbədən sonra “Neftçi” turnir cədvəlində xeyli irəlilədi. Bundan sonra da izləməkdə davam edəcəm. İnşallah, bu cür də davam edərlər.
- Ardıcıl qələbələrdən sonra ağlınızdan “niyə belə oldu” sualı keçmir?
- Necə oldu ki?
- Sizin vaxtınızda komandanın qələbə qazanması möcüzə sayılırdı. İndi artıq adi hal alıb. Yəni uğurlu qrafikə baxanda vəziyyətin yaxşıya doğru dəyişməsi sizi təəccübləndirmir, düşündürmür?
- Qətiyyən belə hesab etmirəm. Düzdü, mövsümə pis başladıq, “Qarabağ”la “Səbail”ə uduzduq. Amma belə davam edə bilməzdi. Gec-tez düzələcəkdi. Heyət komplektləşdirilmişdi, yaxşı hazırlıq keçmişdik. Mən qalsaydım, yaxud başqası gəlsəydi – bu yol uğura gedirdi. Sadəcə, bir az səbr etmək lazım idi.
- Eləydisə, niyə 2-ci turdan sonra istefa verdiz? Uğurun yaxınlaşdığını görürdüzsə, qalıb işləyərdiz də.
- “Səbail”ə məğlubiyyəti özümə sığışdırmadım. Düzdü, rəqib təsadüfi qələbə qazandı. Amma yenə də bu mənə pis təsir etdi. Təbii, okyektiv səbəblər də vardı. Bəzi futbolçular yeni gəlmişdi, uyğunlaşmalıydılar. Meza Kolli formada deyildi, indi baxıram xeyli “artırıb”. Bir az vaxt lazım idi. Bunu hər dəfə demək yaxşı alınmırdı. Deyəcəkdilər ki, Elxan gələndən vaxt istəyir.
- Hə də, yeni gələndə qış fasiləsini gözləməyi məsləhət görmüşdüz, mövsümü uğursuz başa vuranda yayı nişan verdiz. Bu dəfə deməyə söz qalmamışdı...
- Qalmamışdı deyəndə ki... O yerdə ki səni istəmirlər, azarkeşlər üstünə gəlir, qalmağın mənası yox idi. Atmosfer çox pis idi onda. Getdim ki, təki kluba yaxşı olsun.
- “Neftçi”də oyun planında nə dəyişib?
- Oyun təcrübəsi artıb, xətlərarası əlaqə yaxşılaşıb. Həm də 1-2 oyunu udandan sonra özünəinam yaranır. Bunu o vaxt mən də deyirdim. “İnter”lə “Səbail”i məğlub edəndən sonra hiss olunur ki, komanda üzvləri daha da həvəslənib. Dediyim kimi, həm oyun təcrübəsi artıb, həm də istək çoxalıb.
- İndi özünüz özünüzə “Neftçi”nin indiki uğurunda mənim də əməyim var” deyirsiz.
- Əlbəttə, mənim əziyyətim var. Mən bu komandanı çox çətin vəziyyətdən bura gətirdim. Mənə qoyub getdikləri komanda ilə mənim qoyub getdiyim komanda arasında yerlə-göy qədər fərq var. Hansı şərtlər altında, hansı futbolçularla oynadığımı yəqin ki, unutmamısız. “Neftçi”ni bataqlıqdan çıxartdım. Əlbəttə, əziyyətim olub. Bunları deməklə özümü qəhrəman kimi təqdim etmək fikrindən uzağam. İşləri səhmana saldıq, problemləri aradan qaldırdıq. Bir az vaxt lazım idi. Sadəcə, vaxtında özümü sübut edə bilmədim. Heç nə olmaz, mənəm, yaxud Tərlan müəllim – fərq etməz, əsas odu, “Neftçi”nin işləri yaxşı getsin. Bu gün mənə ən xoş gələni bəzilərinin “küçədən gəlmiş” dediyi futbolçuların həmin qələbələrdə pay sahibi olmasıdı.
- Bir şey də var ki, “küçədən gəlmiş” deyilən legionerlərdən 3-ü ehtiyatda qalır. Seqoviya, Dreksa, Mujek...
- Niyə birtərəfli baxırsız? Bəs müqavilə müddəti artırılan Errera ilə Barqası niyə demirsiz? Onlar da mənim istəyimlə transfer olunmuşdu axı. Həmçinin də Derlis. Zəif olsaydılar, sizcə, onlarla yeni anlaşma əldə olunardı? Lazımsız olsaydılar, göndərib, yerinə başqalarını gətirərdilər.
- Demək istədiyim odu ki, sizdən fərqli, Tərlan Əhmədov daha çox yerlilərə şans verir. Əsas heyətdə cəmi 2-3 legioner oynayır.
- Bu gün oynayan yerlilər də mənim istəyimlə gəlib də. Məhəmməd Mirzəbəyov, Ruslan Abışov, Namiq Ələsgərov, Səlahət Ağayev... Yalnız Emin Mahmudovla Rəşad Sadiqov məndən sonra gəldilər. Bunları xırdalamaqla heç nə əldə etməyəcəyik. Vacib olan nədi? “Neftçi”nin uğur qazanması. Nəyisə yaxşı eləmişəmsə, yaxşı olaraq qalsın. Hansısa qüsurlar olubsa, Tərlan müəllimin problemləri aradan qaldırmaq üçün vaxtı olacaq.
- Tərlan Əhmədovla, yaxud klub rəhbərliyini ilə münasibətiniz, ünsiyyətiniz var?
- Əlbəttə. Mən heç kimdən küsüb-inciməmişəm ki.
- Qələbələrdən sonra zəng vurub təbrik edirsiz?
- Açığı, əlaqə saxlamırıq. Ancaq düşmən də deyilik. Sabah bir-birimizi hardasa görsək, təbii ki, görüşüb hal-əhval tutacağıq.
- “Neftçi”dən çıxandan sonra klubdakılardan kimisə görmüsüz?
- Hələ ki yox. Onlar bazada, stadionda olurlar, mən də oralara getmirəm. Ona görə də hələ heç kimlə üz-üzə gəlməmişəm. Futbol həyatıdı, kimsə gedər, kimsə gələr. Yenə deyirəm, əvvəlki dost münasibətimiz yenə qalacaq.
- Dostluqdan, xoş münasibətdən danışırsız. Amma “Neftçi”dən ayrılanda verdiyiniz müsahibədə şəraitdən, qənaət rejimindən giley-güzar etmişdiz, kimlərinsə işinizə mane olduğunu, komandadan getməyinizə çalışdığını dilə gətirmişdiz.
- Hər bir məşqçinin hədəfi olur. Və həmin hədəfə çata bilməyəndə əsəbi olması normaldı. Mən də gördüklərimi demişdim, problemləri sadalamışdım. Lakin bu o demək deyil ki, düşmənik.
- Gətirdiyiniz legionerlərlə necə, əlaqəniz var?
- Heç kimlə danışmıram, görüşmürəm. Yolda, ya da hardasa görsəm, ayaqüstü söhbət edə bilərəm.
- Seqoviya, Mujek, Dreksa zəng vurub yeni baş məşqçinin onları oynatmamasına görə sizə narazılıq bildirmir?
- Elə şey yoxdu, ola da bilməz. Çünki mən onlara elə şərait yaratmamışam ki, baş məşqçinin qərarına qarışsınlar, nəyəsə etiraz etsinlər. Futbolçu öz işiylə məşğul olmalıdı. Kim oynayacaq, neçə dəqiqə oynayacaq – buna baş məşqçi qərar verir.
- Sizcə, bu gedişlə “Neftçi” mövsümü neçənci pillədə başa vuracaq?
- 3-4-cü yerlər uğrunda mübarizə aparmaq olar.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar