11 yan 20:14manset

Yaşar Seyidov Böyükağa Hacıyevə şeirlə cavab verdi

Yaşar Seyidov Böyükağa Hacıyevə şeirlə cavab verdi
“Böyükağa müəllimi bilmirəm, ancaq mən həmişə belə görmüşəm, bu prinsiplə yaşamışam”

Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev bugünlərdə yenicaq.az saytına müsahibə verib. Futbolçu və məşqçi karyerasından söz açan “Zəif” məşqçi kimi “Neftçi”də qazandığı uğurlardan, İranda çalışmasından danışmaqla yanaşı, “Bakı”nı necə çempion etdiyinə də toxunub. Çempionatın sonuna 8 tur qalmış “zolaqlılar”ın “sükanı arxasına” keçdiyini və 5-ci yerdə olan komandanı çempionluğa daşıdığını xüsusi vurğulayıb. Bunun ardınca isə Hacıyev Hafiz Məmmədovun prezidenti olduğu klubun “bostanına daş atmaqla” yadda qalıb. O həmçinin paytaxt təmsilçisinin icraçı direktoru Yaşar Seyidovu da unutmayıb. Həmkarımızın “bu gün “Bakı” klubunun icraçı direktoru Yaşar Seyidovla münasibətiniz necədi” sualına “zolaqlılar”la 2005/06 mövsümündə qızıl medallara sahib çıxan mütəxəssis belə cavab verib: “Pis deyil. Ona mənim ürəyim ağrıyır, bədbəxtdi. Təsəvvür edin ki, komanda yox, prezident yox, “ququluquş” oturub o böyüklükdə bazanın ortasında…” Ardınca isə bunları bildirib: “Yaşarla bir yerdə işləmişik. Onun kimiləri kişiliyi “moddan salıblar”. İfadəmə görə üzr istəyirəm. Həyatda nə baş verir-versin, kişi yaltaqlıq etməz. Bu gün o dağılmış bir yerdən əl çəkə bilmir”.
Yaşar bəylə “Zəif”in ulduzunun barışmadığı hələ ikinci “zolaqlılar”ın baş məşqçisi olduğu dönəmdən hamıya məlumdu. Onların hər fürsətdəcə bir-birini “sancması” artıq adi hal kimi qimətləndirilir. Ancaq Böyükağa bəyin ilk ciddi uğura imza atdığı klub barədə “komanda yox, prezident yox” söyləməsini artıq birvaxtlar böyük qardaş adlandırdığı Hafiz bəyə, yumşaq desək, əlcək atması kimi dəyərləndirmək olar.
Bəs görəsən, Seyidov “mehriban düşmən”inin söylədiklərinə necə münasibət göstərir? Ümumiyyətlə, Yaşar bəy qeyd etdiyimiz müsahibə ilə tanışdı? Onunla əlaqə saxlayanda məlum oldu ki, daim mətbuatı yaxından izləyən “Bakı”nın icraçı direktoru Hacıyevin dedikləriylə tanışdı. Seyidov Böyükağa bəyin səsləndirdiyi fikirlərə belə reaksiya verdi: “Ölkə mətbuatını gündəlik izlədiyimdən Hacıyevin müsahibəsiylə də tanışam. Böyükağa müəllim bizim işçimiz olub. Əvvəlcə müşavir kimi çalışıb, ardınca isə “Bakı”nı çalışdırıb. Bu gün istər mənim, istərsə də Hacıyevin elə yaş dövrüdü ki, səsləndirdiyimiz hər kəlməyə diqqət etməliyik. Həm Böyükağa müəllim, həm də mən ölkə futboluna yetərincə töhfə verməyi bacarmışıq. Onun müsahibədə dediyi fikirlərə gəlincə, ola bilsin, bunlar hamısı yaşla bağlıdı. Uzun illər iddialı komandalarda baş məşqçi kimi çalışan, müəyyən uğurlara imza atan mütəxəssis indi işsiz qaldığına, fəal məşqçi fəaliyyəti ilə məşğul olmadığına, diqqətdən kənarda qaldığına görə müəyyən psixoloji sarsıntı keçirir. Bütün bunları nəzərə alıb Böyükağa müəllimə cansağlığı, gələcəkdə Azərbaycanın iddialı klublarında işləməyi arzulayıram. Ölkə futbolunda uğura imza atmış mütəxəssis kimi ona ancaq yaxşı şeylər arzulayıram”.
Yaşar bəy Hacıyevin “ququluquş” oturub, o böyüklükdə bazanın ortasında…” fikirlərinə də münasibət bildirməyi lazım bildi: “Yaxşı insanlar həmişə çalışdığı yerə, peşəsinə, çörək qazandığı yerə sadiqlik nümayiş etdirməlidi. Böyükağa müəllimi bilmirəm, ancaq mən həmişə belə görmüşəm, bu prinsiplə yaşamışam. Bu gün mən bazamızda tək deyiləm, ətrafımda aşağı yaş qruplarında çalışan məşqçilər, həvəskarlar liqasında çıxış edən komandamızın məşqçiləri və bazada çalışan texniki personal var. Yəqin ki, onun bunlardan xəbəri yoxdu. Biz “ansambl”ı qoruyub saxlamışıq. Üç komandamız AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edir, biri isə həvəskarlar liqasında çıxış edir. “Bakı”nın bu vəziyyətə düşməsinin səbəblərini Hacıyev bizdə işlədiyinə, “mətbəx”lə tanış olduğuna görə hamıdan yaxşı bilir. İndiki vəziyyətdə mənim buranı qoyub getməyim nə dərəcədə kişiliyə sığır?! Çalışacam ki, sona qədər, bu klub yenidən əvvəlki günlərinə qayıdana kimi burda olum. Bəziləri kimi çətinə düşən kimi aradan çıxmaq, özümə yeni iş yeri, yeni dostlar, qardaşlar tapmaq mənim xasiyyətimə yaddı. Bu yerdə Cabir Novruzdan bir bənd demək istəyirəm:
Birliyə gəlməyənlər, birlikdən danışanlar,
Yüz kökə ayrılanlar, bir kökdən danışanlar.
Dinsizlər, imansızlar, din-imandan danışanda,
Qorxaqlar səhər-axşam Koroğludan danışar”.
Heç şübhəsiz, Seyidov bu misraları dilə gətirməklə Hacıyevin “Yaşarla bir yerdə işləmişik. Onun kimiləri kişiliyi “moddan salıblar” fikirlərinə cavab verdi. “Siz bununla nəyə işarə edirsiz” sualına ikiqat ölkə çempionunun icraçı direktoru belə cavab verdi: “Mən kişiliyi klubunun düşdüyü vəziyyətdən çıxması üçün mübarizə aparan və bu yolda geri çəkilməyən, min-bir əziyyətə qatlaşan insanlara aid edirəm. Bu gün burda pul var, orda olum, sabah pul qutardı, başqa yerə üz tutum... Özünə yeni ağsaqqal axtarmağı peşə seçən, bunu həyat kredosu edən insanlara ictimaiyyət kənardan obyektiv qiymət verməyi bacarır”.
Yaşar bəy sonda Hacıyevə ismarıc göndərməyi də unutmadı: “Mən gözləyirdim ki, Böyükağa müəllim Məşqçilər Komitəsinin üzvü kimi “Bakı”nın bazasına baş çəkər, klubun hazırkı durumu ilə maraqlanar. Hər halda, məhz “Bakı” onun Azərbaycan futbolunda özünü təsdiq etməsinə, irəli getməsinə şərait yaradıb. Bu gün 42 futbolçusu ölkənin müxtəlif kılublarında top qovan, əsas yığmadan tutmuş, müxtəlif yaş qrupları üzrə millilərdə neçə-neçə yetirməsi çıxış edən klubla ən azı maraqlana, indiki durumu ilə tanış ola bilərdi. Ancaq nədənsə o fərqli yol tutub və bizə rişxənd edir. Ancaq biz onu bağışlaya bilərik. Arzum budu ki, “Bakı” əvvəlki qüdrətini özünə qaytarsın, yetirmələri doğma yuvaya qayıtsın və çempion olaq. Həmin vaxt Hacıyevi - hələ onun nə yaşı var - komandaya baş məşqçi təyin edərik ki, arzusunda olduğu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqəni məhz “Bakı” ilə qazansın və bu istək onun ürəyində qalmasın. Başa düşürəm, indiki məqamda ona ağırdı, kənarda qalması onu bir qədər emosional edib, əsəblərinə təsir göstərib. Ancaq “Bakı” ona bu şəraiti yarada bilər. Bu yerdə yenə tarixi faktı yada salmağa məcburam. Spartakın rəhbərlik etdiyi qullar üsyanı Romada süquta uğrayanda üsyana rəhbərlik edənlər edam cəzasına məhkum olundular. Dar ağacının önündə Antonino Spartaka deyir ki, biz harda səhv etdik, nəyə görə mübarizəmizi sona çatdıra bilmədik. Spartak isə “azadlığı hamı istəyir, ancaq ona görə heç kim ölümə getmək istəmir” söyləyir. Bu gün bizim əksər mütəxəssilərimiz yüksək şəraiti, geniş büdcəsi olan klublarda çalışmaq istəyir. Ancaq heç kim özünə əziyyət verib, aşağıdan yuxarı qalxmaq istəmir. Mən isə onlardan fərqli, əzab-əziyyətə qatlaşmağı sevirəm. Belədə bağ bar verəndə də ərklə həmin meyvədən ağızdolusu dadıram”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” Bütün xəbərlər
Ən çox oxunanlar