27 okt 11:37manset

Baş katib PFL prezidentinin təklifini dəyərləndirmədi

Baş katib PFL prezidentinin təklifini dəyərləndirmədi
AFFA Region Liqasının qaliblərinə gülməli mükafat fondu ayırdı
AFFA rəhbərliyinin təklifi ilə Region Liqası adı altında yeni liqanın yaradılmasından xəbərdarsız. Yeni liqa ilə bağlı məsələ sentyabrın 27-də AFFA İcraiyyə Komitəsinin toplantısında da müzakirə olunmuş, assosiasiyanın tərkibində fəaliyyət göstərən işçi qrupun üzvlərinə Region Liqasının Əsasnaməsini hazırlamaq tapşırılmışdı.
Nəhayət, srağagün yeni birinciliyin Əsasnaməsi ictimaiyyətə təqdim olundu. Bəribaşdan qeyd edək ki, Əsasnamədə qeyri-adi heç nə yoxdu. AFFA və PFL-in bayrağı altında təşkil olunan yarışlara qatılan iştirakçılardan nə tələb olunursa, Region Liqasında mübarizə aparmaq niyyətində olan komandalar da müəyyən istisnalarla oxşar şərtlərə əməl etməlidi.
Ancaq ilk dəfə təşkil olunacaq liqanın Əsasnaməsində iki məqam diqqətimizi cəlb etdi ki, onlara toxunmağı lazım bildik. Öncə Əsasnamənin 2-ci maddəsinin 2.1 bəndindədə göstərilənlərə diqqət yetirək.
2.1 Region Liqası aşağıdakı məqsədlər üçün keçirilir
• Turnirin qalibini müəyyən etmək
• Regionlarda futbola marağın artırılması
• Region komandalarının inkişafına dəstək
• Region futbolçularının ustalığının yüksəldilməsi
• Sağlam həyat tərzinin təbliği
• Kütləviliyin artırılması
• Mövsümün yekununda komandaların tutduqları yerlərin müəyyən edilməsi
İlk baxışdan normal qeydlərdi. Əsasnəmənin üzərində işləyən işçi qrupun üzvləri Region Liqasının hansı məqsəd üçün təşkil olunduğunu açıq-aydın göstəriblər. Ancaq nədənsə 2-ci maddədə bir vacib məqam nəzərə alınmayıb. Söhbət liqanın qalib adını qazanacaq komandanın birinci diviziona yüksəlməsindən gedir. Halbuki yeni liqa ilə bağlı ideya ortaya atılanda AFFA-nın baş katibi Elxan Məmmədov, eləcə də ölkə futboluna rəhbərlik edən digər şəxslər bu məsələni xüsusi qabartmışdılar. Lakin göründüyü kimi, Əsasnamədə bununla bağlı heç bir qeyd yoxdu. Maraqlıdı, futbol ictimaiyyətinin daha çox “ikinci liqa” adlandırdığı yeni birincliyin qalibi mövsümün sonunda daha yüksək dəstəyə yüksəlməyəcəksə, onda bu çempionatı keçirməyin nə mənası var? Onsuz da neçə illərdi ki, Azərbaycanda həvəskarlar arasında çempionat keçirən federasiya fəaliyyət göstərir. Belə çıxır ki, Elxan Məmmədov Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) gördüyü işdən narazıdı və Kamil Rəhimovun prezident olduğu federasiyanın səlahiyyətini əlindən almağa qərar verib? Region Liqası da AHFF-nin təşkil etdiyi çempionata alternativ birincilik kimi təşkil olunacaq.
Yeni turnirin Əsasnaməsinin mükafatlandırma maddəsi də əvvəl söylənilənlərlə ziddiyət təşkil edir. 20-ci maddənin bəndlərində bunlar qeyd olunub.
20.1 Region Liqasında ilk 3 yeri tutan komandaların futbolçuları və baş məşqçiləri müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla, AFFA-nın diplomları və pul mukafatı ilə təltif olunur.
20.2 Region Liqasında ilk 3 yeri tutan komandalar pul mükafatı təqdim olunur. 1-ci yer 10000 (on min), 2-ci yer 5000 (beş min), 3-cü yer 2000 AZN (iki min).
20.2 Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.
Sentyabrın 25-də birinci divizionun püşkatmasından sonra təşkil olunan mətbuat konfransında PFL prezidenti Ramin Musayevə Region Liqası ilə bağlı sual ünvanlanmışdı. Musayev sözügedən çempionatı AFFA-nın keçirəcəyini söyləməklə yanaşı, mükafat fonduna da toxunmuşdu: “Bu yarışı AFFA keçirmək niyyətindədi. Sadəcə, PFL olaraq biz də dəstək verməyi düşünürük. Təklif etdim ki, liqanın qalibinə 30-40 min manat mükafat verilsin. Elxan müəllim də bu təkliflə razılaşdı”.
Görünür, həmin vaxt PFL prezidentinin təklifini qəbul edən baş katib sonradan həvəskarlara 30-40 min manat çoxdu” düşünərək mükafat məbləğini azaltmağı məqəsəduyğun sayıb. Mükafatçılara təqdim olunacaq məbləğ üst-üstə 17 min manat təşkil edir ki, buda Ramin bəyin təklif etdiyinin yarısı deməkdi. Bu fakt bir daha sübut edir ki, baş katiblə PFL prezidenti arasında münasibətlər heç də istənilən səviyyədə deyil. Məmmədovla Musayev ictimaiyyət arasında bir-birinin əlini sıxıb, dost olduqlarını göstərməyə çalışsalar da, əslində real durum fərqlidi.
Bu gün istər Bakıda, istərsə də bəzi bölgələdə futbol azarkeşləri öz aralarında komandalar yaradaraq mini turnirlərdə qüvvələrini sınyayır, qaliblərə pul mükafatları təqdim olunur. 5-6 nəfərlik komandaların qatıldığı əksər məhəlli səviyyəli yarışların mükafat fondu belə Region Liqasının qalibi və mükafatçılarına təqdim olunan vəsaitdən çoxdu. Heç vaxt nəticə qazanmadımız qadın futboluna, faydasını görmədiyimiz müxtəlif “topçiləmə”, “topla dombalaq aşma” layihələrinə yüzminlərlə pul ayıran assosiasiyanın rəhbərliyinin gələcəkdə daha faydalı ola biləcək birinciliyə belə “Hacı Qara”münasibəti göstərməsi, yəqin ki, çempionatın səviyyəsinə də təsirsiz ötüşməyəcək.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası Dünən, 02:00 Turdan məqamlar Dünən, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb Dünən, 01:50 "Qəbələ" fərqi artırdı Dünən, 01:47 Lökbatanda "6 xallıq" oyun Dünən, 01:43 Hakimlərin mühakiməsi Dünən, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar Dünən, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı Dünən, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür Dünən, 01:27 Vüqar yenə qol vursa da… Dünən, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı Dünən, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu Dünən, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi Dünən, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi Dünən, 01:07 Yığma üzvləri Rusiyada sevindi Dünən, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır Dünən, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi Dünən, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı Dünən, 00:55 “Araz”dan çətin qələbə Dünən, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox 20-11-2017, 19:35 Cahangir Həsənzadə danışa bilmir 20-11-2017, 19:34 Konte “Qarabağ”la matçı mövsümün ən vacib oyunu sayır 20-11-2017, 19:32 Debütant önündə yenilgi Diniyevin sonu oldu 20-11-2017, 19:30 Liderlər xal itirmədi 20-11-2017, 19:28 “Qarabağ”ın fanklubları stadionda polis istəmir 19-11-2017, 15:39 U21 millimiz üçün biabırçı 3 ay - XRONOLOGİYA 19-11-2017, 14:59 "21 Oktyabrdan... 20 il sonra" filmi - TRAİLER 19-11-2017, 13:56 Dünya çempionu məşqlərə qatılmır 19-11-2017, 13:50 Tərlan Əhmədov: “Elnur Cəfərov 99 faiz “Neftçi”dən göndəriləcək” 19-11-2017, 13:49 Elnur Cəfərov müsahibədən boyun qaçırdı 19-11-2017, 13:45 Xaqani Məmmədov ofisiant işləyən hakimi yanına çağırdı 19-11-2017, 13:33 “Məsuliyyətdən yayınmaq üçün ictimaiyyətə yanlış fikirlər sırımaq istəyən şəxslə nə danışasan?” 19-11-2017, 13:30 U-21-in üzvləri köməkçi-məşqçilərdən şikayət edib? 19-11-2017, 13:26 Faiq Cabbarov növbəti həftəni gözləyir 19-11-2017, 13:14 Babək Alxasov U-21-dən ayrılmaqla centlmen kimi davrandığını düşünür 19-11-2017, 13:13 Elxan Məmmədov UEFA nümayəndələri ilə görüşdü 19-11-2017, 13:10 Aqil Nəbiyev İmişli stadionuna ziyan vurmadığını deyir 19-11-2017, 13:08 "Qarabağ" azlıqda da güclüdü 19-11-2017, 13:04 Mahmud Qurbanov ÇSKA-nın futbol akademiyasında olub 19-11-2017, 13:01 “Zaqatala” ilk qələbəni çempionla dueldə qazandı 17-11-2017, 22:35 SSRİ idman ustasını MGA-dan da qovdular 17-11-2017, 22:32 “Oyun alğı-satqısı ilə bağlı əsl bazar premyer-liqadadı” 17-11-2017, 22:30 “Kəpəz”in mühasibatlıq sənədləri və möhürü hələ də Bakıdadı 17-11-2017, 22:29 Azərbaycan DÇ-də kimə azarkeşlik edəcək? 17-11-2017, 22:25 Üç yığmaya 4 namizəd Bütün xəbərlər
Ən çox oxunanlar