11 okt 23:59manset

Almanlar qılınc təsvirini terrora çağırış kimi qiymətləndirib

Almanlar qılınc təsvirini terrora çağırış kimi qiymətləndirib
“Milli Dəstə” Prosineçkinin istefasını tələb edir
Yığmamızı hər zaman səfər oyunlarında dəstəkləyən “Milli Dəstə” yenə ənənəsinə sadiq qaldı. Kayzerslauterndə də millini yalqız qoymayan fanklub mənəvi borcunu yerinə yetirdi. Ancaq azarkeş qrupu görüşdən əvvəl “Frits Valter”ə daxil olmaq istəyərkən problemlə üzləşib. “Milli Dəstə”nin rəhbəri Şamil Mustafayevi dinləyək: “Milli Dəstə” olaraq 100 nəfərlə stadiona yollanmışdıq. Ancaq onlardan 70-i fəal idi. Əksəriyyəti Almaniyada yaşayan, işləyən, təhsil alan insanlar idi. AFFA-dan bizə 130 bilet verilmişdi. Başqa cəmiyyətlər də bilet istəmişdi. Ancaq onlardan gələn olmadı. 30 bileti siyahıda olmayan başqa insanlara verdik. Ümumilikdə “Frits Valter” stadionuna 300-350 azərbaycanlı azarkeş toplaşmışdı. Biz 18.1-ci sektorda yerləşmişdik. Sıravi azərbaycanlı tamaşaçılar isə 17.1-ci sektorda əyləşmişdi. Arenaya 3 banner, 2 “Milli Dəstə” bayrağı, 1 böyük xoreoqrafiya və 50 kiçik üçrəngli bayrağımızla yollanmışdıq. Əvvəlcədən razılıq əldə olunmuşdu ki, stadiona petard buraxılmayacaq. Ancaq bannerləri görmüşdülər və onların arenaya keçirilməsi üçün icazəni almışdıq. Lakin oyun vaxtı stadiona daxil olmaq istəyərkən, Babəkin təsvir olunduğu bannerə icazə vermədilər. Səbəb kimi isə üzərində qılıncın təsvir olunmasını göstərdilər. 1,5 saat orda stadionun əməkdaşlarıyla mübahisə etdik. Axırda məcbur olub AFFA ilə əlaqə saxladıq. Assosiasiayadan gəldilər və Almaniya Futbol İttifaqı (AFİ) ilə əlaqə saxladılar. Nəhayət, zülmlə razılıq əldə olundu. Bu üzdən tribunada xoreoqrafiyanı 1-ci hissədə yox, ikinci yarıda aça bildik. Qılınc məsələsi həqiqətən absurddu. Çünki biz bu banneri indiyədək bütün stadionlara keçirmişik. Heç vaxt belə problem olmayıb. Axı, bu təsvirdə hər hansı siyasi və ya terrorçuluğa çağırış yoxdu. Stadionun əməkdaşlarına izah etməyə çalışdım ki, başqa ölkələrdə fanklubların bannerlərində qladiatorların qılıncları təsvir olunub. Niyə bizə icazə verilmir və ya bunu terrorçuluğa çağırış kimi qiymətləndirirlər?”
Oyunun gedişində TV-dən azarkeşlərimizin “Azərbaycan, Azərbaycan” şüarlarını eşidirdik. Halbuki Almaniyada 200-300 nəfərin sədasının eşidilməsi qəribədi. Çünki almanlar çılğın futbol azarkeşi kimi tanınır. Amma Kayzerslauterndə yerli azarkeşlərin əksəriyyəti sıravi tamaşaçı mövqeyi tutmuşdu. Mustafayev də bunu təsdiqlədi: “AFİ-nin öz fanklubu var. Ancaq Kayzerslauternə güclü azarkeşlər gəlməmişdi. Yerli futbolsevərlər isə o qədər də çılğın deyildi. Biz 90 dəqiqə durmadan yığmaya dəstək verdik. Hətta oyundan sonra almanlar bizi buna görə təbrik etdi və bizimlə şəkil çəkdirdilər. Həmvətənlərimizdən də sosial şəbəkələrdə yaxşı dəstəyə görə təşəkkür mesajları almışıq. Oyundan əvvəl keçirilən məşqdə də futbolçulara demişdim ki, hesabdan asılı olmayaraq, sonadək komandaya dəstək olacağıq. Elə də oldu, sözümüzü tutduq. Alman azarkeşlərlə heç bir problem olmadı. Çox səmimi mühit var idi. Hətta bəzi azarkeşlərimiz almanlarla şərfləri, bayraqları dəyişdirdi. Onların “Ultras”ı gəlməmişdi. Bu üzdən hər hansı problem yaşanmadı”.
Böyükhesablı məğlubiyyətə baxmayaraq, “Milli Dəstə” yığmadan razı qalıb: “Norveç və Çexiya ilə oyunlardakı bərbad çıxışla müqayisədə yığma bu görüşü yaxşı keçirdi. Xüsusən də ilk hissəni. Fasilədən sonra isə futbolçularımız fiziki cəhətdən rəqiblə ayaqlaşa bilmədilər. Rəqibin Almaniya olduğunu nəzərə alsaq, fanklub olaraq bu qarşılaşmadakı çıxışdan razı qaldıq. Ancaq ümid edirik ki, Norveç və Çexiyaya qarşı bərbad oyunlar təkrarlanmaz. Həmin matçlar milli adına üzqarasıydı”.
Bununla belə, fanklub Robert Prosineçkinin istefaya göndərilməsini tələb edir: “Milli Dəstə” Robert Prosineçkinin baş məşqçi vəzifəsində qalmasını istəmir. Çünki xorvatiyalı çalışdırıcı Şimali İrlandiya ilə Bakıdakı oyundan sonra ortaya çıxan “Bursaspor” variantına görə milliyə vecsiz yaşanır. Heyət seçimində də bunu görürük. Aylarla meydan üzü görməyənləri ilk “11-liy”ə daxil edir. Daha layiqli futbolçular isə kənarda qalır. Düşünürəm ki, yeni baş məşqçi gələr və optimal heyətə şans verər. Layiq olanları milliyə cəlb edər”.
“Milli Dəstə”nin növbəti planı Madridə yollanıb “Qarabağ”a dəstək verməkdi. Oktyabrın 31-də fanklub “Atletiko” ilə səfər oyununda tribunada olacaq: “Atletiko” ilə oyunda “Qarabağ”a dəstək verəcəyik. Bütün bannerlərimizi “Qarabağ”a göndərmişik ki, stadiona giriş izni almaq üçün UEFA-dan rəsmi təsdiq alınsın. Hansı sektorda qərarlaşacağımızı bilmirik. Bu iki klubun razılığı əsasında müəyyənləşəcək. Hər zaman olduğu kimi, “İmarət Avropa” ilə birgə təmsilçimizə dəstək verəcəyik. Yığmanın oyununda istifadə etdiyimiz xoreoqrafiyanı “Vanda Metropolitano” stadionunda da açmağı planlaşdırırıq. Ancaq Kayzerslauterndəki problem təkrarlanmasın deyə, vaxtında UEFA-dan razılıq almağa çalışacağıq”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-10-2017, 00:59 Hidayət Heydərov 11 illik həsrətə son qoydu 21-10-2017, 00:57 Prosineçki yenə vədinə xilaf çıxdı 21-10-2017, 00:56 “Neftçi” Gəncədə 18 min azarkeşin qarşısına çıxacaq 21-10-2017, 00:55 Məsuliyyəti üzərinə götürən Mirbağır İsayev istefa haqda düşünmür 21-10-2017, 00:53 Bədavi azı 2-3 həftə oynamayacaq 21-10-2017, 00:51 BOS-dakı avtomobil parkı bir saata dolub 21-10-2017, 00:50 “Köhlən atlar” mərc həvəskarlarını ziyana salıb 21-10-2017, 00:47 Son anda fərqli qərar verilsəydi... 21-10-2017, 00:45 Dinonun "qırmızı"sı haqlı müzakirələrə yol açdı 21-10-2017, 00:40 20 ildi “Futbol+”də hesab-kitab aparan şəxs 21-10-2017, 00:33 “Gözəgörünməz qüvvə”: operatorlar “Futbol+”dəki illərini necə xatırlayır? 21-10-2017, 00:30 “Traktorsazi”yə son dəqiqə şoku 19-10-2017, 18:04 “Canlı ensiklopediya” 65-i geridə qoydu 19-10-2017, 17:57 Boris Xetaqurov da bizi təbrik etdi 19-10-2017, 17:54 Tarixi sayı “Qarabağ”ın bütün heyətinə imzalatdıran oxucu 19-10-2017, 17:32 “Futbol+”in işi klubların gözündə 19-10-2017, 17:30 Klubların əksəri aşağı yaş qruplarına buts paylaya bilmir 19-10-2017, 17:28 MOİK rəhbərliyi Ramil Əliyevi saxladı 19-10-2017, 17:27 Cərimələr 20 mini ötdü 19-10-2017, 17:26 Tərlan Əhmədovdan örnək addım 19-10-2017, 17:24 “Atletiko”nun prezidenti Hafiz Məmmədovun qonağı oldu 19-10-2017, 17:20 Gənclər “Atletiko”ya müqavimət göstərə bilmədi 19-10-2017, 17:18 “Qarabağ” “Koroğlu”nun ətrafını bayram yerinə çevirdi 19-10-2017, 17:16 İlk qol, ilk xal, bəs sonra… 19-10-2017, 17:14 Anar Salmanovdan idarəçiliyə qiymət: biabırçılıq! 19-10-2017, 17:11 Zabit Səmədov tanınmış döyüşçünü Bakıya gətirmək istəyir 19-10-2017, 17:09 Prosineçki yenə ləngidi 19-10-2017, 17:07 Superliqa oyunları ölkəmizdə yayınlanmayacaq 19-10-2017, 17:05 Futzalçılar Alesioda günah görmür 19-10-2017, 17:03 Maşallah Əhmədovdan 300 min manat tələb olunur 19-10-2017, 17:01 Yığmanın sabiq çalışdırıcısından şok açıqlama 19-10-2017, 16:58 Reaksiyalar 19-10-2017, 16:55 Qurbanov fransız hakimin qərarı ilə razılaşmır 17-10-2017, 16:51 Təmkin yenə “Kəpəz”in başına oyun açdı 17-10-2017, 16:50 “Qəbələ” ikinci dövrəyə də darmadağınla start verdi 17-10-2017, 16:48 “Arada düşünürəm ki, bu qəzet olmasa, mən necə yaşaya bilərəm” 17-10-2017, 16:44 20 ildə “Futbol+”in bütün saylarını yığan oxucu 17-10-2017, 16:31 Fərhad “Qəbələ”liləri vaxtı uzatmaqda qınadı 17-10-2017, 16:29 Cavid Hüseynov da Prosineçkinin qalmasını istəyir 17-10-2017, 16:26 “Sabah”dan darmadağın 17-10-2017, 14:51 Mahir Mədətovun əmisinə xəsarət yetirdilər 17-10-2017, 14:50 Birinci divizionda ilk istefa 17-10-2017, 14:49 “Neftçi” “Səbail”in borcunu artıqlaması ilə qaytardı 17-10-2017, 14:47 Abasov yetirmələrini təriflədi 17-10-2017, 14:44 Qriqorçukun “avtobus taktikası” özünü doğrultdu 17-10-2017, 14:42 “Araz” mübarizəni dayandırdı... 17-10-2017, 14:40 Rahid Əmirquliyevin təftişi: iki halın heç birində oxumadı 17-10-2017, 14:38 “Qarabağ” “Atletiko”nu məğlub etsə, azarkeşlər pulsuz taksidən yararlanacaq 17-10-2017, 14:37 Prosineçki Sloveniya variantını təsdiqlədi 17-10-2017, 14:34 Antalyada ikiqat uğur 17-10-2017, 14:31 Ölkə çempionunu Danimarkada “döydülər” 17-10-2017, 14:30 Yığma üzvü Rusiyada kapitan oldu 17-10-2017, 14:28 İlk “üçlük”lə başqaları arasında uçurum dərinləşir 15-10-2017, 14:34 Errera və Barqasla anlaşma yeniləndi 15-10-2017, 14:32 Cavadovlar qız gözləyəndə Vaqif doğulub 15-10-2017, 14:28 “Qarabağ” sonda sevindi 15-10-2017, 14:26 “Azəryol” heyətini açıqladı Bütün xəbərlər
Ən çox oxunanlar