21 okt 00:45manset

Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı

Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı
Novruz Məmmədov: “Siyasətdə başverənlər idmanda da təkrarlanır”
"Qarabağ" - "Atletiko" matçından (0:0) sonra ən çox müzakirə olunan 75-ci dəqiqədəki vəziyyət idi. Belə ki, Dieqo Qodin cərimə meydançası daxilində onu keçmək istəyən Dino Ndlovunun ayağına zərbə endirdi. Cənubi afrikalı yerdə qalsa da, fransız hakim Rüddi Byuke penalti təyin etmədi. Əksinə, Dinoya simulyasiyaya görə sarı vərəqə göstərdi. Bu, Ndlovunun ikinci "sarı"sı olduğundan hücumçu meydandan qovuldu. Halbuki referi 11 metrlik cərimə zərbəsi təyin etməliydi. Onun qərarı ilə bağlı müxtəlif fikirlər səsləndirildi.
İspaniyanın məşhur “Marca” nəşrində də epizoda toxunulub. Adıçəkilən idman portalına açıqlama verən keçmiş ispan hakim Anduxar Oliver həmin an penalti olduğunu deyib: “İlk baxışda oyunçunun hovuza tullanırmış kimi yıxıldığı zənn edilsə də, təkrara baxdıqda Qodinin onu yıxdığı açıq-aydın görünür. Fransalı hakim cəriməni gözdən qaçıraraq matçın taleyini dəyişdi”.
Ndlovunun qırmızı vərəqə aldığı epizodu dəyərləndirənlər arasında digər məşhur ispan ədalət təmsilçisi İturralde Qonsales də var. 1998-2012-ci illər aralığında FİFA referisi kimi fəaliyyət göstərən sabiq hakim isə həmyerlisindən fərqli, cərimə meydançası daxilində Qodinin “Qarabağ”ın forvardını vurmadığını düşünür. O, bu məsələdə Dinonu günahkar hesab edir: “Həmin epizodda qayda pozuntusu yox idi. Ndlovu Qodinin ona toxunmasına çalışdı. Bir növ o, müdafiəçinin ayağını axtarırdı ki, özünü ona ilişdirsin”. Qonsales qarşılaşmanın son dəqiqələrində Fernando Torresin hakimdən penalti tələb etməsini isə yersiz sayır: “Torres rəqib oyunçunun müdaxiləsinə qədər vəziyyəti itirmişdi. Onun tələbi yersiz idi. Çünki orda penaltilik bir şey yox idi”.
Türkiyəli mütəxəssis, vaxtilə "Xəzər Lənkəran"ı çalışdıran Oğuz Çətin də həmin epizoda toxunub. O, bir neçə il öncə də "Qarabağ"ın hakim səhvinin qurbanı olduğunu qeyd edib: "Buna bənzər hal mən Azərbaycanda çalışdığım vaxt "Qarabağ"ın İtaliya "İnter"i ilə görüşündə də baş vermişdi. Həmin vaxt Azərbaycan klubu təmiz qolunun sayılmadığı tələbi ilə UEFA-ya şikayət etsə də, müsbət cavab almamışdı. İndi də avrokuboklarda yenidən haqsızlığa məruz qaldılar".
Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi, Prezident Administrasiyasının rəhbərinin müavini və Administrasiyanın Xarici siyasət məsələləri şöbəsinin müdiri Novruz Məmmədov isə bunları bölüşüb: “Siyasətdə başverənlər idmanda da təkrar olunur. Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu".
FARİZ hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar