15 okt 12:47manset

Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu

Bultuis qalmaqallı müsahibəyə görə sorğu-sual olundu
Zaur Əzizov: “Azarkeşlərlə bağlı səsləndirdiyi fikirlər düzdü”
“Qəbələ”nin hollandiyalı müdafiəçisi Deyv Bultuisin öz ölkəsinin mətbuatına verdiyi müsahibəni ötən sayımızda diqqətinizə çatdırmışdıq. Xatırladaq ki, “qırmızı-qaralar”a bu yay qoşulan “Nürnberq”in müdafiəçisi holland həmkarımızla söhbətdə şimallıların təklifini fantastik məbləğə görə qəbul etdiyini, dünya ictimaiyyətinə turistik bölgə kimi təqdim etdiyimiz Qəbələnin küçələrində inəklərin gəzdiyini bildirib. Bir sözlə, legioner futbolçu müsahibəsində həm ölkə futbolunu, həm də həm də Qəbələni aşağılayıb. İnəklə bağlı məsələni jurnalistə xüsusi təqdim edən Deyv nədənsə hər il məhz Qəbələdə klassik musiqi festivalının keçirlldiyini, ilin bütün aylarında minlərlə əcnəbi turustin bu bölgəyə səfər etdiyini dilə gətiməyi unudub. Heç onu da bildirməyib ki, bu gün Qəbələ əksər avropalıların dincəlmək üçün üz tutduğu Alp dağlarındakı istirahət məkanlarından heç nədə geri qalmır. Bundan başqa, Bultuis çox qazanmağına baxmayaraq, Azərbaycanda xoşbəxt olmadığını, komanda yoldaşı Dion Malonenin də eyni aqibəti yaşadığını vurğulayıb. Onun “mənə elə gəlir, bu cür ölkələrə daha yaşlı vaxtlarda gəlmək lazımdı, daha mənim kimi 27 yaşında yox” fikirləri isə Azərbaycan futboluna vurulan qara damğadı. Onun bu fikirləri iləı tanış olan istənilən holland, heç şübhəsiz, Azərbaycanı “banan ölkəsi” kimi qəbul edəcək, futbolumuzu isə Monqolustan, Kurasao kimi geridə qalmış futbol ölkələrinə bənzədəcəklər. Halbuki nə futbolumuzun, nə də ölkəmizin durumu Bultuisin təsvir etdiyi qədər acınacaqlı deyil. Bir ölkənin komandası Çempionlar Liqasının qrupunda yer alırsa, deməli, Azərbaycan heç də “təqaüdə çıxan legionerlər” üçün poliqon deyil.
Bəs görəsən, “Qəbələ” rəsmiləri holland müdafiəçinin səsləndirdiyi fikirlərə necə münasibət göstərir? “Qırmızı-qaralar”ın baş meneceri Zaur Əzizov müsahibə ilə tanış olan kimi holland legionerlə danışdıqlarını bildirdi: “Müsahibəni oxuduqdan sonra Deyvlə söhbət etdik. Holland jurnalistin onun fikirlərini təhrif etdiyini, daha doğrusu, konteksdən çxartdığını bildirdi. Bultuis dedi ki, reportyor ondan niyə 27 yaşda Almaniyanı Azərbaycana dəyişdiyini soruşub. O da “Qəbələ”nin iki il ardıcıl Avroliqanın qrup mərhələsində oynadığını və sərfəli şərtlər təklif etdiyni nəzərə alaraq anlaşdığını bildirib. Ancaq nədənsə həmkarınız müsahibədə daha çox maliyyə məsələsini qabardıb. Bizimlə söhbətdə müdafiəçi Qəbələ ilə bağlı sualın da ictimaiyyətə fərqli formada təqdim olunduğunu söylədi. Jurnalist ona “Qəblədə sizi nə təəccübləndirib” sualı ünvanlayıb. Deyv isə bəzən rayon mərkəzinə yaxın kəndlərdə küçədə gəzən inəkləri görmək mümkün olduğunu deyib. Azarkeşlərlə bağlı səsləndirdiyi fikirlər düzdü. Doğrudan da Azərbaycanda tərfdar stadiona az gəlir. Bultuis onu da bildirdi ki, həmin jurnalistlə əlaqə saxlayıb, izahat tələb edəcək”.
Bu arada holland legioner özü də qafqazinfo.az saytına açıqlama verib: “Orda yazılanlar qədər pis şeylər danışmamışam. Əslində jurnalist barəmdə yanlış şeylər yazıb. Mən “Qəbələ” haqda çox müsbət fikirlər səsləndirmişəm. Ancaq azarkeşlərin stadionlara gəlməməsindən narazılıq etmişəm. Bu da reallıqdı. Özümü komandada heç də pis hiss etmirəm. Bakıda qalırıq və mənim üçün hər şey əladı. Tək problem oynamamağımdı. O da zamanla yoluna düşəcək. Burda özümü pis hiss etmirəm. Burda qalmaq fikrindəyəm. 8 aydı oyunumda geriləmə var. Bunları aradan qaldırmağa çalışıram. Düşünürəm ki, bunu həll edəcəm.Baş məşqçi ilə münasibətlərim qaydasındadı. Biz bir-birimizi çox yaxşı başa düşürük. Bu jurnalistlə sonuncu danışığımdı. Çünki nə desəm, düzgün olanı yazmayacaq. Hollandiyada jurnalistlər belə şeyləri çox edirlər. Onlar hər şeyi korlamaq istəyirlər. Bura gəldiyim ilk gündən fanatlarımız məni isti qarşıladılar. Onlara təşəkkür edirəm. Hər zaman azarkleşlərimizin suallarına cavab verməyə hazıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:53 "Keşlə"nin Türkiyə planı təsdiqləndi, amma... Dünən, 14:51 “Bakı yox, bölgə seçiminin olması da təqdirəlayiqdi” Dünən, 14:50 “Qarabağ” təxribatçı erməni ilə bağlı UEFA-ya müraciət edib Dünən, 14:49 “Elxan Məmmədovla görüşmək istəyirəm” Dünən, 14:46 Beşinci dəfə 1/16 finala qədər uzanmayan marafon Dünən, 14:44 “Emireyts”də 21 minə yaxın azarkeş olub Dünən, 14:43 Mövsümü 26-cı yerdə başa vurduq! Dünən, 14:41 Tribunadakı gərginlik Mehini ağladıb Dünən, 14:38 Yarımfinala gedən yol: üçü Bakıda, biri bölgədə Dünən, 14:36 AFFA-nın namizəd siyahısı genişdi Dünən, 14:34 “Liman” - “Neftçi” üçün dərman! Dünən, 14:17 Baş məşqçilər ehtiyatlı danışdı Dünən, 14:16 Lider dəyişdi Dünən, 14:14 Türk mütəxəssis yığmaya təqdim olundu Dünən, 14:09 “Qurban Qurbanov bir il əvvəl, yığmanı çalışdırmaq təklifi alanda seçim etməliydi” Dünən, 14:06 Ümummilli sorğu start götürür! Dünən, 14:05 Kərim Ağayev Şəmkirdə top payladı 13-12-2018, 00:02 “FC Baku” qoldan doymur 12-12-2018, 23:59 Səfirlik “İmarət”in dörd üzvünə viza verməyib 12-12-2018, 23:58 Reynaldo “Qarabağ”a qayıdır 12-12-2018, 23:56 "Keşlə" "Mirakl"a getmir 12-12-2018, 23:54 Ruslan şirniyyat həvəsinə qurban gedib 12-12-2018, 23:49 “Qurbanov azı üç tsikl millinin başında olacaq” 12-12-2018, 23:45 Elman Himayətoğlu da vəzifəsindən ayrıldı 12-12-2018, 23:43 Turun statistikası 12-12-2018, 23:41 Turun məşqçisi 12-12-2018, 23:40 Turun oyunçusu 12-12-2018, 23:39 Turun sitatı 12-12-2018, 23:38 Hakimlərin mühakiməsi 12-12-2018, 23:36 BKFF dünən püşk atdı, həftəsonu başlayır 12-12-2018, 23:34 Turdan məqamlar 12-12-2018, 23:26 Ölkə kubokunun püşkü atılacaq 12-12-2018, 23:19 “Bədr Xocalı”ya texniki məğlubiyyət veriləcək 12-12-2018, 23:17 MOİK uduzdu, "Sumqayıt-2" "qış çempionu" oldu 12-12-2018, 23:15 "Neftçi" Ömər Buludovla müqavilə müddətini uzatdı 12-12-2018, 23:13 Adil Nağıyev etdiyi səhvlərin səbəbini tapa bilmir 11-12-2018, 17:05 Həftənin idman proqramı 11-12-2018, 17:03 Nazarov darmadağını izlədi, Şeydayev cəzalandı 11-12-2018, 17:02 Hakimlər qış toplanışını Mingəçevirdə keçirəcək 11-12-2018, 16:58 Qurban Qurbanov yığmadan getdi 11-12-2018, 16:56 Qurban Qurbanov İK-dan da gedəcək 11-12-2018, 16:54 Yığmanın yeni baş məşqçisi əcnəbi olacaq! 11-12-2018, 16:52 İstefaya göndərilən məşqçilər susmağı üstün tutur 11-12-2018, 16:51 Yeni departament rəhbəri AFFA-nın əməkdaşıdı 11-12-2018, 16:48 Əhmədovların duelini "Keşlə"li qazandı 11-12-2018, 16:45 “Qış çempionu” bu gün bəlli olacaq 11-12-2018, 16:43 “Qurban Qurbanovu itirməmək üçün bu addımı atdıq” 11-12-2018, 16:41 Dabosuz “Neftçi” ili qolsuz bitirdi 11-12-2018, 16:37 U-19 növbəti darmadağınla 100-ü ötdü 11-12-2018, 16:35 Sənan Qurbanov fasilədən sonranı nişan verdi 11-12-2018, 16:33 Bayılda səssizlik... 11-12-2018, 16:30 Rəşad Sadıqova yığmadan ayrılacağını iki gün əvvəldən deyiblərmiş 11-12-2018, 16:27 Çempion “Zirə”nin “6”nı üstünə çevirdi 11-12-2018, 16:20 “Neftçi” müdafiəçi transfer etdi 11-12-2018, 16:18 "Neftçi" büdrədi, "Qarabağ" yaxınlaşdı 9-12-2018, 14:15 Katiblik sistemi ilə bağlı təklifi “Qarabağ” rəsmisi irəli sürüb 9-12-2018, 14:14 Klublar maliyyə hesabatını açıqlamaqda problem görmür Bütün xəbərlər
Ən çox oxunanlar