17 okt 14:40manset

Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı

Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı
Himni bilirsənsə, jurnalistlər üçün oxuyardın
Yığmanın Almaniya ilə oyunundan sonra təkcə nəticə ilə bağlı müzakirə getmədi. Start heyətində yer alan Rahid Əmirquliyevin himni oxumaması ciddi tənqidlərə yol açdı. Bəlkə də “Qarabağ”lı almanlarla qarşılaşmaya sıradan bir oyunçu kimi çıxsaydı, məsələ bu qədər böyüməyəcəkdi. Lakin bundestimlə görüşdə kapitan sarğısı Rahidin qolundaydı. Özü də Rəşad Sadıqovun milli karyerasını bitirməsindən sonra əsas komandanın kapitanı Əmirquliyev olacaq. Təbii, sarğını qolunda daşıyan birinin himni oxumaması normal qarşılana bilməzdi. Ola bilər, bu hal qanunla tənzimlənmir. Ancaq məsələnin mənəvi tərəfi var. Məhz bu baxımdan yığmanın kapitanı himni oxumağa borcludu.
Əslində yaşananlarla bağlı futbol ictimaiyyətinin reaksiyasını öyrənmişdik. Eləcə də millinin sabiq kapitanları da olaya münasibət bildirmişdi. Nəhayət, “İnter” – “Qarabağ” matçından (0:2) sonra Əmirquliyev özü jurnalistlərə açıqlamasında bu haqda sualı belə cavablayıb: “Almaniya ilə oyunda həyəcanlı deyildim. Həmişə himni oxumuşam. Yəqin ki, hansısa epizod olub, orda oxumamışam. Amma bu o demək deyil ki, himni bilmirəm. Kimin şübhəsi varsa, gəlsin, himni şəxsən onun üçün oxuya bilərəm”.
Dünən bir daha oyunun videoyazısına baxdıq. Qeyd edək ki, oyundan öncə himnimiz səslənərkən Rahid 2 dəfə ekrana gəldi. İlk dəfə 4, daha sonra isə 2 saniyə kameralar Əmirquliyevi “hədəfə aldı”. Lakin hər iki epizodda kapitan himni oxumurdu. O ki qaldı himni bilib-bilməməsinə, “Rahidin səmimiyyətinə şübhə edirik” demirik. Ancaq bütün söz-söhbətə son qoymaq üçün elə müsahibə anındaca bir bəndi söyləməsi kifayət idi. Yaxud da Əmirquliyevin himni bilməsi onu haqlı çıxara bilməz. Oxumursansa, bilib-bilməməyin çox şeyi həll etmir. Millinin kapitanısansa, əvvəldən-sonadək himni oxumalısan, vəssalam. O zaman hansısa epizodla bağlı mübahisə də yaranmaz. Yəqin ki, Əmirquliyev növbəti oyunlarda bu həssas məsələyə daha diqqətli yanaşar. Maraqlıdı ki, həmin an kapitandan başqa cəmi 2 nəfər himni oxumayıb. Bunlar Ramil Şeydayev və Riçard Almeydadı. Hətta Bədavi Hüseynovla Məhəmməd Mirzəbəyovun da himn səslənərkən xora qoşulması alqışalayiq addımdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 19:31 Qonşuların dueli Dünən, 19:29 5 oyuna cəmi 8 qol Dünən, 19:28 “6 xallıq oyun”u lider qazandı Dünən, 19:25 Aftandil Hacıyev Romada da əks-hücumlara ümid edəcək Dünən, 19:24 Deda yenə qol vursa da... Dünən, 19:21 Şehiçlə Dedimara eyni cəza: 3 oyun! Dünən, 19:20 “Neftçi” rəhbərliyi fürsəti əldən vermədi Dünən, 19:18 “Kəpəz”dəki məşqçi dəyişikliyi nə vəd edir? Dünən, 19:16 Yunis Hüseynov futbolçulara xəbərdarlıq etdi Dünən, 19:15 “Keşlə” “Neftçi”dən rəsmi müraciət gözləyir Dünən, 19:14 Bakıda FIFA-nın sammiti keçirildi Dünən, 19:12 “Şahdağ”ın sabiq rəsmisi Oruc Balaşlını “pul atmaqda” suçlayır Dünən, 19:11 “Keşlə”nin məşqçiləri Rəmiş Malıyevin qurbanı olub Dünən, 19:06 Reaksiyalar Dünən, 19:04 Ayağı qırılan azarkeş “Çelsi” ilə oyunu evdən izlədi Dünən, 19:02 BOS-da möhtəşəm xoreoqrafiya və böyük üzüntü Dünən, 18:58 Konte: “Hakim öz işini görməli, heç bir komandanın tərəfini tutmamalıdı” Dünən, 18:55 "Çelsi” + hakim = darmadağın Dünən, 18:54 “Lokomotiv” kiprliləri darmadağın etdi Dünən, 18:51 Yaşar Məmmədov AQF-nin strukturundan kənarda qaldı Dünən, 18:50 Məşqçilər Sadıq Sadıqova hakimlərdən şikayət etdi Dünən, 18:48 Bir oyun udur, bir oyun uduzur Dünən, 18:47 Teymur hədəfindən uzaq düşdü Dünən, 18:45 Portuqaliyalı referi "Qarabağ"ı "Çelsi"yə "yem etdi" Dünən, 18:41 Yığmanın heyəti açıqlandı 22-11-2017, 02:04 Şahin Diniyevin oyunsonrası açıqlamalarının xronikası 22-11-2017, 02:00 Turdan məqamlar 22-11-2017, 01:55 İdman jurnalistlərinin vahid platforması yaradılıb 22-11-2017, 01:50 "Qəbələ" fərqi artırdı 22-11-2017, 01:47 Lökbatanda "6 xallıq" oyun 22-11-2017, 01:43 Hakimlərin mühakiməsi 22-11-2017, 01:38 “Çelsi”ni Bakıdan məyus yola salmaq olar 22-11-2017, 01:34 “Kəpəz”də Yunis Hüseynov dönəmi başladı 22-11-2017, 01:30 “Kəpəz”in Şəhriyarları günahı Diniyevdə yox, özlərində görür 22-11-2017, 01:27 Vüqar yenə qol vursa da… 22-11-2017, 01:25 “Traktorsazi” İsfahanda şok yaşadı 22-11-2017, 01:21 Ruslan Qurbanov yazdı, “Neftçi” azarkeşləri coşdu 22-11-2017, 01:16 İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi 22-11-2017, 01:11 UEFA Azərbaycana 71 min avro göndərdi 22-11-2017, 01:07 Yığma üzvləri Rusiyada sevindi 22-11-2017, 01:05 “Lokomotiv” avrokubokda debüt oyununa çıxır 22-11-2017, 01:01 Olimpiya çempionu Vladiqafqazda fərqləndi 22-11-2017, 00:57 Çingiz Hüseynzadə vəzifəsində qaldı 22-11-2017, 00:55 “Araz”dan çətin qələbə 22-11-2017, 00:49 “Çelsi” də “Atletiko”nun taleyini yaşasın! 20-11-2017, 20:12 Mikayıl Nərimanoğlunun kadrı “Kəpəz”dən qovuldu 20-11-2017, 20:09 Şahin Diniyevin istefasını şərtləndirən səbəblər 20-11-2017, 20:01 "Səbail"in əvəzediciləri də "Kəpəz"ə qənim oldu 20-11-2017, 19:59 Polina Rəhimovanın komandası vahid lider oldu 20-11-2017, 19:58 Lider 3 xalı 1 qolla qazandı 20-11-2017, 19:57 “Qəbələ” bu dəfə də keçilməz oldu 20-11-2017, 19:55 “Neftçi”nin “fanşop”unda təsbeh də satılır 20-11-2017, 19:52 Rüfət Dadaşov 14-ə çatdı 20-11-2017, 19:50 Qısaömürlü, lakin unudulmaz futbol qəzeti 20-11-2017, 19:42 Ağr atletikada cəza müddəti 8 aya enə bilər 20-11-2017, 19:39 Ayxan Abbasov “Zirə”nin oyununda geriləmə görmür 20-11-2017, 19:37 1:1 seriyası bitdi, “Keşlə”nin məğlubiyyətləri yox Bütün xəbərlər
Ən çox oxunanlar