27 okt 11:46manset

Səmədağa Şıxlarova futbolda yer yoxdu deyə, həndbola üz tutub

Səmədağa Şıxlarova futbolda yer yoxdu deyə, həndbola üz tutub
“Elxan Məmmədovla görüşmək üçün üç dəfə müraciət etdim, qəbul eləmədi”
Bir çox futbolçular var ki, onları məşhurlaşmasına səbəb məhz SSRİ dövründə “Neftçi”nin şərəfini qoruması olub. O vaxt ağ-qara formanı geymək böyük fəxr idi, futbolda möhür sayılırdı. 70-80-ci illərdə azarkeşlərin sevgisini qazananlardan İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov, Səməd Qurbanovun adlarını çəkə bilərik. Bu siyahıya asanlıqla Səmədağa Şıxlarovun adını da əlavə edə bilərik. “Neftçi”də keçirdiyi oyun və qol sayına görə kimlərdənsə geri qalsa da, azarkeşlərin sevgisini qazanan futbolçulardan olub. 1955-ci ildə anadan olan Şıxlarov müxtəlif illərdə “Neftçi”nin, Sumqayıt “Xəzər”inin, Bakı “Avtomolbiçi”sinin, Kiyev SKA-sının uğurları üçün tər töküb. 1974-dən 1984-cü ilə qədər ümumilikdə 8 mövsüm bakılıların formasını geyən Səmədağa bəy bu müddətdə 152 oyunun həyəcanını hiss etməklə 30 qola imzasını yazdırıb. O dönəmdə bu göstəriciyə imza atmaq hər adama nəsib olmurdu. Qısası, “Neftçi”nin keçmişində Şıxlarovun da imzası var. Amma haqqında söz açdığımız şəxs bu gün nə özünə doğma olan kluba lazımdı, nə də Azərbaycan futboluna. Bu ilin iyununda müqaviləsi uzadılmayan ötənlərin futbolçusu “Neftçi”dən ayrılmaq məcburiyyətində qaldı. O vaxtdan sonra səs-sorağı eşidilmirdi. İki gün əvvəl onunla bağlı xəbəri eşidəndə qulaqlarımıza inana bilməsək də, özüylə danışandan sonra məlumatın doğruluğuna əmin olduq.
- Nə iş görürsüz? Haralardasız?
- Hardayam? Futboldan uzaqda.
- Həndbolda?
- Bəli.
- Neynirsiz orda?
- Futbolda yer olmayanda başqa idman növlərinə getməlisən də. Güləşə, basketbola, boksa. Mən də həndbola gəldim.
- Bu boyda ölkə futbolunda sizə yer tapılmadı?
- Görün bu gün “Neftçi”də kimlər işləyir ki, Səmədağa Şıxlarovu klubdan uzaqlaşdırırlar. Kimləri saxlayırlar, özləri bilər, mənə aidiyyatı yoxdu. Mənim harda olmağım, nə işlə məşğul olmağım heç kimin vecinə deyil. Nə klub rəhbərliyinin, nə də AFFA-da əyləşənlərin. Baş katib Elxan Məmmədovla görüşmək üçün üç dəfə müraciət etdim, qəbul eləmədi.
- Kimə müraciət etmisiz?
- Katibəsinə.
- Niyə qəbul eləmir?
- Yəqin vaxtı yoxdu da.
- “Neftçi” rəhbərliyi ilə necə?
- Onlara heç nə deməmişəm. Kimi işdən çıxarıb, kimi gətirdiklərini özləri yaxşı bilirlər.
- Başqa klublar necə, “Qəbələ”, “Qarabağ”, “Zirə”?
- Heç kimlə danışmamışam. Görünür, üstümüzdən birdəfəlik xətt çəkiblər. Dünyada 70 yaşında məşqçilər işləyir. Mənim 62 yaşım var, qocalmışam, heç kimə lazım deyiləm.
- Həndbola üz tutmağınız necə oldu?
- Federasiyanın prezidenti Saleh Məmmədovla 25 ildi tanışam. Vaxtilə bir yerdə işləmişik. Ona müraciət etdim, sağ olsun, işlə təmin etdi. Nə olsun ki, işləyirəm. Həndbol mənim sahəm deyil axı. Mən burda yadam, yad. Boksdan futbola gələn adam necə olur, ona necə baxırlar? Mən də burda eləyəm. Şükür, həndboldan anlayışım var, müəyyən terminləri, oyun qaydalarını anlayıram. Qaydalar aşağı-yuxarı futboldakı kimidi. Sadəcə, həndbolda özümü futboldakı kimi rahat hiss etmirəm. Ömrümün 50 ilini futbola vermişəm, zarafat deyil.
- Vəzifəniz nədi?
- Menecerəm. İdman şöbəsində otururam. Yarışların keçirilməsinə nəzarət edirəm, təşkilatçılıqla bağlı işlərə baxıram.
- Dolanışıq var, heç olmasa?
- Belə də. Qazandığım pul maşının təmirinə ancaq çatır. “Bu günümüzə şükür” deyib oturmuşam.
- Oğlunuz Almaniyadadı. Madam ki, ölkə futbolunda sizə yer yoxdu, bəlkə yanına gedəsiz?
- Yayda baş çəkməyə getmişdim. Yox e, oralar mənlik deyil. Yaşaya bilmərəm. Oğlumun işi-gücü var, bütün gün məşğul olur. Mən də dil bilmirəm, gedib orda nə edəcəm? Bundan sonra ora getmək gecdi. Oğlum yanında olmağımı istəyir. Onun istəməsi ilə deyil ki. Reallıq var. Burda mənə yer yoxdusa, başqa idman növündə işləməliyəm. Başqalarına da məsləhət görürəm ki, basketbola, voleybola meyil salsınlar. Sizi inandırım, 50 illik ömrümü verdiyim futbola nifrət edirəm. Belə haqsızlıq olmaz. Almaniyada sənədi olan itlərin saxlanılması, qidalanması, müalicə olunması üçün ayda 1500 avro pul verirlər. Amma bizdə mənim kimi futbol adamlarına iş tapılmır. Belə çıxır ki, Almaniyadakı itlər bizdən daha şərəfli, daha hörmətlidi.
- İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə, İsgəndər Cavadovla münasibətiniz necədi?
- Açığı, o sferaya yaxınlaşmıram. Tuayevlə münasibətim yaxşıdı, qonşumdu.
- Bəlkə dərdinizi onlara deyəsiz?
- Yox-yox, elə şeylər mənlik deyil. Guya “Neftçi”dən çıxarılmağımı İsgəndər bilmirdi? Ona maraqlıydısa, zəng vurub soruşardı da, Səmədağa, nə olub, nə məsələdi? Sırtıqlıqla, gözəgirməklə aram yoxdu. Ona görə də çəkilib durmuşam qıraqda. Siz zəng vurmasaydız, guya həndbolda olduğumu kim biləcəkdi? Nə varsa, özümdə saxlayıram. Kiməsə demərəm ki, bunu yaz, belə yaz. Sadəcə, “Futbol+”də çalışanların xətrini çox istəyirəm. Ona görə danışıram. Kazbek Əliyeviç məni görəndə soruşur, maraqlanır. Deyirəm hər şey yaxşıdı, şükür. Yayda “Neftçi”dən çıxanda mətbuat konfransı keçirib, bəzi açıqlamalar vermək istəyirdim. Dost-tanış qoymadı, dedilər səbirli ol. Bu qədər səbr edirəm, xeyri yoxdu. Adamın ürəyi partlayır. Futbol oynamışıq, canımızı qoymuşuq, pis-yaxşı hansısa mənada nəsə eləmişik. Bu cür münasibət nəyə görədi, anlaya bilmirəm.
HƏBİB
Игровые автоматы PlayFortuna. Получи бонус 50 бесплатных вращений здесь >>> https://casino-avtomati-onlain.com/the-best-casino/play-fortuna-casino.html
Казино на доллары, евро. Минимальный депозит 1 доллар. 350 лицензионных игровых автоматов. ТОП казино онлайн Play Fortuna casino. Лучшие игры, лучшие бонусы, быстрые выплаты. Реальные игры, на реальные деньги.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar