25 okt 12:57manset

Keşləli aktyor “İnter”in adını dəyişməsinə sevinir

Keşləli aktyor “İnter”in adını dəyişməsinə sevinir
Rafael İsgəndərov: “7-ci sinifdə oxuyarkən nəm topu sifətimə necə vurublarsa…”
Keşləni yalnız yer adı kimi tanıyırdıq. İndi isə bu ad futbolumuzda da demək olar ki, hər gün yazılacaq, deyiləcək, eşidiləcək. Söhbət “İnter”in adının dəyişib “Keşlə” olmasından gedir. Keşlə qəsəbəsi Nizami rayonu ərazisində yerləşir və əsası 1936-cı ildə qoyulub. 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-dən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 23 min nəfərdən çoxdu. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası "düzən", "geniş vadi" kimi izah olunur. Tarixi hərtərəfli öyrənilməyib. Burda 17-ci əsrə aid məscid də var. Keşlə adı mənbələrdə ilk dəfə 17-ci əsrdən çəkilir. Keçmiş adı Keşləqışlaq olub. Oykonim türk mənşəli keşli tayfasının adını əks etdirir. 18-ci əsrə aid sənəddə keşlilərin və qaramanlı tayfalarının Qazax, Ələsli və Borçalı yaylaqlarından istifadə hüququ haqda məlumat verilir.
Bəlkə də heç kim yuxusunda belə görməzdi ki, nə vaxtsa “İnter” “Keşlə” olacaq. Əslində klubun adının belə dəyişməsi böyük əks-səda doğurdu. Bir çox insan bunu zarafat, yumorla qarşıladı. Tənqid edənlər də oldu. Axı “İnter” həm ölkədaxili yarışlarda uğurlar qazanıb, həm də ölkəmizi avrokuboklarda təmsil edib. Görəsən, Keşlə qəsəbəsində yaşayan məşhurlar bu barədə nə düşünür? Düzünü desək, bu qəsəbədə tanınmış adam tapmaq bir az çətin oldu. Kimə sual versək də, dedilər ki, burda yalnız iki tanınmış var – meyxanaçı Vahid Qədim və aktyor Rafael İsgəndərov. Lakin birinci köçüb getdiyindən, onu tapmaq mümkün olmadı. Məşhur “Bu şəhərdə”nin aktyoru Rafael bəylə isə əlaqə saxlaya bildik. O, klubun adının dəyişib “Keşlə” olmasını böyük sevinclə qarşıladığını söylədi: “Əslində futbolla o qədər də maraqlanan deyiləm. 7-ci sinifdə oxuyarkən nəm topu sifətimə necə vurublarsa, o gündən top görəndə səpirəm (gülür). Zarafatsız, futbola böyük marağım olmayıb. Amma “İnter”in Keşləni təmsil edəcəyindən xəbərim var idi. Çox yaxşı oldu ki, klubun adı bundan sonra “Keşlə” olacaq. Mən burda doğulmuşam, boya-başa çatmışam. İndi də “Keşlə” premyer-liqada çıxış edəcək. Buna görə çox sevinirəm. Futbol dünyada ən məşhur idman növüdü. Mən baxmasam da, milyonlarla, milyardalarla insan bu oyunu izləyir. İndi “Keşlə”ni də tanıyacaqlar. Ümid edirəm ki, bu klub uğurlar qazanacaq və qəsəbəmiz məşhur olacaq. Yeri gəlmişkən, komandanın müdafiəçisi Tərlan Quliyev qohumum, doğma bibimin nəvəsidi”.
Keşlə qəsəbəsinin bələdiyyə sədri, orda doğulub boya-başa çatmış, ağsaqqal sayılan, xal arasında Hacı Ələmdar kimi tanınan Ələmdar Bafadarov da klubun adının dəyişməsini məqbul sayır: “Mən keşləliyəm. Atam, babam da buralıdı. Biz “İnter”in adının dəyişməsi üçün uzun illər idi çalışırdıq. Çünki klub bu qəsəbədədisə, bura ilə bağlı olmalıdı. Futbola böyük marağım var. Əhalinin də o cümlədən. İstəmişik ki, bu kəndin adına bir komanda olsun. Azərbaycan Beynəlxalq Bankının (ABB) sponsorluqdan imtina etməsi ilə “İnter” sponsorsuz qaldı. Loru dillə desək, yiyəsiz qaldı. Artıq anladıq ki, bu klubun adı “Keşlə” olmalıdı. Çünki klublara yer adlarının verilməsi tendensiyası ölkəmizdə çoxdan var. “Qəbələ”, “Zirə”, “Səbail” və başqalarının adını çəkə bilərəm. Niyə “Keşlə” olmasın?! Üsəlik, klubun bazası da burdadı. Əvvəl “Şəfa” idi, indi “İnter Arena”dı. Yəqin ki, onun da adını dəyişəcəklər. “İnter”in oyunlarına tez-tez gedirik. Amma reallığı nəzərə almaq lazımdı. Tək adla heç nə dezəlmir. İndi bu klubun adı olacaq “Keşlə”. Lap olsun “Hacı Ələmdar”. Qarşısına çıxana 4-5 qol buraxıb uduzsa, kim gələcək oyuna? Mənim xətrimə iki-üç dəfə gələrsən, sonra yox. Ona görə də komandanın çıxışından çox şey asılıdı. Almaniya, İspaniya çempionatı deyil. Azarkeşlərimizi də yaxşı tanıyırıq. İndi kluba transfer qadağası var. Çox güman, qışda qadağa götürüləcək, komanda güclənəcək”.
Bafadarovun sözlərinə görə, “İnter Arena”nın ətrafında avtomobil dayanacağının olmaması azarkeşlərə problemlər yaradır: “Biz azarkeşi cəlb etmək üçün əlimizdən gələni edirik. Yenə edəcəyik. Yaxşı oynayana hamı azarkeşlik edir. “Qarabağ” buna bir nümunədi. Mən tez-tez qonşularımı, qohumlarımı yığıb oyunlara gedirəm. Yəni resurslarım var. Demirəm ki, stadionu hər oyunda doldura biləcəyik. Amma tribunalar boş da qalmayacaq. Orda oyunçunu irəli səsləyən insanlar olacaq. Bəzi çatışmazlıqlar da var. Məsələn, “İnter Arena”nın önündə avtomobil dayanacağı yoxdu. Əslində var, amma orda maşın saxlamağa icazə vermirlər. Yeraltı keçidin üstündə boş yer var. Hətta avtomobillərin saxlanılması üçün xətlər də çəkiblər. Amma icazə vermirlər. Səbəbini mən də bilmirəm. Yerli İcra Hakimiyyətindən asılı olan məsələ deyil. O körpüyə, çox güman, “Azəryolservis” baxır. Stadion ətrafında maşın saxlamaq olmur. Bu da bizə problemlər yaradır. Bir çox azarkeş var ki, ailələri ilə gəlir, maşını 2 kilometr kənarda saxlamağa məcbur olur. Buna bir əncam çəkmək lazımdı”.
ŞƏFİ ŞƏFİYEV
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar