29 okt 10:48manset

Aqil Abbas: “Nə olub Böyükağa Hacıyevə, it dişləyib?”

Aqil Abbas: “Nə olub Böyükağa Hacıyevə, it dişləyib?”
İctimaiyyət yığmada yerli mütəxəssis görmək istəyir
Beləliklə, yığmada baş məşqçi postu boşdu. Bu kürsüyə kimin gətiriləcəyi isə hamıya maraqlıdı. Böyük əksəriyyət yerli, müəyyən adamlar isə yenidən əcnəbi mütəxəssisi “sükan arxasında” görmək istəyir. Təbii ki, son söz AFFA rəhbərliyinin olacaq. Ölkənin əsas futbol qurumunun rəhbərləri üçün də hazırda çətin məqamdı. Çünki yığmamızın Millətlər Liqasından AÇ-2020-yə yollanmaq şansı var. Bu aralıqda yanılış seçim həmin şansın itməsi ilə nəticələnə bilər. Yığma ilə yanaşı ən çox “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun adı çəkilir. Düzdü, futbol camiəsi onun Ağdam klubundan ayrılmasını istəmir. Amma eyni anda klubla birlikdə yığmanı da çalışdırmasını arzulayırlar. Bu baş verəcəkmi? Qurbanov buna razı olacaqmı? Təbii ki, çətin suallardı. Ümumiyyətlə, millinin baş məşqçisi yenə əcnəbi olmalıdı, yoxsa artıq yerliyə güvənməyin vaxtıdı? Yerli mütəxəssis gəlməlidisə, kim olmalıdı və nəyə görə? Bu suallara bir neçə tərəfin mövqeyini öyrənməyə çalışdıq. Sorğuya daim millinin yanında olan “Sektor 11” və “Milli Dəstə” azad azarkeş qruplarının rəhbərləri, tanınmış jurnalistlər və təbii ki, futbolla yaxından maraqlanan millət vəkilləri qatıldı.
Atanur Cəfərli, “Sektor 11”: “Düzünü desəm, şəxsən bir azarkeş qrupunun rəhbəri kimi qeyd edə bilərəm ki, mənim üçün heç bir fərqi yoxdu - istər yerli olsun, istərsə də əcnəbi. Əsas dəyişiklik məşqçilikdə yox, assosiasiyanın özündə olmalıdı. Həqiqətən də inkişaf istəyiriksə, AFFA-da dəyişiklik lazımdı. Yığmada yerli mütəxəssislər də işləyib, əcnəbilər də. Lakin nəticələr hər zaman yuxarı-aşağı eyni olub. Deməli, struktur düzgün qurulmayıb. Mütləq dəyişiklik lazımdı. Təbii ki, mən də yerli çalışdırıcının gətirilməsini istərdim. İlk ağla gələn də Qurban Qurbanovdu. O artıq “Qarabağ”la maksimumu bacarıb. AL-də, ÇL-də oynayıb. Milliyə gəlib, özünə də, komandaya da xeyir verə bilər. Əcnəbi mütəxəssis isə nə bizim futbolu, nə çempionatı, nə də mentallığımızı tanıyır. Bizdə bir az başqadı. Hər bir məkanın özünə uyğun futbola yanaşması var. Elə bir çalışdırıcı olmalıdı ki, AFFA onun işinə qarışmasın. Məncə, Qurbanovun işinə qarşıa bilməzlər. Bu üzdən də onu yığmaya gətirməyəcəklər. Sonda bir daha vurğulayım ki, kim gəlir-gəlsin, AFFA-da dəyişiklik olmalıdı. Baş katib, onun müavini və digər şəxslər dəyişməlidi. Rövnəq Abdullayev prezident olsa da, işi başqa adamlara tapşırıb. Lakin illərdi heç bir nəticə yoxdu. Belə qalsa, Joze Mourinyo gəlsə də, xeyri olmayacaq”.
Şamil Mustafayev, “Milli Dəstə”: “Bizim azarkeş qrupu üçün baş məşqçinin kim olacağı maraqlı deyil. Bizi əsasən nəticə maraqlandırır. Həmişə məşqçilər korpusundan, futbolçulardan nəticə tələb etmişik. Deyə bilmərik ki, yerli gəlsin. Tutaq ki, gəldi. Nəticə olmasa, özümüzü niyə günahkar sayaq? Deyəcəklər ki, “Milli Dəstə” yerli məşqçini istədi, amma nəticə olmadı. Yığmaya nəticə verə biləcək çalışdırıcı lazımdı. Hansısa namizədin adını çəkmək də olmur. Çox çətindi. Qurban Qurbanov məsələsinə gəlincə isə, hansısa şərh vermək istəmirik. Çünki ortaq fikir yoxdu. Bəziləri düşünür ki, gəlsə, yaxşı olacaq, çünki oyunçuları yaxşı tanıyır. Digər qism də fikirləşir ki, gəlsə, oyunçu seçimi zamanı qınaq obyektinə çevriləcək, həm də yığma ilə “Qarabağ”ın oyun üslubu eyni olacaq”.
Aqil Abbas, millət vəkili: “Təbii ki, millini yerli mütəxəssis çalışdırmalıdı. Bunu çox istəyərəm. Hər zaman zarafatla deyirəm ki, uduzuramsa, elə özümüzküylə uduzaq da. Məğlub olacağıqsa, o qədər pul verib əcnəbini neynirik? Yerli mütəxəssis gəlsin, amma Qurban Qurbanov yox. Çünki onun “Qarabağ”dan ayrılmasını istəmirəm. Bir məşqçi klubla yanaşı, yığmanı da çalışdıra bilər. SSRİ-də belə nümunələr olub. Valeri Lobanovski “Dinamo”nu çalışdıra-çalışdıra, yığmada da işlədi. Odu ki, Qurbanov gəlsə, mütləq “Qarabağ”da da qalmalıdı. Yığma bir ildə uzağı 10 oyun keçirir. Yəni Qurbanın yetərincə vaxtı olacaq. Berti Foqts var idi. Oyundan 3 gün əvvəl gəlirdi, nanay-nanay edib, çıxıb gedirdi. Nə Foqts, nə də Prosineçki komandanın, futbolumuzun, ölkəmizin içində deyildi. Ona görə də nəticə olmadı. Başqa mütəxəssislərə gəlincə, nə olub Böyükağa Hacıyevə, it dişləyib? Min dəfə Prosineçkidən yaxşıdı. Niyə Vaqif Sadıqov, Ağasəlim Mircavadov kənarda qalıb? Əcnəbilər onlardan yaxşı tanıyır futbolumuzu? Mən AFFA rəhbəri deyiləm. Son qərar onların olacaq. Amma belə pis çıxmasın, futbolu yaxşı bilirəm. Emosiyalı məşqçi gətirmək lazımdı. Bir çalışdırıcı uduzandan sonra üzülmürsə, ağlamırsa, deməli, milliyə layiq deyil. Heç havayı çalışsa da, layiq deyil. Mən futbolçu deyiləm, amma “Qarabağ” uduzanda üzülürəm, hətta ağlayıram. İndiyə qədər heç bir əcnəbidə bu üzüntünü görmədim. Hamısı pul alıb gedirlər. Özü də, hamı çıxıb gedənə yaxın özünə xal qazanır. Foqts deyirdi məni Argentina millisi çağırır, İngiltərə çağırır. Prosineçki də özünü yalandan reklam etdi ki, “Trabzonspor” dəvət edir. Halbuki o klubun yeni baş məşqçisi var, oyuna da çıxıblar. Yəni marka qazanırlar. Belə şey olmaz”.
Fazil Mustafa, millət vəkili: “Birmənalı şəkildə yeni baş məşqçi yerli mütəxəssis olmalıdı. Həm də özünü təsdiq etmiş şəxsə ehtiyac var. Millini indiki durumda Qurban Qurbanova tapşırmaqdan başqa alternativ yoxdu. Çünki Qurbanov əcnəbilərdən fərqli həm ölkə futbolunu yaxşı bilir, həm də psinsipial və ədalətli məşqçidi. Sistem qura bilən çalışdırıcıdı. Yığmanın əsas sütununu “Qarabağ”lılar təşkil edir. Yəni Qurban bəy yaxşı bir komanda ortaya qoya bilər. Söhbət millinin udub-uduzmayacağından yox, sabit çıxışdan gedir. Başqa real alternativ isə yoxdu. Bəli, Qurbanov “Qarabağ”dan ayrılsa, klub müəyyən çətinliklərlə üzləşə bilər. Amma o, hər ikisini çalışdırmaq imkanı qazanacaq. Azərbaycan çempionatı Türkiyə və digər çempionatlar deyil ki, orda hər həftə ciddi oyunlar olsun. Bizim premyer-liqada 3-4 güclü komanda var. Mükafat uğrunda “Qarabağ” və “Qəbələ” mübarizə aparır. Belə şəraitdə Qurbanov üçün iki cəbhədə çalışmaq böyük yük olmaz. Problem 18-20 komanda oynayan çempionatlarda ola bilər. Qurbanın yığmaya gəlişi ilə futbolumuzun gələcəyinə ümidlər artar. Öz övladlarımız oynamalıdı. Xaricdən futbolçu gətirməyi mənasız sayıram. Çoxlu pul verib kimlərisə getirmək doğru deyil. Uzağı orta sahəyə bir futbolçu gətirmək olar. Sıradan oyunçunu cəlb etmək isə bizə heç nə verməyəcək. Eybi yoxdu, qoy yığma sistem tam oturana kimi bir seçmə mərhələdə istədiyi nəticəni əldə etməsin. Amma yavaş-yavaş komanda formalaşacaq. Aşağı yaş qruplarına isə xaricdən savadlı çalışdırıcı gətirmək olar. Çünki orda böyük pullar tələb olunumur. Savadlı və təcrübəli əcnəbi mütəxəssis yaxşı gənclər yetişdirə bilər. Əsas millini isə bütün hallarda əcnəbiyə tapşırmaq doğru deyil”.
Vüqar Zeynalov, jurnalist: “Şəxsi fikrim odu ki, yenə əcnəbi çalışdırıcı gətirilməlidi. Çünki qarşıdakı seçmə mərhələ AÇ-2020-yə aiddi. Həmin mərhələdə çempionatda vəsiqə qazanmaq şansımız var. Lakin yeni əcnəbi çalışdırıcı elə adam olmalıdı ki, son illər yığmalarda işləsin, müəyyən uğurlar qazansın. Məşhur olmasa da, olar. İndi belə çalışdırıcıya ehtiyacımız var. Hazırda yığmanı AÇ-2020-nin seçmə mərhələsinə hazırlaya biləcək yerli məşqçimiz yoxdu. Bu mənim şəxsi fikrimdi. Təbii ki, son qərarı AFFA verəcək. Görək, kimi tapacaqlar?!”
Sənan Şəfizadə, jurnalist: “Məncə, yerli məşqçi dəvət olunmalıdı. Yığmamız Millətlər Liqasında mübarizə aparacaq. Ordan da AÇ-2020-yə çıxmaq şansımız var. Komandamız uğurlu nəticə qazana bilər. Bu realdı. Ona görə də futbolçuları, mentallığı yaxşı tanıyan bir mütəxəssis lazımdı. İstənilən əcnəbi məşqçiyə isə vaxt lazımdı. Futbolçuları, çempionatı tanımaq, adicə jurnalistlərlə ünsiyyət qurmaq üçün müəyyən zamana ehtiyac duyulacaq. Həmin zamana isə bizdə yoxdu. Çünki Millətlər Liqası artıq yaxınlaşır. Yerli mütəxəssis isə Qurban Qurbanovdu. O, bir nömrəli namizəddi. Qurban bəyin “Qarabağ”dan ayrılacağını düşünmək istəmirəm. O, klubda mütləq qalmalıdı. Çünki bu komandanı o yaradıb, formalaşdırıb. Bu klubun oyunçuları millinin özəyini təşkil edir. Amma Qurbanov gələrsə, iki yerdə çalışmaq da çətin olacaq. Yığma istənilən məşqçi üçün böyük məsuliyyət və sınaqdı. Fikir səslənir ki, Qurbanov “Qarabağ”da qazandığı nüfuzu yığmada xərcləyə bilər. Məncə, yığmada çalışmağın özü böyük bir nüfuzdu. Qurbanov iki cəbhədə çalışmağa razı olarsa, qoy gəlsin. O, futbolçuları, ab-havanı çox yaxşı tanıyır. Onun rəhbərliyi ilə yığma Millətlər Liqasından AÇ-2020-yə yollana bilər. Qurban bəy gəlsə, azarkeşlər və jurnalistlər də ona dəstək olmalıdı. Çünki birlikdə nəticə əldə edə bilərik”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar