12 yan 16:03manset

FİFA-nın yeni qərarına fərqli münasibət

FİFA-nın yeni qərarına fərqli münasibət
Sadıqov: “Əsas odu, idman prinsipləri pozulmasın, dünya çempionatının imicinə zərbə dəyməsin”

FİFA prezidenti Canni İnfantinonun bir neçə ay öncə irəli sürdüyü 48 komandalı dünya çempionatı ideyası gerçəkləşdi ki, bu da gözlənilən idi. Çünki bu ideya ortalığa atılanda hətta “köhnə qitə”nin təqvimdən şikayət edən, futbolçularını yığmaların düşərgəsinə heç də həvəslə buraxmayan top-klublarının baş məşqçiləri də ara-sıra mətbuata açıqlamalarında yeniliyin əleyhinə olmadqılarını bildirmişdilər. Dünya futbol ictimaiyyətinin, “idmanın şahı”nda dəbi müəyyənləşdirən “milyonçu” klubların yeniliyin əleyhinə olmadığını görən İnfantino və ətrafı qısa zamanda istəyinə nail ola bildi və tarixdə ilk dəfə 48 komandalı mundial keçirilməsinə qərar verdi.
Ali futbol qurumunun isveçrəli prezidenti 2026-cı ildə keçiriləcək mundialda komandaları 16 qrupa bölmək niyyətindədi və hər qrupdan iki komanda 1/16 finala yüksələcək. Qrupda yer alan “üçlük”dən sonuncu isə turniri erkən tərk edəcək. Qeyd edək ki,bəzi regionlar arasında bir vəsiqə uğrunda pley-off oyunları nəzərdə tutulub: Avropa - 16, Afrika - 9,5, Asiya - 8,5, Cənubi Amerika - 6,5, Şimali və Mərkəzi Amerika - 6,5 və Okeaniya - 1. Yeri gəlmişkən, onu da bildirək ki, yeni formatla bağlı müəyyən dəyişikliklərin olacağı da gözlənilir. Bu haqda FİFA prezidenti açıqlama verib. Heç şübhəsiz, İnfantino və ətrafının mundial iştirakçılarının sayının artırılmasında əsas məqsədi FİFA-nın daha çox pul qazanmasıdı. Heç kimə sirr deyil ki, say artımı daha çox reklam tərəfdaşları, mundialı yayınlamaq üçün telekanalların daha çox vəsait təklif etməsi deməkdi. Bundan gələcək gəlir isə bu gün dünyanın ən çox qazanc əldə edən qurumunu bir az da varlandıracaq. Ancaq heç kim düşünmür ki, 48 komandalı DÇ-ni qəbul edəcək ölkə hansı çətinliklərlə üz-üzə qalacaq. Hər halda, bu komandaları yerləşdirmək, onlara məşq bazaları ayırmaq, infrasturkturu yeniləmək xeyli vəsait tələb edir ki, bu da heç də hər ölkənin çəkə biləcəyi yük deyil. Belə çıxır ki, bundan sonra dördilliyin ən böyük futbol bayramı ancaq iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə keçiriləcək. FİFA-nın növbəlilik prinsipinə görə 4 ildən bir mundial ayrı-ayrı qitələrdə keçirilməlidi. Belə çıxır ki, Avropada Almaniya, Fransa, İngiltərə və İtaliya, Asiyada Yaponiya və Çin, Xristofor Kolumbun kəşf etdiyi torpaqlarda ABŞ, Meksika, Kanada, Braziliya və Argentina, “qara qitə”dən isə Cənubi Afrika miqyasına və mötəbərliyinə görə yalnız Yay Olimpiya Oyunlarından geri qalan turnirə evsahibliyi edə biləcək.
Say artımının mənfi cəhətlərindən biri də səviyyəli turnirdə “gözlənilməz qonaqlar”ın olmasıdı. Prezident seçkisində daha çox səs toplamaq üçün Afrika və Asiyadakı futbol qurumlarına “sizə DÇ-də daha çox yer verəcəyik” vədi verən İnfantino istər-istəməz bununla turnirin ümumi səviyyəsinin aşağı düşməsinə şərait yaradacaq. Heç bir yığmanı aşağılamaq istəməsək də, gerçəklik budu ki, Livan, Yəmən və yaxud Kabo-Verde, Cibuti mundiala vəsiqə qazanacağı halda Almaniyaya, İngiltərəyə, Braziliyaya böyük hesabla məğlub olmayacağına heç kim zəmanət verə bilməz. Asiyanın liderlərindən biri sayılan Səudiyyə Ərəbistanının yaxın keçmişdə,daha dəqiqi, 2002-ci ildə Cənubi Koreya və Yaponiyada təşkil olunan mundialda almanlara 0:8 hesabıyla uduzması, yəqin ki, bir çoxlarının yadındadı.
İsveçrəli başqanın yeni ideyasının yeganə üstünlüyü bizim kimi ölkələrin DÇ-yə vəsiqə qazanmaq şansının çoxalmasıdı. Ancaq belə götürəndə bu da inandırıcı görünmür. Azərbaycan millisi 24 komandalı Avropa çempionatına vəsiqə qazana bilmirsə, bu gedişlə, çətin ki, “köhnə qitə” üçün artırılan 3 yerdən birinə sahib çıxa bilsin.
Dünya futbolunda yaşanan yeniliklərlə bağlı AFFA İcraiyyə Komitəsinin üzvü, Məşqlər Komitəsinin sədri Vaqif Sadıqovun fikirlərini öyrənməyi lazım bildik: “Fikrimcə, indidən bu haqda danışmaq, turnir iştirakçılarının sayı artırılıb deyə, millimizin də mundiala qatılmaq şansının çoxaldığını düşünmək tezdi. Onsuz da ilkin variantda Avropaya ayrılan kvotada cəmi 3 yer artıb. Təbii ki, FİFA bu addımı ilə həm dünyada futbolun daha da kütləviliyinə nail olmaq istəyir, həm də maddi cəhətdən daha çox qazanmaq niyyətindədi. Əsas odu, idman prinsipləri pozulmasın, dünya çempionatının imicinə zərbə dəyməsin. Bu gün İnfantinonun müsahibəsini oxudum. Orda maraqlı fikirlər səsləndirib. Deyib ki, biz say artımına ona görə qol qoyduq ki, DÇ kimi səviyyəli turnirə atılmaq istəyən ölkələr futbola diqqət ayırmalı, infrstruktura yatırım etməlidilər. Yalnız bu yolla onlar nəyəsə nail ola, yığmalarını DÇ-də görə bilərlər. Bu da çox maraqlı yanaşmadı. Gəlin zamanı qabaqlamayaq və bir qədər səbr edib nəyin necə olacağını gözləyək”.
Yeri gəlmişkən, millinin sabiq baş məşqçisi Berti Foqts 2026-cı ildə təşkil olunacaq DÇ-nin final mərhələsində 48 komandanın iştirak etməsi haqda qərarı narazılıqla qarşılayıb. Almaniyanın “Kicker” nəşrinə açıqlama verən 70 yaşlı mütəxəssis yeni qərarı fəlakət adlandırıb: “Mən buna inana bilmirəm, dəhşətli qərardı. Bu gedişlə dünya çempionatının sonuna çıxacaqlar. Bunu istəyirlərsə, bu yolla getsinlər. Bu turniri hər kəs sevir, izləyir. Futbol üçün bunu yaxşı layihə saymıram. Artıq dünya çempionatı mənim turnirim deyil. Bu qərardan heç nə anlaya bilmirəm”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:58 Ramil Şeydayev qol vursa da... Bu gün, 13:51 AFFA idman jurnalistlərini çağırır Bu gün, 13:49 “Fırtınalar meydanı”nın qazonu yenə sıradan çıxdı Bu gün, 13:47 Futvolley turnirində böyük fırıldaq Bu gün, 13:44 Qolsuz, amma maraqlı gecə Bu gün, 13:36 “Olimpiya” getsin, “Kukesi” gəlsin! Bu gün, 13:11 Stolitsa “Qarabağ”a uğur arzualdı, Qurbanov suala “5” verdi Bu gün, 13:05 Ukrayna mətbuatı Hüseyndən yazdı Bu gün, 13:03 “Zirə” də getdi Bu gün, 13:02 “Sabah” Ramosu alıb, Baliçlə yolları ayırdı Bu gün, 13:01 “Xan Lənkəran”ın sponsorluğuna iki namizəd var Bu gün, 12:59 “Ağsu” yeni mövsümdə gənclərə güvənəcək 18-07-2018, 20:28 Rövşən Hüseynov özünü “təmiz” sayır 18-07-2018, 20:26 Qriqorçuk Almeydanı da Monteneqroya apardı 18-07-2018, 20:25 Şok: “Keşlə” baş məşqçisiz qaldı! 18-07-2018, 20:22 “Xan Lənkəran”ın büdcəsi 50470 manata çatıb 18-07-2018, 20:20 “Sabah”ın Bolu toplanışı başladı 18-07-2018, 20:18 “İmarət” “Qarabağ” üçün yenilik etməyəcək 18-07-2018, 20:15 “İdman Azərbaycan” yayın hüququnu “CBC Sport”dan “oğurladı” 18-07-2018, 20:14 “Qarabağ” Lyublyana uğurunun davamını gətirməlidi 18-07-2018, 20:12 “Forza Neftçi”nin dörd üzvü Budapeştə yollanır 18-07-2018, 20:08 DÇ-2018-ə Azərbaycandan baxış 18-07-2018, 18:22 Vüqar Məmməd yetirmələrini təbrik etdi 18-07-2018, 18:21 SOCAR-dan maliyyələşən klublar fəaliyyətini dayandıracaq 18-07-2018, 18:20 “Sumqayıt” Arif Daşdəmirovla ortaq məxrəcə gəlib 18-07-2018, 18:19 "Baltsan" "Hilton"da qalacaq 18-07-2018, 18:16 Yığma beynəlxalq turnirdə iştirak edəcək 18-07-2018, 18:15 Milli Mətbuat Günü ilə bağlı tədbir 18-07-2018, 18:14 “Sıradan bir komanda olmadığımızı lüksemburqlulara göstərəcəyik” 17-07-2018, 17:25 Ardıcıl ağır məğlubiyyətlər 17-07-2018, 17:24 Cüdoçularımız Almaniyada parladı 17-07-2018, 17:22 “Milli dəstə”nin üzvü Kamran Ağayevə etirazını bildirib 17-07-2018, 17:21 Macarıstana yollanmaq istəyənlər problemlə üzləşib 17-07-2018, 17:19 “Qəbələ” Differdanjda “Hilton” otelində qalacaq 17-07-2018, 17:18 “Sevilya”nın baş məşqçisi cavab görüşünü gözləyir 17-07-2018, 17:15 Skarlatake “Baltsan”ı keçəcəklərinə əmindi 17-07-2018, 17:13 Ayxan Abbasov afrikalıları geri göndərdi 17-07-2018, 17:12 U-19 “Keşlə”nin əvəzedicilərini darmadağın etdi 17-07-2018, 17:10 “Keşlə”nin oyunçuları “oxu atıb, yayı gizlətdi” 17-07-2018, 17:08 “Neftçi” səfərə çarterlə yollanacaq 17-07-2018, 17:07 Kapitan “Uypeşt” rəhbərliyini tənqid atəşinə tutdu 17-07-2018, 17:05 “Neftçi” Namiqi uzun müddətə itirdi 17-07-2018, 17:03 “Dalğa Beach”də Braziliya rüzgarı əsdi 17-07-2018, 17:01 Azər Bağırov çempionluğa iddialı komanda formalaşdırır 17-07-2018, 17:00 Şeydayev “Trabzonspor”un heyətində meydana çıxdı 17-07-2018, 16:58 Rövlan Muradov “Slaviya”dan ayrıldı 17-07-2018, 16:56 Jurnalistlər tennis oynadı 17-07-2018, 16:55 “Sabah” “Zirə”yə də uduzdu 17-07-2018, 16:53 “Səbail” ərəblərlə oyunda üstünlüyü əldən verdi 17-07-2018, 16:51 Rizvan Fərzəliyev “Araz”dan Alesionun istəyi ilə kənarlaşdırılıb 17-07-2018, 16:48 “Xan Lənkəran” 2019/20 mövsümündə elitada oynamaq istəyir 15-07-2018, 15:47 Qədir hamını qabaqladı 15-07-2018, 15:44 AFFA İcraiyyə Komitəsi iyulun sonu və ya avqustun əvvəlində yığışacaq 15-07-2018, 15:42 Zaur Axundov qayıtdı, “Keşlə” Maltada yubandı 15-07-2018, 15:41 Karapetyan oyunu “İdman Azərbaycan”dan izləyib 15-07-2018, 15:39 “Qəbələ” rəhbərliyi ümidini itirməyib 15-07-2018, 15:38 Paratskiylə Braliç 1:0, Ozobiç 2:1 dedi Bütün xəbərlər
Ən çox oxunanlar